Linux - UNİX-ə texniki mənada bənzəyən redaktə qabiliyyətli müstəqil bir əməliyyat sistemidir. Kernelin kodları GNU Ümumi Cəmiyyət Lisenziyası çərçivəsində müstəqil olaraq dəyişdirilə, istifadə edilə bilər. Linux hər hansı bir komputer sistemində problemsiz işləmə qabiliyyətinə malikdir. Çox geniş bir təchizat dəstəyinə malik olan Linux netbuk, noutbuk, server komputerləri, is stansiyaları, ağıllı telefon, stolüstü komputerlər kimi hər bir platformada tam bir uyğunlaşma içərisində işləmək qabiliyyətinə malikdir. Linux adətən server və iş stansiyalarında istifadə olunsa da onu şəxsi komputerlərdə də istifadə edənlər çoxluq təşkil edir. Təbii ki, bu halda redaktə edilən kodların və azad proqram anlayışının təsiri böyükdür. Windows XP və Mac OS sistemlərinə nəzərən daha rahat bir struktura malik olan Linux xüsusilə server satışlarında rəqibləri ilə müqayisədə daha üstündür. Mint, Ubuntu, openSUSE, Pardus, Mandriva kimi son versiyaları ilə Linux əməliyyat sisteminin istifadəçi faizi gündən-günə artmaqdadır.
Palm OS - Garnet OS kimi də tanınan Palm mobil əməliyyat sistemi 1996-cı ildə PDA-lar üçün Palm İnc şirkəti tərəfindən istehsal edilməyə başlanılmışdır. Palm OS əllə toxunula bilən (touchscreen) qrafik istifadəçi interfeysi ilə asan istifadə olunması üçün istehsal edilmişdir. Bu, şəxsi məlumatların idarə edilməsi üçün əsas proqramlar dəsti ilə təmin edilir. Palm əməliyyat sisteminin son versiyaları smartfonlarda istifadə üçün nəzərdə tutulmuşdur. 2007-ci ildə Palm əməliyyat sistemi ticarət markası aldıqdan sonra Garnet OS deyə yenidən adlandırıldı. Garnet OS sisteminin varisi olan ACCESS 2009-cu ildən Access Linux Platform deyə tanınmağa başladı və gələcəkdə istehsal olunacaq cihazlar üçün Palm Os ilə Web OS sistemləri arasında keçidlər etməyə başladı. Palm OS rəsmi olaraq Cef Hokinsin rəhbərliyi altında Palm Computing şirkəti tərəfindən istehsal olunur. Palm Computing şirkəti sonralar 3Com-a çevrilən US Robotics Corp tərəfindən Palm İnc-ə çevrildi
ICT Əməliyyat sistemləri
x86 və başqa platformalar; Çoxprosessorlu və təkprosessorlu; 16, 32, 64 bitli sistem; Tək tapşırıqlı və çox tapşırıqlı; Prosessoru real zaman və mühafizə rejimlərində işlədən; İş stansiyası və server; Fiziki yaddaş və ya virtual yaddaşdan istifadə edən; FAT, NTFS və digər fayl sistemi; Əmr sistemi və obyekt yönlü qrafik istifadəçi interfeysi.
Microsoft Windows Macintosh İOS Linux Symbian Android
Android — Google və Open Handset Allience tərəfindən kodlaşdırılmış Linux Əməliyyat sistemi əsaslı bir mobil cihaz (PDA və cib telefonları) üçün inkişaf etdirilmiş açıq qaynaq kodlu bir əməliyyat sistemi. 5 noyabr 2007-ci ildə Open Handset Allience Android əməliyyat sistemini yaratdı. 34 ədəd təchizat, proqram və telekom şirkəti, mobil cihazlar üçün təlif haqqı olmayan bir əməliyyat sisteminin texnologiyanın inkişafı üçün çox faydalı olduğu mövzusunda həmfikirlər. 2008-də bazarda bir çox Android Əməliyyat sistemi Apache free-software və Açıq Qaynaq Kodu lisensıya ilə inkişaf etdirildi.
iOS (keçmiş adı ilə iPhone OS) Appleın başlangıcda iPhone üçün yaratdığı lakin daha sonra iPod Touch ve iPadde de fəaliyyət göstərən mobil operativ sistemdir. iOS içində 4 təbəqə vardır: Core OS, Core Servisleri, Medya ve Cocoa Touch. Yazılım cihazın içində 500 MBlıq yer tutmaqdadır. Şirkət: Apple Inc. Dəstəklədiyi dillər: 34 İOS ilk dəfə 2007-ci ildə, lakin İOS deyil, OS X operativ sistemini daşıdığı ilə birinci nəsil iPhone tanıdıldı. Martın 6-sı, 2008-ci ildə isə, OS X operativ sistemi, iPhone OS adına dəyişildi. İyulun 11-i, 2008-ci ildə Apple, iPhone OS 2 işıq üzü gördü hansı ki, App Store-u da ilk dəfə tanıtdı. İyun 2009-Apple iPhone OS 3 buraxıldı. Sentyabr 2009 – Apple iPhone OS-u İOS kimi bir ad ilə dəyişdi. 2010-cu ilin əvvəllərində, İOS üçün yeni xüsusiyyətlər meydana gəldi. Bir neçə proqrami eyni zamanda işlətmək və. s kimi xüsusyyətlər meydana gəldi. Oktyabr 2011- Apple İOS 5-i tanıtdı. İOS 5-in digərlərindən çox sayda yeni xüsusiyyətləri var idi. Hətta Siri də İOS 5-lə bir yerdə tanıdılmışdı.
Microsoft Windows — 1985-ci ildə Microsoft şirkəti tərəfindən satışa çıxarılan əməliyyat sistemi. 1987-1989 illərdə Windows sistemində işləyən çoxlu sayda güclü və rahat proqramlar yaradıldı. Məsələn, Windows üçün Microsoft Word, Excel, Aldus PageMaker və s. Bu proqramların yayılması istifadəçilər arasında Windows sisteminin populyarlığının artmasına səbəb oldu. 1990-cı ildə yaradılmış Windows 3. 0 versiyasından başlayaraq Windows müasir kompyuterlər üçün standarta çevrildi. Windows əməliyyat sistemlərinin üstün cəhətləri: Yüksək etibarlılığı və asan idarə olunması. Aparat vasitələrinin yoxlanması. İnternetə böyük daxili inteqrasiya. İstifadənin yüngüllüyü və rahatlığı. Eyni zamanda bir-neçə proqramdan istifadə mümkünlüyü. Bir mətndə bir-neçə şrifdən istifadə mümkünlüyü və s. Bir proqram başqa proqram vasitəsilə təşkil olunmuş verilənlərə müraciət edə bilər (DDB-Dinamic Data Exchange). Multimediya prinsipini saxlayır. Windows vasitəsilə musiqi səsləndirmək, videokameraya baxmaq, animasiyalara baxmaq olar.
Linux (azərb. Linuks) – çox populyar, sərbəst paylanan və Microsoft Windows-a güclü bir alternativ təşkil edən azad və açıq mənbəli əməliyyat sistemidir. Linux nüvəsinin yaradıcısı, Linus Torvalds, 28 dekabr 1969-cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur Linuxun üstünlükləri: 1. Pulsuz olması. Linux Açıq Lisenziya Razılaşmasına əsasən pulsuz şəkildə yayılır. Bu, IT-də bir çox hüquqi məsələlərin qarşısını almağa və xərclərin əhəmiyyətli dərəcədə azalmasına imkan verir. 2. Etibarlılıq. Digər Unix əsaslı ƏS-ləri kimi Linux da yüksək etibarlılıqla xarakterizə olunur. 3. Təhlükəsizlik. Linuxu Seçməklə siz kompüter viruslarını tamamilə unutmaq olar və həmçinin, heç bir antivirusa ehtiyac yoxdur. Çünki, Linux təhlükəsizdir. 4. Universallıq. Linuxun hər hansı distributivini seçməklə, yerinə yetirilən məsələlərdən asılı olaraq sistemi müxtəlif kompüterlərdə müxtəlif şəkildə tənzimləyə bilmək olar. 5. Məhsuldarlıq. Linuxu istənilən məsələnin həlli üçün təmzinləmək və beləliklə, maksimum məhsuldarlığa nail olmaq mümkündür. Buna ən yaxşı sübut Linuxun böyük hesablama qrupları və internet-serverlər üçün geniş istifadə olunmasıdır.