Dördüncü əlamətə görə, ƏS-ləri 8, 16, 32 və 64 mərtəbəlilərə bölünürlər. Əməliyyat sisteminin mərtəbəsi prosessorun mərtəbəsi ilə təyin olunur.
Beşinci
Dördüncü əlamətə görə, ƏS-ləri 8, 16, 32 və 64 mərtəbəlilərə bölünürlər. Əməliyyat sisteminin mərtəbəsi prosessorun mərtəbəsi ilə təyin olunur.
Beşinci əlamətə görə, ƏS istifadəçi interfeysinin tipinə görə obyektyönlü (qrafiki interfeysli) və əmrli (mətn interfeysli) kimi iki hissəyə bölünür.
Altıncı əlamətə uyğun olaraq, ƏS-ləri aşağıdakı növlərə bölünürlər:
- paket emallı: kompüterdə yerinə yetirilməli proqramlara uyğun olaraq tapşırıqlar paketi formalaşdırılır və proqramlar mümkün üstünlük dərəcəsini nəzərə almaqla növbəli yerinə yetirilir;
- vaxt bölgülü (TSR): bir neçə istifadəçinin müxtəlif terminallardan eyni vaxtda kompüterə dialoq (interaktiv) rejimində müraciətini təmin etmək üçün ƏS tapşırıqlara uyğun maşın resurslarını növbə ilə seçir;
- real vaxta görə: kompüterə nəzərən bu və ya başqa dərəcədə xarici olan hadisə, proses və ya obyektlərlə idarə olunan istifadəçi sorğularına, müəyyən olunmuş vaxt ərzində kompüterin cavabını təmin edir.
Yeddinci əlamətə görə ƏS-ləri şəbəkə və lokal olmaqla iki hissəyə bölünür. Şəbəkə ƏS verilənlərdən birlikdə istifadə etmək məqsədilə şəbəkəyə qoşulmuş kompüter resurslarının idarəsi üçün nəzərdə tutulub. Burada həmçinin şəbəkə resurslarının istifadəsi üçün çoxlu sayda servis imkanları mövcuddur.
Şəbəkə ƏS-ləri əksər hallarda şəbəkə üçün nəzərdə tutulmuş, olduqca güclü bir və ya daha çox kompüter-serverlərdə quraşdırılır. Digər ƏS-ləri lokal sayılır və ixtiyari kompüterdə, həmçinin şəbəkəyə işçi stansiya və ya klient kimi qoşulmuş kompüterlərdə də istifadə oluna bilər.
Hal-hazırda geniş yayılan əməliyyat sistemlərindən DOS, OS/2, UNIX, Windows NT, Windows 7-ni qeyd etmək olar.
DOS ailəsinin əməliyyat sistemləri. Bu ailənin birinci üzvü MS-DOS (Microsoft Disk Operating System - Microsoft firmasının disk əməliyyat sistemi) sistemidir. Bu sistem IBM PC kompüterləri üçün 1981-ci ildə yaradılmışdır.
DOS ailəsinin əməliyyat sistemləri birməsələlidir və aşağıdakı xarakterik xüsusiyyətlərə malikdir:
- istifadəçi tərəfindən daxil edilən əmrlərin köməyilə intefeys həyata keçirilir;
- sistemin IBM tipli müxtəlif kompüterlərdə işləməsini təmin etmək uçün struktur modulluğu;
- sistemin işləməsi üçün nisbətən kiçik ölçülü əməli yaddaş (640 kbayt).
DOS ailəsindən olan əməliyyat sistemlərinin mühüm çatışmazlığı fərdi kompüter resurslarına və ƏS-nə icazəsiz müraciətdən mühafizə vasitələrinin olmamasıdır.
DOS əməliyyat sistemi haqqında ətraflı məlumat sonrakı paraqrafda verilir.