Vərəsəlik hüququ



Yüklə 39,01 Kb.
səhifə10/22
tarix02.01.2022
ölçüsü39,01 Kb.
#35128
1   ...   6   7   8   9   10   11   12   13   ...   22
Vərəsəlik şçququ

Universallıq prinsipinin dörd əsas təzahür forması vardır. Bu prinsipin birinci təzahür formasına görə, vərəsəlik bilavasitə xarakterə malikdir. Bu o deməkdir ki, miras qoyan şəxsin hüquq və vəzifələri vərəsələrə hər hansı bir üçüncü şəxsin vasitəçiliyi və iştirakı olmadan keçir.

Universallıq prinsipinin ikinci təzahür formasına görə, miras qoyanın vərəsələrə ayrı-ayrı hüquq və vəzifələri yox, onların bütöv kompleksi keçir.

Universallıq prinsipinin üçüncü təzahür formasına görə, vərəsəlik birdəfəlik xarakter daşıyır. Bu o deməkdir ki, miras qoyanın hüquq və vəzifələri bir dəfədə, eyni bir aktla qəbul edilir. Buna mirası qəbul etmək aktı deyilir.

Universallılıq prinsipinin dördüncü təzahür formasına görə, vərəsələrə miras qoyanın təkcə hüquqları yox, həm də vəzifələri keçir.




Yüklə 39,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin