Vərəsəlik hüququ


İkinci qrup ləyaqətsiz vərəsələrə valideynlik



Yüklə 39,01 Kb.
səhifə22/22
tarix02.01.2022
ölçüsü39,01 Kb.
#35128
1   ...   14   15   16   17   18   19   20   21   22
Vərəsəlik şçququ

İkinci qrup ləyaqətsiz vərəsələrə valideynlik hüququndan məhrum edilmiş şəxslər daxildir. Bir sıra hallar mövcud olduqda valideynlər (və ya onlardan biri) məhkəmə qaydasında valideynlik hüququndan məhrum edilə bilər. Həmin hallar ailə qanunvericiliyi ilə müəyyən edilir-^: şəxsin öz valideynlik vəzifələrini yerinə yetirməməsi; alimenti qəsdən ödəməməsi; şəxsin öz valideynlik hüquqlarından sui- istifadə etməsi və s. Bu hallardan biri olduqda, məhkəmə şəxsin valideynlik hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Valideynlik hüququndan məhrum edilmiş şəxsi vərəsəlikdən kənarlaşdırmaq üçün əlavə şərtin olması lazımdır. Bu şərt mirasın açıldığı günədək valideynlik hüquqlarının bərpa edilməməsindən ibarətdir. Əgər miras açıldığı günədək şəxsin valideynlik hüquqlan bərpa edilərsə, onda həmin şəxs ləyaqətsiz vərəsə kimi tanınmır. Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərin vərəsəlikdən kənarlaşdın İması yalnız qanun üzrə vərəsəlik zamanı məcburidir.

Üçüncü qrup ləyaqətsiz vərəsələr kateqoriyasına o şəxslər daxildir ki, onların üzərinə miras qoyanı saxlamaq vəzifəsi (ailə öhdəliyi) qoyulsun (bu vəzifə qanunla onlara həvalə edilir). Həmin şəxslər miras qoyanı saxlamaq üçün aliment ödəməyə borclu olan şəxslərdir.Aliment ödəmək vəzifəsini yerinə yetirməkdən boyun qaçıran şəxslərin vərəsəlikdən kənarlaşdın İması yalnız qanun üzrə vərəsəlik zamanı məcburidir. Vəsiyyət üzrə vərəsəlik zamanı isə bu, məcburi deyildir. Alimen't öhdəliyini yerinə yetirməkdən qəti surətdə boyun qaçırmaq dedikdə, şəxsin həm könüllü yolla, həm də məhkəmə (məeburi) yolla aliment verməkdən qərəzli olaraq, qəsdən imtina etməsi başa düşülür.
Yüklə 39,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin