Dördüncü növbədə qanun üzrə vərəsəliyə çağırılan şəxslərə dördüncü növbə üzrə vərəsələr deyilir.
Dördüncü növbə üzrə vərəsələrin dairəsi kifayət qədər genişdir. Buraya daxildir (MM-in 1159-cu maddəsinin 4-cü bəndi): • miras qoyanın xalaları; • miras qoyanın bibiləri; • miras qoyanın dayıları; • miras qoyanın əmiləri.
Yalnız aşağıdakı hallardan biri olduqda dördüncü növbə üzrə vərəsələr (əmilər, dayılar, xalalar və bibilər) qanun üzrə vərəsəliyə çağırılırlar: • birinci, ikinci və üçüncü növbə üzrə vərəsələr olmadığı halda; • birinci, ikinci və üçüncü növbə üzrə vərəsələr miras əmlakı qəbul etmədiyi halda; • birinci, ikinci və üçüncü növbə üzrə vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildiyi halda; • birinci, ikinci və üçüncü növbə üzrə vərəsələr tərəfindən dördüncü növbə üzrə vərəsələrin xeyrinə mirasdan imtina olunduğu halda; • vəsiyyət üzrə vərəsə tərəfindən miras əmlakdan dördüncü növbə üzrə vərəsələrin xeyrinə imtina olunduğu halda.
Dostları ilə paylaş: |