Vərəsəlik hüququ


İkinci növbədə vərəsəliyə çağırılan vərəsələrə ikinci növbə üzrə vərəsələr deyilir



Yüklə 39,01 Kb.
səhifə17/22
tarix02.01.2022
ölçüsü39,01 Kb.
#35128
1   ...   14   15   16   17   18   19   20   21   22
Vərəsəlik şçququ

İkinci növbədə vərəsəliyə çağırılan vərəsələrə ikinci növbə üzrə vərəsələr deyilir. İkinci növbə üzrə vərəsələrin dairəsi geniş deyil. Azərbaycan Respublikasının vərəsəlik hüququ buraya aid edir: ölənin bacılarını; ölənin qardaşlarını. Ailə hüququnda qardaş və bacılar iki yerə bölünürlər^:

• tam doğma qardaş və bacılar;

• tam doğma olmayan qardaş və bacılar.

Tam doğma qardaş və bacılar o şəxslər sayılırlar ki, onların həm ana, həm də atası ümumi olsun.

Ümumi ata və anaya malik olmayan qardaş və bacılara tam doğma olmayan qardaş və bacılar deyilir. Bu kateqoriya qardaş və bacılar iki qrupa bölünürlər

• eyni qandan olan qardaş və bacılar;

• eyni anadan doğulan qardaş və bacılar

Mülki hüquq elmi (sivilistika doktrinası) vərəsəlik hüququ baxımından tam doğma və tam doğma olmayan qardaş və bacılara fərq qoymur, hüquqi əhəmiyyət vermiri Bu o deməkdir ki, tam doğma və tam doğma olmayan qardaş-bacıların vərəsəlik sahəsində qanun üzrə vərəsələr kimi fərqləndirilməsi hüquqi əhəmiyyət kəsb etmir.

Ümumi yox, müxtəlif ata və anaya malik olan qardaş-bacılara ögey qardaş-bacılar deyilir. Bu qardaş-bacılar həm atadan, həm də anadan ayrıdırlar. Belə halda, əlbəttə, qardaş-bacılar arasında hər hansı qan qohumluğu əlaqəsi yaranmır. Onları heç bir qan qohumluğu münasibəti birləşdirmir və bağlamır. Məhz bu səbəbdən ögey qardaş-bacılar bir-birlərinin ölümün-dən sonra qanun üzrə vərəsə ola bilmirlər.

İkinci növbə vərəsələr aşağıdakı hallarda vərəsəliyə çağıırılırlar:

- • birinci növbə üzrə vərəsələr olmadığı halda; • miras əmlakı birinci növbə üzrə vərəsələr qəbul etmədiyi halda; • birinci növbə üzrə vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildiyi halda; • birinci növbə vərəsələrin və ya vəsiyyət üzrə vərəsələrin ikinci növbə vərəsəlirin xeyrinə mirasdan imtina etdiyi halda.


Yüklə 39,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin