Vərəsəlik hüququ


Vərəsəlik üzrə yalnız əmlak hüquqları keçmir. Bəzi şəxsi qeyriəmlak hüquqlarının da vərəsəliyin obyekti olması istisna edilmir



Yüklə 39,01 Kb.
səhifə9/22
tarix02.01.2022
ölçüsü39,01 Kb.
#35128
1   ...   5   6   7   8   9   10   11   12   ...   22
Vərəsəlik şçququ

Vərəsəlik üzrə yalnız əmlak hüquqları keçmir. Bəzi şəxsi qeyriəmlak hüquqlarının da vərəsəliyin obyekti olması istisna edilmir.

8.Miras qoyan və vərəsə.

Miras qoyan dedikdə, elə bir fiziki şəxs başa düşülür ki, həmin şəxs öldükdən və ya məhkəmə yolu ilə ölmüş elan edildikdən sonra onun əmlak (mülki) hüquq və vəzifələri vərəsəlik qaydasında başqa şəxslərə keçir. Miras qoyan rolunda yalnız və yalnız fiziki şəxslər çıxış edə bilərlər. Miras qoyan qismində əsasən Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər çıxış edirlər. Bununla belə, xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər (apadridlər) də miras qoyan ola bilərlər.

Şəxsin miras qoyan olmaq imkanı vətəndaşlıq məsələsindən başqa, digər amildən də asılı deyil. Bu, mülki fəaliyyət qabiliyyətidir. Mülki fəaliyyət qabiliyyətinin müəyyən şəxsin miras qoyan rolunda çıxış etməsi üçün əhəmiyyəti yoxdur. Məhz bu səbəbdən tam mülki fəaliyyət qabiliyyətli şəxslərlə (yaşı 18-dən yuxarı olan şəxslərlə) bərabər, məhdud fəaliyyət qabiliyyətli şəxslər də miras qoyan ola bilərlər.

Vəsiyyət edən isə elə bir şəxsdir ki, o, öldüyü halda özünəməxsus olan əmlakının hüququ taleyi barədə qanunda nəzərdə tutulan formada sərəncam verir. Bu sərəncamı ifadə edən sənəd vəsiyyətnamə adlanır. Vəsiyyət edən qismində yalnız tam fəaliyyət qabiliyyəti olan şəxslər çıxış edə bilər. Fəaliyyət qabiliyyəti olmayan şəxsin vəsiyyət etməsi mümkün deyil.

Miras qoyan şəxsə müqabil tərəf vərəsə sayılır. Vərəsə dedikdə elə bir şəxs başa düşülür ki, miras qoyanın əmlak hüquq və vəzifələri vərəsəlik qaydasında məhz ona keçir. Əgər miras qoyan həmişə ölmüş fiziki şəxsdən ibarətdirsə, vərəsə isə yalnız sağ qalan fiziki şəxs ola bilər.

Bununla belə, qanun hələ doğulmayan, mayası bağlanmış və ana bətnində olan uşaqların gələcəkdə vərəsə olmaq imkanını nəzərə alır.

Fiziki şəxsin vərəsə olmaq imkanı onun vətəndaşlığından asılı deyil. Vərəsələrə münasibətdə həm də onların mülki fəaliyyət qabiliyyəti əhəmiyyətə malik deyil. Bu o deməkdir ki, fiziki şəxslərin vərəsə olmaq imkanı onların mülki fəaliyyət qabiliyyətlərinin dərəcəsindən asılı deyil

Hüquqi şəxslər vərəsə qismində çıxış edən mülki hüquq subyektləridir. Hüquqi şəxsin müvafiq təşkilatı hissələri (filiallar, nümayəndəliklər, idarələr və s.) vərəsə ola bilməzlər. Vərəsə qismində mülki hüququn xüsusi subyekti sayılan dövlət (Azərbaycan Respublikası) da çıxış edə bilər.

Bələdiyyələrin vərəsəlik münasibətlərində vərəsə kimi çıxış etməsi mümkün olan haldır. Bələdiyyələrin vərəsəlik münasibətlərində vərəsə kimi çıxış etməsi mümkün olan haldır. Vərəsə qismində mülki hüququn xüsusi subyekti sayılan dövlət (Azərbaycan Respublikası) da çıxış edə bilər.

Vərəsələr iki yerə bölünürlər:

• qanun üzrə vərəsələrə;

• vəsiyyət üzrə vərəsələrə.

Qanun üzrə vərəsələr dedikdə, qanunda miras qoyanın hüquqi varisləri kimi göstərilən şəxslər başa düşülür.

Fiziki şəxslər həm qanun üzrə vərəsə, həm də vəsiyyət üzrə vərəsə ola bilərlər. Hüquqi şəxslərə gəldikdə isə, qeyd etmək lazımdır ki, köhnə qanunvericiliyə görə onlar yalnız vəsiyyət üzrə vərəsə ola bilərdi. Mülki qanunvericilik hüquqi şəxslərə qanun üzrə vərəsə statusu əldə etməyə yol vermirdi. Yeni qanunvericilik isə bu cür məhdudiyyəti tamamilə aradan qaldırmışdır. Belə ki, müasir qanunvericiliyə görə, üç halda hüquqi şəxslər qanun üzrə vərəsə olur;

birincisi, vərəsələri olmayan əmlak (vərəsəsiz əmlak), əgər miras qoyan şəxs qocalar, əlillər üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçit

ikincisi, səhmdar cəmiyyətinin buraxdığı səhmin vərəsələri olmazsa, həmin səhm səhmdar cəmiyyətinə verilir

üçüncüsü, hüquqi şəxsin əmlakından ölən iştirakçıya çatası pay, əgər bu payın vərəsələri olmadıqda, həmin hüquqi şəxsə keçir

Dövlət də həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsə qismində vərəsəlik hüququnun daşıyıcısı ola bilər.

Bələdiyyələr ancaq vəsiyyət üzrə vərəsə ola bilər.

9.Vərəsəliyin həddi.

Vərəsəliyin həddi dedikdə, vərəsəliyə çağırılan və miras qoyanla qohumluq əlaqəsində olan şəxslərin dairəsinin məhdudlaşdırılması başa düşülür. Həmin həddən kənarda qalan vərəsə hesab edilmirlər.

Azərbaycan Respublikasının vərəsəlik hüququ qanun üzrə vərəsə ola bilən şəxslərin dairəsini beş növbə ilə məhdudlaşdırır. Vəsiyyət üzrə vərəsəlik də məhdudlaşdırılır. Məcburi pay hüququ vəsiyyət azadlığı prinsipinin və vərəsəliyin məhdudlaşdınimasını ifadə edir.

10.Mirasın açılması.

Mirasın açılması vərəsəlik hüququnun əsas anlayışlan sırasına daxil edilir. Mirasın açılması vacib hüquqi nəticəyə və əhəmiyyətə malik olan mülki-hüquqi hadisədir. Vərəsəlik hüquq münasibətinin özünün yaranmasına mirasın açılması deyilir. Qanunvericilik vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini - mirasın açılmasını iki cür hüquqi faktla bağlayır: Mirasın açılmasına səbəb olan birinci hüquqi fakt flziki şəxsin ölümü sayılır. Məhz bu fakt əsasında miras açılır. Miras açılan kimi vərəsəlik hüquq normaları tətbiq olunur. Yalnız fizioloji (bioloji), yəni təbii və ya pataloji (qeyri-təbii) ölüm vərəsəlik hüququ baxımından əhəmiyyət kəsb edir, yəni mirasın açılmasına - vərəsəlik hüquq münasibətinin yaranmasına səbəb olur. Mirasın açılmasına səbəb olan ikinci hüquqi fakt fiziki şəxsin ölmüş elan edilməsidir. Öz hüquqi nəticəsinə və əhəmiyyətinə görə bu hüquqi fakt fiziki şəxsin ölüm faktına bərabər tutulur. Belə ki, əgər fiziki şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmadığı və digər hallarda, o, məhkəmə qaydasında ölmüş elan edilir.

11.Mirasın açıldığı vaxt

Vərəsəlik hüququ münasibətinin yarandığı ana mirasın açıldığı vaxt deyilir.

Mirasın açıldığı vaxt vacib və mühüm hüquqi əhəmiyyətə malikdir. Mirasın açıldığı vaxt aşağıdakı məsələlərin həlli üçün son dərəcə olduqca zəruridir:

• vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün;

• vərəsələrin fəaliyyət qabiliyyətinin müəyyənləşdirilməsi üçün;

• miras əmlakın tərkibinin (həcminin) müəyyənləşdirilməsi üçün;

• məcburi payın müəyyənləşdirilməsi üçün;

• iddia müddəti axımının keçməsi üçün

Mülki qanunvericilik müəyyən edir ki, miras qoyanın öldüyü gün mirasın açıldığı vaxt sayılır.

Mülki qanunvericiliyin mirasın açıldığı vaxtı müəyyənləşdirən norması həm də kommorientlərdən sonra vərəsəlik məsələsinin həll edilməsi üçün vacibdir. Kommorientləf dedikdə, eyni vaxtda (ölən və bir-birinin vərəsəsi ola bilən şəxslər başa düşülür. Deməli, kommorientlər bir-birinin ölümündən sonra vərəsəliyə çağırılmırlar, yəni öldükdən sonra onlar bir-birinin vərəsəsi olmurlar. Söhbət eyni bir gündə bir-birinin vərəsəsi ola bilən şəxslərin (məsələn, ata və oğulun və yaxud qardaş və bacının və s.) eyni vaxtda ölmələrindən və bir-birinin ölümündən sonra vərəsəliyə çağırılmamasından gedir.

Mirasın açıldığı vaxt vərəsəlik transmissiyası adlı məsələnin həllində vacib rol oynayır. . Belə ki, miras açılandan sonra vərəsə ölür. O, mirası qəbul etməyə və ya ondan imtina etməyə macal tapmır (və ya vaxt tapmır). Lakin buna baxmayaraq ölmüş vərəsənin vərəsəsi onun yuxanda göstərilən həyata keçirilməmiş səlahiyyətini (yəni mirası qəbul və ya ondan imtina etmək səlahiyyətini) gerçəkləşdirə bilər. Buna vərəsəlik transmissiyası deyilir.

12..Mirasın açıldığı yer.

Vərəsəlik hüququnun əsas anlayışlarından biri miras açıldığı yer hesab edilir. Mirasın açıldığı yer odur ki, qanun vərəsəlik hüquq münasibətinin yaranmasını həmin yerlə bağlayır.

Vərəsəliklə bağlı bir sıra məsələlərin həlli məhz onun düzgün müəyyən edilməsindən asılıdır. Həmin məsələlərə aiddir:

• birincisi, prosedura məsələlərinin həlli, vərəsəlik hüququnun rəsmiləşdirilməsi və vərəsəlik işinin aparılması (

• ikincisi, mirasın qorunması (mirasın açıldığı yerdəki notarius mirasın qorunması üçün zəruri tədbirlər görür);

• üçüncüsü, kreditorların tələblərinin ödənilməsi (mirasın açıldığı yerdəki notariusun mirası siyahıya alması və həmin siyahı əsasında kreditorların tələblərinin təmin edilməsi);

• dördüncüsü, mübahisəli vərəsəlik məsələsi üzrə iş qaldırılması və həmin işə baxılması (mübahisəli vərəsəlik işinə bir qayda olaraq, əsasən mirasın açıldığı yerin məhkəməsində baxılır);

• beşincisi, konkret vərəsəlik münasibətinə bu və ya digər ölkənin qanunvericiliyinin tətbiqi məsələsi (məsələn, Azərbaycan Respublikasının vətəndaşı RF-in şəhərlərinin birində ölür. Belə halda vərəsəlik münasibətinə hansı ölkənin qanununun tətbiq edilməsi məsələsi əsasən mirasın açıldığı yerlə müəyyən edilir).

Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın açıldığı yeri miras qoyanın yaşayış yeri ilə əlaqələndirir: miras qoyanın yaşayış yeri mirasın açıldığı yer sayılır. Fiziki şəxsin olduğu yeri mirasın açıldığı yer saymaq olmaz. Mirasın açıldığı yer inzibati-ərazi vahidinin yox, şəhərin və ya yaşayış məntəqəsinin müəyyənləşdirilməsi deməkdir.On dörd yaşına çatmamış şəxslər öldükdə, onların valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri mirasın açıldığı yer sayılır. Belə ki, həmin şəxslərin yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Qəyyumluq altında olan şəxslərin (ruhi xəstələrin, kəm- ağılların və s.) yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

Bəzi hallarda miras qoyanın yaşayış yeri həqiqətən məlum olmur. Söhbət müxtəlif səbəblərə görə ölmüş şəxsin yaşayış yerinin müəyyən edilməsinin qeyri-mümkünlüyündən gedir. Məsələn, şəxs başqa şəhərə, yeni yaşayış yerinə köçərkən ölür və onun yaşayış yeri başqalarına məlum olmur. Bu halda mirasın açıldığı yer mirasın olduğu yerlə müəyyən olunur .Belə ki, mirasın olduğu yer mirasın açıldığı yer sayılır.

Mirasın olduğu yer dedikdə, miras əmlakın olduğu yer başa düşülür. Bəzən ölən şəxsin əmlakı müxtəlif yerlərdə olur. Məsələn, ölən şəxs şəhərdə mənzilə, başqa şəhərdə mebel dəstinə, televizora və s. malik idi. Bu cür hallarda mirasın açıldığı yer daşınmaz əmlakın olduğu yerlə müəyyən edilir. Şəxsin bir neçə daşınmaz əmlakı ola bilər.Bu halda daşınmaz əmlakın qiymətli hissəsinin olduğu yer mirasın açıldığı yer hesab edilir. Daşınmaz əşyalar qiymətcə bərabər olsa maksimum təsərrüfat əhəmiyyətinə malik olan daşınmaz əmlakın oduğu yer mirasın açıldığı yer hesab olunur. Şəxsin daşınmaz əmlakı olmaya bilər. Belə halda daşman əmlakın və ya onun əsas hissəsinin olduğu yer mirasın açıldığı yer hesab edilir.

13.Vərəsəlik hüquq münasibətləri.

Vərəsəlik hüquq münasibətləri dedikdə, vərəsəlik hüququ ilə tənzimlənən elə ictimai münasibətlər başa düşülür ki, həmin münasibətlər mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi prosesində yaranır.

vVərəsəlik hüquq münasibətləri öz inkişafında iki mərhələdən keçir:’

• birinci mərhələdə əmələ gələn hüquq münasibətləri mirasın açılması ilə bağlı olaraq yaranın vərəsəlik hüquq münasibətləri adlanır (mirasın açılmäsı üzrə hüquq münasibətləri);

• ikinci mərhələdə əmələ gələn hüquq münasibətləri isə mirasın qəbul edilməsi ilə əlaqədar yaranan vərəsəlik hüquq münasibətləri.

Fiziki şəxsin ölümü nəticəsində mirasın açılması və müəyyən şəxslərin vərəsəliyə çağırılması ilə vərəsəlik hüquq münasibətlərinin birinci mərhələsi başlayır. Vərəsəliyə çağırılan vərəsələr həmin münasibətin subyekti sayılır. Onlar səlahiyyətli şəxs qismində çıxış edirlər.

Vərəsə mirası qəbul edən zaman vərəsəlik hüquq münasibətinin ikinci inkişaf mərhələsi başlayır. Həmin münasibət həmişə səlahiyyətli şəxsin (vərəsənin) iradəsi əsasında əmələ gəlir. Belə ki, birinci mərhələnin əmələ gəlməsi vərəsənin iradəsi ilə bağlı deyil. Məlum məsələdir ki, fiziki şəxsin mirasın açılmasına səbəb olan ölümü vərəsənin iradəsindən asılı ola bilməz. Ölüm hüquqi faktların hərəkət yox, hadisə növünə şamil edilir. zünün ikinci inkişaf mərhələsində vərəsəlik hüquq münasibəti mütləq hüquq münasibətindən savayı, həm də öhdəlik (nisbi) hüquq münasibəti kimi çıxış edir. Ona görə ki, həmin vərəsəlik münasibəti konkret olaraq məlum olan şəxslər arasında əmələ gəlir: səlahiyyətli şəxs (vərəsə) - miras qoyan şəxsin kreditoru; səlahiyyətli şəxs (vərəsə) - miras qoyanın borclusu. Bu cəhət isə öhdəlik (nisbi) hüquq münasibətlərinə xas olan xüsusiyyətlərdir.

Vərəsəlik hüquq münasibətləri aşağıdakı tərkib hissələrdən ibarətdir:

• vərəsəlik hüquq münasibətinin subyekti;

• vərəsəlik hüquq münasibətinin məzmunu;

• vərəsəlik hüquq münasibətinin obyekti;

Vərəsəlik hüquq münasibətinin subyekt tərkibi yalnız vərəsələrdən ibarətdir.

Vərəsəlik hüquq münasibətinin məzmunu dedikdə, bu münasibətdə iştirak edən subyektlərin hüquq və vəzifələri başa düşülür. Vərəsəlik hüquq münasibətinin obyektinə gəldikdə isə onun iki cür obyekti fərqləndirilir': maddi obyekti; hüquqi obyekti. Vərəsəlik hüquq münasibətinin obyekti odur ki, məhz onun barəsində həmin münasibət yaranır. Vərəsəlik hüquq münasibətinin obyektinə gəldikdə isə onun iki cür obyekti fərqləndirilir': maddi obyekti; hüquqi obyekti. Vərəsəlik hüquq münasibətinin maddi obyekti dedikdə, miras və ya miras kütləsi (miras əmlak) başa düşülür. Vərəsəlik hüquq münasibətinin hüquqi obyekti dedikdə, borclu şəxsin davranışı başa düşülür.

14.Vərəsəlik hüququnun prinsipləri.

Vərəsəlik hüququnun prinsipləri öz aralarında qarşılıqlı əlaqədə olub, bir-birlərini şərtləndirir və tamamlayır. Ona görə də onlar müəyyən sistem halında birləşir.

Həmin sistemə daxildir:

• universal vərəsəlik varisliyi prinsipi;

• vəsiyyət azadlığı prinsipi;

• vərəsəliyin ailə-qohumluq münasibətlərinə əsaslanması prinsipi;

• vərəsəliyin maddi-təminat təyinatlı olması prinsipi;

• vərəsəliyin mülkij^ət hüququ ilə bağlı olması prinsipi;

• qanun üzrə vərəsəlik zamanı miras paylanmn bərabərliyi prinsipi;

• məcburi vərəsələrin hüquq və mənafelərinin təmin olunması prinsipi;

• vərəsəliyə çağırılan şəxslərin seçim azadlığı prinsipi;

• mirasın qorunması prinsipi.




Yüklə 39,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin