Dok.No: HD.YD.02 Rev. No:0 (01.03.2016) Yayin Tarihi: 01.03.2016
1 / 18
XƏSTƏXANA TƏQDİMAT VƏ XƏSTƏ SALAMATLIQ KİTAPÇASI
GƏNCƏ BEYNƏLXALQ XƏSTƏXANASINA XOŞ GƏLDİNİZ ............................................................ 3
1. BAXIŞI ...................................................................................................................................................... 3
2. MİSSİYA .................................................................................................................................................. 3
3. DƏYƏRLƏR: ............................................................................................................................................ 3
4. KEYFİYYƏTİN İDARƏETMƏSİ ........................................................................................................... 3
5. VERİLƏN XİDMƏTLƏR VƏ İŞ SAATLARI ........................................................................................ 4
6. XİDMƏT GÖSTƏRƏN ŞÖBƏLƏR VƏ LOKALİZASİYA İNFORMASİYASI ................................... 4
7. BAXIM GƏBUL ETMƏK PROSESİ....................................................................................................... 4
7.1. MÜRACİƏT VƏ XƏSTƏ QƏBUL PROSEDURLARI ................................................................... 4
7.1.1. Randevunun (həkimlə görüşün) Alınması ................................................................................... 4
7.1.2. Xəstə Qəbul Prosedurları ............................................................................................................ 4
7.1.3. Yatış Prosedurları ........................................................................................................................ 5
7.1.4. Məlumatlandırma və Razılıq ...................................................................................................... 5
7.1.5. Xəstə Kimlik(İD) Bilərziyi ......................................................................................................... 5
7.1.6. Otağınız ....................................................................................................................................... 6
7.1.7. İşçinin Şəxsiyyət Kartı ............................................................................................................... 6
7.1.8. Evdə İstifadə etdiyiniz Dərmanlar ............................................................................................... 6
7.2. XƏSTƏXANADA HƏYAT VƏ TƏHLÜKƏSİZLİK MƏLUMATLARI ...................................... 6
7.2.1. Müalicə və Baxım Qrupunuz ...................................................................................................... 6
7.2.2. Yatağın İdarə olunması(pultı) ..................................................................................................... 7
7.2.3. Tibbi Cihazlar .............................................................................................................................. 7
7.2.4. Yıxılma və Xəsarətlərin Qarşısını Alınması ............................................................................... 7
7.2.5. İnfeksiyaya Nəzarət və Gigiyena ................................................................................................ 9
7.2.6. Dərman Səhvlərinin Qarşısının Alınması ................................................................................... 9
7.2.7. Pəhriz Səhvlərinin Qarşısının Alınması .................................................................................... 10
7.2.8. Təhlükəsiz Cərrahiyyə ............................................................................................................... 10
7.2.9. Ağrı İdarəetməsi ........................................................................................................................ 11
7.2.10. Müalicə Planında İştirak .......................................................................................................... 11
7.2.11. Xəstə Hüquqları və Vəzifələri ................................................................................................. 12
7.2.12. Təhlükəsizliyiniz Üçün ........................................................................................................... 12
7.3. EVƏ YAZILMA .............................................................................................................................. 13
7.4. DİQƏR MƏLUMATLAR ................................................................................................................ 13
7.4.1. Tibbi Qeydləriniz, Tədqiq Nəticələriniz ................................................................................... 13
7.4.2. Məlumatın Paylaşılması ............................................................................................................ 14
7.4.3. Şəxsi və Qiymətli Əşyalarınız ................................................................................................... 14
7.4.4. İbadət otağı ................................................................................................................................ 14
Dok.No: HD.YD.02 Rev. No:0 (01.03.2016) Yayin Tarihi: 01.03.2016
2 / 18
7.4.5. Orqan Donorluğu ....................................................................................................................... 14
7.4.6. Siqaret İstifadəsi ........................................................................................................................ 15
7.4.7. Təhlükəsizlik Xidmətləri ........................................................................................................... 15
7.4.9. Təmizlik Xidmətləri .................................................................................................................. 15
7.4.10. Yiyəcək və İçəcək Xidmətləri ................................................................................................. 15
7.4.11. Telefon Xidmətləri .................................................................................................................. 16
7.4.12. İnternet Xidmətləri .................................................................................................................. 16
7.4.13. Ödənişlər ................................................................................................................................. 16
7.4.14. Ziyarət Siyasətimiz .................................................................................................................. 16
7.4.15. İrad və Təklifləriniz ................................................................................................................. 17
8. EHTİYACINIZ OLA BİLƏCƏK TELEFON NÖMRƏLƏRİ ............................................................... 17
9. XƏSTƏXANAYA NƏQLİYYAT .......................................................................................................... 17
9.1. Şəxsi Nəqliyyat ilə Çatma ................................................................................................................ 17
9.2. Sərnişin Nəqliyyatı ........................................................................................................................... 17
9.3. Hava Limanı ..................................................................................................................................... 18
Digər Şəhərlərdən gələcək xəstələrimiz üçün ən yaxın havalimanı Gəncə Hava limanıdır. .................. 18
10. HOTEL EHTİYACINIZ ....................................................................................................................... 18
Dok.No: HD.YD.02 Rev. No:0 (01.03.2016) Yayin Tarihi: 01.03.2016
3 / 18
GƏNCƏ BEYNƏLXALQ XƏSTƏXANASINA XOŞ GƏLDİNİZ
Xəstəxanamızda olduğunuz müddətdə özünüzü rahat və etibarlı hiss etməniz bizim üçün çox
əhəmiyyətlidir. Birlikdə keçirəcəyimiz bu prosesi rahat və problemsiz hala gətirə bilmək, bütün
suallarınıza cavab verə bilmək və sizə yol göstərmək məqsədiylə bu məlumat kitabçasını
hazırladıq.
Hədəfimiz xəstəxanamızdan keyfiyyətli və etibarlı bir səhiyyə xidməti almış olaraq
ayrılmağınızdır. Xəstə məmnuniyyəti və xəstə təhlükəsizliyi qurumumuzun əsas
prinsiplərdəndir.
Bizi seçdiyiniz üçün təşəkkür edirik.
1. BAXIŞI
Baxışı: Gəncə Beynəlxalq Xəstəxananın baxışı: Klinik nəticələr, xəstə təcrübəsi, xəstə və
işləyən təliminə görə Azərbaycanın və dünyanın lider təşkilatlarından olmaq, Azərbaycanın
səhiyyə sisteminin inkişafına kömək etmək və dünya tibbinin Azərbaycanda ən yaxşı səviyyədə
həyata keçirilməsini təmin etmək.
2. MİSSİYA
Gəncə Beynəlxalq Xəstəxananın missiyası xəstələrə beynəlxalq standartlarda diaqnostik,
müalicə və baxım xidməti təmin etmək və bu məqsədlə işçilərinin peşə biliyi və bacarığını
davamlı artırmaqdır.
3. DƏYƏRLƏR:
Gəncə Beynəlxalq Xəstəxananın dəyərləri beş başlıq altında toplanmışdır.
Keyfiyyət; Yüksək standartlarda tibbi xidmət vermək və bunu davam etdirə bilmək üçün,
performansımızı davamlı ölcər və ölçü nəticələrini davamlı yaxşılaşdırır.
Yenilik; Tibbdəki dəyişmə və yenilikləri izlər, hər zaman daha yaxşısını məqsədə qoyarıq.
Komanda İşi; Missiyamızı reallaşdırmaq, xəstə və işçilərimizə fayda vermək məqsədi ilə
əməkdaşlıq və məlumat mübadiləsi edirik.
Xidmət; Xəstə və işçilərimizin gözləntilərini və rifahını artırmaq üçün cəhd edirik və etibarlı
bir mühüd yaradırıq. Cəmiyyətin səhiyyə xidməti standartını yüksəldərək Azərbaycan səhiyyə
sistemini ən yüksək səviyyəyə qaldıraraq daimiliyini təmin etməyi məqsəd qoyuruq.
Etika; Dürüstlük, anonimlik, təhlükəsizlik, sayğı, şəffaflıq öhdəliyi ilə professional standartlara
və etik prinsiplərə uyğun xidmət veririk.
4. KEYFİYYƏTİN İDARƏETMƏSİ
Xəstəxanamızda verilən xidmətlərin inkişafı və məhsuldarlığın (performansın) artırılmasının
təmin edilməsi, Sizə- dəyərli xəstələrimizə daha yaxşı xidmət verə bilmək məqsədiylə yüksək
səviyyədə keyfiyyət siyasəti həyata keçiririk. Xəstəxanamızın sahib olduğu sənədlər;
Dok.No: HD.YD.02 Rev. No:0 (01.03.2016) Yayin Tarihi: 01.03.2016
4 / 18
Hematologiya Mərkəzimiz EBMT European Bone Marrow Tranplantation (Avropa
Sümük İliyi Transplantasiya) dərnəyi tərəfindən Akkreditasiya edilmişdir.
5. VERİLƏN XİDMƏTLƏR VƏ İŞ SAATLARI
Stasionar müalicə şöbələrimiz və Təcili Yardım Xidməti 7 gün / 24 saat xidmət göstərir.
Poliklinikalarımız həftə içi 09: 00-18: 00, həftə sonu Şənbə: 09: 00-14: 00 arası xidmət göstərir.
Poliklinik müayinələr üçün xəstəxanamızdan həkimlə görüş ala bilərsiniz.
6. XİDMƏT GÖSTƏRƏN ŞÖBƏLƏR VƏ LOKALİZASİYA İNFORMASİYASI
STASİONAR
XƏSTƏ
MƏRTƏBƏLƏRİ
2. MƏRTƏBƏ
Stasionar Şöbə
POLİKLİNİKALAR
Ambulator Xəstə Poliklinikaları
Təcili Yardım
1. MƏRTƏBƏ
İdarə
Kafeteriya
Laboratoriyalar
Radiologiya
(-)1. MƏRTƏBƏ
Aməliyyathanə
Reanimasiyada
Reanimasiyada yeni dogulmuş
7. BAXIM GƏBUL ETMƏK PROSESİ
7.1. MÜRACİƏT VƏ XƏSTƏ QƏBUL PROSEDURLARI
7.1.1
.
Randevunun (həkimlə görüşün) Alınması
Klinikamızda diaqnostik və müalicə xidmətlərindən faydalanmaq üçün
www.gbx.az
saytına
girərək online həkimlə görüş (randevu) ala bilərsiniz və ya +9922 255 38 38 və +9922 2558383
nömrəli telefonla bizlərə müraciət edə bilərsiniz.
7.1.2. Xəstə Qəbul Prosedurları
Xəstəxanamıza gəldiyinizdə sizləri xəstə təmsilçilərimiz qarşılayacaq və qəbul prosedurlarınız
başlanacaqdır. Prosedurlara başlamaq üçün vəsiqəniz və varsa özəl tibb sığorta kart
məlumatlarınızın yanınızda olması lazımdır. Azərbaycanca bilməyən xəstələrimiz üçün
xəstəxanamız tərəfindən tərcüməçi təmin edilir.
Dok.No: HD.YD.02 Rev. No:0 (01.03.2016) Yayin Tarihi: 01.03.2016
5 / 18
Yaşlı və Əlil Xəstələr
Xəstəxanamızda yaşlı və əlil xəstələrimizin tibb xidmətlərinə daha rahat və sürətli bir şəkildə
çatması üçün lazımlı tədbirlər görülmüşdür. Xəstəxanamızda yaşlı və əlillər üçün həkimlə görüş
prioriteti, əlillər ücün ayaq yolu, əlillər otağı və avtopark sahəsi mövcuddur. Təkərli kreslo və
ya porter ehtiyacınızı xəstə məsləhətcisinə bildirə bilərsiniz.
7.1.3. Yatış Prosedurları
Xəstəxanamızda yatış qərarını həkiminizlə birlikdə verdikdən sonra lazımlı yatış prosesleri
proseduru başlanır. Özəl tibbi sığortanız varsa və ya razılaşması olan təşkilat vasitəsi ilə
xəstəxanamıza gəlirsizsə əlaqədar sığorta şirkəti / təşkilatdan təsdiq alınnandan sonra lazımlı
məlumatlandırma edilir. Əgər ödənişli xəstə statusundasınızsa ödəniş mövzusunda
məlumatlandırma edilir və lazımlı avans alındıqdan sonra stasionarda yatışınız təmin edilir.
7.1.4. Məlumatlandırma və Razılıq
Xəstəxanamızda xəstələrimizə müalicələri əsnasında tətbiq olunacaq riskli invaziv
müdaxilələrə istiqamətli məlumatlandırılmış razılıq formaları təşkil olunmuşdır. Bu formalarda
proseduru kimin edəcəyi, prosedurun riskləri, faydaları və alternativləri açıqlanmışdır.
Formalarda ayrıca həkimə və xəstəyə aid ümumi məlumatlar (adı, soyadı, ünvanı) və prosedur
məlumatları (tarix, saat və imzaları) var. Xəstələrdən və ya razılıq verməyə səlahiyyətli
şəxslərdən razılıq alınarkən "oxudum, başa düşdüm, qəbul edirəm" yazması və imzalaması
tələb olunur. Xəstə bu prosedurları başladıqdan sonra da razılıq verdiyi tətbiqi rədd etmə
hüququna sahibdir. Rədd etdiyində də xəstənin ilk razılıq verdiyi kimi bunu da yazılı olaraq
bəyan etməsi lazımdır.
7.1.5. Xəstə Kimlik(İD) Bilərziyi
Xəstəxanamızda yatdığıniz müddətdə sizlərə adınız, soyadınız, sizin üçün təyin olunan nömrə
və doğum tarixi məlumatlarınızın olduğu bir bilərzik taxılacaq. Bu bilərzik sizə ediləcək
prosedurdan əvvəl tibb işçilərinin təsdiqləmə edə bilmələri baxımından əhəmiyyətlidir. Bu
səbəblə sizlərə özəl bilərziklərinizi evə yazılma prosedurları bitənə qədər çıxartmayınız. Kimlik
bilərziyindəki məlumatları kontrol ediniz və düzğün məlumatların yazılı olduğundan əmin
olunuz.
Dok.No: HD.YD.02 Rev. No:0 (01.03.2016) Yayin Tarihi: 01.03.2016
6 / 18
7.1.6. Otağınız
Otağınıza qəbul edildikdən sonra tibb bacısı tərəfindən sizə otağınızdakı əşya və avadanlıqların
təqdimi ediləcəkdir. İnfeksiya yaranmasına təsiri səbəbiylə otağınızda yemək saxlamamanızı
xüsusi xahiş edirik. Otağınızda olan televizorun səsinin digər xəstələri narahat etməyəcək
səviyyədə olması vacibdir. Bundan əlavə sağlamlığınız və təhlükəsizliyiniz üçün otaqlarda
siqaret çəkməyin, başqalarına da icazə verməyiniz.
7.1.7. İşçinin Şəxsiyyət Kartı
Xəstəxanamızda çalışan hər kəs şəkilli, adı, soyadı və vəzifə məlumatlarının yer aldığı
şəxsiyyət kartı daşımaqdadır. Klinikamızda şəxsiyyət kartını daşımayan şəxslərə körpənizi,
uşağınızı, yaşlı və / və ya əlil xəstələrinizi əmanət etməyin, sağlamlıq məlumatlarınızı
paylaşmayınız. Vəziyyəti dərhal xəstəxana səlahiyyətlilərinə bildiriniz.
7.1.8. Evdə İstifadə etdiyiniz Dərmanlar
Tibb işçiləri tərəfindən evdə istifadə etdiyiniz dərmanlar sorğu-sual olunacaqdır. Bu dərmanlar
haqqında tam məlumat verməniz vacibdir. Yanınızda dərman gətirmisinizsə bu dərmanları evə
yazılanda geri almaq ücün baxımınızdan məsul qrupa təslim edin. Bütün dərmanlar sizlərə tibb
bacılarımız tərəfindən veriləcəkdir. Tibb bacılarımızın məlumatı olmadan dərman istifadə
etməyiniz. Hər hansı bir dərmana qarşı allergiyanız varsa bunu bildirməyi unutmayınız.
7.2. XƏSTƏXANADA HƏYAT VƏ TƏHLÜKƏSİZLİK MƏLUMATLARI
7.2.1
.
Müalicə və Baxım Qrupunuz
Xəstəxanada olduğunuz müddət ərzində baxım və müalicənizə qatılmaq ücün təcrübəli bir
qrupumuz mövcuddur. Bu qrupda müalicə və baxımınızdan birinci dərəcədə məsul olan
həkiminiz, konsultan həkimləriniz, tibb bacınız, dietoloqunuz, fizioterapevtiniz və digər
səhiyyə işcilərimiz iştirak edir. Baxımınızdan məsul qrupumuz sizə özlərini tanıdacaglar. Qrup
üzvlərimizi eyni zamanda üzərlərində olan şəxsiyyət kartlarından da tanıya bilərsiniz. Baxım
qrupumuz ilə bütün narahatlıqlarınızı paylaşa bilərsiniz, maraqlandığınız sualları soruşa
bilərsiniz. Şüurlu xəstə olaraq qrupumuzun bir üzvü olmanız bizim üçün əhəmiyyətlidir.
Həkimlər
Yatışınıza qərar verən və müalicənizi öhdəsinə götürən həkim, məsul həkiminiz olaraq sizi hər
gün ziyarət edəcəkdir. Bunun xaricində mütəxəssiz həkimlər də lazım olduqda sizinlə
maraqlana bilər. Xəstə hüquqlarının həyata keçirilməsi mövzusuna diqqət göstərən
xəstəxanamızda həkiminizi seçmə haqqınız var.
Dok.No: HD.YD.02 Rev. No:0 (01.03.2016) Yayin Tarihi: 01.03.2016
7 / 18
Yatış prosedurlarınız tamamlandıqdan sonra həkiminiz tərəfindən bir sıra hazırlıq (sizə
vəziyyətinizlə əlaqədar suallar soruşmaq, bunları qeyd altına almaq, tədqiq prosedurları və s.)
ediləcəkdir. Sizə soruşulan suallara düzqün və dəqiq cavablar verməniz müalicə və baxımınızın
düzqün tənzimlənməsində böyük əhəmiyyət daşıyır.
Tibb Bacıları
Tibb bacınız günün müəyyən saatlarında sizi ziyarət edəcəkdir. (Baxım və müalicə zamanları
və s.) Xəstəxanada olduğunuz müddətdə vəziyyətinizdəki ən kiçik dəyişikliyi, əhəmiyyətsiz
olduğunu düşünsəniz belə, xahiş edirik tibb bacınıza bildiriniz.
7.2.2. Yatağın İdarə olunması(pultı)
Yatağınızın yan başında tibb bacısı çağırış zəngi var. Tibb bacınızı çağırmaq istədiyinizdə bu
avadanlığı istifadə edə bilərsiniz. Yatağınızın başına endirib qaldırma kimi prosedurları da
yataq kənarındakı “ok” işarələri köməyi ilə edə bilərsiniz.
7.2.3. Tibbi Cihazlar
Otağınızda siqnal verən bəzi tibbi avadanlıqlar ola bilər. Bu avadanlıqların səsi narahat edici
olsa belə özünüz səsini kəsməyiniz və bu avadanlıqlara hər hansı bir müdaxilə də etməyiniz.
Əlaqədar tibb işcinin gəlməsini gözləyiniz.
7.2.4. Yıxılma və Xəsarətlərin Qarşısını Alınması
Keçirdiyiniz əməliyyat ya da xəstəlikdən sonra yaxşılaşma dövründə normadan daha az gücə
sahib olursuz. Bu da yıxılma və xəsarət almaq riskinizin artmasına səbəb olur. Yıxılma
nəticəsində fiziki zərər görə biləcəyiniz kimi yeni bir müdaxilə lazım ola bilər ya da
xəstəxanada qalma müddətiniz uzana bilər.
Xəstəxanamızda xəstələrimiz ilk olaraq xəstəxanaya qəbul edildiklərində və periodik olaraq
yıxılma riski baxımından dəyərləndirilir.
Yıxılma və xəsarətlərdən qorunmaq ücün xahiş edirik aşağıdakı təkliflərə riayət ediniz.
Xəstəxana və ya bir səhiyyə quruluşunda gəzərkən və ya hərəkət edərkən daha çox
diqqət veriniz.
Xəstəxanadakı yatağınız evdəki yatağınızdan daha yüksək ola bilər. Ayağa qalxmadan
əvvəl barmağlarınızın uclarıyla basdığınız yeri hiss etdiyinizdən əmin olun.
Yaşlı xəstələr, kimyaterapiya müalicəsi alan xəstələr, qan durulaşdırıcı və ya ağrı kəsici
qəbul edənlər daha cox yıxılmaq və xəsarət almaq riski daşıyırlar.
Dok.No: HD.YD.02 Rev. No:0 (01.03.2016) Yayin Tarihi: 01.03.2016
8 / 18
Ehtiyacınız ola biləcək əşyalarınızı yaxın qoyunuz ki onlara əl uzadmaq
məcburiyyətində qalmayasınız.
Yatağınızın başında və ayaq yolunda çağırış zəngi var. Tibb bacısı köməyinə ehtiyacınız
olanda və təcili vəziyyətlərdə çağırış zəngini istifadə edin.
Əgər tək başına gezə bilməyəcəyinizi hiss edirsinizsə kömək istəyiniz. Sizə köməksiz
qalxmamaq deyildisə özünüzü yaxşı hiss etsəniz belə kömək istəyiniz.
Yataqdan qalxmadan əvvəl bir müddət oturaq vəziyyətdə gözləyib baş qicəllənməniz
yoxsa qalxmağa cəhd edin.
Rahat gezə biləcəyiniz və sürüşkən olmayan başmaqları seçiniz. Çılpaq ayaqla
gezməyiniz.
Yerə yemək, su və oxşar sürüşməyə səbəb ola biləcək mayelər tökülə bilər. Bu
vəziyyətdə təmizlənməsi üçün dərhal çağırış zənginə basın.
Yaş döşəmə xəbərdarlıqlarını nəzərə alınız.
Xəstəxanada təkərli bir çox əşya var. Yataqlar, masa, kreslo, məhlul asqıları kimi.
Bunlara söykənməyınız.
Yataq kənarlarınız qaldırılıbsa bu təhlükəsizliyinizi təmin etmək üçündür. Yataqdan
durduğunuz zaman yataq kənarlarının üzərindən atlamağa ya da yan hissəsindən
çıxmağa çalışmayınız.
Yixilmalar böyük əksəriyyətlə duşa girərkən olur.
Gəbul etdiyiniz müalicə və ya dərmanların nəticəsində duşu və tualeti əvvəlki
vəziyyətdən daha tez-tez və ya daha təcili istifadə etməniz lazım ola bilər.
Ayaq yoluna getmək üçün sonuncu ana qədər gözləməyin.
Tibb bacınızın tərəfindən tək duşa / ayaq yoluna getməməyimiz deyildisə xahiş edirik
bu xəbərdarlığa riayət ediniz.
Duşa girməzdən əvvəl döşəməni kontrol edərək yaş olmadığından əmin olun.
Duşda özünüzü yaxşı hiss etmədiyinizdə, unitaza yaxın olan çağırış zəngini istifadə
edərək kömək istəyiniz.
Sizə əməliyyatdan sonra ağrı cihazı tətbiq oluna bilər. Bu vəziyyətdə, hissiyatsızlıq
olarsa qalxmadan əvvəl mütləq tibb bacınızdan kömək istəyiniz.
Otağınızda gəzməyinizə maneə törədəcək və / və ya yıxılmanıza səbəb ola biləcək
lazımsız əşyalar saxlamayanız.
Dok.No: HD.YD.02 Rev. No:0 (01.03.2016) Yayin Tarihi: 01.03.2016
9 / 18
Köməklə yeridiyiniz hallarda, infuzomat kimi bir cihaz ilə yeriyirsinizsə daha da
diqqətli olunuz. Özünüzü yaxşı hiss etməzsəniz yeriməyə davam etməyin, sizə yardım
edən tibb işçisinə bildirin və yeriməyinizi dayandırınız.
7.2.5. İnfeksiyaya Nəzarət və Gigiyena
Əl yumaq mikroblardan və infeksiyalardan qorunmanın ən əhəmiyyətli faktorudur.
Infeksiyaların yayılmasının qarşısını almaq məqsədi ilə xəstəxanamızda müalicə xidmətlərinin
təqdim edildiyi hər yerdə əl yumaq yerləri və əl dezenfektorlar var. Tibb işciləri sizə tətbiq
olunacaq hər cür müayinə baxım və müalicədən əvvəl və sonra əllərini yuyacaq və ya əl
dezenfektoru istifadə edəcəklər. Bu mövzuda xəstəxanamızın İnfeksiyaya Nəzarət Komitəsi
tərəfindən hazırlanan əl yumaq məlumat kitabcaları var. Siz də xəstəxanada olduğunuz müddət
ərzində əl gigiyenasına diqqət yetirin.
İnfeksiya yoluxmasında digər bir əhəmiyyətli mənbə ziyarətçilərinizidir. Bu məqsədlə;
Kurum tərəfindən təyin olunan ziyarət saatlarına riayət ediniz.
Ziyarət müddətinin qısa olmasına və otaqda çox sayda ziyarətçi olmamasına diqqət
ediniz.
Qrip, soyuqdəymə və s yoluxucu xəstəliyi olanların ziyarətinə mane olunuz.
Başqa otağa aid olan kreslo, stul və s. əşyaları otağınıza gətirməyiniz.
Çiçəklər mikrob yoluxma mənbəyi olacağından otaq xaricində saxlanılmalıdır. Sizi
ziyarət edən şəxslərdən əllərini yumasını istəyiniz.
Tibb işçilərinin lazım olan vəziyyətlərdə təklif etdiyi qoruyucu avadanlığın istifadəsinə diqqət
edilməlidir.
7.2.6. Dərman Səhvlərinin Qarşısının Alınması
Xəstəxanamızda olduğunuz müddət ərzində istifadə etdiyiniz dərmanları və etibarlı istifadəsini
bilməniz bizim üçün əhəmiyyətlidir. Bunun üçün xahiş edirik aşağıdakı təkliflərə riayət ediniz.
Müalicə planınızın təşkilindən əvvəl, həkiminizin və tibb bacısının sizə verdiyi suallara
düzqün və diqqətli cavab veriniz. Xüsusilə daha əvvəlki alergiyalarınız və
reaksiyalarınız haqqında məlumat verməyi unutmayın.
İstifadə etdiyiniz dərmanların, bitki mənşəli dərmanlar və vitaminlər də daxil olmaqla
siyahısını həkiminizə veriniz.
Hansısa bir dərman haqqında şübhəyə düşsəniz həkiminizdən / tibb bacınızdan
soruşunuz.
Dok.No: HD.YD.02 Rev. No:0 (01.03.2016) Yayin Tarihi: 01.03.2016
10 / 18
Dərmanlarızın, qidalarla və ya gələcəkdə gəbul edəcəyiniz digər dərmanlarla ola biləcək
qarşılıqlı təsiri haqqında məlumat alınız.
Tibb bacınızın və ya həkiminizin, dərmanınızı vermədən əvvəl kimlik bilərzikliyinizi
kontrol etdiklərindən və adınızı soruşduqlarından əmin olunuz.
Həkiminizdən yeni bir dərmanın necə fayda verəcəyini soruşun. Dərmanınızın ola
biləcək əlavə təsirləri haqqında məlumat istəyiniz.
Düzqünlüyündən əmin olmaq üçün dərmanlarınızı içmədən əvvəl, adını və dozasını tibb
bacınızdan soruşunuz.
Əgər sizə yalnış dərman verdiklərini düşünürsünüzsə həkim və ya tibb bacınıza
söyləməkdən çəkinməyiniz.
Dərman gəbul etdikdən sonra özünüzü yaxşı hiss etmirsinizsə həkim və ya tibb bacınıza
söyləyin. Reaksiya olduğunu və ya dərmanın əlavə təsirlərinə məruz qaldığınızı
düşünürsünüzsə dərhal kömək istəyiniz.
Əgər sizə damar yolundan dərman verilirsə tibb bacısına bitməsinin nə qədər sürəcəyini
soruşunuz. Əgər çox sürətli və ya çox yavaş gedirsə xəbərdar edin.
Evə yazılarkən, sizə evdə istifadə ediləcəyiniz dərmanlar və istifadə formaları
mövzusunda təlimat veriləcək. Başa düşmədiyiniz hər mövzuda həkiminizdən / tibb
bacınızdan soruşmaqdan çəkinməyin.
Evə yazılma əsnasında sizə verilən resepti oxuya bildiyinizdən əmin olun. Bu, sizin
aptekdən düzgün dərman almağınıza yardımcı olacaq.
7.2.7. Pəhriz Səhvlərinin Qarşısının Alınması
Sizə verilən yeməkdə sizdə allergiya yaradan bir qida olmadığından əmin olun. Varsa
dəyişdirilməsini tələb ediniz.
7.2.8
.
Təhlükəsiz Cərrahiyyə
Xəstəxanamız əməliyyata bağlı xətaların qarşısının alınmasında beynəlxalq protokolu təqib
etməkdədir. Səhiyyə baxım işçilərimizlə aktiv, iştirakçı və məlumatlandırılmış bir üzvü olaraq
cərrahı müdaxilənizdə həyati vacib rol oynaya bilərlsiniz.
Daha etibarlı əməliyyat olunmanız üçün edə biləcəkləriniz;
Sizin baxımınızdan kimin cavabdeh olduğunu öyrənin. Həkiminiz, tibb bacınız və digər
işçilərlə görüşərək müalicəniz haqqında məlumat alın.
Personalın hər xəstə baxımından əvvəl və sonra əllərini yuduğuna diqqət ediniz. Bundan
əlavə əlcək taxmaları lazımdır. Bu şərtlər xəstəni qorumaq üçün vacibdir.
Dok.No: HD.YD.02 Rev. No:0 (01.03.2016) Yayin Tarihi: 01.03.2016
11 / 18
Əməliyyatdan əvvəl bir anestezioloq sizi görəcək və tətbiq olunacaq anesteziya metodu
haqqında sizi məlumatlandıraraq razılığınızı alacaq.
Həkiminizə əməliyyatdan əvvəl istifadəsinin dəyandırılmasını tələb edəcək reseptli və
reseptsiz dərman olub olmadığını soruşun.
Əməliyyatdan əvvəl həkiminizdən nə yiyə, nə içə biləcəyinizi, nələri yeməmək və
içməmək lazım olduğunu öyrəniniz.
Əməliyyatdan əvvəl dırnaq lakınızı siliniz (əl və ayaq). Bundan əlavə makiyaj da
etməyin. Dəri və dırnaqlar qan dövranının əhəmiyyətli məlumat vericiləridir.
Sizə tətbiq olunacaq əməliyyatı təsdiqlədiyiniz məlumat formasını imzalayınız.
Tətbiq olunacaq əməliyyatın növünə görə lazımdırsa, əməliyyatı reallaşdıracaq
həkiminiz, bədəninizdə əməliyyat ediləcək nahiyyəni işarələyə bilər. Bu düzgün orqanın
əməliyyat ediləcəyinin etibarlığıdır. Düzgün nahiyyənin işarələndiyindən əmin olun.
Əməliyyatdan əvvəl sizin əməliyyat nahiyyəsi və şəxsiyyətiniz təsdiq olunacaqdır.
7.2.9. Ağrı İdarəetməsi
Ağrı müxtəlif narahatlıqlarda ortaya çıxan, bədənin hər hansı bir nahiyyəsindən qaynaqlanan
subyektiv bir hisdir. Sağalma dövründə ağrının yox edilməsi, yaxşılaşmanı sürətləndirir və
rahat bir dövr keçirmənizi təmin edər. Həkimləriniz və tibb bacılarınız sizə, xəstəxanaya
qəbulda və daha sonra da müəyyən aralıqlarla ağrı mövzusunda suallar soruşacaqlar. Lütfən bu
suallara doğru və ətraflı cavablar veriniz.
Ağrınız ilk başladığında nəzarət altına alınması daha asandır. Bu səbəblə ağrınız başlar
başlamaz həkim ya da tibb bacınıza bildirin. Müalicəyə baxmayaraq ağrılarınızda bir azalma
yoxsa erkən dövrdə müalicə dəyişikliyi edilə bilməsi məqsədiylə bunu təkrar həkim ya da tibb
bacınıza bildirin. Xəstə kontrol etdiyi ağrı cihazı istifadə edirsinizsə, bunu yalnız xəstə adamın
istifadə etməsi lazımdır. Yaxınlarınızın bu cihazı istifadə etməsinə izin verməyiniz.
7.2.10. Müalicə Planında İştirak
Xəstəxanamızda olduğunuz müddətdə baxım və müalicə xidmətlərində iştirakınız
dəstəklənəcəkdir. Bu məqsədlə ediləcək bütün prosedurlar üçün əvvəldən məlumatlandırılacaq
və razılığınız alınacaq. Xəstəxanada yatış səbəbinizə uyğun olaraq lazımlı təlimlər tibb işçiləri
tərəfindən veriləcəkdir. Təlimlər əsnasında təkrarlanmasını istədiyiniz mövzuları xahiş edirik
çəkinmədən bidiriniz. Sağlamlığınız, edilən müalicələr və baxım xidmətləri ilə əlaqədar sual
soruşmaqdan çəkinməyiniz.
Dok.No: HD.YD.02 Rev. No:0 (01.03.2016) Yayin Tarihi: 01.03.2016
12 / 18
7.2.11. Xəstə Hüquqları və Vəzifələri
Xahiş edirik Haqlarınız və Məsuliyyətləriniz ilə əlaqədar hazırlanan kitabçamızı oxuyunuz.
Kitabça otağınızda olan qovluqların içində və broşur rəflərində var. Bundan əlavə tibb
işçilərindən istəsəniz broşurlarla sizi təmin edəcəklər.Xəstəxanamızla əlaqədar görüş, təklif və
tələblərinizi xəstə xidmətləri şöbəsinə çatdıra bilərsinizə. Bu şöbədə işləyən işçilərimiz ən qısa
müddətdə əlaqə yaradıb sizi məlumatlandıracaqlar.
7.2.12. Təhlükəsizliyiniz Üçün
Təhlükəsizliyinizi təmin etməniz üçün haqlarınızı və məsuliyyətlərinizi bilməniz böyük
əhəmiyyət daşımaqdadır. Təhlükəsiz bir mühitdə olmaq haqqınızdır. Bunun qorunmasına
yardımcı olmaqsa sizin məsuliyyətinizdədir.
Xəstəxanamızda təməl təlim ehtiyaclarına istiqamətli hazırlanmış yazılı materiallar var. Bu
yazılı materiallar sizə tibb bacısı tərəfindən veriləcəkdir. Bundan əlavə broşur yerlərindən
özünüz də maraqlandığınız mövzularla əlaqədar broşürlarımızdan istəyə bilərsiniz.
Xəstəxanamızda olduğunuz müddətdə ehtiyacınıza uyğun təlimlər səlahiyyət sahələrinə görə,
həkim, tibb bacısı, dietoloq və fizioterapevt tərəfindən hərtərəfli yanaşma ilə veriləcəkdir. Başa
düşmədiyiniz mövzuları təkrar soruşmaqdan çəkinməyiniz.
Aşağıdakı qaydaları və təlimatları diqqətlə izləyin və lazım olduğunda çəkinmədən sual
soruşun.
Tibbi baxım qrupunun fəal üzvü olun, suallar soruşun. Cavab kafi və aydın deyilsə
təkrar soruşun.
Düzgün məlumat verin.
Xəstə kimlik bilərziyinizi yatdığınız müddətdə çıxartmayın
Yıxılmaqların qarşısını almaq üçün ayağa qalxmadan əvvəl kömək istəyin
Ziyarətçilərinizdən əllərini yumasını istəyin.
Qulluq edən şəxslərdən əllərini yumasını və ya əl dezenfektoru istifadə etməllərini
istəyiniz
Dərmanlarınız ilə əlaqədar maraqlandığınızı soruşun.
Dietiniz ilə əlaqədar maraqlandığınızı soruşun.
Müalicəniz ilə əlaqədar maraqlandığınızı soruşun.
Müalicəniz, dərmanlarınız və tibbi cihazlar mövzusunda personalın verdiyi göstərişlərə
riayət ediniz.
Dok.No: HD.YD.02 Rev. No:0 (01.03.2016) Yayin Tarihi: 01.03.2016
13 / 18
7.3. EVƏ YAZILMA
Evə yazılma qərarınız bir gün əvvəl ya da xəstəxanadan evə yazıla biləcəyiniz günün səhəri
həkiminiz tərəfindən veriləcəkdır. Evə yazılandan sonra özünüzə lazım olan qulluğu etməniz
yaxşılaşma müddətinizi sürətləndirəcəkdir. Bu səbəblə müalicə və baxımınızı təmin edən
həkim, tibb bacısı, dietoloq və fizioterapevtin təklif və xəbərdarlıqlarını nəzərə alınız. Evə
yazılmadan əvvəl sizə ehtiyacınız olan təlimatlar veriləcək. Bu təlimatların minimum məzmunu
aşağıdakı kimidir;
Evdə istifadə edəcəyiniz dərmanlar
Pəhriziniz
Fiziki Aktivlik
Kontrol müayinə vaxtı
Həkiminiz xəstəxanadan evə yazılma qərarı verdiyində, olduğunuz şöbədəki cavabdeh işçilər,
evə yazılma prosedurlarıyla əlaqədar sizi Xəstələrin Evə Yazılma Şöbəsinə
istiqamətləndirəcəklər. Evə yazılma mərhələsində məlumatlarınızın və faktura sənədlərinizin
araşdırılması, özəl tibb sığortanız varsa sığorta şərtləri təsdiqlənməsi səbəbiylə, prosedurların
tamamlanması təxminən bir - iki saat çəkə bilər.
7.3.1. Ambulans Xidməti
Evə yazılma prosedurları əsnasında Ambulans xidmətlərimizdən faydalanmaq istəsəniz tibb
bacınız və ya evə yazılma prosedurlarını davam etdirən işçilərimizə müraciət edə bilərsiniz.
7.4.
DİQƏR MƏLUMATLAR
7.4.1. Tibbi Qeydləriniz, Tədqiq Nəticələriniz
Xəstəxanada olduğunuz müddət ərzində edilən prosedurlara bağlı qeydləriniz , test
nəticələriniz və s. olduğunuz şöbədə ayrı bir yerdə, evə yazılandan sonra isə arxivdə saxlanılır.
Xəstənin Xəstəlik tarixində və kompyuterdaki qeydlərini yalnız mütəxəssiz tibb işçiləri əldə
edə bilərlər. Xəstə məlumatlarının anonimliyi və təhlükəsizliyi bizim üçün çox əhəmiyyətlidir.
Xəstəliyiniz ilə əlaqədar hesabatlar yalnız sizə, qanuni nümayəndənizə və təsdiq etdiyiniz şəxsə
təslim edilir. Telefonla nəticə bildirilməsi edilmir. Sistemdə qeyd olunmuş e-mail ünvanınızdan
başqa bir e-mail ünvanına nəticə göndərilməz. E-mail ünvanınızın şifrə təhlükəsizliyini təmin
etməkdən fərdi olaraq siz məsulsunuz.
Dok.No: HD.YD.02 Rev. No:0 (01.03.2016) Yayin Tarihi: 01.03.2016
14 / 18
Həkiminiz tərəfindən sizlərdən istənən tədqiq və təhlilləri etdirməlisiniz. Tədqiq və təhlil
nəticələrinizi sizə təyin olunan saatda müayinə olduğunuz poliklinikadan əldə edə bilərsiniz.
Təhlil nəticələri tamamlandıqda, nəticələr avtomatik olaraq müayinə olduğunuz həkimin
ekranlarına düşür və həkiminiz tərəfindən görülür.
7.4.2. Məlumatın Paylaşılması
Xəstə hüquqları lazımi məlumatlarınız üçüncü şəxslər ilə paylaşılmaz. Qanunvericiliyə uyğun
olaraq bəzi ictimai təşkilatlara məlumatların verilməsi məcburidir.
Doğum tarixi məlumatı
Bildirilməsi məcburi olan Xəstəliklərin bildirilməsi
Stasionar xəstə məlumatları
Ədliyyə hadisəsi bildirilməsi kimi ..
7.4.3. Şəxsi və Qiymətli Əşyalarınız
Xəstəxanaya gələrkən xahiş edirik lazımlı və sizin üçün vacib olan əşyalarınızı gətiriniz.
Mümkünsə zinət əşyala və ya coxlu miqdarda pulu yanınızda saxlamayınız. Əgər yanınızda
qiymətli əşyanız varsa, otağınızdan qısa müddətə ayrıldığınız halda belə ya özünüzlə aparınız
ya da müşayiətçi / yaxınınıza təslim ediniz. Xəstəxana şəxsiyyət kartı olmayan tanımadığınız
şəxsləri otağınıza buraxmayanız. Xahiş edirik eynək, protez dişlər, eşitmə cihazı kimi fərdi
əşyalarınızı diqqətli istifadə ediniz və qoruyunuz. Bunları stəkan içində ya da kağıza bükülü
olaraq saxlamayınız.
Xəstəxanamız Şəxsi Əşyalarınızla Bağlı Məsuliyyət Daşımır. Yanında müşayiətçi olmayan
xəstələrimiz yanlarındakı qiymətli əşyaları Təhlükəsizlik Bölümünə təslim edə bilərlər. Təslim
Edilməyən Qiymətli Əşyaların Məsuliyyəti Qəbul Olunmur.
7.4.4. İbadət otağı
Sizin və yaxınlarınızın dini ehtiyaclarınızı qarşılamanıza köməkçi olmaq əhəmiyyətli
vəzifələrimizdən biridir. Xəstələrimizin və yaxınlarının ibadətlərini reallaşdırmaq üçün
Klinikamızın -2- ci qatında ibad otağımız mövcuddur. Bağlı olduğunuz inanca görə bir din
xadimi tələbinizi tibb bacılarına ya da xəstə əlaqələri personalına bildiriniz.
7.4.5. Orqan Donorluğu
Organ donorluğu ilə əlaqədar bütün suallarınız və maraqlandıqlarınızı Klinikamızda
reanimasiyada məsul xəkim ve tıbb bacısına soruşa bilərsiniz.
Dok.No: HD.YD.02 Rev. No:0 (01.03.2016) Yayin Tarihi: 01.03.2016
15 / 18
7.4.6. Siqaret İstifadəsi
Klinikamızda siqaret istifadəsi bağlı yerlərdə qadağan edilmişdir. Xəstələrimizin siqaret
çəkməsinə icazə verilmir. Bu mövzuda həkiminiz ilə görüşə bilərsiniz.
7.4.7. Təhlükəsizlik Xidmətləri
Sizin - xəstələrimizin, ziyarətçilərimizin və işçilərimizin təhlükəsizliyini təmin etmək üçün 24
saat xidmət edən təhlükəsizlik qrupumuz mövcuddur. Ayrıca təhlükəsizlik kameraları ilə
davamlı izləmə aparılır. Bir əşyanız itdiyində ya da başqasına aid bir əşyanı tapdığınızda lütfən
təhlükəsizliyə bildirin.
Yangin zəlzələ kimi təcili vəziyyətlərdə xəstəxananın təxliyyəsi gərək ola bilər. Belə təcili
vəziyyətlərdə toplaniş yeri xəstəxananın arxa bağçasındakı uşaq əyləncə parkıdır. Bu
vəziyyətlərdə liftdən istifadə etməyiniz. Cıxış işarələrini təqib edərək toplanış yerinə gediniz.
Yeriyə bilməyən xəstələrimizə xəstəxana təxliyyə qrupu yardımçı olacaq. Lutfən bu kimi
vəziyyətlərdə çaxnaşma yaratmayın və verilən göstərişlərə tabe olunuz.
7.4.9. Təmizlik Xidmətləri
Otaq təmizliyiniz günün müəyyən saatlarında bu sahədə təcrübəli bir təmizlik qrupu tərəfindən
həyata keçiriləcəkdir. Təmizlik əsnasında yaş döşəmə xəbərdarlıqlarına diqqət edin. Təmizlik
zamanları xaricində yerə hər hansı bir şey töküldükdə lütfən tibb bacılarına təmizlik qrupu ilə
əlaqəni təmin etməsi üçün xəbər veriniz. Otaq təmizliyi xaricindəki gigiyenik ehtiyaclarınız
(yataq dəyişməsi, hamam, fərdi təmizlik və s.) Xidmət personalı və tibb bacılarınız tərəfindən
qarşılanacaq.
7.4.10. Yiyəcək və İçəcək Xidmətləri
Stasionar xəstələrimizin bütün yiyəcək və içəcək xidmətləri xəstəxana mətbəxindən təmin
ediləcəkdir. Bu mövzuda həkimlərimizin tapşırıqları istiqamətində dietoluqunuzun sizin üçün,
sizin də iştirakinızla təsbit etdiyi pəhriz proqramları olacaqdır.
Xəstəxanamıza kənardan yemək sifariş etməyiniz. Yeməklərinizin qızdırilması tələbinizi tibb
bacınıza çatdıra bilərsiniz.
Yemək Saatlarımız;
Səhər yeməyi: 07:30-08:00
Günorta Yeməyi: 12:00-12:30
Axşam Yeməyi :18:00-18:30
Müşayiətçi, yeməyimiz ödənişli olduğundan yemək istəyinizi xahiş edirik tibb bacısına
bildiriniz.
Dok.No: HD.YD.02 Rev. No:0 (01.03.2016) Yayin Tarihi: 01.03.2016
16 / 18
Ziyarətçi və müşayiətçiləriniz içəcək və yüngül yeməklər üçün giriş mərtəbəsində olan
kafeteriya xidmətlərindən istifadə edə bilərlər.
Kafeteriya
Kafeteriya 07:00-24:00 saatlar arasında xidmət edir.
7.4.11. Telefon Xidmətləri
Otağınızda olan telefon 24 saat çalşır. Xəstəxana içindən edəcəyiniz danışıqlar üçün zənq etmək
istədiyiniz şöbənin nömrəsini birbaşa yiğa bilərsiniz. Xəstəxanadan xaricinə stasionar
telefonlardan zənq etmək istəsəniz 9-u basaraq telefonu baglaya bilərsiniz. Bu danışıqların
ödəməsi faturaniza əlavə ediləcəkdir.
7.4.12
.
İnternet Xidmətləri
Xəstəxanamızda kabelsiz şəbəkə ilə internetə bağlana bilərsiniz. Kabelsiz şəbəkə şifrəli
oluğundan məlumat üçün məsləhətçiylə əlaqə saxlaya bilərsiniz.
7.4.13. Ödənişlər
Xəstələrin Evə yazılma şöbəsi alacağınız xidmətlərin ödəməsi haqqında məlumat sahibidir,
xahiş edirik xidmət almadan əvvəl ödəcəyiniz məbləği və əhatəsini başa düştüyünüzdən əmin
olun. Müalicə xərcləriniz üçün xəstəxanadan evə yazılma faturanızdan çıxılmaq şərtilə bir
miqdar avans alınmaqdadır. Uzun sürən yatışlardasa ara ödənişlər alınır.
Özəl tibbi sığorta varsa xəstəxanamızın razılaşması olub olmadığını xəstə hesablarından öyrənə
bilərsiniz.
7.4.14. Ziyarət Siyasətimiz
Xəstə şöbələrində 10.00-20.00 saatları arasında ziyarət edilə bilər. Bu saatlar
xəstələrimizin baxım və yuxu zamanları nəzərə alınaraq təşkil edilib.
Özəl xidmətlərdə və şöbələrdə ziyarət həkim icazəsinə bağlıdır.
Xəstə baxımından təhlükəli ola biləcək vəziyyətlərdə ziyarət həkim icazəsinə bağlıdır.
Ziyarət saatlarının xaricində, təcili yatmış, əməliyyat olacaq ya da olmuş xəstələr
həkimin icazəsi ilə birinci dərəcə yaxınları tərəfindən ziyarət edilə bilər.
Bir günlik yatışlarda da yuxarıdakı qaydalar etibarlıdır.
Xəstəxanada açıq yerlər xaricində siqaret çəkməyiniz.
Xəstənizə xaricdən yiyəcək getirmeyiniz.
Şöbələrdə ziyarət müddətinin 15 dəqiqədən artıq olmamasına və otaqda 2 ziyarətçidən
cox adam olmamasına diqqət edin.
Dok.No: HD.YD.02 Rev. No:0 (01.03.2016) Yayin Tarihi: 01.03.2016
17 / 18
Qrip, soyuqdəymə və s. yoluxucu xəstəliyiniz mövcudsa xəstə ziyarəti etməyiniz.
14 yaşdan az olan uşaqları xəstə ziyarətinə gətirməyiniz.
Ziyarət vaxtı infeksiya riskinin qarşısını almaq məqsədiylə xahiş edirik xəstə yatağına
oturmayınız.
Ziyarət vaxtı xəstəyə bağlı olan avadanlıqlara toxunmayınız.
Xəstənizi öpməyiniz.
Xəstənizin otaq qapısında xəbərdarlıq işarələri varsa xahiş edirik nəzərə alınız.
Reanimasiya şöbəsinin ziyarət saatları 13.00-14.00 arasıdır. Ziyarət 10 dəqiqədir. Bu
saatlar xaricində ziyarətçi qəbul edilmir.
Xüsusilə reanimasiya şöbəsində ziyarətdən əvvə mütləq əllərinizi yuyunuz.
7.4.15. İrad və Təklifləriniz
Sizlərə dahа yaxşı xidmət təqdim edə bilmək üçün fikir, təklif və tələbləriniz bizim üçün
əhəmiyyətlidir. Fikirlərinizi ambulator və stasionar xəstə sorğular vasitəsi ilə çatdıra bilərsiniz.
Bundan əlavə Xəstə Xidmətləri cavabdehlərimizə şifahi və ya yazılı olaraq da irad və
təkliflərinizi çatdıra bilərsiniz. Xəstəxanamızdan ayrıldıqdan sonra da internet səhifəmızdə
"İrad və Təklifləriniz" başlıqlı hissədən tənqid və təkliflərinizi göndərə bilərsiniz. Sizlə əlaqə
saxlamaq ücün məlumatlarınızı qeyd edsəniz, sizə ən qısa zamanda geri məlumat veriləcəkdir.
8. EHTİYACINIZ OLA BİLƏCƏK TELEFON NÖMRƏLƏRİ
MƏLUMAT BÜROSU: 199
Dəstək Xidmətləri: 611
Xəstə Yatış və Ödəmə: 162
Kassa: 155
Kafeteriya: 160
9. XƏSTƏXANAYA NƏQLİYYAT
9.1. Şəxsi Nəqliyyat ilə Çatma
9.2. Sərnişin Nəqliyyatı
Avtobus ilə birbaşa xəstəxananın qarşısında enə biləcəyiniz dayanacaqlar
Dəmir Yol Vağzalından 4 və 1 nömrəli avtobuslar
Şəhər mərkəzindən 2 nömrəli avtobus
Şəhərlərarası Avtovağzaldan 9 nömrəli avtobus
Dok.No: HD.YD.02 Rev. No:0 (01.03.2016) Yayin Tarihi: 01.03.2016
18 / 18
9.3. Hava Limanı
Digər Şəhərlərdən gələcək xəstələrimiz üçün ən yaxın havalimanı Gəncə Hava limanıdır.
10. HOTEL EHTİYACINIZ
Klinikamıza yaxın hotellər haqqında məlumat almaq üçün Məlumat Şöbəmizə müraciət edə
bilərsiniz.
ƏLAQƏ
Ünvan: Gəncə Beynəlxalq Xəstəxana, 60 D.E.F, Heydər Əliyev Pr, Azərbaycan
Telefon: +99 (422) 255 38 38, +99 (422) 261 01 85
Dostları ilə paylaş: |