XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 381,02 Kb.
səhifə48/97
tarix02.01.2022
ölçüsü381,02 Kb.
#1042
1   ...   44   45   46   47   48   49   50   51   ...   97
Graphomanie. Qrafomaniya. Məktub, gündəlik, nəsil xronikası yazmaq (yəni özü və öz yaxınları üçün) düşkünlüyü yox, “kitab (naməlum oxucu auditoriyası üçün) yazmaq düşkünlüyü” (“Gülüş və yaddaş kitabı”). Nəsə yaratmaq düşkünlüyü yox, öz “mən”ini başqalarına sırımaq düşkünlüyü. Hökmün və iradənin ən qrotesk variantı.

Idees. İdeyalar. Əsərləri ideyalara bağlayanlara bəslədiyim nifrət. Qondarma “ideyalar mübarizəsi”nə cəlb edilmək imkanının mənə təlqin elədiyi dəhşət. İdeyalara heyran olub, əsərlərə etinasız münasibət göstərən dövrə baxanda hiss elədiyim ümidsizlik.

Idylle. İdilliya. Fransada az istifadə edilən, amma Hegel, Höte, Şiller üçün əhəmiyyətli olan söz: ilk münaqişəyə qədər; yaxud münaqişələrdən kənarda; anlaşılmaz, yəni yalançı münaqişələrdən ibarət olan dünyanın vəziyyəti. “Qırxyaşlı kişinin sevgi həyatı həddən artıq çoxçalarlı olsa da, qəlbinin dərinliklərində o, idillik personajıydı…” (“Burda olmayan həyat”) Sevgi avantürasını idilliyayla barışdırmaq gedonizmin mahiyyəti və onun mümkünsüzlüyünün səbəbidi.


Yüklə 381,02 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin