Kimyəvi təhlükəli obyektlərdə qəza zamanı həmin maddələrin fizikikimyəvi xassəsindən asılı olaraq onların daşınması, saxlanılması üzrə yaranan fövqəladə hallar 4 növ ola bilər:
Kimyəvi qəza zamanı fövqəladə halların 1-ci növü qazşəkilli, kriogen tərkibli kimyəvi təhlükəli maddələrin saxlanıldığı avadanlığın partlama və ya kipliyinin pozulması nəticəsində elan olununr. Həmin kimyəvi təhlükəli maddələrin buxarqaz və aerozol şəklində yüksək konsentrasiyalı təbəqəsi yaranır. Kimyəvi təhlükə ilə bağlı fövqəladə halların 2-ci növü istehsalatda istifadə olunan zəhərli qazların (amonyak, xlor və s.) və qaynama temperaturu ətraf mühitin temperaturundan aşağı olan zəhərli mayelərin (fosgen, azot oksidi, kükürd anhidridi, sinil turşusu və s.) müəyyən səbəblərdən tökülməsi zamanı elan olunur. Bu zaman qəza təhlükəli kimyəvi maddənin 10%-ə qədəri buxarlanaraq məhvedici konsentrasiyalarda ilkin duman yaradır. Sonra qalan hissəsi isə
buxarlanaraq 2-ci təbəqəni yaradır.
Kimyəvi təhlükə zamanı fövqəladə halların 3-cü növü ərimə temperaturu ətraf mühitin temperaturuna yaxın olan durulaşdırılmış qəzatəhlükəli maddələrin (fosgen, azotun oksidləri) tökülməsi, eyni zamanda çoxlu miqdarda gübrələrin və əzilmiş kükürdün yanması nətəcəsində baş verə bilər.
Kimyəvi təhlükə zamanı fövqəladə halların 4-cü növü ərimə temperaturu ətraf mühitin temperaturundan çox yuxarı olan qəza təhlükəli kimyəvi maddələrin (fenol, dioksin, sinil turşusunun duzu) tökülməsi nəticəsində baş verir. Bu zaman torpaq, su və ətraf mühitin zəhərlənməsi baş verir.
Kimyəvi təhlükə zamanı fövqəladə halların 1-ci növü kimyəvi qəza təhlükəli maddələrin insanlara və heyvanlara inqalyasiya şəklində təsir edir. Kimyəvi qəza təhlükəli maddələrin yayılma miqyası atılan zəhərli maddələrin miqdarından, sıxlığından, küləyin surətindən, atmosferin aşağı qatlarının vəziyyətindən, yerin xarakteristikasından (açıq, qapalı) və əhalinin sıxlığından aslıdır.
Kimyəvi qəzanın 2-ci növü zamanı qəza təhlükəli maddələr insanlara və heyvanlara inqalyasiya şəklində təsir edərək öldürücü təsir göstərən duman yaradır, öz buxarları ilə 2-ci duman yaradır. Kimyəvi qəza 3-cü növün də isə əmələ gələn dumanı yaradaraq daha uzaq ərazilərə yayıla bilər. Kimyəvi qəzanın 4-cü növü isə yaranan dumanı çox iti və hopdurucu şəkildə insanlara təsir edir.
Dostları ilə paylaş: |