Kimyəvi qəza üzrə ləğvetmənin rəhbəri qəza haqqında məlumat alarkən
aşağıdakıları yerinə yetirir:
1. Zəhərlənmənin miqdarının qiymətləndirilməsi.
2. Həmin rayonlarda duman yayılma nəticəsində həyatı təhlükə altında olan əhalinin siyahısı.
3. Kimyəvi və tibbi məsələlərin qoyuluşu.
4. Əhalinin qorunması üçün qəza-xilasetmə və digər təxirə salınmaz işlərin aparılması haqqında sərəncamın verilməsi.
Kimyəvi qəzada ləğvetmə zamanı vəziyyəti qiymətləndirərkən aşağıdakı qərarlar verilir:
1. Kimyəvi obyektlərin dağılması.
2. Xilasaetmə işlərin həcmi və onların keçirilmə ardıcıllığı.
3. Xilasetmə və digər təxirə salınmaz işlərin həyata keçirilməsi üçün güc və qüvvələrdən istifadə və onların qarşısına qoyulan məsələlər.
4. Əsas qüvvələrin obyektlərə istiqamətləndirilməsinə diqqətin yönəlməsi.
5. Zərərçəkənlərin və əhalinin kimyəvi zəhərli rayonlardan daşınma nəqliyyatı və yerləri.
6. Xilasetmə işlərinin aparılması üçün və təhlükəsizlik ölçülərinin götürülməsi.
7. Fövqəladə hallar üzrə xəbərdarlıq sistemi qüvvələrinin nizamlı fəaliyyətinin təmini.
8. Ehtiyyat hissələrin tərkibi və yerləşdiyi rayonlar.
9. Qarşıya qoyulan məsələlərin bölmələrə çatdırılması.
K.Q.T.M. nin dağılması ilə bağlı olaraq həmin obyektə xilasedici dəstələri gəlir. Qazxilasedici dəstələrin əsas işi xilasetmə işlərinin yerinə yetirilməsi, işçilərin həmin yerdən daşınması və ilkin tibbi yardımın göstərilməsidir oksigen əleyhqazlarından istifadə edərək K.Q.T.M.ər ilə zəhərlənmiş sahələrin məhdudlaşdırılması zəhərli maddələrin növündən, zəhərlənmənin xarakterindən, istehsalın texnoloji sxemindən və digər şərtlərdən asılıdır. Bu zaman kommunikasiya xəttlıərinin kranları bağlanır, çat olan yerlərdə muftalar qoyulur.
Həmin yerlərdə zəhərli maddələr yayılmasın deyə bəndlər qoyulur, kimyəvi təhlükəli maddələrin maye hissəsi bağlı yerlərə yığılır, çöküntüləri isə qazsızlaşdırılır. Ən geniş yayılmaış K.Q.T.M. ammiak və xlor hesab olunur.
Ammiak ilə bağlı qəzalar zamanı zəhərlənmiş sahələrin kommunikasiya xətləri kəsilir, ammiak olan sahələr suvarılır və həmin sahələrə ammiakı nasosla tutub çəkmək üçün xüsusi avtomatlaşdırılmış qurğu qoyulur. Xlorlu sahələrdə qəza zamanı kommunikasiya xəttləri kəsilir, təmizləndikdən sonra isə həmin sahələrə su səpilir, boruların zədələnmiş sahələrinə isə halqa keçirilir. K.Q.T.M.olan sahəni məhdudlaşdırdıqdan sonra həmin sahələr zərərsizləşdirilir. İlk növbədə daxil olma yolları, zavodun daxili yolları və zəhərlənmiş obyektlər zərərsizləşdirilir. Zəhərli maddələri qazsızlaşdırılma məhlulları ilə zərərsizləşdirilir. K.Q.T.M. ilə zəhərlənmiş torpağı buldozer ilə təmizləyir və həmin hissələrə təmiz torpaq tökürlər. K.Q.T.M. ilə zəhələnmiş sahələrə ləğvetmə zamanı radiasiya, kimyəvi, bioloji və tibbi qoruyucular qruplar gətirilir.
Onların əsas məqsədi zərərçəkmişlərə ilk tibbi yardımın göstərilmıəsi və onların zərərsiz yerlərə daşınmasıdır. İlkin növbədə nəfəs orqanlarını qorumaq üçün heç bir ləvazimatı olmayan insanlar daşınır. Sonra isə əleyhqazı olan və ilkin tibbi yardım almış insanlar daşınır. Sonda isə filtroventilyasiya qurğuları ilə təchiz olunmuş hissələrin insanları daşıyır. Ağır vəziyyətdə olanları isə tibbi personalın nəzarəti ilə daşıyırlar.
Zərərçəkənlərin təhlükəli səhələrdən daşınması üçün müəyyən qədər nəqliyyat tələb olunur. Zərərçəkənlərin axtarılması, daşınması və yerləşdiriliməsi üçün xüsusi daşıyıcı hissələr tələb olunur. Zərərçəkməmiş əhali isə piyada ilə nizamlı və ya nəqliyyat ilə təhlükəsiz yerlərə daşınır. Zəhərlənmiş sahələrdə xilasetmə işlərinin əsas qüvvələri 2-ci zəhərlənmə mənbələrinin məhdudlaşdırılmasına yönəlir. Kimyəvi zəhərlənmə hallarının ləğvi, artıq insanların həmin yerlərdə olmasının təhlükəsiz hesab olması deməkdir. İş tamamilə bitdikdən sonra texnikanın və şəxsi tərkibin formalaşdırılması üçün tədbirlər keçirilir.
Azərbaycan Respublikasının icraedici orqanaları, ərazilərdə kimyəvi təhlükəli obyektlərin, K.Q.T.M. həmin obyektlərdə növü və miqdarı haqqında məlumatı bilməli, kimyəvi təhlükəli sahələrdə monitorinqin və mümkün kimyəvi qəza zamanı fövqəladə hallar üzrə tədbirlərin keçirilməsini təmin etməlidir.
Dostları ilə paylaş: |