Radiasiya qəzası zamanı ləğvetmənin əsasları. Radiasiya qəzası zamanı təhlükəli obyektləri bir neçə nöqteyi nəzərdən klassifikasiya etmək olar.
Radiasiya qəzasının 4 fazası var: ilkin, erkən, aralıq və bərpaedici.
İlkin faza zaman keçdikcə ətrafa atılan radiaktiv maddələrdən və ya əhalinin sanitar-qoruyucu sahələrdən şüalanma dövrüdür. Bəzən bu fazanın müddəti qısa olduğuna görə hiss olunmur.
Erkən faza qəzası (güclü şüa fazası) radiaktiv maddələrin ətrafa atılması nəticəsində radiasiya vəziyyətinin yaranmasıdır. Bu dövrün müddəti 1 neçə dəqiqədən 1 neçə saata qədərdir, əgər atılma davam edərsə 1 neçə sutkaya qədər də çəkə bilər. Proqnozlarda adətən bu müddətin 1 sutkaya qədər götürülməsi məqsəd- yönlüdür.
Aralıq faza elə bir dövrdür ki, o dövrdə ətraf mühitə heç bir radiaktiv maddə buraxılmır və ətraf mühitdə radiaktiv maddələrin miqdarının ölçülməsi və radiasiyadan qorunma tədbirləri davam etdirilir. Aralıq faza adətən radiaktiv maddələrin atıldığı andan 1 neçə saat əvvəl başlanır, 1 neçə sutkaya və həftəyə qədər davam edir. Radiaktiv maddədən asılı olaraq bu müddət 7-10 sutka da ola bilər.
Bərpaedici faza əhalinin normal həyata qayıtdığı dövürdür və bu radiaktiv maddənin tərkibindən. zəhərlənmiş ərazinin xarakterik xüsusiyyətindən, radiasiyadan müdafiə səmərəliliyini dərəcəsindən asılı olaraq 1neçə həftədən 1 neçə ilə qədər çəkə bilər.