Aztu “Sənaye ekologiyası və hft” kafedrası FÖVQƏladə hallarda idarəetmə giriş FÖVQƏladə hallarin aradan qaldirilmasinin



Yüklə 310,32 Kb.
səhifə24/79
tarix02.01.2022
ölçüsü310,32 Kb.
#36308
1   ...   20   21   22   23   24   25   26   27   ...   79
ders

Fövqəladə hallarda ləğvetmə

Fövqəladə hallarda ləğvetmə-əhalinin xilas edilməsi, sağlamlığının qorunması qəza-xilasetmə və digər təxirə salınmaz işlərin aparılması, təhlükə xarakterli amillərin azadılması məqsədi ilə aparılır. Qəza-xilasetmə işlərində əsas məqsəd zərərçəkənlərin axtarılması, tibbi yardımın göstərilməsi, müalicə mərkəzlərinə göndərilməsi üçün aparılır.
Həyəcan sahələrində qəza-xilasetmə işlərinə aşağıdakı vəzifələr daxildir:

1. Nəqliyyat vasitələrinin yoxlanılması.

2. Nəqliyyat hərəkəti olan sahələrdə yanğının söndürülməsi.

3. Xilasetmə işlərinə maneə yaradan təhlükəli amillərin minimal səviyyəyə endirilməsi

4. Yanmış, zərərçəkmişlərin tüstü basmış, isti, uçqun sahələrdən çıxarılması.

5. Zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, onların müalicə mərkəzlərinə daşınması.

6. Təhlükəli sahələrdən əhalinin köçürülməsi.

7. Əhalinin sanitar təmizlənməsi, heyvanların baytarlar tərəfindən yoxlanılması, texnikanın fəaliyyətinin dayandırılması, qoruyucuların və paltarların dezinfeksiya edilməsi.

8. Ərzaq məhsullarının və suyun zərərsizləşdirilməsi.
Qəza-xilasetmə işləri maksimal olaraq qısa müddətdə yerinə yetirilir. Bu öncədən zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsi və 2-ci dəfə yanğınların, partlayışların qarşısının alınması ilə bağlıdır.

Təxirəsalınmaz işlər qəza-xilasetmə işlərinin aparılması üçün şəraitin yaradılması, itkilərin 2-ci dəfə yaranmamasının qarşısının alınması, iqtisadi obyektlərin və zərərçəkənlərin həyat fəaliyyətinin təmini məqsədi ilə aparılır.




Yüklə 310,32 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin