Aztu “Sənaye ekologiyası və hft” kafedrası FÖVQƏladə hallarda idarəetmə giriş FÖVQƏladə hallarin aradan qaldirilmasinin



Yüklə 310,32 Kb.
səhifə27/79
tarix02.01.2022
ölçüsü310,32 Kb.
#36308
1   ...   23   24   25   26   27   28   29   30   ...   79
ders

İnsanların xilas edilməsi, yanğının söndürülməsi, kommunal-enerji sistemlərində qəzanın qarşısının alınması, insanların xilas ediləcəyi yolların düzəldilməsi tabe olan qrupların köməyi ilə yerinə yetirilir.

Qarşılıqlı əlaqələrin təşkili əsas aşağıdakı elementlərdən ibarətdir:

1. Hər bir qrupun hərəkət obyektinin sərhədi dəqiqləşdirilir.

2. Bir-birinə yaxın obyektlərdə hərəkətin nizamlılığın təşkili. Bu xüsusi ilə işin yerinə yetirilməsi zamanı qonşu obyektlərə təhlükə yaradacaq və onun işinə mane olacaq

halda daha vacibdir.

3. Mürəkkəb və vacib işlərin birgə yerinə yetirilməsi zamanı qüvvələrin cəmləşdirilmə yeri və zamanı uyğunlaşdırılır.

4. Əlaqəli bölmələrdə işin nəticələri və vəziyyətin dəyişməsi haqqında məlumatlar sistemi təyin edilir.

5.Təcili qarşılıqlı kömək planının qurulması.

İdarəetmə orqanları və digər qüvvələrin qrupları ilə əlaqələr (xilasetmə işləri ilə bağlı) məsələnin qoyuluşu zamanı təşkil edilir. Bu zaman idarəetmənin rəhbəri qrupun iştirakçılarına məsələ və onun yerinə yetiriləcəyi obyektlər, işin başlama və bitmə müddəti haqqında məlumat verilir. Eyni vaxtda idarəetmə orqanları və əlaqədə olan qüvvələrin nümayəndələri işin yerinə yetirilmə ardıcıllığı, idarəetmə mənbələrinin yerləşdirilmə dəqiqliyi, onların əlaqəsi haqqında məlumat verir. Kəşfiyyatın təşkili zamanı əsasən kəşfiyyatın məqsədi rayonlarda, obyektlərdə işin yerinə yetirilmə vaxtı, ətraf mühitin vəziyyətinin yoxlanılması, işin yerinə yetiriləcəyi rayonlarda vəziyyətin dəyişməsi, siqnalın verilmə sistemi və xəbərlərin çatdırılması məsələsi qarşıya qoyulur.

Nəqliyyat təminatı əsasən daşınmaların xarakteri, həcmi, bütün nəqliyyat növlərinin hesabatı, yeri, kəşfiyyat marşrutları, yoxlama zonaları, keçmə müddəti, yüklənmə vaxtı, mərkəzləri, ehtiyyat nəqliyyat mərkəzlərinin yaradılması və onların istifadə qaydası kimi məsələlərə baxır.

Mühəndis təminatı, xüsusi mühəndis işlərinin yerinə yetirilməsi, ləvazimatlardan istifadə mexanizmi, su ilə təchizat avadanlıqları, suyun çatdırılması və işin aparılma yeri kimi məsələlərin həllinə baxır.

Yol təminatı yol-körpü dəstələrinin yaradılması, marşrutların hazırlanma müddəti və lazımi ləvəzimatlarla təmini məsələlərinə baxır.

Hidrometroloji təminat idarə etmə orqanlarına və qrup komandirlərinə iş aparılan rayonlarda hava haqqında məlumatın geniş şəkildə verilməsi, eyni zamanda təhlükəli metroloji məlumatların çatdırılması məsələsinə baxır.

Texniki təminat təmir köçürülmə işlərinin təşkili, xüsusi qruplar vasitəsi ilə maşın və mexanizmlərin texniki xidməti, yerli təmiri və nasaz texnikanın təmiri və təmir bazalarına çatdırılmasını təmin edir. Fövqəladə hallarda ləğvetmə rəhbərinin qərarı ilə bütün əməkdaşlarına aiddir. Qəza xilasetmə dəstələrinin rəhbəri əgər hərəkət zonasında birinci dəfə yerləşiblərsə. o halda fövqəladə hallarda ləğvetmə rəhbəri gələnə qədər səlahiyyəti qanunauyğun şəkildə yerinə yetirə bilərlər. Fövqəladə halların ləğvetmə rəhbəri səlahiyyəti Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə təyin edilir.

Fövqəladə halların ləğvetmə rəhbəri aşağıdakı müstəsna hallarda özü qərar qəbul etmək hüququn malikdir.

1. Təhlükə zonalarında köçürülmə tədbirlərinin keçirilməsi.

2. Fövqəladə hallar zonasında qəza-xilasetmə işlərinin aparılması, təhlükəli zonalarda insanların buraxılmasına qadağa qoyulması.

3. Fövqəladə hallar zonasında yerləşən idarələrin fəaliyyətinin dayandırılması.

4. İdarələrin maddi-ehtiyyat hissələrinin zirehdən çıxarılması və fövqəladə hallarda

ləğvetmə məsələləri üçün istifadəsi.

5. Əlaqə hissəsinin nəqliyyat qanunauyğun şəkildə fövqəladə hallar zonasında istifadəsi

6. Qəza-xilasetmə işlərinə ştatda olmayan və ümumi qəza-xilasetmə qruplarının cəlb edilməsi (onların qəza-xilasetmə işlərində iştirak etmək hüququ haqqında atesstatı olduqda).

7. Qəza-xilasetmə işlərində təxirə salınmaz işlərin keçirilməsi üçün könüllü, sənədi

olmayan ayrı-ayrı vətəndaşların cəlb edilməsi.

8. Fövqəladə hallarda ləğvetmə zamanı işin gedişi haqqında digər qərarların qəbulu. Bu halda fövqəladə halların rəhbəri uyğun dövlət orqanlarına verilmiş qərarlar haqqında məlumat verilməlidir.

Əməliyyat qrupları xüsusi profesionallar tərəfindən kompleksləşdirilməlidir və aşağıdakıları təmin etməlidir.

1. Fövqəladə hallarda məlumatın alınması və əməliyyat qruplarına çatdırılması.

2. Fövqəladə halların inkişaf səviyyəsinin proqnozlaşdırılması.

3. Fövqəladə hallar haqqında məlumatların analitik təhlili, qərarların hazırlanması, güc və qüvvələrdən istifadə etməklə onların yerinə yetirilməsi.

4. Qəbul edilmiş qərarların idarə etmə orqanlarına və qruplarına çatdırılması.

5. Qəbul edilmiş qərara əsasən işin aparılması və yoxlanılması.

6. İşin gedişi və vəziyyətin dəyişməsi haqqında məlumatların çatdırılması.

İşə rəhbərlik xüsusi avtomatlaşdırılmış əlaqə aparatları və texniki ləvazimatları ilə təmin edilmiş idarə mərkəzləri tərəfindən yerinə yetirilir. İdarə etmə mərkəzləri ümumi və ya inzibati binalarda və ya tikililərdə növbətçi ilə komplektləşdirilir və əməliyyat qruplarının səmərəli işini təmin edir.

Fövqəladə hallarda ləğvetmənin idarəetmə qrupları Fövqəladə hallarda ləğvetmə-idarəetmə rəhbərliyinin nəzarəti altında qəzaxilasetmə işlərinin və digər təxirə salınmaz işlərin aparılmasından ibarətdir. İdarə etmənin əsas məqsədi müxtəlif təyinatlı güc və qüvvələrdən səmərəli istifadə, fövqəladə hallar zonasında tam həcmdə qısa müdət ərzində minmal maddi itkiylə iş yerinə yetirilməsidir.

İdarəetmə işləri fövqəladə halların başlandığı andan başlayır və onun ləğvi ilə başa çatır. O sutkada dövr ilə həyata keçirilir və buraya aşağıdakılar aiddir:

1.Vəziyyət haqqında məlumatlar toplusu.

2.Vəziyyətin analizi və qiymətləndirilməsi.

3. Qərarın dəqiqləşdirilməsi və məsələnin icraçılara çatdırılması.

4. Qarşılıqlı münasibətlərin təşkili.

5.Güc və qüvvələrin iş təminatı.
İdarəetmə funksiyasının məzmunu və onların dövrülüyü qəza-xilasetmə işlərinin planlı şəkildə aparılması üçün xarakterikdir.

Ciddi dəyişiklər olan halda bu plan dəyişə bilər və idarə etmə orqanları mövcud vəziyyətə uyğun hərəkət edirlər. İdarəetmə orqanlarına məlumat təcili və təcili olmayan şəkildə çatdırılır. Təcili məlumatlar müəyyən vaxt ərzində formalaşmış şəkildə çatdırılır. Təcili olmayan isə yaradıcı formada vaciblikdən asılı olaraq catdırılır. Vəziyyət haqqında tam və ümumiləşdirilmiş şəkildə məlumatlar tabe olan qruplar və idarəetmə orqanları tərəfindən və onların müşahidəsi və yoxlanılması ilə daxil ola bilər.

Fövqəladə halların inkişaf ardıcıllığından asılı olaraq idarəetmənin tabe orqanları məlumat verir. Bunlar aşağıdakılar aiddir:

1. Fövqəladə halların yaranma ehtimalı.

2. Hadisə olmuş rayonda vəziyyət.

Qəza-xilasetmə işlərinin və digər təxirə salınmaz işlərin aparılması, vəziyyətin kəskin dəyişməsi, periodik olaraq işin nəticələri.

Fövqəladə halların yaranması ehtimalı haqqında məlumat dərhal çatdırılır. Buraya təcili ölçü götürmə haqqında məlumat, güc və qüvvələrin hazırlanması üçün qərarların qəbul edilməsi və onların fövqəladə hallar yerləşən rayonlara göndərilməsi və qəza-xilasetmə işlərinin aparılması. Daha dəqiq məlumat kəşfiyyatdan, axtarışdan və işin ilkin mərhələsindən sonra əldə edilir. Onların məzmunu əsas qüvvələrlə işin aparılması üçün yeni qəbul edilmiş qərarın dəqiqlik təminatından ibarətdir.

İşin aparılması haqqında məlumata xilasedilmiş insanların vəziyyəti (uçqundan çıxarılan insanların), vəziyyətin dəyişməsi, qəza-xilasetmə işlərinin yerinə yetirilməsi, itkilər qruplaşmanın vəziyyəti və təminatı aiddir. Bu məlumatlar əvvəl qoyulmuş məsələlərin dəqiqləşdirilməsi üçün və eyni zamanda ciddi dəyişikliklər zamanı qərarların verilməsi üçün çox vacibdir. Çatdırılan məlumatların forması, məzmunu və müddəti normativ sənədlərə uyğun təyin edilir. Labüd hallarda onlar işlərin gedişi və təşkili zamanı dəyişə bilər. Vəziyyət tam həcmdə fövqəladə halların ləğvetmə rəhbərliyi tərəfindən, onların köməkçiləri tərəfindən, eyni zamanda öz səlahiyyəti daxilində vəzifəli şəxslər tərəfindən analiz edilir.

Qəzanın hazırlanması vaxtı artıq qəza-xilasetmə işlərinin və qəza-bərpa təxirəsalınmaz işlərin planlaşdırılması başlayır. O, yalnız qərarın qəbul edildiyi və məsələnin tabe olanlara çatdırıldığı andan başlayır. İşlərin aparılma planı mətn, xəritə, qrafik, sxem və digər əlavələr şəklində rəsmiləşdirilir. İdarəetmə orqanlarının rəhbəri tərəfindən imzalanır və böyük rəis tərəfindən təsdiq edilir.

İşin planından çıxarılan çıxarış tabe olanlara aid hissəsi onlara çatdırılır. Planda fövqəladə işlər zamanı düzəlişlərdə edilə bilər. Fövqəladə hallar rayonunda qrupların iş sistemini idarə etmək üçün əməliyyat qrupları yaradılır, stasionar hərəkət qruplarından istifadə olunur. Eyni zamanda əlaqə sistemi təşkil olunur.

Əlaqə sisteminin əsas elementi əlaqə hərəkət uclarıdır. İdarəetmə sisteminin səmərəli işi üçün idarəetmənin mobil məlumat idarə mərkəzi bazasında avtomatlaşdırılmış alt sistem yaradılır. İdarəetmə sisteminin strukturu və tərkibi fövqəladə halların və idarəetmə orqanlarının qərarı ilə təyin olunur. Obyektlərdə fövqəladə hallarda ləğvetməyə fövqəladə hallar üzrə obyekt yoxlamaları, rayon üzrə funksional əməliyyat qrupları rəhbərlik edirlər. Yerli fövqəladə hallarda ləğvetməyə həmin ərazinin fövqəaldə hallar kommisiyası rəhbərlik edir. İnzibati rayonun idarəetmə sisteminə fövqəladə hallar zamanı regional mərkəzin mülkimüdafiə üzrə əməliyyat qrupları daxil ola bilər. Regional və ya qlobal fövqəladə hallar zonasında ləğvetmənin həyata keçirilməsi üçün idarəetmə sistemi yaradılır. Bu sistemin tərkibinə Azərbaycan Respublikasının fövqəladə Hallar Nazirliyinin əməliyyat qrupları aiddir.


Yüklə 310,32 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin