Fövqəaldə hallarda ləğvetmə üzrə işlərin təşkili.
Fövqəladə hallarda ləğvetmə işlərinin aparılması üçün aşağıdakı dəstələrdən istifadə olunur.
1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin dövlət yanğına qarşı və xilasetmə xidmətlərinin birləşmiş və hissə mülki-müdafiə dəstələri. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Aviasiya xidmətləri, fövqəladə və ləğvetmə, təbii fəlakət olan sahələrdə sahə rəisləri.
2. Fövqəladə hallar üzrə ərazi-kommissiyasının rəhbərliyin qərarı ilə bələdiyyə xilasetmə dəstələri aiddir.
3. İcra hakimiyyəti orqanlarının rəhbərliyinin regional, obyekt orqanlarının funksional alt sistemlərinin güc və qüvvələri. Azərbaycan Respublikasının fövqəladə hallar üzrə xəbərdarlıq sisteminin güc və qüvvələri fövqəladə hallar üzrə komisiya rəhbərliyinin ləğvetmə işləri qarşısında qoyduğu məsələləri yerinə yetirir. Fövqəladə hallarda ləğvetmənin operativ təşkili üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə xəbərdarlıq və hərəkət sisteminin bütün güc və qüvvələrinin hərtərəfli təminatı təşkil edilir.
Həmin güc və qüvvələrin növündən və miqyasından asılı olaraq onların təminatı Azərbaycan Respublikasının Fövqəladə Hallar xəbərdarlıq və hərəkət sisteminin uyğun ərazi və funksional alt sistemləri tərəfindən həyata keçirilir. Vacib hallarda Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yerli özünüidarəetmənin normativ hüquqi aktları ilə maliyyə və maddi ehtiyyatlardan istifadə edilə bilər.
Dostları ilə paylaş: |