İlkin mərhələdə aşağıdakı əsas məsələlər yerinə yetirilir:
1. Əhalinin qorunması və zərərçəkmişlərə ilkin yardımın göstərilməsi, təhlükə haqqında xəbərdarlıq, qorunma üçün xüsusi vasitələrdən istifadə, tibbi profilaftikanın aparılması, işçilərin və rayon əhalisinin təhlükəsiz yerlərə köçürülməsi, axtarışların aparılması, zərərçəkmişlərin çıxarılması və ilk tibbi yardım, xilasedicilərin rejiminə nəzarət.
2. Dağıdıcı faktorların azaldılması və inkişafının qarşısının alınması, dağılmış yerlərə məhdudiyyətin qoyulması, təhlükəli maddələrin (şüaların) ayrıldığı yerlərin örtülməsi, texnoloji proseslərin dayandırılması, yanğınların söndürülməsi, əhalinin sanitar təmizlənməsi, tikililərin, ərazi və texnikanın sanitar təmizlənməsi.
3. Güc və qüvvələrin işin aparılmasına hazırlığı, kəşfiyyatın aparılması, vəziyyətin
qiymətləndirilməsi, idarəetmə və qüvvələrin hazırlanması, güc və qüvvələrin qruplaşdırılması. Güc və qüvvələrin fövqəladə hallar zonasına gətirilməsi, qəzaxilasetmə işlərinin aparılması haqqında qərarın verilməsi. Vəziyyətin normallaşdırılması, vətəndaşların təhlükəsizlik qorxusunun ləğv edilməsi, fövqəladə hallar zonasında əhalinin həyat fəaliyyətinin bərpası üçün Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq fövqəladə vəziyyət elan olunması. Qəza-xilasetmə işləri yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin üzvləri, icra hakimiyyəti orqanları, fövqəladə hallar kommisiyasının icra hakimiyyətinin yerli orqanları, sosial və
istehsal obyektlərinin rəhbərliyi ilə birlikdə fövqəaldə hallar zonasında idarə etmənin yerli təşkilatlara verilməsi üçün birlikdə kommissiya yaradılır.
Kommissiya yerinə yetirilmiş işlərə qiymət verilir, zədələnmiş ərazilərin və obyeklərin siyahısını icra hakimiyyətinin uyğun orqanlarına, yerli özünüidarəetmə və təşkilat rəhbərliyinə verilir. Aktda yerinə yetirilmiş, qəza-xilasetmə, qəzabərpaetmə işlərinin siyahısı və təxirə salınmaz işlərin həcmi verilir. Akt kommisiya üzvləri, icra hakimiyyətinin rəhbər orqanları, sosial və istehsal obyektlərinin rəhbərliyi tərəfindən imzalanır. Bütün infrastrukturun bərpası icra hakimiyyətinin yerli orqanları rəhbərliyinə, yerli özünü idarə etməyə və təşkilat rəhbərliyinə tapşırılır.
Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə Xəbərdarlıq və hərəkəət sisteminin güc və qüvvələri fövqəladə hallar zonasından fövqəladə hallar üzrə kommissiyanın digər orqanlarının qərarı ilə qəza-xilastemə, qəza-bərpaetmə işləri bitdikdən sonra çıxarılır. Güc və qüvvələrin çıxarılmasının təşkili məqsədi ilə çıxarılma müddəti, ardıcıllığı, maddi texniki və nəqliyyat təminatı haqqında plan hazırlanır. İşin sonunda labüd hallarda dağılmış obyektlərin və infrastrukturun bərpası ilə tədbirlər keçirilir. Buraya binaların tikintisi və bərpası, istehsal avadanlıqlarının bərpası və ya yenisinin qurulması, nəqliyyat və enerji təchizatı, məişət əlaqəsi, maddi ehtiyyatlar, bəndlərin bərpası və s. aiddir. Bu tədbir Azərbaycan Res-nın İcra hakimiyyəti orqanlarının və yerli özüidarəetmə həyata keçirilir. Qeyd etmək lazımdır ki, fövqəladə halda ləğvetmə zamanı iş dövründə güc və qüvvələri I, II, III qruplaşma və ehtiyata ayrılır
Dostları ilə paylaş: |