I qruplaşmanın tərkibinə hazırlıq dərəcəsi 30-dəqiqədən çox olmayan güc və qüvvələr aiddir. I qruplaşmanın qarşısına qoyulan məsələ fövqəladə hallarda məhdudlaşdırılma, yağınların söndürülməsi, axtarış-xilasetmə işlərinin aparılması, xəsarət alanlara ilk tibbi yardımın göstərilməsi.
II qruplaşmanın tərkibinə hazırlıq dərəcəsi 3 saatdan çox olmayan güc və qüvvələr aiddir. II qruplaşmanın əsas məsələləri: qəza-xilasetmə və digər təxirə salınmaz işlərin davamının radiasiya və kimyəvi və ağır qəzalar zamanı zərərçəkmişlərin ilkin həyat təminatı, xüsusi tibbi yardımın göstərilməsi. Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin tamamilə başa çatdırılması 3-cü qruplaşmanın tərəfindən həyata keçirilir.