EKSPONOMETR (exponometer) – Foto və kino çəkilişində, yaxud foto surətlərinin alınmasında düzgün ekspozisiyanı təmin edən obyektivin işıqlanmasını və diafraqmasının lazımi ölçüsünü təmin edən aparat; teleistehsalatda kameranın və yaxud yüklü rabitə cihazının ötürücü borusunun işığahəssas səthinə düşən təxmini işıq miqdarını göstərən cihaz. Üç növ: optik, fotoelektrik və cədvəl (kalkulyator) E.-i mövcuddur. İş prinsipi çəkilən obyektin parlaqlığının və ya işıqlandırılmasının ölçülməsinə əsaslanan fotoelektrik E.-dən daha geniş istifadə olunur. Müasir foto və kino aparatlarının E.-ləri onların içərisində olur.