PLAKAT (placard/poster) – Elan, afişa; qrafikanın geniş yayılmış növlərindən biri. P., reklam, məlumat, yaxud tədris vəsaiti məqsədi ilə yaradılır. İctimai yerlərdə, izdihamlı küçələrdə asılır. Mətn ilə təsvir arasındakı üzvi vəhdət P.-ın mühüm şərtidir. TV-də P. –hər hansı verilişin açıq-aşkar təşviqat, yaxud reklam-təbliğat xarakteri daşıması, mətn ilə təsvir arasında üzvi vəhdətin pozulması, çıxışda məqsəd və ideyanın birbaşa və səriştəsiz şəkildə açıqlanmasıdır.