Азярбайъан милли елмляр академийасы археолоэийа вя етнографийа институту



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix31.01.2017
ölçüsü1,64 Mb.
#7141
1   2   3   4   5   6   7   8   9   ...   12

 
 
1.2.  EL  ŞAİRLƏRİ 
 
Aşıq  yaradıcılığının  mühüm  bir  hissəsini  el  şairlərinin 
yaradıcılığı təşkil edir. Lakin bu sənətkarlar bir sıra xüsusiy-
yətləri ilə aşıqlardan fərqlənirляр. Belə ki, onlar ustad və pe-
şəkar aşıqlardan fərqli olaraq heç vaxt məclis aparmayıblar. 
Eyni  zamanda,  onların  nə  yaxşı  oxumaьы,  nə  də  səsləri  ол-
мамышдыр. Çalmağı da yüksək səviyyədə bacarmамышlar. Bü-
tün bunlarla yanaşı, onlar özlərinin yaradıcılıq ruhu, mənəvi 
aləmлярinin bağlılığı etibarilə xalq yaradıcılığı ilə əlaqəlidir-
lər. Xalqın həyat tərzi, məişəti, düşdüyü problemlərlə birgə-
dirlər. Hətta demək olar ki, həmin vəziyyətlərin fəal iştirak-
çıları, dərd-sərlərin daşıyıcılarıdırlar. Məhz belə keyfiyyətlə-
ri etibarilə bu sənətkarlar aşıqlar kimi xalqın sevimlisi, elin-
obanın dar gündə dayağı, məsləhətçisi olmuşlar.  
El  şairləri  öz  əsərlərini  sazın  ümumi  ahənginə  uyğun 
olaraq yaratmışlar. Onların şeirlərində dil sadəliyi, fikir ay-
dınlığı, məna tutumu da bunu göstərir. Məhz ona görə də el 
şairlərinin şeirləri də, aşıqların şeirləri kimi məclislərdə müx-
təlif  havacatlar  üzərində  oxunмушдur.  Xalq  tərəfindən 
böyük  məhəbbət  hissilə  qarşılanдыьындан,  əzbərlənмишdiр. 
Onların  yaradıcılığında  mövzu  rəngarəngliyi  də  олмушдур. 
Təbiətin  əsrarəngiz  gözəlliyi,  təmiz  məhəbbət  duyğuları, 
dövrün  bu  və  ya  digər  сосиал-сийаси  hadisələri  həmin 
sənətkarların  yaradıcılığının  əsas  motivini  təşkil  eтмишdir. 
Xalqın  onlara  olan  məhəbbətinin  digər  bir  səbəbi  də  geniş 
kütlənin  dərdi-sərinə  yanmaлары,  ağrılı-acılı  həyatına  şeirlər 
həsr edib ona tənqidi münasibət bəsləməляриндя олмушдур. 
El  şairləri  aşıq  poeziyasının  inkişafında,  zənginləşmə-
sində mühüm rol oynamışdır. Ə.Axundov bu məsələ ilə əla-

 
32 
qədar  olaraq  yazır:  «Klassik  aşıq  şeirlərindən  və  xalq  das-
tanlarından qidalanan bu ел şairləri dя aşıq tərzində yaradır, 
bu  əsərlər  də  aşıqlar  tərəfindən  şifahi  yolla  yayılır,  aşıq 
ədəbiyyatı  əsərləri  sırasına  keçirlər.  Onlar  da  aşıq 
ədəbiyyatının  bütün  janrlarında  öz  qələmlərini  sınayaraq 
sənətkarlıq  baxımından  yüksək  səviyyəli  sənət  nümunələri 
yaradırlar.  Müxtəlif  səpkili  qoşma,  gəraylı,  bayatı,  təcnis, 
cığalı  təcnis,  dodaqdəyməz,  divani,  müxəmməs  və  s. 
şəkillərdə  qələmlərini  sınayaraq  dövrün  aktual  problem-
lərinə münasibətlərini bildirирlər.(4, 178). 
Aşıq  sənətinin  beşiyi  olan  Qazaxda  da,  respublikamı-
zın digər бюлэяляриндя olduğu kimi, qüdrətli el şairləri yaşa-
yıb  yaratmışdır.  Həmin    sənətkarlar  hələ  öz  sağlığında 
dövrün  qabaqcıl  dünyagörüşlü  adamlarının  diqqətini  cəlb 
etmiş, hətta əsərlərinin müəyyən hissəsi onların tərtib etdiyi 
məcmuələrə  düşmüşdür.  Müəyyən  bir  qismi  isə  xalq  ara-
sında  yaşayaraq  nəsildən-nəsilə  keçib  yaddaş  adamlarının, 
şeir,  sənət  həvəskarlarının  hafizəsində  bizə  qədər  gəlib 
çatmışdır. Onu da qeyd edəк ki, müəyyən bir hissəsi el aşıq-
larının  repertuarında  səslənməklə  məclislərdə  müxtəlif 
havacatlarda  oxuna-oxuna  bu  günümüzə  gəlib  çatmışdır. 
XIX  əsr  və  XX  əsrin  əvvəlləri  üçün  xarakterik  olan  cə-
hətlərdən biri el şairləri arasında məktublaşmalardır. Onlar 
dövrün  bu  və  ya  digər  məsələsilə  bağlı  müasirlərinə  mək-
tublar  yazır  və  müqabilində  həmin  sənətkarların  hadisəyə 
münasibətini  öyrənirdilər.  Belə  poetik  nümunələr  mühüm 
əhəmiyyət  kəsb  edərək  çox  böyük  sürətlə  xalq  arasında 
yayılır  və  sevilə-sevilə  məclislərdə  söylənməyə  başlayırdı. 
Qazax  el  şairləri  həmin  dövrdə  istedadı,  fərdi  yaradıcılıq 
keyfiyyətləri  ilə  həmin  dövrdə  diqqət  mərkəzində  olmuşlar. 
Onlar yaşadıqları ərazidən çox-çox uzaqlarda müasirlərinin 
diqqətini  cəlb  edərək  çoxlu  mənzum  məktublar  almışlar. 
Həmin  məktublarda  onlara  ustad  sənətkar  kimi  müraciət 
edilir  və  əhli-hal  sahibi  sayılırdılar.  Əbdürrəhman  ağa 
Dilбozoğlu, Kazım ağa Salik, Mustafa ağa Arif Şıxlinski və 

 
33 
başqaları  belə  şairlərdən  idi.  XIX  əsrdə  Qazaxda  yaşamış  el 
şairləri  həm  say  etibarilə,  həm  də  bədii  yaradıcılıq  dəyəri 
etibarilə mühüm maraq doğururlar. Onların hər biri özlərinin 
yarıdıcılıq taleyi ilə diqqətəlayiqdir. Bəziləri haqqında kifayət 
qədər  materiallara  rast  gəliriksə,  həyat  və  yaradıcılığı 
haqqında  ətraflı  məlumat  vermək  mümkünsə,  bəziləri 
haqqında məlumat çox azdır. Ya şeirlərindəн bir neçə nümunə 
var  ya  da  müasirlərinin  əsərlərində  adларı  çəkilir,  haqqında 
ötəri  məlumatлар  verilir.  Elə  sənətkarlar  da  vardır  ki,  bütün 
yaradıcılığı  ilə  unudulmaq  üzrədir.  Ancaq  ağsaqqal  və 
ağbirçəklərin,  şeir-sənət  həvəskarlarının  hafizəsində  qalıblar. 
Bu el şairləri haqqında ayrılıqda məlumat verməyə çalışacağıq. 
Onların  bəziləri  tərəfimizdən  ilk  dəfə  ədəbi  ictimaiyyətə 
çatdırılır. 
ƏBDÜRRƏHMAN  AĞA  DİLBOZOĞLU:    Qazax 
mahalı şairləri içərisində öz dəst-xətti, xüsusi deyim tərzi olan 
şairlərdən biri Əbdürrəhman ağa Dilbozoğludur. O, Qazaxda 
məşhur  Dilbozoğlular  nəslindəndir.  Xanlıqlar  kəndində 
anadan  olмуш,  şeirlərini  «Şair»  təxəllüsü  ilə  yazmışdır.  Çox 
təəssüf  ki,  onun  haqqında  yazan  tədqiqatçılar  anadan  olma 
tarixini müəyyənləşdirə bilməmişlər. Şairin bir şeirindən aydın 
olur ki, 1797-ci ildə onun gözləri çıxarılmışdır. Və həmin vaxt 
onun  qırx  bir  yaşı  olmuşdur.  Buradan  da  məlum  olur  ki,  o, 
1756-cı ildə anadan olmuşdur. Lakin onun ölüm tarixi hələlik 
qaranlıq  olaraq  qalır.  Bir  onu  söyləmək  olar  ki,  1804-cü  il 
Gəncə hadisələrinə iki şeir həsr etmişdir. Deməli o bu vaxtdan 
sonra da yaşamışdır (5).  
Şeirlərindən  göründüyü  kimi,  Əbdürrəhman  ağa  yüksək 
istedada  malik  olmuşdur.  F.Köçərli  onu  «mədəni,  fəsih  və 
dilavər»  bir  adam  kimi  xarakterizə  edir.  Şairin  bizə  çatan 
şeirləri əsasən onun öz halını təsvir edir: 
   Mən qəribəm vətənimdə, qazılar, 
İtirmişəm ağır ellər, ağlaram. 
Könül həsrət qaldı, can intizarda, 
                      Gözlərəm sübhü şam yollar, ağlaram (20, 127) - 

 
34 
deyən  şair  öz  halı  ilə  bərabər,  vətəninin  asыlılıq  dərdinə  дя 
yanır: 
Yüz verdi qovğayi-dəşti-Kərbəla, 
  Ruslar Gəncə şəhərin viran eylədi. 
 
Bütün bunlar şairin həmin hadisələrin şahidi olduğunu 
və ürək ağrısı ilə qarşılaşdığını göstərir. 
ŞƏHRƏBANU:  XIX əsrdə yaşayıb yaradan Qazax el 
şairlərindən  biri  də  Şəhrəbanudur.  Ağsaqqalların  verdiyi 
məlumata  görə,  o,  Barxudarlı  kəndindəndir.  Haqqında 
olduqca  az  məlumat  vardır.  Anadan  olma  və  vəfat  tarixini 
dəqiq  müəyyənləşdirmək  mümkün  deyildir.  ХЫХ  əsrin  50-
90-cı  illərində  yaşadığı  ehtimal  olunur.  Ancaq  haqqında 
şeir,  sənət  biliciləri  müəyyən  xatirələr,  əhvalatlar  danışır. 
Deyilənə  görə  yüksək  təbə  malik  şair  olmuşdur.  Bunu  mə-
lum şeirlərinin dil gözəlliyi, sənətkarlığı da aydın göstərir. 
Onun bizə gəlib çatan «Nadana verdilər» şeirinin yük-
sək  sənət  keyfiyyətləri  diqqəti  cəlb  edir.  Bu  şeirdə  o  dövr 
azərbaycanlı  qadınların  hüquqsuzluğu,  onların  rəyi  so-
ruşulmadan istənilən adama verilməsi aydın görünür: 
                               
Necə deyim zalı matam yaşasın, 
Otağına zəri-zərbaf döşəsin
Məni necə verib elə boşasın 
Anam, məni bir nadana verdilər, 
Günahıma, babalıma girdilər! (15, 199) 
 
Yanıqlı və şirin bir dildə yazılmış bu şeirdə qadınların 
hüquqsuz  taleyi  təsvir  edilmişdir.  Çünki  бу  дюврдя  «nikah 
valideynlərin  istəyindən  asılı  olurdu»  (131,  372).  Eyni  za-
manda  boşanma  da  birtərəfli  olaraq  kişilərin  istəyi  ilə  baş 
verən  hərəkət    idi  (141,  80).  Bəzən  də  işə  qızın  atasının 
qarışması nəticəsində nikah pozula  bilərdi. Bu  şeirdən eyni 
zamanda  qızın  rəyi  soruşulmadan  qazıların  kəbin  kəsdiyi 
«Lənət  gəlsin  kəbin  kəsən  qazıya»  -  misrasından  aydın  gö-

 
35 
rünür. Etnoqrafik cəhətdən maraqlı olan bu şeirdə o dövrün 
xeyli  həyat  cizgilərinə  rast  gəlmək  olar.  Şeirdə  çörək  növü 
lavaşın,  maldarlıqda  qoyun  və  öküzün  adı  çəkilir.  Eyni 
zamanda,  çovdarların  mal-qara  alveri  ilə  məşğul  olduğu 
göstərilir. Şeirin sonuncu bəndi çox maraq doğurur: 
 
Mən Şəhrəbanuyam, xına bağlardım, 
Siyah tellərimi yana bağlardım, 
Kələğay altından cuna bağlardım, 
Ana, məni bir nadana verdilər, 
Günahıma, babalıma girdilər! (15, 200) 
 
Bu bənddən həmin dövr gəlinlərin saçlarına xına qoy-
maları,  onu  yana  daramaları  aydın  görünür.  Fərdi  səciyyə 
daşıyan  bu  şeirdə  güclü  ümumiləşdirmə  qabiliyyəti  nəzərə 
çarpır. Şair öz həyatını təcəssüm etdirməklə, bir növ, o dövr 
haqqında ümumi məlumat verir, yaşadığı tarixi mərhələnin 
bəlalarını poetikləşdirir. Yuxarıdakı bənddə baş örtüyü kimi 
kəlağayının adı çəkilir. Altından cuna bağlandığı göstərilir.  
      Şəhrəbanunuн bu şeiri özünün etnoqrafik zənginliyi, ta-
rixi əhəmiyyəti ilə diqqəti cəlb edir. Bir sıra ictimai bəlaları 
özündə  təcəssüm  etdirir.  Eyni  zamanda  XIX  əsrdə  yaşayıb 
yaradan qüdrətli bir şairin olmasından məlumat verir.     
İSRAFİL  AĞA  KƏRBƏLAYEV:    Azərbaycanın  qərb 
rayonlarında Qaçaq Кərəmlə İsrafil ağa haqqında çoxlu he
-
kayə  və  rəvayətlər  dolaşmaqdadır.  Məclislərin,  yığnaqların 
şirin  söhbətidir.  Hər  iki  el  qəhrəmanı  bir-birilə  möhkəm 
bağlıdır.  Birindən  danışarkən  digərini  xatırlamaмаq 
mümkün deyildir. Sanki onlar bir-birini tamamlayır.  
İsrafil ağa ilə Qaçaq Kərəm ilk əvvəl dost olmuş, aralarında 
yaranan  düşmənçilik  münasibətləri  sonralar  baş  vermişdir. 
Lakin düşmən olsalar da, el-oba arasında özlərinin mərdliyi 
ilə böyük hörmət qazanmışlar. 
         İsrafil  ağa  kimi  tanınan  bu  el  qəhrəmanı  həm  də  şair 
olmuş,  aşıq  yaradıcılığı  ruhunda  şeirlər  yazmışdır.  O,  ХЫХ 

 
36 
əsrin  60-cı  illərində  Qıraq  Kəsəmən  kəndində  anadan  ol-
muşdur. Orada boya-başa çatıb el qəhrəmanı kimi məşhur-
laşmışdır.  «Sail»  təxəllüsü  ilə  şeirlər  yazan  bu  şəxs  xalq 
şeirinin  qoşma,  gəraylı,  bayatı,  müxəmməs,  divani  və  s. 
növlərində  yüksək  səviyyəli  sənət  nümunələri  yaratmışdır. 
Əlimizdə  olan  «Dağlar»  qoşması  onun  rəvan  təbə,  gözəl 
yaradıcılıq qabiliyyətinə malik olmasını göstərir: 
 
Bahar fəsli Şəmşabadın yaylаğı, 
Ötər bülbülləri salar afaqi, 
Dalbatlı bucağı, qırxlar xatiri, 
Xoş kеçəydi, ürüzgarın, a dağlar. 
 
Baratdan aşanda yadıma düşdü, 
Ötəndə qarşımdan xüblar ötüşdü, 
Kül olsun gözünə ellərin köçdü, 
Kimя qalıb yaylaqların, a dağlar. 
 
Bir yanın Babacan, Şamlıq meşəsi, 
Açılıb laləsi, tər bənövşəsi
Dilican Dərəsi, Məmməd körpüsü, 
Boş qalmasın oylaqların, a dağlar. 
 
Burada  шаир  o  zamankı  elin-obanın  köçlü-qalaçalı  hə-
yatını,  aran-yaylaq  köçünü,  buz  bulaqların,  laləli,  nərgizli 
yaylaqların  əvəzsiz  təbiətini  şirin  bir  dillə  poetikləşdirir. 
Sanki babalarımızın köç edib yurd saldığı dağların xəritəsini 
cızır.  Həmin  yerlərin  yurd-yurd  adını  pasportlaşdırır.  «Kül 
olsun  gözünə  ellərin  köçdü,  Kimə  qalıb  yaylaqların,  a  dağ-
lar» - deməklə şair gələcək faciələrimizi intuitiv bir duyumla 
görür.    Şair  bu  yerlərin  gözəlliyindən  doymur.  Bənövşəli, 
laləli,  reyhanlı  талалары,  maralların  oylağı  olan  yaylaqları 
vəsf  edir,  bir  rəssam  qüdrətilə  kağız  üzərinə  köçürür, 
füsunkar  təbiəti  gözlərimiz  önündə  canlandırır.  Bu  şeir 

 
37 
İsrafil  ağanın  bir  el  şairi  kimi  yüksək  təbə  malik  olduğunu 
və mükəmməl yaradıcılıq yolu keçdiyini göstərir. 
KAZIM AĞA SALİK:  Qazax mahalının ən məşhur el 
şairlərindən biri Kazım ağa Salikdir. O, 1781-ci ildə mahalın 
Şıxlı  kəndində  anadan  olmuşdur.  Lakin  şair  əslini  şeirlərin 
birində belə təsvir edir: 
 
Adım Kazım, vəli «Salik» ləqəb, şeirdə məşhurəm, 
Ki ovtanım kənari-Kür, şikargahım Qarayazı. 
Binayi-biki-nəxli-əslimiz Şəmkirdir amma, 
Vəli tifli vücudumdur məkidə şiri Dilbazi 
Şeyxzadə deyərlər bizlərə, gəlmiş Qazaxlıdan, 
Şıxlı qəryəmizdir, həm biziz ol qəryə ezazı (20, 60). 
 
Bu  şeir  Kazım  ağa  haqqında  mükəmməl  bir  məlumat 
verir.  Onun  əslən  Şəmkirdən  olmasını  aydınlaşdırır. 
Nəsliniн  Şeyxzadə  kimi  tanındığını  müəyyənləşdirir.  Eyni 
zamanda məlum olur ki, anası Dilbazilərdən olmuşdur. Çox 
güman  ki,  Şıxlı  kəndinin  adı  da  bu  nəslin  adı  ilə  bağlıdır. 
F.Köçərli  onun  haqqında  yazır:  «Molla  Pənah  Vaqifdən 
sonra  mərhum  Kazım  ağa  Salik  nəinki  vahid  Qazax 
mahalında, bəlkə təmami Zaqafqaziyada (Ъянуби Гафгазда 
–  М.А.)  zühür  edən  şüəranın  müqtədirlərindən  birisi  hesab 
olunur»  (66,  269).  Şair  mücərrəd  mövzulardan  çəkindiyi 
kimi, mövzu təkrarından da bacarıqla qaçmış və hər şeirini 
müəyyən  hadisə  ilə  əlaqələndirmişdir  (70,  62).  Yaradıcılıq 
üçün  mühüm  keyfiyyət  olan  bu  hal  şairin  özünə 
tələbkarlığından,  dövrün  hadisələrini  əks  etdirmək 
istəyindən irəli gəlмишдir. 
Kazım ağa Salik şeirlərinin bir qismini gözəllərin məd-
hinə  həsr  etmişdir.  Bu  gözəlляр  onun  şəxsən  görüb  tanıdığı 
gözəllərdir.  Onların  hamısını  yüksək  bir  məhəbbətlə  tə-
rənnüm  edir.  Onların  təsviri  /Ceyran  xanım,  Tuba,  Göyçə-
dən  gələn  gözəl,  Varşavadan  gəlmiş  polyak  qızı/  müəyyən 
dərəcədə məhəlli koloriti daşıyır. Yüksək təbə malik olan bu 

 
38 
el  şairinin  şeirlərində  fikir  özü  sadə  və  aydın  deyimi  ilə 
diqqəti cəlb edir:   
 
Ey ləbləri nabat, dəhənı püstə, 
Çəkər həsrətini bu dili-xəstə, 
Xal deyil görünən ağ sinən üstə, 
Bir quran hərfidir qaralanıbdır. 
 
Bu  şeir  şairin  orijinal  təfəkkür  tərzinə  malik  olmasını 
bir  daha  təsdiqləyir.  Burada  şairin  müqayisələri  onun  fitri 
qabiliyyətinin  nəticəsi  kimi  nəzərə  çarpır.  Müəllif  həsrətini 
çəkdiyi «ləbləri nabat, dəhanı püstə» gözəllərin geyimlərini, 
bər-bəzəklərini  də  müəyyən  ştrixlərlə  verir.  Bu  gözəllərin  
«yaxası  qızıl  düyməli»,  «belində  kəmər»,  «əlləri  hənalı», 
«ayaqlarında başmaq, qaşları vəsməli» olduğunu şeirlərinдя 
müəyyən işarələrlə verir.  
Şairin  Kəmərli  İbrahim  ağa  Qiyasbəyova  yazdığı  şeiri 
də  tarixi  əhəmiyyəti,  etnoqrafik  məlumatları  əks  etdirməsi 
baxımından  qiymətlidir.  Kazım  ağa  Salik  ondan  şaftalı, 
əncir,  üzüm  istəyərək  XIX  əsrdə  həmin  ərazidə  bağçılığın 
inkişaf  etdiyini  göstərir.  Şeirin  digər  bir  əhəmiyyəti  həmin 
dövrdə yaşamış bir el şairinin adını yaşatmasıdır: 
 
Çəkərdi çox dur anın həyatı, 
   Kim verərdi bizə üzüm  bəratı, 
           Çox deyərdi   mən tək uzun bayatı, 
           A bal-Məhəmməd mяrhumi məğfur 
                                                                     oldu gorbagor. 
 
Oldu gorbagor, getdi fənadan, 
Şair idi o da əzəl binadan, 
            Zad istərdi mən tək hər bir ədnadan, 
         Ta bir yanı Zəgəm, bir yanı Şəmkir 
                                          Ta Çini-fəğfur. 

 
39 
Şeirin İbrahim ağaya ünvanlanmasından güman etmək 
olar  ki,  Bal-Məhəmməd  İncə  dərəsindən  –  Kəmərli  kən-
dindən olmuşdur. Burada eyni zamanda aydın olur ki, Bal-
Məhəmməd  Salik  kimi  o  dövrdə  ta  Zəyəm,  Şəmkirə  qədər 
tanınmış bir  el  şairi imiş. Onun Bal-Məhəmməd adlanması 
isə  şeirlərinin  lətafətli,  aydın  və  səlis  olması  ilə  bağlı 
olmuşdur. Çox təəssüflər olsun ki, onun haqqında müəyyən 
rəvayətlərdən başqa, şeirlərindən heç nə əldə edə bilmədik.  
Şairin şeirlərindən,eyni zamanda, онун ovçuluqla məş-
ğul olması da görünür:  
 
Bu dünyaya kimsə gəlməz dübara
O köhlən atlara olsun süvarə, 
Sabah axşam minin-çıxın şikarə, 
Əlinizdə tuyğun, tərlan, baz olsun (20, 74) 
 
Burada  aydın  olur  ki,  oвчуlar,  əsasən,  at  belində  ov 
quşları tərlan, tuyğun, bazla ov edərmişlər. Şairin диэяр bir 
şeirində də ovçuluğa olan marağını görürük: 
 
Adım Kazım, vəli «Salik» ləqəb, şeirи də məşhurəm, 
Gаh ovtanım kənari-Kür, şikargahım Qarayazı.  
 
Шаир ov etdiyi yerlərin əsasən Kür qırağındakı Qara-
yazı meşələri olduğunu göstərir. Qeyd etmək lazımdır ki, in-
di  Qarayazı  meşələri  yenə  də  ov  heyvanları  ilə  zəngindir. 
Şair eyni zamanda ov üçün ən münasib vaxtın axşam, səhər 
olduğunu göstərir. Tor qurmaqla da ov edilməsini şeirlərin-
də görürük: 
Nəsib əfəndinin o tərs səbədi, 
Heç dağılmaz əbədidir, əbədi, 
Özü gəlsin görsün tərpənən nədi, 
Bir heyvər toruna giriftar olmuş (20, 69). 
 

 
40 
Şair  eyni  zamanda  o  dövrün  məşğuliyyəti,  oyunları 
haqqında  da  məlumat  verir.  Onun  şeirlərində  nərd  oyunu-
nun  adı  çəkilir.  Xalqımız  arasında  geniş  yayılan  bu  oyun, 
bir əyləncə vasitəsi kimi, qədim tarixə malik olmuş, indi də 
oynanılır: 
 
Feyzin kimi eylə hər yanə dövran, 
Bir yanə seyr etmə çün fili dəman, 
Fikr eylə ki, nərrad oynayan zaman
Hər atanda üstxanə şeş olmaz. 
 
Buradan  eyni  zamanda  nərddə  istilahların  əvvəllər  də 
fars dilində olduğu aydınlaşır: 
 
Pənc istəyən zaman çox gəlir cahar, 
İstяdiyin gəlməz onda biqərar, 
Ta olursan mənim kimi bədqumar, 
Əlin yekdən, düdən, sяdən boş olmaz. 
 
Kazım ağa Salikin yaradıcılığında diqqəti cəlb edən cə-
hətlərdən  birи  el-oba  yaylaqlarının  vəsf  edilməsidir.  O  bu 
dağların müqəddəsliyindən, əvəzsizliyindən danışır, ağır yığ-
naqlar məskəni olmasını qeyd edir: 
  
Bəs ki, Həmzə çəmənidir çəməni-bağı-irəm, 
Vəh ki, abi-Ulaşəndir səbəbi-həzmi-təm. 
Quzovunda qaраğat xali-siyah tək görünür, 
Günövündə məmələr başmıdır, ya çigələm, 
Məhz Xalxallı imiş yer üzünün rüzgarı, 
İntizarını çəkir o yerin Rumi Əcəm. 
Şair  müxtəlif  yurd  yerlərinin  -  Eşşəkquduran,  May-
maq, Arxaşan, Altuntaxt, Göydağ, Ayranlı, Misxana, Çətin 
dağ,  Şamlıq,  Daş  başı  və  s.  adını  çəkərək  onların  ab-ha-
vasından, əsrarəngiz təbiətindən danışır. «Gör necə xoş tale-
yəm ki, düşmüşəm Daş başına» - deyə təbiətə vurğunluğunu 

 
41 
bildirir, xoşbəxtliyini bu yerlərdə görür. Eyni zamanda şair 
«Kuhi-Maymaq  ocaqdır»  deməklə,  unudulmuş  bir  ocaq 
yerimizin adını çəkir. 
Kazım  ağa  Salikin  şeirlərində  məişətimizlə  bağlı  bir 
sıra  terminlər  işlənmişdir.  Məsələn,  sərkar,  cürdək,  dəyir-
man, donuzluq, nov, dəyirman daşı, kabab və s. етнографик 
ифадяляр  həmin  dövr  el-obanın  məşğuliyyətindən,  həyat  tər-
zindən  xəbər  verir.  Bütün  bunlar  şairin  zəngin  yaradıcılığı-
nın məişətimizlə bağlılığını göstərir.  
İBRAHİM 
AĞA 
«MƏSUM» 
QİYASBƏYOV: 
İbrahim  ağa  Qazaxın  Kəmərli  kəndində  yaşayıb-
yaratmışdır. Onun anadan olma və vəfat tarixi dəqiq məlum 
deyildir.  Yaradıcılığı  haqqında  da  çox  az  məlumat  vardır. 
Xalq  ədəbiyyatı  biliciləri  onunla  bağlı  ancaq  müəyyən 
əhvalatlar  söyləyirlər.  Kazım  ağa  Saliklə  şeirləşməsindən 
ehtimal  etmək  olar  ki,  onun  müasiri  olmuşdur.  Nəslindən 
olanların  dediyinə  görə  XVIII  əsrin  sonu  və  XIX  əsrin 
birinci rübündə yaşamışdır.  
Dövrümüzə qədər onun yalnız бир шеири gəlib çatmışdır. 
Həmin şeir İbrahim ağanın arvadı vəfat edərkən Kazım ağa-
nın  yazdığı  məktuba  cavab  şeiridir  (20,  74-75).  Щ.Гайыбо-
вун  тяртиб  етдийи  мяъмуядя,  eyni  zamanda,  Kazım  ağa  Sa-
likə  İbrahim  ağanın  cavab  şeiri  də  verilmişdir.  Kazım  ağa 
Saliklə şeirləşməsindən və başqa bir şeirində Kazım ağanın 
ondan  meyvə  istəməsindən  aydın  olur  ki,  aralarında 
möhkəm  əlaqə  olmuş  və  yazışmaları  ardıcıl  olaraq  davam 
etmişdir.  Eyni  zamanda  Salik  kimi  bir  sənətkarla  şeirlə 
danışması,  öz  fikrini  ona  şeirlə  bildirməsi  onun  yüksək  sə-
nətkarlıq qüdrətinə malik bir şair olmasından xəbər verir. 
Kazım ağanın evlənmək haqqında yazdığı məsləhət ca-
vabında  İbrahim ağa ailə ilə bağlı fikirlərini  ümumiləşdirir, 
evlənməkdə tərəddüd etməyinin səbəbini açıqlayır: 
 
Salik istər idim yenə evlənəm, 
Qorxuram aldığım bədxəyal ola. 

 
42 
Mənim ilə qolqırmadan güləşə, 
Sюylənə elllərdə bir misal ola. 
                                       
Yaxam düşə eləsinin əlinə, 
Yetişməyəm fəsadına, felinə, 
Məni sala xalqı, elin dilinə
Xalq danışa, mənim dilim lal ola (20, 74). 
 
Şair burada ailə qurmağın çətinliklərindən, alacağı gö-
zəlin xasiyyətindən danışır. Bədxəyal olacağından, elin-oba-
nın  dilinə  düşəcəyindən  ehtiyat  edir.  Sonrakı  bəndлярdə  bu 
haqda  öz  mülahizələrini,  qadın  gözəlliyini,  onun  təmiz 
əxlaqını, arzulamalarını verir: 
 
Naməhrəmə göstərməyə üzünü, 
El tənindən uzaq edə özünü, 
Sübhü şam fikir edə ərin sözünü, 
Özü gözəl ola, bu minval ola. 
 
Məsum istər həqdən bu məzmun yarı 
Xoşsifət, xoşəndam, gül-gülüzarı, 
Xalqa məşhur ola namusu, arı, 
Dəxi bundaн artıq nə iqbal ola. 
 
Bu fikirlər tək bir nəfərin deyil, ailə qurmaq haqqında 
müəllifin  ümumiləşdirdiyi  fikirlərdir.  Göründüyü  kimi,  xal-
qımız  evlənməkdən əsas meyar namusu, isməti, mənəvi alə-
min  təmizliyiни  və  zənginliyini  onun  zahiri  gözəlliklə  tara-
zlığını  əsas  tutur.  Hətta  mənəvi  gözəlliyi  daha  üstün  tutur. 
Bu şeirdə eyni zamanda yaşadığı dövrdə güləşdə «qolqırma» 
fəndindən  istifadə  edildiyini  də  göstərir.  Şeir  şаirin  Məsum 
təxəllüsü  ilə  tanıнdığını  da  təsdiqləyir.  Xalq  arasında  da 
Məsum  imzası  ilə  əlaqədar  maraqlı  əhvalatlar  danışılır. 
Bunlar şairin geniş nüfuz sahibi olduğundan xəbər verir. 

 
43 
MUSTAFA    AĞA    ARİF:    Aşıq  poeziyası  ruhunda 
şeirlər yazan Qazax el şairlərindən biri də Mustafa ağa Arif 
Şıxlınskidir. F.Köçərli onun təvəllüd tarixini belə qeyd edir: 
«Mustafa  ağa  təvəllüd  edibdir  Qazax  mahalının  Şıxlı 
adlanan  qəryəsindən  hicrətin  1188-ci  ilində»  (66,  263). 
Həmin  tarixi  miladiyə  çevirdikdə  1774-cü  ilə    düşür. 
Rusiyanın  Azərbaycanı  işğal  etməsindən  sonra  xalq 
arasında  böyük  hörmət  sahibi  olan,  xalqı  ayağa  qaldıra 
biləcək  adamlar  Rusiyanın  içərilərinə  sürgün  olunurdu. 
Оnlardan  biri  də  Mustafa  ağa  Arif  olmuşdur.  O,  sürgün 
müddətində də vətən həsrətilə yaşamış və belə bir həsrətlə də 
qəriblikdə  vəfat  etmişdir.  Əlimizdə  olan  şeirləri  də  vətən 
məhəbbətli  şeirlərdir.  Şair  həmin  nümunələrdə  ötən 
günlərini ürək ağrısı ilə qələmə alır: 
 
Seyr eyləyib gəzib getdiyim yerlər, 
Ovlağından keçib ötdüyüm yerlər, 
Tərlan ilə şikar etdiyim yerlər, 
Yada düşər o məkanlar ağlaram. 
 
Sərçeşməli, nilуfяrli bulaqlar, 
Süsənli, sünbüllü, laləli dağlar
Dumanlı, çiskinli, qarlı yaylaqlar, 
Hanı bizim o meydanlar, ağlaram. 
 
Ellərimiz vardı bəyli, paşalı, 
Dağlarımız varды əlvan meşəli, 
Süsənli, sünbüllü, tər bənövşəli, 
Qaldı bizim xiyabanlar, ağlaram (20, 87-88). 
Şair  burada  vətən  məhəbbətini,  ovlaqları,  tərlan  ilə 
şikar  etdiyi  yerləri,  sərçeşməli,  nilуfяrli  bulaqları,  süsənli, 
sünbüllü,  laləli  dağları,  dumanlı,  çiskinli,  qarlı  yaylaqları 
həsrətlə  yad  edir.  «Ellərimiz  vardı  bəyli,  paşalı»  -  deyə  el-
obasının  işğaldan  əvvəlki  dövrünü  xatırlayır.  Müəllif,  eyni 
zamanda, maraqlı bir məlumat da verir: 

 
44 
Ağlaram hər zaman düşəndə yada, 
 Bizim Qazax-Qaramanlar, ağlaram. 
Bu yerlərin Гazax-Qaraman adlanmasını мцяллиф tarix 
üçün  əbədiləşdirir.  Mustafa  ağanı  bu  qərib-qürbətdə  daim 
bir  şey  narahat  etmişdir.  Bu  onun  yaд  ölkədə  kafirlər 
içərisində  ölmək  məsələsi  idi.  Çünki  şair  elin-obanın  adət-
ənənəsinə bağlı olan dindar bir şəxs idi: 
Qorxuram ki, ölüm küfran içində, 
Bada gedə din-imanlar, ağlaram. 
və yaxud da başqa bir şeirində oxuyuruq: 
 
Ey gül, gecə-gündüz Arif ağlar, 
Bülbül kimi zar-zar sənsiz. 
 
Burada müəllif vətənə məhəbbətini bülbülün gülə olan 
məhəbbəti ilə müqayisə edir. Şairin бунлардан başqa əlimizə 
çatan  üçünъц  şeiri  də  var.  Бу  шеир  Müfti  Osman  Əfəndinin 
yanında təhsil alan oğlu Əliyə ünvanlanmışdır. «Olma tərik 
dərsdən, ey ənvəri canım Əli» (20, 89) - deyə müəllif oğluna 
nəsihət  edir,  onu  təhsilini  davam  etdirməyə  çağırır.  Bütün 
bunlar  şairin  geniş  dünyagörüşlü,  dövrünün  qabaqcıl 
şəxsiyyətlərindən  olduğunu,  bir  şair  kimi  qüdrətini,  bir 
maarifçi kimi elmə verdiyi əhəmiyyəti, qəribə yaradıcılıq və 
həyat taleyini göstərir.  
Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin