Азярбайъан милли елмляр академийасы археолоэийа вя етнографийа институту



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix31.01.2017
ölçüsü1,64 Mb.
#7141
1   2   3   4   5   6   7   8   9   ...   12

 
1.6.  MUSİQİ 
 
 Azərbaycan  xalqının  milli  mənəvi  mədəniyyətinin  ən 
çox  diqqəti  cəlb  edən  sahələrindən  biri  musiqidir.  Qədim 
tarixə  malik  olan  Azərbaycan  musiqisi  nəinki  Qafqazda, 
hətta yaxın Şərqdə, Orta Asiyada geniş yayılmışdır. Qoншu 
xalqların  musiqisi  ilə  təmasda  olan  bu  musiqi  çox  zaman 
onlara da öz güclü təsirini göstərmişdir. Hətta  bəzən onları 
sıxışdıraraq həmin xalqların doğma musiqisinə çevrilmişdir. 
Bunu  Girman  Вamberinin  «Orta  Asiyaya  səyahət»  
kitabındakı    fikirlər  də  sübut  edir.  O  yazır:  «Türkmənlər 
Azərbaycanı  yüksək  sivilizasiyasının  mərkəzi  hesab  edirlər. 
Əgər  ilk  baxımdan  insan  qəlbini  riqqətə  gətirən  gözəl  bir 
mahnı  oxumağı  xahiş  etsələr,  onda  salona  mütləq 
Azərbaycan  təranələri  yayılacaqdır»  (153,  31).  Azərbaycan 

 
69 
musiqisi  bir  çox  qonşu  xalqların  musiqisinə  bu  və  ya  digər 
шякилдя  təsir  göstərmiş,  hətta  erməni  xalqının  musiqisini 
tamamilə  əvəz  etmişdir.  Belə  yüksək  səviyyəyə  malik 
Azərbaycan  musiqisinin  ayrı-ayrı  бюлэяляr  üzrə  öyrənilməsi 
də  mühüm  əhəmiyyət  kəsb  edir.  Qərb  бюлэясиндя  (Qazax 
rayonunda) bu musiqinin xarakterik xüsusiyyətlərinin araş-
dırılması xüsusi maraq doğurur.  
Qədim  tarixə  malik  olan  Azərbaycan  musiqisi  əsasən 
üç yolla inkişaf etmişdir: 1. Xalq musiqisi. 2. aşıq yaradıcılı-
ğı.  3.  Xanəndəlik.  Bu  hər  üç  musiqi  özünəməxsus,  orijinal, 
çoxcəhətli  yaradıcılıq  sahəsi  олмуш,  qarşılıqlı  təmasda  in-
kişaf etmiş və bir-birinя təsir göstərmişdir. 
Azərbaycan  musiqisinin  ən  qədim  sahəsi  xalq  musiqi-
sidir. Bu musiqi öz kökləri etibarilə ibtidai icma quruluşuna 
gedib  çıxır  desək,  fikrimizdə  yanılmarıq.  Azərbaycan  xalq 
musiqi  yaradıcılığına  mahnılar  və  oyun  havaları  daxildir 
(118,  4).  Bu  musiqi  öz  forma  və  janrları  ilə  çoxcəhətli  və 
çoxşaxəli  olmaqla  başlanğıcını  xalq  həyatından  alır.  Xalq 
musiqisi  nümunələri  əsasən,  əmək  prosesi,  ailə  məişəti, 
mərasimlərlə, 
oyunlarla 
bağlı 
olaraq 
yaranmışdır. 
«Azərbaycanda oxumaq üçün əsas material xalqın adət-ənə-
nələrini  əks etdirən və  xalqın özü tərəfindən yaradılan xalq 
nəğmələridir»  (125,  34).  Bu  nəğmələrin  ilk  nümunələri 
xalqın    həyatı  –  ovçuluq,  maldarlıq,  əkinçilik  və  mərasim-
lərlə  bağlı  yaranmış  əkinçi  nəğmələri,  holavarlar,  sayaçı 
sözləri, eydirmələr, mərasimlərdə oxunan mütləq məzmunlu 
nəğmələrdir.  Eyni  zamanda  xalq  mahnılarının  rüşeymlərini 
qədim  oyunlarda,  tapmacalarda,  laylalarda,  oxşamalarda, 
sayaçı sözlərində, holavarlarda, oyun mərasim havalarında, 
cəngilərdə,  hətta  ağılarda  axtarmaq  lazımdır  (75,  62). 
Mahnı  xalq  həyatını  öзündə  əks  etdirməsinə  görə  diqqəti 
daha çox cəlb edir. Xalqın bütövlükdə daxili aləmi, arzu və 
istəyi, düşüncəsi, xoş gündə istəyi, sevinci, dar gündə kədəri 
öz  əksini  onun  musiqisində,    nəğmələrində  tapır. 
Ümumiyyətlə,  «mahnı  xalqın  özüdür.  Mahnılarına  görə 

 
70 
xalqın  həyat  tərzini,  toyunu,  yasını,  mübarizəsini 
müəyyənləşdirmək mümkündür» (41, 153). 
Ən qədim mahnı nümunələri heç şübhəsiz ki, ovçu nəğ-
mələri,  sayaçılar,  holavarlardır.  Onların  ilkin  nümunələri 
unudulmuş  və  dövrümüzə  qədər  gəlib  çatmamışdır.  XIX 
əsrdə  və  XX  əsrin  əvvəllərində  Qazax  bölgəsində  bu  nəğ-
mələr  geniş  yayılmışdır.  Çox  təəssüf  ki,  indi  də  holavarlar, 
sayaçı  sözləri  ağsaqqalların  yaddaşında  yaşasa  da,  ovçu 
nəğmələri,  demək  olar,  unudulmuşdur.  Bunun  səbəbi  bizə 
belə эялир ki, ovçuluğun xalq təsərrüfatında yeri ilə bağlıdır. 
Çünki  ovçuluq  təsərrüfatı  aparıcı  sahə  kimi  artıq  aradan 
çıxmış,  əyləncə  vasitəsinə  çevrilmişdir.  Bu  dövrdə  əkinçilik 
və maldarlıqla bağlı olan «A yel baba, yel baba», «Gün çıx, 
gün çıx», sağım nəğmələri – eydirmələr, nəhrə nəğmələri və 
s.  xalq  arasında  geniş  yayılmışdır.  Xalq  musiqisinin  xeyli 
hissəsini  mövsüm  və  mərasim  nəğmələri  təşkil  edir.  Bu 
nəğmələr  əsasən  mövsümlə  əlaqədar  olan  nəğmələrdir. 
Mövsümlər  isə  öz  növbəsində  təbiətlə  bağlыdır.  Onları  tam 
mənada  bir-birindən  ayırmaq  mümkün  deyildir.  Biz 
mövsümlərlə  bağlı  nəğmələrin  əsas  nümunələri  kimi  «Xıdır 
Nəbi»,  «Kosa-kosa»,  «Hodu-hodu»,  «Səməni  ay  səməni», 
«Duman  qaç-qaç»,  «Gün  çıx,  gün  çıx»,  «Üzərliksən 
havasan», «Вəsfi-hal» və s. göstərə bilərik. 
Ən geniş nəğmələr toy mərasimləri ilə bağlı nəğmələr-
dir. Onlar bir silsilə təşkil edir вя бюлэя ящалиси arasında indi 
də yaşamaqdadır. Toy nəğmələri həmin mərasimin müxtəlif 
mərhələlərini -  nişan, toy, bəy tərifi, xonça, xına, gəlinapar-
ma və s. özündə əks etdirir. Belə nəğmələr şən əhvali-ruhiyyə 
daşıyaraq  sevinc,  şənlik  ovqatı  yaradır.  Qaynana-gəlin 
münasibətlərini əks etdirən nəğmələr də ящали arasında geniş 
yayılmışdır.  Kənd  toylarında  əsasən  qədim  toy  mahnıları 
oxunurdu.  Onların  əsas  cəhəti  şən  əhvali-ruhiyyə 
yaratmasıdır. Onlar musiqi ilə bağlı olmuş, həm sözlər, həm 
də  hava  bir-birilə  qarşılıqlı  inkişaf  etmişdir  (41,  154).  Belə 
mahnılara  nümunə  olaraq  «Haralısan,  haralı  dурna», 

 
71 
«İstəkanın  qırılsın»,  «Üçtelli    durna»,  «Əlində  sazın 
qurbanı»,  «Yaxan  düymələ»,  «Xumar  olduм»,  «Ayağında 
məsi  var»  və  s.  göstərmək  olar.  Bu  mahnıların  Qazax 
mahalında  toy  və  şənliklərdə  gözəl  ifaçılarından  biri 
Kəmərli  Aşıq  Əmiraslan  olmuşdur.  Ona  aşıq  deyilsə  də  o, 
saz  çala  bilməmiş,  bu  mahnıları  qavalın  müşayiəti  ilə 
oxumuşdur. O, 1930-cu ildə qaçaq üçün mahnı oxuduğuna 
görə  güllələnmişdir  (34-инф.).  Bu  mahnılar  indi  də 
qalmaqdadır.  Лакин  «Pəncərəsi,  ay  pəncərəsi»  mahnısının 
ancaq adı yaşamaqdadır. İ.Şıxlının xatirələrindən aydın olur 
ki,  bu  mahnı  əsrimizin  40-cı  illərinə  qədər  müğənnilər 
tərəfindən  ifa  olunmuşdur  (106,  216).  Haqqında  danış-
dığımız mahnıların mətni əsasən bayatılardan ibarət idi. Лa-
kin  xalq  mahnılarının  xeyli  hissəsinin  mətnini  gəraylı  və 
qoşmalar təşkil edir. Xalq mahnılarının bu xüsusiyyəti aşıq-
ların  təsirilə  izah  edilməlidir  (78,  34).  Qazax  el  şairi  Şeyda 
Əzizin «Bilirsənmi səndən niyə küsmüşəm» qoşması indi də 
xalq  mahnısı  kimi  bütün  Azərbaycan  xalqы  içərisində 
yayılmışdır.  Qeyd  etmək  lazımdır  ki,  bu  mahnılar  təklikdə 
musiqisiz də oxunurdu. 
Xalq  musiqisinin  bir  hissəsini  də  xalqın  kədərini,  dər-
dini  əks  etdirən  yas  nəğmələri,  ağılar  təşkil  edir.  Ağılarda, 
bildiyimiz kimi, xalqın dərdi, kədəri yaşayır. İslam dini mu-
siqini  haram  buyurduğu  üçün  onlar  musiqisiz  oxunur.  Çox 
güman ki, islamdan  əvvəl ağılar musiqi ilə oxunmuşdur.  
Uşaqların saxlanması, boya-başa çatdırılması üçün ya-
ranan  мащнылар  –  laylalar,  arzulamalar  və  oxşamalardır. 
Qazaxda  özünəməxsusluğu  ilə  seçilərək  respublikamızın 
başqa  yerlərində  rast  gəlinməyən  qımqımılar  daha  çox 
diqqəti  cəlb  edir.  Qımqımılar  əsasən  Qaymaqlı  kəndi  ilə 
bağlıdır və çox zaman ona «Qaymaqlı qımqımıları» deyilir. 
Bu  nəğmələr  əsasən  qadınlar  tərəfindən  oxunur. 
Qımqımılarda  onlar  öz  arzu  və  istəyini  intonasiya  ilə 
müəyyən sözləri təkrar edərək oxuyurlar. Onu da qeyd edək 
ki,  qımqımılar  musiqinin  müşayiəti  olmadan  ifa  olunur. 

 
72 
Qaymaqlı  kəndində  indi  də  xüsusi  qımqımı  deyən  qadınlar 
var. Onların гımqımılarınын xüsusiyyətinin aйdın görünməsi 
üçün bir nümunə verириk: 
                                              Ay gedən atdı, 
atın təрə, atın təрə batdı. 
  Səni məndən, səni məndən 
                                             ayıranlar ölsün. 
                                             Bircə balan, bircə balan 
                                             mənə qalsın. 
          Бu dövrdə uşaq nəğmələri də geniş yayılmışdır. Onları 
uşaqlar oxuyurдуlar. Qeyd etmək lazımdır ki, bu nəğmələr 
intonasiya  ilə  musiqisiz  oxunurdu.  «Hamam-hamam 
içində»,  «Bacadan  baxan  hidra-göz»,  «Tülkü,  tülkü, 
tünbəki»,  «A  hastanda,  hastanda»,  «Əkil-bəkil»  və  s.  uşaq 
nəğmələrinə nümunədir. 
Xalq  musiqisinin  tərkib  hissəsi  kimi  oyun  havaları  da 
diqqəti  cəlb  edir.  Oyun  havaları  el  şənlikləri  zamanı  rəqs 
edərkən  ifa  olunurdu.  Xalq  bu  havaların  təranələri  altında 
rəqs  edər,  şənlənərdi.  Oyun  havaları  əsasən  «Tərəkəmə», 
«Uzun  dərə»,  «Qazağı»,  «Vağzalı»,  «Güləşəngi»,  «Atdan-
dırma» və s.-дян ibarət idi. Bunlar lirik oyun və qəhrəman-
lıq havalarına bölünürdü. 
Xalq musiqisi xanəndəlik və aşıq sənəti ilə təmasda in-
kişaf etmişdir. XIX əsrdə və XX əsrin əvvəllərində Qazaxda 
aşıq  yaradıcılığı  geniş  yayılmışdı.  Aşıqlara  bölgənin  bütün 
kəndlərində  rast  gəlmək  olardı.  Aşıq  sənəti  öz  qidasını 
zəngin  xalq  şerindən,  musiqisindən  alırdı.  Eyni  zamanda 
aşıq  sənəti  xanəndəliyə  təsir  göstərsə  də,  öz  növbəsində  də 
ondan  qidalanmışdır.  Belə  ki,  xanəndəlikdəki  zəngulələri 
aşıqlar  öz  sənətinə  gətirdiyi  kimi,  xanəndələr  də  aşıq 
sənətindəki  oynaqlığı  muğama  gətirmişlər.  «Klassik  xa-
nəndələrdən  hacı  Hüsü,  Mirzə  Məhəmməd  Həsən,  Cabbar 
Qaryağdı oğlu, Segah İslam, Seyid Şuşinski, xüsusilə Bülbül 
muğamatı  genişləndirmək  üçün  aşıq  formalarını  və  xalq 
mahnılarını muğamata daxil etmişlər, «Arazbarı», «Manı», 

 
73 
«Şikəstə»,  «Bayatı»,  «Kərəmi»,  «Şərili»,  «Kürd  ovşaрı», 
«Kəsmə  şikəstə»,  «Şirvan  şikəstəси»  və  buna  bənzər  aşıq 
musiqisi  nümunələrini  əsas  tutmuş  və  bunları  zildə 
oxumaqla  bu  formaları  muğamata  üzvü  surətdə  aşılayaraq 
onu  daha  da  zənginləşdirmişlər.  Eyni  zamanda  görkəmli 
aşıqlar  aşıq  yaradıcılığını  inkişaf  etdirmək  üçün  «Sarəng», 
«Şikəsteyi-fars», «Qatar-bayatı», «Əşiran», «Bayatı-Qacar», 
«Kürd 
Şahnaz», 
«Bayatı 
-Əcəm» 
kimi 
muğam 
nümunələrindən istifadə etmişlər» (109, 95). 
XIX  əsrdə  Qazaxda  aşıq  yaradıcılığı  inkişafının  ən 
yüksək  zirvəsinə  çatır.  Heç  bir  el  şənliyi  aşıqların  iştirakı 
olmadan  keçirilmir.  Aşıq  musiqisi  xalqın  mənəvi  tələbatını 
ödəyən  əsas  vasitəyə  çevrilir.  Burada  məşhur  el  aşıqları 
yетишиr.  «Qazax  yurd  yeri»,  «Qazax  dübeytiси» kimi  havalar 
meydana çıxır. Onlar öz mahyiyəti etibarilə xalqın həyatı ilə 
bağlıdır.  Eyni  zamanda  bu  havalara  adicə  zövqoxşayan 
musiqi  havaları  kimi  də  baxmaq  olmaz.  Hər  bir  hava 
müəyyən məna, qayə, hadisə və  həyati  faktla  bağlıdır, xalq 
məişətinin,  mübarizəsinin,  tarixi  keçmişinin,  qəminin, 
sevincinin,  arzu  və  bəlanın  musiqi  dili  ilə  ifadəsidir»  (114, 
140). M.İlqar bu xüsusiyyəti çox gözəl tutmuşdur: 
«İncə gülü» - elin eşqi, ülfəti, 
             «Misiri» - Koroğlunun gücü, qüvvəti, 
         «Qaraçı» - qoynunda köçü, külfəti, 
                   Yaylağa uzanan yolдu sinəmdə (62, 51). 
Azərbaycan  musiqisinin  üçüncü  qolunu  xanəndəlik 
təşkil  edir.  Xanəndəlik  sənəti  orta  əsrlərdə  şəhərləriн 
inkişafı  ilə  əlaqədar  meydana  gəlmişdir  (109,  12).  Muğam 
sənəti  öz  qidasını  klassik  ədəbiyyatdan,  qəzəllərdən 
almışdır. XX əsrin əvvəllərinə qədər xanəndələr əsasən fars 
dilində  oxuyurdular.  Demək  olar  həm  də  şəhər  toylarına 
çağırılırdılar.  Kəndlilər  üçün  onlar  anlaşılmaz  olduğuna 
görə  ханяндяляри  öz  məclislərinə  dəvət  etmirdilər.  Məhz 
buna  görə  də  bu  sənət  Qazaxda  yayılmамышды.  Doğrudur, 
əsrin  əvvəllərində  Sаlahlı  Məşədi  Əkbər  kimi  xanəndə 

 
74 
yetişмишдi.  Lakin  onun  fəaliyyəti  İrəvan,  Tiflis  kimi 
şəhərlərlə  bağlı  олмушдур.  Muğamın  izlərinə  Qazaxda 
nəqşbəndilər  arasında  da  rast  gəlmək  olardı.  Onlar  öz 
məclislərində  çalıb  oynayır,  təriqət  başçıları  Seyid 
Mirhəmzə 
Nigarinin 
qəzəllərini 
muğam 
üstündə 
oxuyurdular.  Lakin  qeyd  etdiyimiz  kimi,  xalq  kütlələri 
arasında xanəndəlik sənəti geniş təşəkkül tapa bilmямишди. 
 
1.7. MUSİQİ ALƏTLƏRİ 
 
 Azərbaycan  xalqının  həyatında  dərin  kökləri  olub, 
mənəvi  mədəniyyətdə  mühüm  yer  tutan  zəngin  musiqini 
musiqi  alətləri  olmadan  təsəvvür  etmək  olduqca  çətindir. 
Musiqimiz  də  musiqi  alətlərimiz  kimi  tarixən  zəngin 
olmuşdur.  Zaman  keçdikcə  musiqimizdə  olduğu  kimi, 
musiqi  alətlərimizdə  də  inkişaf  getmişdir.  N.Gəncəvi  hələ 
XII  əsrdə 32 musiqi aləti haqqında  öz  əsərlərində məlumat 
vermişdir  (143,  157).  Bu  musiqi  alətlərinin  əksəriyyəti 
dövrümüzə  qədər  gəlib  çatmışdır  və  hər  birи  musiqi 
mədəniyyətimizin inkişafında öz yerini qoruyub saxlayır. 
Musiqi alətləri quruluşu, ifa tərzi, səs ahəngi, ritmi ilə 
üç  növə  bölünür.  Bunlar  simli,  nəfəsli  və  zərb  alətlərindən 
ibarətdir.  Bu  alətlər  əsrlər  boyu  bayramların,  el 
şənliklərinin,  toyların  yaraşığı  olmuş,  onların  ayrılmaz  bir 
hissəsinə  çevrilmişdir.  Belə  məclisləri  musiqisiz  və  musiqi 
alətləri  olmadan  təsəvvür  etmək  mümkün  deyildir.  Bu 
musiqi alətləri məclislərdə ya təkcə, ya da ansambl şəklində 
istifadə  olunmuşdur.  Ansambl  şəklində  istifadə  olunan 
musiqi alətlərinin səs uyğunluğu həmişə nəzərə alınmışdır. 
Biz burada ancaq XIX əsrdə və XX əsrin əvvəllərində 
Qazaxda ən geniş şəkildə istifadə olunan musiqi alətlərindən 
söhbət açacağıq. 
SAZ:    XIX  əsr  və  XX  əsrin  əvvəllərində  Qazaxda  ən 
geniş  yayılan  musiqi  aləti  saz  olmuşdur.  Bu  məhz  həmin 
dövrdə  aşıq  ədəbiyyatının,  aşıq  sənətinin  geniş  təşəkkül 

 
75 
tapması  və  xalqın  bu  sənətə  marağının  nəticəsi  иdi.    О 
сябябдяндир  ki,  hər  bir  evdə,  demək  olar,  divardan  tüfəng, 
xəncərlə yanaşı, saz da asılmışdır. 
Saz  öz  tarixi  etibarilə  çox  qədimdir.  Bu  sənətin 
kökünün  köçмə  maldarlıq  təsərrüfatı  ilə  bağlı  olduğunun 
qeydi  də  maraqlıdır.  Azərbaycan  ərazisində  yaşayan 
qəbilələrin  3  min  il  bundan  əvvəl  sazdan  istifadə  etdikləri 
göstərilir  (26,  42-43).  Elə  həmin  dövrdən  də  sаz  xalqımızın 
tarixində  ona  yol  yoldaşlığı  etmişdir.  «Kitabi-Dədə 
Qorqud»  dastanlarında  hətta  düşmən  əlində  saz  olardısa, 
sazın onun əlindən alındığını və saza hörmət əlaməti olaraq 
onun öldürülməyib, bağışlandığını görürük (64, 74). Klassik 
poeziyamızın 
nümayəndələri 
N.Gəncəvi, 
M.Füzuli, 
Ş.İ.Xətai,  M.P.Vaqif,  və  başqaları  saz  haqqında  öz 
əsərlərində  müəyyən  məlumatlar  vermiş,  onu  hörmətlə 
xatırlamışlar.  Şah  İsmayıl  Xətai  hətta  özünü  bir  gün  sazsız 
təsəvvür edə bilmədiyini şeиrlərində göstərmişdir:   
 
Bu gün ələ almaz oldum mən sazım, 
                    Ərşə dirək-dirək çıxar avazım, 
Dörd şey vardır bir qarındaşa lazım, 
Bir elm, bir kəlam, bir nəfəs, bir saz. 
Saz  özünün  quruluşu  etibarilə  uzunboğazlı  armuda 
bənzər  musiqi  alətidir.  Onun  əsas  hissəsi  (çanağı)  1-2  sm 
qalınlığında  ayrı-ayrı  taxtalardan  əyilərək  bir-birinə 
pərçimlənib düzəlir. Bu yarım armud şəkli alır. Çanaq hissə 
adətən tut ağacından düzəlir. Ə.Rəhmətov çanaq hissəsinin 
bütöv  ovularaq  düzəldiyini  qeyd  edir  (88,  20).  Sazın  boğaz 
hissəsi  isə  qoz  ağacından  hazırlanır.  Çanağın  üst  hissəsi 
nazik  taxta  parçaları  ilə  örtülür.  Çanaq  boğaz  hissə  ilə 
birləşdirilir.  Sazın  səsinin  yaxşı  çıxması  üçün  onun  üst 
taxtalarında  kiçik  deşiklər  açılır.  Qolun  üzərində  8-10  aşıq 
olur  və  simlər  çanağın  arxa  hissəsindən  gətirilərək  ona 
bərkidilir.  Simlərin  sayı  aşıqların  sayına  bərabər  olur.  Onu 
da  qeyd  edək  ki,  simlər  metaldan  ibarət  olur.  Aşıq    sazı 

 
76 
kökləmək  üçündür.  Sazın  qolları  üstündə  pərdələr  var. 
Pərdələrin sayı adətən 10-14 olur. Pərdələr baş pərdə, ayaq 
pərdə, orta pərdə, şah pərdə, beçə pərdə вя с. adlanır. Sazı 
çalmaq  üçün  mizrabdan  (tazanədən)  istifadə  edilir.  Mizrab 
gilas və ya albalı ağacı qabığından hazırlanır. 
Sazda tarixən dəyişiklik sim və pərdələrin sayı ilə bağlı 
olmuşdur.  Ə  Xaqani  йарадыъылыьында  bir  simli  sazdan 
danışılırsa,  artıq  XVI  əsrdə  M.Füzuli  «Leyli  və  Məcnun» 
poemasında  ikisimli  sazdan  söhbət  açır.  «Koroğlu» 
dastanında  isə  üç  telli  saz  tez-tez  xatırlanır.  XX  əsrin 
əvvəllərində П.Vostrikov sazın beşsimli olduğunu qeyd edir: 
«Saz  beş  simli  musiqi  alətidir.  O,  tatar  xalq  musiqiçiləri  – 
aşıqlar arasında geniş yayılmışdır. Sazın telləri metaldandır, 
onu  buynuz  və  ya  albalı  qabığı  –  mizrabın  kюməyi  ilə 
çalırlar. Mizrabı bаş barmaq və göstərici  barmaq arasında 
tuturlar» (148, 5). 
Göründüyü  kimi,  XIX  əsrdə  və  XX  əsrin  əvvəllərində 
sazın simlərinin sayı beşə çatır. Hazırkı dövrdə isə simlərin 
sayı 8-10 arasındadır.  
Sazda olan 10-14 pərdə də tarixən inkişaf edə-edə gəl-
mişdir. S.Paşayev XIX əsrdə daha iki pərdənin yarandığını, 
şah  pərdə  səviyyəsinə  qalxdığını  və  bunun  nəticəsində  yeni 
saz  havalarının  meydana  çıxması  üçün  əlverişli  şəraitiн 
yarandığını  göstərir  (87,  4).  Ə.Eldarova  pərdələrin  sayının 
15  olduğunu  qeyd  edir  və  onları  belə  qruplaşdırır:  1.  Baş 
pərdə, 2. Baş pərdə (baş müxəmməs pərdəsi), 3. Orta pərdə 
(yarım  pərdə,  təcnis  pərdə,  kərəmi  pərdə,  ürfani  pərdə),  4. 
Orta  pərdə    (yarım  pərdə,  gül  pərdə,  lal  pərdə,  kor  pərdə, 
misri  pərdə),  5.  Şah  pərdə.  6.  Orta  pərdə  (lal  pərdə,  kor 
pərdə, səqir pərdə), 7. Divani pərdə (Ayaq divani), 8. Bayatı 
pərdə  (yarım  pərdə,  Koroğlu  pərdə),  9.  Yarım  pərdə  (gül 
pərdə, kor pərdə, Bəhməni pərdə), 10. Kök pərdə (zil pərdə, 
ayaq  şah  pərdə),  11.  beçə  pərdə.  12.  Baş  pərdənin  zili.  13. 
Orta  pərdənin  zili.  14.  Şah  pərdənin  zili.  15.  Qurtaracaq 
pərdə (39, 47). 

 
77 
Saz  ölçüsünə  görə  də  bir-birindən  fərqlənir.  Öz 
ölçüsünə  görə  saz  üç  cür  olur:  tavar  saz,  ana  saz,  cürə  saz. 
Ustad aşıq Cəlal Qəhrəmanov bu haqda yazır: 
        Nadan qanmaz, qanan doymaz, 
Hər yaramaz düz anlamaz. 
                            Вar tavar saz, var ana saz
     Bir də onun cürəsi var (12, 65). 
Bu  sazların  ən  böyüyü  tavar  sazdır.  Onun  uzunluğu 
120-150  sm-dir.  Ana  saz  bir  qədər  ondan  kiçikdir.  Onun 
ümumi uzunluğu 80-100 sm-dir. Ən kiçik saz isə cürə sazdır. 
Ona qoltuq sazı da deyirlər. Uzunluğu 50-70 sm-dir. 
Saz  tarixən  xalq  arasında  ən  geniş  yayılan  musiqi  aləti 
olmuşdur.  Elə  bir  el  şənliyi,  bayramı,  məclisi  olmazdı  ki, 
onsuz  keçirilsin.  Xüsusilə  Qazax  rayonunda  bu  алят  daha 
geniş yayılmışdır.  
TÜTƏK:  Azərbaycanın  hər  yerində  olduğu  kimi, 
Qazax  bölgəsində  də  ən  geniş  yayılan  musiqi  alətlərindən 
biri  tütəkdir.  Ondan  əsasən  çobanlar  istifadə  edirlər.  Bunu 
başqa musiqi alətlərinə nisbətən yığcamlığı, gəzdirилməyiнин 
asanlığı  ilə  izah  etmək  olar.  Tütəyin  «Çoban  tütəyi» 
adlanmasının  bir  səbəbi  də  məhz  budur.  Onun  tarixi  çox 
qədimdir.  Тцтяк,  xalqın  təsərrüfatı,  məişəti,  мяняви  həyatı 
ilə сых bağlı olmuşdur. Daha doğrusu, maldarlıqla əlaqədar 
yaranmışdır.  «Deyilənə  görə  tütəyi  dağların,  düzlərin 
yaraşığı  olan  çobanlar  icad  etmiş,  ilk  dəfə  onlar  dilə 
gətirmişlər.  Azərbaycanda  yerli  əhali  10-12  min  il  bundan 
əvvəl  maldarlıqla  məşğul  olmuşдуr.  Çox  güman  ki,  həmin 
dövrdə,  yəni  hələ  ibtidai  icma  quruluşu  şəraitində  qəbilələr 
tütək qayırıb öz şənliklərində çalmışlar» (26, 98). 10-12 min 
il  tarixi  olan  bu  musiqi  alətinin  belə  uzun  müddətli 
yaşamasının başlıca səbəbi  xalqın həyatı ilə bağlılığındadır.      
Tarixən tütək indiki kimi olmamışdır, тədricən inkişaf 
edərək  hazırkı  şəklə  düşmüşdür.  İlk  tütək  barmaq  dəlikləri 
olmayan  adicə  borudan  ibarət  olmuşdur  (88,  32).  Sonralar 
görünür  ki,  bu  səsi  inkişaf  etdirmək,  müxtəlif  səviyyədə  səs 

 
78 
almaq  üçün  yeni  üsullar,  vasitələr  axtarılmışdır.  Həmin 
axtarışların nəticəsi kimi tütəkdə dillər (дяликляр) açılmışdır. 
Tütəyin  uzunluğu  240  mm-dəн  350  mm-dək  olur. 
Onun uzunluğunun fərqi tütəyin səs səviyyəsi, kökü ilə bağ-
lıdır. Tütək uzun olarsa, onuн səsi bəm, qısa olarsa zil ola-
rdı.  Tütək  əvvəllər  ağacdan  hazırlanmışdır.  Lakin  soralar 
qamış tütək üçün ən yaхşı material hesab edilmişdir. Çünki 
taxtadan onu hazırlamaq çətindir və hər adam da hazırlaya 
bilməzdi.  Qamış  isə  tütək  üçün  hazır  materialdır.  Ağacdan 
fərqli olaraq onu hər bir adam hazırlaya bilər. Ona görə də 
qamış tütək daha geniş yayılmışdır.  
Tütəyin gövdəsinin üst tərəfində yeddi dəlik olur. Lülə-
nin arxa hissəsində isə yuxarıda baş barmaq bərabərində bir 
dəlik  açılır.  Çalınmasında  isə  hər  iki  əl  iştirak  edir.  Чальы 
просесиндя  шəhadət  orta  adsız  barmaqlarla  tütəyin  üst 
hissəsində  olan  yeddi  dəlikdən  altısı  bağlanır,  biri  isə  açıq 
qalır. Altında olan dəlik baş barmaqla tutulur. 
Tütəkdə  əsasən  «Çoban  bayatısı»  ifa  edilir.  Adından 
göründüyü  kimi,  bu  hava  çobanlar  tərəfindən  bəstələnmiş-
dir. 
ZURNA:  Xalqımızın yaratdığı musiqi alətləri içərisin-
də  zurnanın  öz  yeri  varдыр.  Bu  musiqi  aləti  qədimdə  hərbi 
yürüşlərdə,  müxtəlif  xalq  oyunları  və  əyləncələrdə,  zorxa-
nalarda,  cıdır  meydanlarında,  xoruz  və  qoç  döyüşlərində 
səsləndirilirdi. Zurnasız heç bir toy məclisi olmazdı (88, 39). 
Bu  musiqi  алятиндян  bütün  халг  bayram  və  mərasimlərində 
istifadə  edilmiş,  el-obaya  sevinc,  xoşbəxtlik  bəxş  etmişdir. 
Onun  zil  səsi  insanları  coşdurur,  onlarda  qəhrəmanlıq 
ovqatı  yaradır.  Çox  güclü  və  zil  səsə  malik  olan  bu  musiqi 
aləti çalğıçıdan möhkəm üfürmə qabiliyyəti, nəfəs tələb edir.  
Əsrin  əvvəllərində  П.Vostrikov  zurna  haqqında  yazır-
dı: «Zurna nəfəsli alətdir və qaboyu əvəz edir, lakin öz quru-
luşu иля ondan xeyli fərqlənir. Onun doqquz dəliyi olur. On-
lardan səkkizi bir cərgədə gövdənin üst hissəsində, birisi isə 
altında  olur.  Zurna  adətən  armud  ağacından  düzəldilir  və 

 
79 
qızıl,  gümüşlə  bəzəyirlər»  (148,  5-6).  Konus  формалы,  yəni 
baş  tərəfi  dar,  qurtaracağından  diametri  isə  böyük  olan 
zurnanın  uzunluğu  280-360  mm-dir.  Üz  tərəfində  йедди, 
altında olan bir deşik daha işləkdir. Üz tərəfində qıfa bənzər 
hissədə olan kiçik deşikdən isə adətən zurnanın köklənməsi 
üçün istifadə edilir. Zurnanın müştüyü qamışdan hazırlanır. 
Bu  yonulmuş  iki  qamış  parçasından  ibarət  olur.  Uzunluğu 
isə  20-22  mm-dir.  Müştüyə  sümükdən  dairəvi  tağalaq 
bərkidilir. Zurnalar əvvəllər sümükdən, sonralar isə tut, qoz 
və ərik ağacından düzəldilmişdir (26, 106). Ə.Rəhmətov isə 
зурнанын  йалныз  ərik  ağacından  hazırlandığını  qeyd  edir. 
Bütün bunlar bizə belə nəticəyə gəlməyə imkan verir ki, XIX 
əsrdə  və  XX  əsrin  əvvəllərində  təkcə  armud  ağacından 
hazırlanan  zurna  sonralar  ərik,  tut,  qoz  ağaclarından  da 
hazırlanmışdır.  Onu  da  qeyd  edək  ki,  zurna  məclislərdə 
balaban və nağara ilə birlikdə ifа olunmuşdur. 
Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin