1.6. MUSİQİ
Azərbaycan xalqının milli mənəvi mədəniyyətinin ən
çox diqqəti cəlb edən sahələrindən biri musiqidir. Qədim
tarixə malik olan Azərbaycan musiqisi nəinki Qafqazda,
hətta yaxın Şərqdə, Orta Asiyada geniş yayılmışdır. Qoншu
xalqların musiqisi ilə təmasda olan bu musiqi çox zaman
onlara da öz güclü təsirini göstərmişdir. Hətta bəzən onları
sıxışdıraraq həmin xalqların doğma musiqisinə çevrilmişdir.
Bunu Girman Вamberinin «Orta Asiyaya səyahət»
kitabındakı fikirlər də sübut edir. O yazır: «Türkmənlər
Azərbaycanı yüksək sivilizasiyasının mərkəzi hesab edirlər.
Əgər ilk baxımdan insan qəlbini riqqətə gətirən gözəl bir
mahnı oxumağı xahiş etsələr, onda salona mütləq
Azərbaycan təranələri yayılacaqdır» (153, 31). Azərbaycan
69
musiqisi bir çox qonşu xalqların musiqisinə bu və ya digər
шякилдя təsir göstərmiş, hətta erməni xalqının musiqisini
tamamilə əvəz etmişdir. Belə yüksək səviyyəyə malik
Azərbaycan musiqisinin ayrı-ayrı бюлэяляr üzrə öyrənilməsi
də mühüm əhəmiyyət kəsb edir. Qərb бюлэясиндя (Qazax
rayonunda) bu musiqinin xarakterik xüsusiyyətlərinin araş-
dırılması xüsusi maraq doğurur.
Qədim tarixə malik olan Azərbaycan musiqisi əsasən
üç yolla inkişaf etmişdir: 1. Xalq musiqisi. 2. aşıq yaradıcılı-
ğı. 3. Xanəndəlik. Bu hər üç musiqi özünəməxsus, orijinal,
çoxcəhətli yaradıcılıq sahəsi олмуш, qarşılıqlı təmasda in-
kişaf etmiş və bir-birinя təsir göstərmişdir.
Azərbaycan musiqisinin ən qədim sahəsi xalq musiqi-
sidir. Bu musiqi öz kökləri etibarilə ibtidai icma quruluşuna
gedib çıxır desək, fikrimizdə yanılmarıq. Azərbaycan xalq
musiqi yaradıcılığına mahnılar və oyun havaları daxildir
(118, 4). Bu musiqi öz forma və janrları ilə çoxcəhətli və
çoxşaxəli olmaqla başlanğıcını xalq həyatından alır. Xalq
musiqisi nümunələri əsasən, əmək prosesi, ailə məişəti,
mərasimlərlə,
oyunlarla
bağlı
olaraq
yaranmışdır.
«Azərbaycanda oxumaq üçün əsas material xalqın adət-ənə-
nələrini əks etdirən və xalqın özü tərəfindən yaradılan xalq
nəğmələridir» (125, 34). Bu nəğmələrin ilk nümunələri
xalqın həyatı – ovçuluq, maldarlıq, əkinçilik və mərasim-
lərlə bağlı yaranmış əkinçi nəğmələri, holavarlar, sayaçı
sözləri, eydirmələr, mərasimlərdə oxunan mütləq məzmunlu
nəğmələrdir. Eyni zamanda xalq mahnılarının rüşeymlərini
qədim oyunlarda, tapmacalarda, laylalarda, oxşamalarda,
sayaçı sözlərində, holavarlarda, oyun mərasim havalarında,
cəngilərdə, hətta ağılarda axtarmaq lazımdır (75, 62).
Mahnı xalq həyatını öзündə əks etdirməsinə görə diqqəti
daha çox cəlb edir. Xalqın bütövlükdə daxili aləmi, arzu və
istəyi, düşüncəsi, xoş gündə istəyi, sevinci, dar gündə kədəri
öz əksini onun musiqisində, nəğmələrində tapır.
Ümumiyyətlə, «mahnı xalqın özüdür. Mahnılarına görə
70
xalqın həyat tərzini, toyunu, yasını, mübarizəsini
müəyyənləşdirmək mümkündür» (41, 153).
Ən qədim mahnı nümunələri heç şübhəsiz ki, ovçu nəğ-
mələri, sayaçılar, holavarlardır. Onların ilkin nümunələri
unudulmuş və dövrümüzə qədər gəlib çatmamışdır. XIX
əsrdə və XX əsrin əvvəllərində Qazax bölgəsində bu nəğ-
mələr geniş yayılmışdır. Çox təəssüf ki, indi də holavarlar,
sayaçı sözləri ağsaqqalların yaddaşında yaşasa da, ovçu
nəğmələri, demək olar, unudulmuşdur. Bunun səbəbi bizə
belə эялир ki, ovçuluğun xalq təsərrüfatında yeri ilə bağlıdır.
Çünki ovçuluq təsərrüfatı aparıcı sahə kimi artıq aradan
çıxmış, əyləncə vasitəsinə çevrilmişdir. Bu dövrdə əkinçilik
və maldarlıqla bağlı olan «A yel baba, yel baba», «Gün çıx,
gün çıx», sağım nəğmələri – eydirmələr, nəhrə nəğmələri və
s. xalq arasında geniş yayılmışdır. Xalq musiqisinin xeyli
hissəsini mövsüm və mərasim nəğmələri təşkil edir. Bu
nəğmələr əsasən mövsümlə əlaqədar olan nəğmələrdir.
Mövsümlər isə öz növbəsində təbiətlə bağlыdır. Onları tam
mənada bir-birindən ayırmaq mümkün deyildir. Biz
mövsümlərlə bağlı nəğmələrin əsas nümunələri kimi «Xıdır
Nəbi», «Kosa-kosa», «Hodu-hodu», «Səməni ay səməni»,
«Duman qaç-qaç», «Gün çıx, gün çıx», «Üzərliksən
havasan», «Вəsfi-hal» və s. göstərə bilərik.
Ən geniş nəğmələr toy mərasimləri ilə bağlı nəğmələr-
dir. Onlar bir silsilə təşkil edir вя бюлэя ящалиси arasında indi
də yaşamaqdadır. Toy nəğmələri həmin mərasimin müxtəlif
mərhələlərini - nişan, toy, bəy tərifi, xonça, xına, gəlinapar-
ma və s. özündə əks etdirir. Belə nəğmələr şən əhvali-ruhiyyə
daşıyaraq sevinc, şənlik ovqatı yaradır. Qaynana-gəlin
münasibətlərini əks etdirən nəğmələr də ящали arasında geniş
yayılmışdır. Kənd toylarında əsasən qədim toy mahnıları
oxunurdu. Onların əsas cəhəti şən əhvali-ruhiyyə
yaratmasıdır. Onlar musiqi ilə bağlı olmuş, həm sözlər, həm
də hava bir-birilə qarşılıqlı inkişaf etmişdir (41, 154). Belə
mahnılara nümunə olaraq «Haralısan, haralı dурna»,
71
«İstəkanın qırılsın», «Üçtelli durna», «Əlində sazın
qurbanı», «Yaxan düymələ», «Xumar olduм», «Ayağında
məsi var» və s. göstərmək olar. Bu mahnıların Qazax
mahalında toy və şənliklərdə gözəl ifaçılarından biri
Kəmərli Aşıq Əmiraslan olmuşdur. Ona aşıq deyilsə də o,
saz çala bilməmiş, bu mahnıları qavalın müşayiəti ilə
oxumuşdur. O, 1930-cu ildə qaçaq üçün mahnı oxuduğuna
görə güllələnmişdir (34-инф.). Bu mahnılar indi də
qalmaqdadır. Лакин «Pəncərəsi, ay pəncərəsi» mahnısının
ancaq adı yaşamaqdadır. İ.Şıxlının xatirələrindən aydın olur
ki, bu mahnı əsrimizin 40-cı illərinə qədər müğənnilər
tərəfindən ifa olunmuşdur (106, 216). Haqqında danış-
dığımız mahnıların mətni əsasən bayatılardan ibarət idi. Лa-
kin xalq mahnılarının xeyli hissəsinin mətnini gəraylı və
qoşmalar təşkil edir. Xalq mahnılarının bu xüsusiyyəti aşıq-
ların təsirilə izah edilməlidir (78, 34). Qazax el şairi Şeyda
Əzizin «Bilirsənmi səndən niyə küsmüşəm» qoşması indi də
xalq mahnısı kimi bütün Azərbaycan xalqы içərisində
yayılmışdır. Qeyd etmək lazımdır ki, bu mahnılar təklikdə
musiqisiz də oxunurdu.
Xalq musiqisinin bir hissəsini də xalqın kədərini, dər-
dini əks etdirən yas nəğmələri, ağılar təşkil edir. Ağılarda,
bildiyimiz kimi, xalqın dərdi, kədəri yaşayır. İslam dini mu-
siqini haram buyurduğu üçün onlar musiqisiz oxunur. Çox
güman ki, islamdan əvvəl ağılar musiqi ilə oxunmuşdur.
Uşaqların saxlanması, boya-başa çatdırılması üçün ya-
ranan мащнылар – laylalar, arzulamalar və oxşamalardır.
Qazaxda özünəməxsusluğu ilə seçilərək respublikamızın
başqa yerlərində rast gəlinməyən qımqımılar daha çox
diqqəti cəlb edir. Qımqımılar əsasən Qaymaqlı kəndi ilə
bağlıdır və çox zaman ona «Qaymaqlı qımqımıları» deyilir.
Bu nəğmələr əsasən qadınlar tərəfindən oxunur.
Qımqımılarda onlar öz arzu və istəyini intonasiya ilə
müəyyən sözləri təkrar edərək oxuyurlar. Onu da qeyd edək
ki, qımqımılar musiqinin müşayiəti olmadan ifa olunur.
72
Qaymaqlı kəndində indi də xüsusi qımqımı deyən qadınlar
var. Onların гımqımılarınын xüsusiyyətinin aйdın görünməsi
üçün bir nümunə verириk:
Ay gedən atdı,
atın təрə, atın təрə batdı.
Səni məndən, səni məndən
ayıranlar ölsün.
Bircə balan, bircə balan
mənə qalsın.
Бu dövrdə uşaq nəğmələri də geniş yayılmışdır. Onları
uşaqlar oxuyurдуlar. Qeyd etmək lazımdır ki, bu nəğmələr
intonasiya ilə musiqisiz oxunurdu. «Hamam-hamam
içində», «Bacadan baxan hidra-göz», «Tülkü, tülkü,
tünbəki», «A hastanda, hastanda», «Əkil-bəkil» və s. uşaq
nəğmələrinə nümunədir.
Xalq musiqisinin tərkib hissəsi kimi oyun havaları da
diqqəti cəlb edir. Oyun havaları el şənlikləri zamanı rəqs
edərkən ifa olunurdu. Xalq bu havaların təranələri altında
rəqs edər, şənlənərdi. Oyun havaları əsasən «Tərəkəmə»,
«Uzun dərə», «Qazağı», «Vağzalı», «Güləşəngi», «Atdan-
dırma» və s.-дян ibarət idi. Bunlar lirik oyun və qəhrəman-
lıq havalarına bölünürdü.
Xalq musiqisi xanəndəlik və aşıq sənəti ilə təmasda in-
kişaf etmişdir. XIX əsrdə və XX əsrin əvvəllərində Qazaxda
aşıq yaradıcılığı geniş yayılmışdı. Aşıqlara bölgənin bütün
kəndlərində rast gəlmək olardı. Aşıq sənəti öz qidasını
zəngin xalq şerindən, musiqisindən alırdı. Eyni zamanda
aşıq sənəti xanəndəliyə təsir göstərsə də, öz növbəsində də
ondan qidalanmışdır. Belə ki, xanəndəlikdəki zəngulələri
aşıqlar öz sənətinə gətirdiyi kimi, xanəndələr də aşıq
sənətindəki oynaqlığı muğama gətirmişlər. «Klassik xa-
nəndələrdən hacı Hüsü, Mirzə Məhəmməd Həsən, Cabbar
Qaryağdı oğlu, Segah İslam, Seyid Şuşinski, xüsusilə Bülbül
muğamatı genişləndirmək üçün aşıq formalarını və xalq
mahnılarını muğamata daxil etmişlər, «Arazbarı», «Manı»,
73
«Şikəstə», «Bayatı», «Kərəmi», «Şərili», «Kürd ovşaрı»,
«Kəsmə şikəstə», «Şirvan şikəstəси» və buna bənzər aşıq
musiqisi nümunələrini əsas tutmuş və bunları zildə
oxumaqla bu formaları muğamata üzvü surətdə aşılayaraq
onu daha da zənginləşdirmişlər. Eyni zamanda görkəmli
aşıqlar aşıq yaradıcılığını inkişaf etdirmək üçün «Sarəng»,
«Şikəsteyi-fars», «Qatar-bayatı», «Əşiran», «Bayatı-Qacar»,
«Kürd
Şahnaz»,
«Bayatı
-Əcəm»
kimi
muğam
nümunələrindən istifadə etmişlər» (109, 95).
XIX əsrdə Qazaxda aşıq yaradıcılığı inkişafının ən
yüksək zirvəsinə çatır. Heç bir el şənliyi aşıqların iştirakı
olmadan keçirilmir. Aşıq musiqisi xalqın mənəvi tələbatını
ödəyən əsas vasitəyə çevrilir. Burada məşhur el aşıqları
yетишиr. «Qazax yurd yeri», «Qazax dübeytiси» kimi havalar
meydana çıxır. Onlar öz mahyiyəti etibarilə xalqın həyatı ilə
bağlıdır. Eyni zamanda bu havalara adicə zövqoxşayan
musiqi havaları kimi də baxmaq olmaz. Hər bir hava
müəyyən məna, qayə, hadisə və həyati faktla bağlıdır, xalq
məişətinin, mübarizəsinin, tarixi keçmişinin, qəminin,
sevincinin, arzu və bəlanın musiqi dili ilə ifadəsidir» (114,
140). M.İlqar bu xüsusiyyəti çox gözəl tutmuşdur:
«İncə gülü» - elin eşqi, ülfəti,
«Misiri» - Koroğlunun gücü, qüvvəti,
«Qaraçı» - qoynunda köçü, külfəti,
Yaylağa uzanan yolдu sinəmdə (62, 51).
Azərbaycan musiqisinin üçüncü qolunu xanəndəlik
təşkil edir. Xanəndəlik sənəti orta əsrlərdə şəhərləriн
inkişafı ilə əlaqədar meydana gəlmişdir (109, 12). Muğam
sənəti öz qidasını klassik ədəbiyyatdan, qəzəllərdən
almışdır. XX əsrin əvvəllərinə qədər xanəndələr əsasən fars
dilində oxuyurdular. Demək olar həm də şəhər toylarına
çağırılırdılar. Kəndlilər üçün onlar anlaşılmaz olduğuna
görə ханяндяляри öz məclislərinə dəvət etmirdilər. Məhz
buna görə də bu sənət Qazaxda yayılmамышды. Doğrudur,
əsrin əvvəllərində Sаlahlı Məşədi Əkbər kimi xanəndə
74
yetişмишдi. Lakin onun fəaliyyəti İrəvan, Tiflis kimi
şəhərlərlə bağlı олмушдур. Muğamın izlərinə Qazaxda
nəqşbəndilər arasında da rast gəlmək olardı. Onlar öz
məclislərində çalıb oynayır, təriqət başçıları Seyid
Mirhəmzə
Nigarinin
qəzəllərini
muğam
üstündə
oxuyurdular. Lakin qeyd etdiyimiz kimi, xalq kütlələri
arasında xanəndəlik sənəti geniş təşəkkül tapa bilmямишди.
1.7. MUSİQİ ALƏTLƏRİ
Azərbaycan xalqının həyatında dərin kökləri olub,
mənəvi mədəniyyətdə mühüm yer tutan zəngin musiqini
musiqi alətləri olmadan təsəvvür etmək olduqca çətindir.
Musiqimiz də musiqi alətlərimiz kimi tarixən zəngin
olmuşdur. Zaman keçdikcə musiqimizdə olduğu kimi,
musiqi alətlərimizdə də inkişaf getmişdir. N.Gəncəvi hələ
XII əsrdə 32 musiqi aləti haqqında öz əsərlərində məlumat
vermişdir (143, 157). Bu musiqi alətlərinin əksəriyyəti
dövrümüzə qədər gəlib çatmışdır və hər birи musiqi
mədəniyyətimizin inkişafında öz yerini qoruyub saxlayır.
Musiqi alətləri quruluşu, ifa tərzi, səs ahəngi, ritmi ilə
üç növə bölünür. Bunlar simli, nəfəsli və zərb alətlərindən
ibarətdir. Bu alətlər əsrlər boyu bayramların, el
şənliklərinin, toyların yaraşığı olmuş, onların ayrılmaz bir
hissəsinə çevrilmişdir. Belə məclisləri musiqisiz və musiqi
alətləri olmadan təsəvvür etmək mümkün deyildir. Bu
musiqi alətləri məclislərdə ya təkcə, ya da ansambl şəklində
istifadə olunmuşdur. Ansambl şəklində istifadə olunan
musiqi alətlərinin səs uyğunluğu həmişə nəzərə alınmışdır.
Biz burada ancaq XIX əsrdə və XX əsrin əvvəllərində
Qazaxda ən geniş şəkildə istifadə olunan musiqi alətlərindən
söhbət açacağıq.
SAZ: XIX əsr və XX əsrin əvvəllərində Qazaxda ən
geniş yayılan musiqi aləti saz olmuşdur. Bu məhz həmin
dövrdə aşıq ədəbiyyatının, aşıq sənətinin geniş təşəkkül
75
tapması və xalqın bu sənətə marağının nəticəsi иdi. О
сябябдяндир ki, hər bir evdə, demək olar, divardan tüfəng,
xəncərlə yanaşı, saz da asılmışdır.
Saz öz tarixi etibarilə çox qədimdir. Bu sənətin
kökünün köçмə maldarlıq təsərrüfatı ilə bağlı olduğunun
qeydi də maraqlıdır. Azərbaycan ərazisində yaşayan
qəbilələrin 3 min il bundan əvvəl sazdan istifadə etdikləri
göstərilir (26, 42-43). Elə həmin dövrdən də sаz xalqımızın
tarixində ona yol yoldaşlığı etmişdir. «Kitabi-Dədə
Qorqud» dastanlarında hətta düşmən əlində saz olardısa,
sazın onun əlindən alındığını və saza hörmət əlaməti olaraq
onun öldürülməyib, bağışlandığını görürük (64, 74). Klassik
poeziyamızın
nümayəndələri
N.Gəncəvi,
M.Füzuli,
Ş.İ.Xətai, M.P.Vaqif, və başqaları saz haqqında öz
əsərlərində müəyyən məlumatlar vermiş, onu hörmətlə
xatırlamışlar. Şah İsmayıl Xətai hətta özünü bir gün sazsız
təsəvvür edə bilmədiyini şeиrlərində göstərmişdir:
Bu gün ələ almaz oldum mən sazım,
Ərşə dirək-dirək çıxar avazım,
Dörd şey vardır bir qarındaşa lazım,
Bir elm, bir kəlam, bir nəfəs, bir saz.
Saz özünün quruluşu etibarilə uzunboğazlı armuda
bənzər musiqi alətidir. Onun əsas hissəsi (çanağı) 1-2 sm
qalınlığında ayrı-ayrı taxtalardan əyilərək bir-birinə
pərçimlənib düzəlir. Bu yarım armud şəkli alır. Çanaq hissə
adətən tut ağacından düzəlir. Ə.Rəhmətov çanaq hissəsinin
bütöv ovularaq düzəldiyini qeyd edir (88, 20). Sazın boğaz
hissəsi isə qoz ağacından hazırlanır. Çanağın üst hissəsi
nazik taxta parçaları ilə örtülür. Çanaq boğaz hissə ilə
birləşdirilir. Sazın səsinin yaxşı çıxması üçün onun üst
taxtalarında kiçik deşiklər açılır. Qolun üzərində 8-10 aşıq
olur və simlər çanağın arxa hissəsindən gətirilərək ona
bərkidilir. Simlərin sayı aşıqların sayına bərabər olur. Onu
da qeyd edək ki, simlər metaldan ibarət olur. Aşıq sazı
76
kökləmək üçündür. Sazın qolları üstündə pərdələr var.
Pərdələrin sayı adətən 10-14 olur. Pərdələr baş pərdə, ayaq
pərdə, orta pərdə, şah pərdə, beçə pərdə вя с. adlanır. Sazı
çalmaq üçün mizrabdan (tazanədən) istifadə edilir. Mizrab
gilas və ya albalı ağacı qabığından hazırlanır.
Sazda tarixən dəyişiklik sim və pərdələrin sayı ilə bağlı
olmuşdur. Ə Xaqani йарадыъылыьында bir simli sazdan
danışılırsa, artıq XVI əsrdə M.Füzuli «Leyli və Məcnun»
poemasında ikisimli sazdan söhbət açır. «Koroğlu»
dastanında isə üç telli saz tez-tez xatırlanır. XX əsrin
əvvəllərində П.Vostrikov sazın beşsimli olduğunu qeyd edir:
«Saz beş simli musiqi alətidir. O, tatar xalq musiqiçiləri –
aşıqlar arasında geniş yayılmışdır. Sazın telləri metaldandır,
onu buynuz və ya albalı qabığı – mizrabın kюməyi ilə
çalırlar. Mizrabı bаş barmaq və göstərici barmaq arasında
tuturlar» (148, 5).
Göründüyü kimi, XIX əsrdə və XX əsrin əvvəllərində
sazın simlərinin sayı beşə çatır. Hazırkı dövrdə isə simlərin
sayı 8-10 arasındadır.
Sazda olan 10-14 pərdə də tarixən inkişaf edə-edə gəl-
mişdir. S.Paşayev XIX əsrdə daha iki pərdənin yarandığını,
şah pərdə səviyyəsinə qalxdığını və bunun nəticəsində yeni
saz havalarının meydana çıxması üçün əlverişli şəraitiн
yarandığını göstərir (87, 4). Ə.Eldarova pərdələrin sayının
15 olduğunu qeyd edir və onları belə qruplaşdırır: 1. Baş
pərdə, 2. Baş pərdə (baş müxəmməs pərdəsi), 3. Orta pərdə
(yarım pərdə, təcnis pərdə, kərəmi pərdə, ürfani pərdə), 4.
Orta pərdə (yarım pərdə, gül pərdə, lal pərdə, kor pərdə,
misri pərdə), 5. Şah pərdə. 6. Orta pərdə (lal pərdə, kor
pərdə, səqir pərdə), 7. Divani pərdə (Ayaq divani), 8. Bayatı
pərdə (yarım pərdə, Koroğlu pərdə), 9. Yarım pərdə (gül
pərdə, kor pərdə, Bəhməni pərdə), 10. Kök pərdə (zil pərdə,
ayaq şah pərdə), 11. beçə pərdə. 12. Baş pərdənin zili. 13.
Orta pərdənin zili. 14. Şah pərdənin zili. 15. Qurtaracaq
pərdə (39, 47).
77
Saz ölçüsünə görə də bir-birindən fərqlənir. Öz
ölçüsünə görə saz üç cür olur: tavar saz, ana saz, cürə saz.
Ustad aşıq Cəlal Qəhrəmanov bu haqda yazır:
Nadan qanmaz, qanan doymaz,
Hər yaramaz düz anlamaz.
Вar tavar saz, var ana saz,
Bir də onun cürəsi var (12, 65).
Bu sazların ən böyüyü tavar sazdır. Onun uzunluğu
120-150 sm-dir. Ana saz bir qədər ondan kiçikdir. Onun
ümumi uzunluğu 80-100 sm-dir. Ən kiçik saz isə cürə sazdır.
Ona qoltuq sazı da deyirlər. Uzunluğu 50-70 sm-dir.
Saz tarixən xalq arasında ən geniş yayılan musiqi aləti
olmuşdur. Elə bir el şənliyi, bayramı, məclisi olmazdı ki,
onsuz keçirilsin. Xüsusilə Qazax rayonunda bu алят daha
geniş yayılmışdır.
TÜTƏK: Azərbaycanın hər yerində olduğu kimi,
Qazax bölgəsində də ən geniş yayılan musiqi alətlərindən
biri tütəkdir. Ondan əsasən çobanlar istifadə edirlər. Bunu
başqa musiqi alətlərinə nisbətən yığcamlığı, gəzdirилməyiнин
asanlığı ilə izah etmək olar. Tütəyin «Çoban tütəyi»
adlanmasının bir səbəbi də məhz budur. Onun tarixi çox
qədimdir. Тцтяк, xalqın təsərrüfatı, məişəti, мяняви həyatı
ilə сых bağlı olmuşdur. Daha doğrusu, maldarlıqla əlaqədar
yaranmışdır. «Deyilənə görə tütəyi dağların, düzlərin
yaraşığı olan çobanlar icad etmiş, ilk dəfə onlar dilə
gətirmişlər. Azərbaycanda yerli əhali 10-12 min il bundan
əvvəl maldarlıqla məşğul olmuşдуr. Çox güman ki, həmin
dövrdə, yəni hələ ibtidai icma quruluşu şəraitində qəbilələr
tütək qayırıb öz şənliklərində çalmışlar» (26, 98). 10-12 min
il tarixi olan bu musiqi alətinin belə uzun müddətli
yaşamasının başlıca səbəbi xalqın həyatı ilə bağlılığındadır.
Tarixən tütək indiki kimi olmamışdır, тədricən inkişaf
edərək hazırkı şəklə düşmüşdür. İlk tütək barmaq dəlikləri
olmayan adicə borudan ibarət olmuşdur (88, 32). Sonralar
görünür ki, bu səsi inkişaf etdirmək, müxtəlif səviyyədə səs
78
almaq üçün yeni üsullar, vasitələr axtarılmışdır. Həmin
axtarışların nəticəsi kimi tütəkdə dillər (дяликляр) açılmışdır.
Tütəyin uzunluğu 240 mm-dəн 350 mm-dək olur.
Onun uzunluğunun fərqi tütəyin səs səviyyəsi, kökü ilə bağ-
lıdır. Tütək uzun olarsa, onuн səsi bəm, qısa olarsa zil ola-
rdı. Tütək əvvəllər ağacdan hazırlanmışdır. Lakin soralar
qamış tütək üçün ən yaхşı material hesab edilmişdir. Çünki
taxtadan onu hazırlamaq çətindir və hər adam da hazırlaya
bilməzdi. Qamış isə tütək üçün hazır materialdır. Ağacdan
fərqli olaraq onu hər bir adam hazırlaya bilər. Ona görə də
qamış tütək daha geniş yayılmışdır.
Tütəyin gövdəsinin üst tərəfində yeddi dəlik olur. Lülə-
nin arxa hissəsində isə yuxarıda baş barmaq bərabərində bir
dəlik açılır. Çalınmasında isə hər iki əl iştirak edir. Чальы
просесиндя шəhadət orta adsız barmaqlarla tütəyin üst
hissəsində olan yeddi dəlikdən altısı bağlanır, biri isə açıq
qalır. Altında olan dəlik baş barmaqla tutulur.
Tütəkdə əsasən «Çoban bayatısı» ifa edilir. Adından
göründüyü kimi, bu hava çobanlar tərəfindən bəstələnmiş-
dir.
ZURNA: Xalqımızın yaratdığı musiqi alətləri içərisin-
də zurnanın öz yeri varдыр. Bu musiqi aləti qədimdə hərbi
yürüşlərdə, müxtəlif xalq oyunları və əyləncələrdə, zorxa-
nalarda, cıdır meydanlarında, xoruz və qoç döyüşlərində
səsləndirilirdi. Zurnasız heç bir toy məclisi olmazdı (88, 39).
Bu musiqi алятиндян bütün халг bayram və mərasimlərində
istifadə edilmiş, el-obaya sevinc, xoşbəxtlik bəxş etmişdir.
Onun zil səsi insanları coşdurur, onlarda qəhrəmanlıq
ovqatı yaradır. Çox güclü və zil səsə malik olan bu musiqi
aləti çalğıçıdan möhkəm üfürmə qabiliyyəti, nəfəs tələb edir.
Əsrin əvvəllərində П.Vostrikov zurna haqqında yazır-
dı: «Zurna nəfəsli alətdir və qaboyu əvəz edir, lakin öz quru-
luşu иля ondan xeyli fərqlənir. Onun doqquz dəliyi olur. On-
lardan səkkizi bir cərgədə gövdənin üst hissəsində, birisi isə
altında olur. Zurna adətən armud ağacından düzəldilir və
79
qızıl, gümüşlə bəzəyirlər» (148, 5-6). Konus формалы, yəni
baş tərəfi dar, qurtaracağından diametri isə böyük olan
zurnanın uzunluğu 280-360 mm-dir. Üz tərəfində йедди,
altında olan bir deşik daha işləkdir. Üz tərəfində qıfa bənzər
hissədə olan kiçik deşikdən isə adətən zurnanın köklənməsi
üçün istifadə edilir. Zurnanın müştüyü qamışdan hazırlanır.
Bu yonulmuş iki qamış parçasından ibarət olur. Uzunluğu
isə 20-22 mm-dir. Müştüyə sümükdən dairəvi tağalaq
bərkidilir. Zurnalar əvvəllər sümükdən, sonralar isə tut, qoz
və ərik ağacından düzəldilmişdir (26, 106). Ə.Rəhmətov isə
зурнанын йалныз ərik ağacından hazırlandığını qeyd edir.
Bütün bunlar bizə belə nəticəyə gəlməyə imkan verir ki, XIX
əsrdə və XX əsrin əvvəllərində təkcə armud ağacından
hazırlanan zurna sonralar ərik, tut, qoz ağaclarından da
hazırlanmışdır. Onu da qeyd edək ki, zurna məclislərdə
balaban və nağara ilə birlikdə ifа olunmuşdur.
Dostları ilə paylaş: |