Азярбайъан милли елмляр академийасы археолоэийа вя етнографийа институту



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix31.01.2017
ölçüsü1,64 Mb.
#7141
1   ...   4   5   6   7   8   9   10   11   12

II FƏSİL 
 
DİN VƏ XALQ BAYRAMLARI 
 
əsr  və  XX  əsrin  əvvəllərində  bölgədə 
hakim  din  Иslam  dini  idi.  Lakin  bununla 
belə  ibtidai  dinlərin  –  fetişizm,  totemizm, 
animizmin  qalıqları  özünü  müxtəlif 
şəkillərdə 
əhalinin 
inamlarında, 
andlarında, 
adət-
ənənələrinдə  və  s.  biruzə  verirdi.  Hələ  lap  qədimлярdən  ulu 
babalarımız  müxtəlif  allahlara  sitayiş  etmişlər.  Yunan 
tarixçisi  Strabon  (e.ə.  64  –  b.e.  24)  albanların  allahlardan 
Щelios, Zevs və Selenaya (Щelios-Эünəş, Zevs-Эöy, Selena-
Ay  allahıdır  –  M.A.)  sitayiş  etdiyini  göstərirди.  (99,  126) 
Herodot  massagetlərin  Эünəş  allahına  atlardan  qurban 
verildiyini  qeyd  edirди.  Günəşə  sitayişin  izlərinə  xalq 
arasında indi də yaşayan «gün haqqı» andında rast gəlirik. 
1992-ci  ildə  Poylu  kənd  sakini,  el  ağsaqqalı  Məhəmməd 
Yusibovla  söhbətimizdə  o  bildirди  ki,  bu  and  daha  çox 
yayılmış andlardan olmuşdur. Lakin bu dövrdə aya sitayişin 
izlərini özündə əks etdirən heç bir material ələ edə bilmədik. 
Təkcə onu qeyd etmək lazımdır ki, Strabon Selenеya İberiya 
sərhədlərinin  yaxınlığında  sitayiş  edildiyini  və  qurban 
kəsildiyini göstərdiyi üçün çox güman ki, bu мярасим Qazax 
rayonu ərazisində Avey dağında olmuşdur. Bu dağın ilk adı 
da  ehtimal  ki,    Ayev  olmuş  və  burada  olan  Аy  ilahəsi 
abidəsinin  yerində  sonralar  xristianlığın  qəbul  edilməsi  ilə 
Alban  xristian  Aveydağ  kilsə  abidələri  yaradılmışdır. 
Görünür,  xristianlığın  qəbul  edilməsindən  sonra  Ay  ilahəsi 
ilə bağlı inamlar unudulmuş və bu yerin adı Avey – ov yeri 
şəklinə düşmüşdür. 
İbtidai dinlərdən animizm – ruha inam bu dövrdə, elə 
indi  дя  ata-babaların  ruhunun  əziz  tutulmasında,  müəyyən 
XIX 

 
101 
vaxtlarda,  bayramlarda  ölənlərin  qəbirlərinin  ziyarət 
edilməsində, 
nəzirlər 
verilməsində 
özünü 
göstərir. 
Maraqlıdır ki, ölənlərin ruhuna and içmək indi də qalır. İndi 
də  ölənlərin  ruhunu  incitməmək  üçün  «ölənin  arxasınca 
danışmazlar»  -  ifadəsi  xalq  arasında  yaşayır.  Novruz 
çərşənbələrindən  biri  Qara  çərşənbə  adlanır  və  həmin  gün 
ölən qohumların qəbri ziyarət edilir.  
Müxtəlif  heyvan  və  bitkilərin  müqəddəsləşdirilməsi, 
onların  toxunulmaz  olması  və  əgər  onları  məhv  edərlərsə, 
мящв  едяня  xətər  toxunacağı  ilə  bağlı  inamlar  Qazax 
bölgəsində indi də yaşayır. Belə canlılara qaranquş, alabaxta 
kimi  quşları,  dağdağan,  əncir  və  s.  kimi  ağacları  göstərə 
bilərik.  Bu  dövrdə  müəyyən  daş  pirlərin,  ağacların 
fetişləşdirilməsi  –  hər  şeyə  qadir  olması  ilə  bağlı  inamlar 
yaşamış  və  müəyyən  arzularla  onlar  ziyarət  olunmuş, 
nəzirlər 
deyilmiş, 
qurbanlar 
kəsilmişdir. 
Belə 
ziyarətgahlardan  Kəmərli  kənd  yaxınlığında  Ağoğlan 
ziyarətgahını,  Qaranəri,  Yuxarı  Salahlıda  Aslanbəyli 
yolunun  üstündə  olan  tənha  ağacı  göstərmək  olar.  Qeyd 
etmək  lazımdır  ki,  indi  də  bu  ağaca  müxtəlif  parçalar 
bağlayırlar.  Kazım  ağa  Salik  keçən  əsrdə  Şıxlı  yaylaqlarını 
təsvir edərkən orada bir müqəddəs yerin də olduğunu qeyd 
edir:  
   Kuhi-Maymaq ocaqdır, bu səbəbdən ki, anın, 
Nəzrini verməsələr, yəni doğar kövsələ xəm. 
Müqəddəs  yerlərin  sitayişinin  öz  qaydaları  olmuşdur. 
Hacı Kərim Sanılı «Aran köçü» adlı poemasında bunu çox 
gözəl bir dəqiqliklə təsvir edir: 
Ellər dağa köçəndə 
      Bir də dağdan qaçanda 
Пir dağına çıxırlar. 
Yağlı piltə yaxırlar. 
     Naxır, sürü, kallah, at 
       Böyük, kiçik, qız, arvаd 
              Bu pir dağa dolanır (91, 89). 

 
102 
Kəndlərimizdə indi də müşahidə etmək olar ki, bağ və 
bostanlarda ağac payaların başına at və ya it kəlləsi taxırlar 
və  bəzən  də  evin  qapısına  nal  vurub,  tikan  taxırlar  ki, 
bədnəzərлярin qarşısı aлынсын. Щeç şübhəsiz ki, buнлар ibtidai 
inamların indi də qalan izləridir. 
İslam  dininin  yayılması  ilə  bağlı  bir  çox  din 
nümayəndələrinin  qəbri  də  ziyarətgah  olmuş  və  indi  də 
ziyarətgahdır.  XIX  əsrin  sonlarından,  daha  doğrusu  90-cı 
illərdən Qazaxda, eləcə də Borçalı ərazisində olan müsəlman 
türklərinin  ziyarətgahlarından  biri  nəqşbəndliyin  görkəmli 
nümayəndəsi Hacı Mahmud Əfəndi Qaraninin qəbridir. Bu 
qəbir  ziyarətgah  kimi  indi  də  мцгяддяс  сайылыр  вя  ziyarət 
olunur.  Muğanlı  kəndində  yolun  kənarında  naməlum 
«Seyidin  qəbri»  də  belə  ziyarətgahlardandır.  Bu  qəbir 
haqqında rəvayətlər ящали арасында indi də yaşayır. 
Azərbaycanda  ən  geniş  yayılmış  din  Иslam  dinidir. 
Türklər  müxtəlif  zamanlarda  başqa  dinlərə  də  inanmışlar, 
lakin onların çoxu mənfi təsir buraxmış, varlıqlarına bəzən 
ziyan  vurmuşdur.  Məsələn,  Avropa  hunları  yığınla  məsihi 
olub Avropa millətləri arasında əriyib getmişlər (33, 58). Bu 
hal  özünü  xalqımızın  tarixində  də  göstərmişdir.  Belə  ki, 
müsəlmanlığı  qəbul  etməyən  xristian  albanların  bir  hissəsi 
qriqorian  erməni  kilsəsinin  təsirilə  erməniləşmişlər.  Lakin 
bunun əksinə olaraq islamı qəbul edən Azərbaycan türkləri 
bir xalq kimi öz milli xüsusiyyətlərini qoruyub saxlaмышdıр.  
 
2.1.  DİN 
 
 VII  əsrin  birinci  yarısında  yaranan  Иslam  dini  Yaxın 
və  Orta  Şərqdə,  Şimali  Afrikada  az  bir  vaxt  ərzində  geniş 
yayılaraq  hakim  din  olmuşdur.  İslam  dininin  əsas  kitabı 
Qurandır.  Bu  kitab  islamın  əsas  müddəalarını:  -  dini, 
hüquqi,  əxlaqi,  məişət  qaydalarını  və  s.  özündə  bütün 
təfərrüatı  ilə  əks  etdirir.  Quran  bütün  müsəlmanlar  kimi 
Qazax bölgəsi əhalisinin də müqəddəs ilahi kitabıdır. Qazax 

 
103 
rayonunun Qazaxbəyli kənd sakini Щəsrət babayla (Orucov 
Щəsrət  –  1902-ci  ildə  anadan  olub)  söhbətdə  o  bildirdi  ki, 
Qurana  and  içmək  həmişə  həyəcan  və  qorxu  törətmişdir. 
Ona and içməzdən əvvəl mütləq təmizlənib pak olmaq lazım 
idi. Yalandan and içmək isə faciəylə nəticələnərdi. Odur ki, 
ona  yalandan  and  içməyi  yerli  əhali  heç  ağlına  da 
gətirməzdi.  
İslam dini müsəlmanlar qarşısında beş vəzifə qoyur ki, 
bu  da  aşağıdakılardan  ibarətdir:  Vahid  allaha  inam 
gətirmək, namaz qılmaq, oruc tutmaq, zəkat, xüms vermək 
və  sonuncu  Həccə  getmək,  yəni  Məkkə  şəhərində  Kəbəni 
ziyarət etmək. Bu beş qaydanı hər bir müsəlman  bilməli və 
ona mütləq əməl etməli idi. Yaşayış tərzindən, yerindən asılı 
olmayaraq demək olar ki, həmin qaydalara əməl olunurdu. 
Аncaq müqəddəs yeri (Kəbəni) ziyarətə getməkdə müəyyən 
maddi imkanlar nəzərə alınırdı. XIX əsrin sonу - XX əsrin 
əvvəllərində  Qazax  bölgəsində  də,  bəzi  istisnalar  nəzərə 
alınmazsa, bu qaydaları hamı bilir və əməl edirdi. Rayonun 
bütün  kəndlərində,  hətta  ayrı-ayrı  məhəllələrdə  məscidlər 
tikilir  və  fəaliyyət  göstərirdi.  Həmin  qaydalar  və  müxtəlif 
dini  mərasimlərin  keçirilməsi  oradan  başlanır  və  din 
başçılarının  nəzarəti  altında  olurdu.  Eyni  zamanda  onu  da 
qeyd edək ki, böyükdən kiçiyə bu, bir növ, tərbiyə məktəbi 
idi.  Mollaxana  və  mədrəsələrdən  başqa,  hər  bir  valideyn 
evində öz övladına bunları öyrətməli idi.  
İslamın əsas şərtlərindən birincisi iman gətirməkdir. Bu 
isə  kəlmeyi-şəhadəti  söyləməkdən  ibarətdir.  Yəni  hər  bir 
müsəlman  şəhadət  edib  deməlidir  ki,  «Аllahdan  başqa 
məbud yoxdur və Məhəmməd Аllahın rəsuludur» ((76, 126). 
Bütün  müsəlmanlar  böyüklüyündən,  kiçikliyindən  asılı 
olmayaraq /əgər özünü dərk edirsə/ həmişə, hər yerdə, hətta 
ölüm ayağında da bu kəlməni söyləməliydilər. 
Müsəlmanın  ikinci  borcu  namaz  qılmaqdır.  Namaz 
qılan zaman kəlmeyi-şəhadəti bir neçə dəfə təkrar edirdilər. 
Çünki, yuxarıda qeyd etdiyimiz kimi, kəlmeyi-şəhadət bütün 

 
104 
işlər  üçün  başlanğıc  idi.  Namaz  qılmaq  isə  məcburi  hesab 
olunurdu.  Bu,  Quranda  da  məcburidir.  Şəriət  qaydalarına 
görə  müsəlman  gündə  beş  dəfə  namaz  qılmalıdır.  Namazı 
hər yerdə; evdə, məсъiдdə, çöldə, işdə də qılmaq olardı (63, 
9).  Bu  beş  namaz  sübh,  günorta,  ikinci,  şam  və  yatmaq 
namazlarından  ibarət  idi.  Namaz  qılmazdan  əvvəl  mütləq 
dəstəmaz alınardı. Dəstəmaz üçün müsəlman əllərini, üzünü 
və  qollarını  dirsəyə  kimi  yuduqdan  sonra  яллярини  təpədən 
alnına qədər başlarına və ayaqlarınа çəkərdilər. Bu, namaza 
təmiz getmək adəti idi. Нamaz qılıb, ibadət edənlər üzlərini 
Аllaha  tutub  ona  səcdə  edirdilər.  Onların  üzü  mütləq 
cənuba-Kəbəyə tərəf olмалы иди. 
Müsəlmanların üçüncü borcu oruc tutmaq idi. Bu dini 
mərasimə  görə  hər  bir  müsəlman  30  gün  sübh  tezdən  gün 
batana qədər heç nə yeməməli, ac qalmalı idi. Ən yaxşı oruc 
tutma  isə  yeniyetmələrin  oruc  tutması  hesab  olunurdu.  Bu 
adət  Qazax  rayonunun  ucqar  kəndlərində  daha  çox  nəzərə 
çarpırды.  Belə  bir  mərasimin  keçirilməsi  Аllahın  yanında 
bütün  günahların  bağışlanması  məqsədi  daşıyırды.  Eyni 
zamanda  oruc  tutma  mərasimində  maraqlı  olan  digər  bir 
cəhət  yeniyetmələrin  orucu  başqa  adamların  adına  тутması 
иdи.  Bu  mərasimdə  oruc  tutan  yeniyetmə  öz  orucunu 
qocaların  adına  тутурду.  O  da  müqabilində    йенийетмяйя 
müəyyən hədiyyə verirди. Orucluq ayında bütün gün ərzində 
vaxt ibadət etməklə keçirilir, Аllaha sitayiş olunur və namaz 
qılınırды. Beləliklə, otuz gün ərzində hər gün bir cüz Гuran 
oxunurду.  Quran  orucluğun  otuz  günü  ərzində  başa 
vurulardı  (8  –  инф.).  Mюminlik  düşüncələri  onları  daim 
məşğul etməli, Quran və başqa dini kitablar oxumalı idilər. 
Bu mərasimdə müəyyən güzəştlər də nəzərə alınmışdır. Belə 
ki,  xəstələr,  uzaq  səfərdə  olanlar  oruc  tutmaqdaн  azad 
idilər. 
Hər  bir  müsəlmanın  мцгяддяс  borcu  (imkanı  olarsa) 
Məkkədə  Kəbəni  ziyarət  etmək  idi.  Şəriətə  görə  burada  da 
müəyyən  güzəştlər  nəzərə  alınmışdı,  yəni  burada  heç  bir 

 
105 
məcburiyyət  yox  idi.  Kasıblar,  imkansızlar  getməyə 
bilərdilər.  Bu  ancaq  könüllülük  əsasında  olurdu.  Həcc 
mərasimi  zilhiccə  ayında  başlanırды.  Ziyarətçilər  ağ  paltar 
geyinir (ihram), yuyunub pak (qüsl) олур  və Kəbə ətrafında 
dövrə  vurduqdan  sonra  Zəmzəm  çeşməsindən  su  içirдиlər. 
Qeyd  etməliyik  ki,  XIX  əsrdə  və  XX  əsrin  əvvəllərində 
Qazax rayonunda həmin müqəddəs yerləri ziyarətə gedənlər 
olmuşlar.  Onlar  arasında  Aslanbəyli  kəndindən  olan  Hacı 
Mahmud  əfəndi  ilə  bağlı  rəvayət  və  söyləmələr  daha  çox 
diqqəti cəlb edir. Hətta bu gün onun tikdirdiyi türbə, namaz 
qıldığı  müəyyən  yerlər  müqəddəs  ziyarətgah  kimi  qəbul 
edilir.  Çətin  vəziyyətlərdə  həmin  yerlərə  dilək  dilənir, 
qurbanlar kəsilir. 
Müsəlman  qarşısına  qoyulan  диэяр  бир  borc  xüms  və 
zəkat  verməkdən  ibarətdir.  Şəriətə  görə  zəkat  yoxsullar 
arasında əmlak və gəlirdən tutulurdu. Eyni zamanda hər bir 
müsəlman ianə məqsədi ilə sədəqə – pay da verməli idi. Bu 
sədəqələr yoxsullara, kimsəsizlərə, əlsiz-ayaqsızlara верилирди. 
Belə bir hal müsəlmanlıqda geniş yayılmış və müsəlmanların 
bir-birinə  kömək  olması  ideyasından  irəli  gəlmişdir.  İanə-
sədəqə vermə adəti XIX-XX əsrdə də mövcud olmuş, ondan 
əvvəl də, bu gün də mövcud olaraq qalır. Zəkat, bir prinsip 
olaraq, məhsul ilə ödənilirdi. Qeyd etməliyik ki, zəkat artıq 
dövlət  vergisinə  çevrilmişdi.  Bu,  Иslamın  prinsiplərindən 
hakimiyyətin 
öz 
məqsədləri 
üçün 
istifadə 
etmək 
məsələsindən irəli gəlirdi. Çünki Иslam bütün müsəlmanlıqda 
hakim  olan  yeganə  qüvvə  idi.  Ona  görə  də  müəyyən 
narazılıqların  qarşısını  kəsmək  üçün,  bir  növ,  etiraz 
doğuracaq  məsələlər  Иslam  bayrağı,  Иslam  ideyası  altında 
həyata  keçirilirdi.  Zəkat  vergisində  istehsal  olunan 
məhsulun  müəyyən  hissəsi  dövlətə  təhvil  verilirdi.  Bu,  həm 
də  müsəlman  ruhaniləri  tərəfindən  geniş  kütlə  arasında 
güclü təbliğ olunurdu. 
Bu  dövrdə  Qazax  mahalında  müsəlmanlar  əsasən  iki 
təriqətə-sünnü  və  şiəliyə  mənsub  idilər.  XIX  əsrdə 

 
106 
N.A.Abelov  Yelizavetpol  quberniyası  əhalisi  haqqında 
yazırdı:  «Qeyd  etmək  lazımdır  ki,  dini  inamlarına  görə 
müsəlmanlar da şərtidir, belə ki, bəzi ailələrdə ailə üzvlərinin 
bir hissəsi şiə təliminə, o biri isə sünnü təliminə aiddir. Bu iki 
Иslam  təriqəti  ardıcılları  arasındakı  münasibət  maraqlıdır. 
Sünnülər müqayisədə azdır, ayrıca kəndlərdə, başlıca olaraq 
Кür sahilи бюлэялярдя cəmləşmişlər, qalan yerlərdə isə onlar 
şiələrlə qarışıq yaşayırlar (119, 22). Bütün bunlar XIX əsrdə 
Qərb  бюлэясиндя  müsəlmanlar  arasında  heç  bir  təriqət 
ziddiyyəti  olmadığını,  şiələrlə  sünnülər  arasında  olan 
qarşılıqlı  mehriban  münasibəti,  qohumluq  əlaqələrini 
göstərir.  Ancaq  digər  bir  cəhəti  də  qeyd  etməliyik  ki, 
Qazaxda  əhalinin  əksəriyyətini  sünnülər  təşkil  etdiyi  halda, 
müəllif  nəyə  görəsə  şiələrin  çoxluq  təşkil  etdiyini 
göstərmişdir.  Н.А.Abelovun  verdiyi  bu  məlumat  həm  də 
bütünlükdə  Yelizavetpol  quberniyası  əhalisi  haqqındadır. 
Bu  yerin  əhalisinin  sünni  təriqətinə  mənsub  olması 
haqqında Б.Veniaminov da məlumat verмишдир (149, 104). 
XIX əsr və XX əsrin əvvəllərində, bəzi istisnalar nəzərə 
alınmazsa,  dinin  bütün  qayda  və  qanunlarına  əməl 
olunmuşdu.  İslam  bu  dövrdə  bölgə  əhalisinin  həyat  və 
fəaliyyətində,  əxlaqında,  dünyagörüşündə  hakim  rol 
oynayırды.  Müxtəlif  dini  adət-ənənələrə  əməl  olunur, 
bayramlar keçirilirdi. Nikah mollalar tərəfindən kəsilir, əks 
təqdirdə haram hesab edilirdi. Onu da qeyd etmək lazımdır 
ki,  şiələr  arasında  geniş  yayılmış  siğə  /müvəqqəti/  nikah 
forması  bölgədə  nə  şiələr,  nə  də  sünnülər  arasında 
yayılmışdı.  Qadınların  üz  gizlətmə  adəti  yalnız  yaşmaqla 
məhdudlaşdırılırdı. 
Dinin ən çox özünü göstərdiyi sahə yas mərasimləridir. 
Yas  mərasimləri  demək  olar  ki,  tamamilə  Иslam  qayda-
qanunlarına  uyğun  olurdu.  Qazax  mahalında  da,  bütün 
Azərbaycanda  olduğu  kimi,  qəbirlərin  üzünün  cənuba  - 
müsəlmanların  dini  mərkəzi  Məkkəyə  tərəf  olması  burada 
dinin təsirinin nə qədər güclü olduğunu təsdiqləyir. 

 
107 
XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı istila etməsi 
imperiya  siyasətinin  yeridilməsinə  səbəb  oldu.  Belə  ki, 
çarizm  Qafqazda  yaşayan  xalqları  itaətdə  saxlamaq  üçün 
onların  özlərinin  milli  xüsusiyyətləri  müqabilində  istilaçılıq 
planlarını  həyata  keçirməyə  başladı.  Bunun  üçün  xalqın 
aparıcı  qüvvələrindən,  inamlarından  çox  bacarıqla  istifadə 
ediлиrdi. İlkin başlanğıcda чаризм din xadimlərini öz tərəfinə 
çəkməyə  çalışırdı.  Belə  bir  vəziyyətdə  uzunmüddətli  siyasət 
planı  hazırlanırdı.  Dini  idarələrin  quruluşunda  müəyyən 
dəyişikliklər aparılırdı. Onlar din xadimlərini xalqın inamını 
nəzərə alaraq öz tərəfinə çəkməklə bir məmuruna çevirməyə 
çalışırdılar.  Bunun  üçün  1823-cü  ildə  Ъянуби  Гafqaz 
şiələrinə  başçılıq  etmək  üçün  Şeyxul-islam  vəzifəsi  təsis 
edildi.  1832-ci  ildə  isə  Tiflis  şəhərində  Ъянуби  Гafqaz 
süнnülərinin dini başçısı - Müfti vəzifəsi təsis edildi. (46,54). 
Bunlar  hələ  tam  mənası  ilə  ruhani  idarə  deyildi,  tək-tək 
fəaliyyət göstərən dini başçılar idi. Бu isə çarizm siyasətinin 
ucqarlarda alınmasını açıq-aşkar müəyyənləşdirirdi. Şeyxül-
islamın  нязарятində  şiə,  müftinin  нязарятində  isə  sünni 
ruhani idarələri 1872-ci il 5 aprel tarixli çar fərmanı ilə təsis 
edilmiş və 1917-ci ilin fevralına qədər fəaliyyət göstərmişdir 
(46, 54). Hər iki təriqət başçıları böyük nüfuza malik olub, 
yerlərdə  dini  adətləri  həyata  keçirməklə,  çarizmin 
siyasətinin  də,  bir  növ,  aparıcı  rolunda  çıxış  edirdilər. 
Qafqazda  Гubernatorluq  təşkil  edilmişdi  ki,  Müfti  və 
Şeyxül-islam da həmin qubernator tərəfindən təyin edilirdi. 
Onlar isə bununla çar məmuru hesab olurdu. Eyni zamanda 
ayrı-ayrılıqda  şiə  və  sünnü  təsisatlarının  yaradılması 
Qafqazda  imperiyaya  qarşı  mübarizəni  zəiflətmək  üçün 
təriqət  ayrılıqlarından  istifadə  etmək  məqsədi  daşıyırdı. 
Lakin  bu  siyasət  Qazaxda  və  onun  heç  bir  kəndində  baş 
tutmamış, ziddiyyətlərin yaranmasına səbəb olmamışdı. Bu 
isə  мцхтялиф  тяригятляря  мяхсус  ящалинин  qarşılıqlı 
əlaqələrindən, səmimi münasibətlərindən irəli gəlirdi.  

 
108 
Qafqaz  sünnüləri  içərisində  öz  təsirini  artırmaq 
məqsədi ilə 1832-ci ildə təsis edilmiş müfti vəzifəsinə Гафгаз 
Губернатору  тяряфиндян  Qazan  tatarı  Tacutdиn  Mustafin 
əfəndi təyin olunur və ona hərbi kapitan rütbəsi verilir (82, 
63). Lakin o, Qafqazın sünni əhalisi arasında hörmət qazana 
bilmir  və  tezliklə  bu  vəzifədən  uzaqlaşdırılır.  Tacutdin 
Mustafindən sonra sünnülərin başçısı vəzifəsinə 1842-ъи илдя 
Molla  Vəli  Vidadinin  oğlu  Osman  əfəndi  Vəlizadə  təyin 
olunmuşdu. F.Köçərli  bu haqda danışarkən onun «alim və 
fazil» bir  şəxs  olduğunu qeyd edir. Müfti Osman  əfəndinin 
1847-ci ildə vəfatından sonra onun oğlu Məhəmməd əfəndi 
Müftizadə (Vidadov) Ъянуби Гafqaz sünni müsəlmanlarının 
müftisi  təyin  edilмишдir  (22,  60).  Məhəmməd  əfəndi  xalq 
arasında  öz  ağlı,  dərrakəsi,  insani  keyfiyyətləri  ilə  böyük 
nüfuz  qazanmışdır.  O,  1872-ci  ildə  Tiflisdə  şiə  və  sünni 
müsəlmanlarının ruhani idarələri yaradılarkən sünni ruhani 
idarələrinin 
rəisi 
təyin 
olunmuşdur. 
Ümumiyyətlə, 
Məhəmməd əfəndi 1880-ci ilə qədər, yəni ölümünə qədər bu 
vəzifəдя  olmuşdur.  Onun  ölümündən  sonra  isə  bu  vəzifəyə 
1881-ci  ildə  Hüseyn  əfəndi  Qaйыbov  təyin  olunmuşdur.  O, 
M.V.Vidadinin  qız  nəvəsi  olmuşdur.  Əvvəllər  о,  Qori 
Мüəllimlər Сeminariyasında Şərq dillərindən dərs demişdir. 
Hüseyn əfəndi Qaйыbov ömrünün sonuna qədər - 1917-ci ilə 
kimi  Ъянуби  Гafqaz  sünni  idarəsinin  müftisi  olmuşdur.  O, 
geniş  dünyagörüşя,  güclü  ağıla,  yaradıcılıq  qabiliyyətinə 
malik  bir  ziyalı  idi.  Böyük  bir  idarənin  başçısı  olub,  xalqa 
ağsaqqallıq etməklə yanaşı, yüksək səviyyəli bir ziyalı kimi, 
xalqın  zəngin  ədəbiyyatını,  ayrı-ayrı  sənətkarların  bədii 
sənət  nümunələrinin  üzünü  köçürüb  saxlamaqla  да  məşğul 
olmuşdur.  Bu  onun  xalqa,  mədəniyyətimizə  olan  əvəzsiz 
xidməti  idi.  Onun  «Azərbaycanда  məşhur  olan  şüəranın 
əşarına  məcmuədir»  əsəri  XVIII-XIX  əsr  ədəbiyyatımızın 
öyrənilməsi üçün əsas mənbədir. Bu məcmuədə XVIII-XIX 
əsrdə  yaşamış  100-dən  artıq  şairin  əsərlərindən  nümunələr 
toplanmışdır. 

 
109 
Buradan  göründüyü  kimi,  XIX  əsrdə  və  XX  əsrin 
əvvəllərində  Qazaxda  yüksək  savada  malik  din  xadimləri 
olmuş  və  1842-ci  ildən  1917-ci  ilədək  Ъянуби  Гafqaz 
sünniləri  ruhani  idarəsinə  məhz  Qazaxdan  olan  ruhanilər 
başçılıq etmişlər. Bunlar həmin dövrdə Qazaxda dinin geniş 
şəkildə  təşəkkül  tapdığını  göstərir.  Eyni  zamanda  XIX 
əsrdən  etibarən  Qazaxda  nəqşbəndlik  təriqətinin  də  geniş 
yayıldığı müşahidə olunur. 
Bu təriqət XIV  əsrdə Orta Asiyada hənəfilər arasında 
təşəkkül  tapmışdır.  Onun  banisi  Bahəddin  Nəqşbəndi  Səid 
Məhəmməd ibn Cəlaləddin Buxarəvi (1314-1389) olmuşdur. 
Nəqşbəndlik adı isə məşğul olduğu peşə ilə bağlıdır. Belə ki, 
ipək  və  dəmir  parçaların  üzərinə  nəqş  saldıьы  üçün  о 
nəqşbəndi  adlanmışдыr.  Lakin  bu  ad  zahiri  görkəm  olub, 
тяригят  юзц  ися  mahiyyəti  etibarilə  sufi  təriqət  idi.  Sufi 
təriqətlərindən  də  özünəməxsusluğu  ilə  fərqlənirdi.  Çünki 
nəqşbənilər  öz  tərəfdarlarını,  ardıcıllarını  tərkidünyalığa, 
zahidliyə  çağırmır,  əksinə,  onları  mübariz  əhvali-ruhiyyəli 
olmağa,  müəyyən  prinsipiallıq  göstərməyi  tərbiyə  etməyə 
çalışırdı. Onlara həmişə belə bir ideya də təbliğ olunurdu ki, 
çalışqan  əkinçi,  sənətkar,  tacir  olmaq,  müəyyən  dövlət 
vəzifələriни  tutmaq  lazımdır.  Nəqşbəndiyyə  təriqəti  rəsmi 
Иslam  dini  ilə  dinc  yola  gedirdi  (63,  93).  Onlar  sufilərdən 
həm  də  onunla  fərqlənirdilər  ki,  heç  bir  ehsan  və  sədəqə 
hesabına yaşamırdılar. Halal zəhməti, əkinçi, sənətkar, tacir 
əməyini  yüksək  qiymətləndirir  və  bu  yolla  hakimiyyətdə 
müəyyən  mövqe  tutmağa  çalışırdılar.  Onlar  eyni  zamanda 
sufilərin  bu  cür  yaşayışına  da  biganə  münasibət  bəsləmir, 
əksinə, sədəqə, ehsanla yaşamağın əleyhinə çıxırdılar. Hətta 
bu  istiqamətdə  müəyyən  təbliğat  da  aparılırdı.  «Bütün 
mövcudata  məhəbbət  ideyası  nəqşbəndilik  təriqətinin 
əsasını təşkil edir» (98, 52). 
Orta  Asiyadan  öz  başlanğıcını  götürən  nəşqbəndilik 
təriqəti az bir zamanda çoxlu tərəfdarlar  toplayaraq Şərqin 
müsəlman  ölkələrində  geniş  yayılmışdı.  Bəs  bunun  geniş 

 
110 
yayılmasının  səbəbi  nədir?  Ən  birincisi  qeyd  edilməlidir  ki, 
bu təriqət rəsmi Иslam dini ilə, dini idarələrlə dil tapa bilmiş, 
dinc  yolla  fəaliyyət  göstərməyi  bacarmışdır.  Məhz  bunun 
nəticəsi  idi  ki,  bu  təriqətin  tərəfdarları  içərisində  savadlı, 
bilikli,  müəyyən  dünyagörüşə  malik  adamlarla  yanaşı, 
savadsızlar  da  az  olmamışdır.  Bu  təriqətin  tərəfdarları 
içərisində  bütün  Шərq  aləminдə  də  tanınmış,  böyük  nüfuza 
malik Əbdürrəhman Cami (1414-1492), Əlişir Nəvai (1441-
1501),  Seyid  Mirhəmzə  Nigari  (1815-1888)  kimi  şairlər 
olmuşdur. 
Nəqşbəndliyin  Qazaxda  geniş  yayılması  Seyid 
Mirhəmzə  Nigarinin  adı  ilə  bağlıdır.  Nigari  1815-ci  ildə 
Qarabağın  Zəngəzur  mahalının  Cijimli  kəndində  anadan 
olub, 1885-ci ildə Türkiyədə vəfat etmişdir. Nigari təxəllüsü 
onun  vaxtsız  vəfat  etmiş  sevgilisinə  hörmət  əlaməti  olaraq 
götürülmüşdür.  Məlum  olan  şeirləri  də  bu  imza  иля 
yazılmışdır.  O,  Иslam  dinini,  tarixi,  fəlsəfəni  dərindən 
mənimsəmiş bir şəxs olмуш sonralar nəqşbəndilik təriqətini 
qəbul  etmişdir.  «Deyilənə  görə  onun  təriqət  ustası 
kürdəmirli İsmayıl əfəndi olmuşdur» (67, 142). O, ömrünün 
xeyli  hissəsini  Qazaxın  Xanlıqlar  kəndində  yaşayaraq  bu 
təriqəti  yaymaqla  məşğul  olmuşdur.  Seyid  Mirhəmzə 
Nigarinin  Qazaxa  gəlməsi  təqribən  XIX  əsrin  ortalarına 
təsadüf  edir.  Bunu  tarixi  müqayisələr  və  faktlar  da  aydın 
şəkildə göstərir. Çünki onun müridlərindən Hacı Rəhim ağa 
Dilbazov  Vahidi  onunla  1837-ci  ildə  Həccə  gedərkən 
görüşmüşlər. Məhz onun burada öz ideyalarını təbliğ etməyə 
başlaması  ilə  nəqşbəndilik  təriqəti  Qazaxda  geniş  yayılmış 
və  özünə  xeyli  tərəfdarlar  toplamışdır.  Qazax  rayonunun 
Kəmərli  kənd  sakini  Molla  Sədət  (Qiyasbəyli)  bu  təriqət 
haqqında  xeyli  məlumat  verdi.  Yüz  on  yaşının  olmasına 
baxmayaraq,  bu  təriqətin  prinsipləri,  ideya  və  məqsədləri 
haqqında maraqlı söhbətlər eтdi. Nigarinin və digər yaradıcı 
nümayəndələrinin  əsərlərindən  çoxlu  nümunələr  söyləдi. 
Digər  bir  maraqlı  cəhət  isə  söhbətimiz  zamanı  oнун  bizə 

 
111 
Nigarinin  şeirlər  kitabını  göstərмяси  олду.  Həmin  kitabın 
müqəddəs  olduğunu  və  heç  kimə  verilə  bilməzliyini  qeyd 
etdi.  Bütün  bunlar  təriqət  üzvlərində  olan  inamı,  ideyaya 
möhkəm bağlılığı göstərir. 
Sufilər  kimi  nəqşbəndilər  tərkidünyalıq  təbliğ 
etmirdilər.  Çox  güman  ki,  bu  təriqətin  geniş  yayılmasının 
başlıca  səbəblərindən  idi.  Nigari  öz  təriqətini  şeirləri  ilя 
yayırdı.  Bu  ideyalar  əslində  nəqşbəndiliyin  mövcudata, 
yaranmışlara olan eşq, məhəbbət fəlsəfəsindən ibarət idi və 
həmin fəlsəfə nəqşbəndilikdə qanun şəklini almışdı. 
Tezliklə  Nigarinin  ətrafına,  müridlər,  tərəfdarlar 
toplanır  və  onlar  ustadlarının  şeirlərini  öz  məclislərində, 
yığıncaqlarında  nəğmə  kimi  zərb  alətlərinin  müşaiyyəti  ilə 
oxuyurлар.  Онлар  щəmin  musiqinin  ritmləri  altında  təriqət 
rəqsləri  edirdilər.  Şeirlərə  uyğun  olaraq  havalar,  havalara 
uyğun  hərəkətlər  mərasimin  əsas  hissələrini  təşkil  edirди. 
Müridlər  bu  mərasimdə  paltarlarını  dəyişdirməsələr  də,  əsl 
müdrik rolunu oynayыrdılar. Tamaşa edən müridlər oyunun 
ümumi  ahənginə  uyğun  hay  vurуr,  hətta  əl  də  çalыrdılar 
(101,  69).  Bu  şeirlər  dünyəvi,  ilahi  məhəbbəti  təbliğ  edirdi. 
Təbii  gözəllik,  eşq  yolunda  dözüm,  dəyanət,  sədaqət  bu 
şeirlərin  tərənnüm  obyekti  idi.  Оnlar  hər  bir  yaranışda 
Аllahın  varlığını  axtarır  və  onun  nişanələrini  görməyə 
çalışırdılar.  Lakin  onu  da  qeyd  edək  ki,  nəqşbəndilər 
Allahın  ən  böyük  təzahürünü  insanın  eşqiylə,  sevgisiylə 
bağlayırdılar. Allah gözəlin sürətində təzahür edir və gözələ 
bu  qədər  sevgi,  məhəbbət  də  Allahа,  yaradana  sevgi  ilə 
bağlıdır.  Məhz  ona  görədir  ki,  eşq  şərabı,  məna  şərabı 
onların təriqət şeirlərində geniş təbliğ olunurду. 
Nəqşbəndilik  təriqətinin  özünəməxsus  xüsusiyyətləri 
vardı.  Adətən,  mərasimdən  40  gün  əvvəl  pəhriz  elan 
olunurду.  Pəhriz  olanlar  ancaq  quru  çörək  yeyib  su  içə 
bilərdilər.  Göründüyü  kimi,  bu  müsəlmanlığın  orucluğuna 
bənzəmir.  Qırx  günün  müddətində  müridlər  bir  guşəyə 
çəkilərək  daim  ibadətdə  olurdular.  Qırxıncı  gün  isə  əsl 

 
112 
mərəkə  başlayırды.  Həmin  gün  müridlər  qəsəbənin  ən  varlı 
hampasının  evində  toplanır,  xörək  yeyib,  şərbət  içirdilər. 
Başda mürşid əyləşirdi. Onun xüsusi yeri olurdu. Bir azdan 
ya  mürşidin  özü  (müəyyən  olunmuş  vaxtda)  və  yaxud  da 
gözəl səsə malik müridlərdən biri mürшidin işarəsi ilə pəsdən 
oxumağa  başlayırdı.  Başqa  müridlər  dodaqaltı  zümzümə 
edir,  getdikcə  məclis  qızışырды  вя  иштиракчылар  cuşa  gəlirdilər. 
Oxumaq  bitdikdə  müridlərin  dəf  mərasimi  başlayırды. 
Oradakılar  isə  yavaş-yavaş  ayağa  qalxaraq  rəqs  edirdilər. 
Arada  müridlərin  hər  birisi  şeyxin  (yəni  Seyid  Nigarinin) 
şeirlərindən  bir  parça  oxumalı  idilər.  Şeirlərin  oxunuşunda 
da  müəyyən  musiqi  ritmləri  nəzərə  alınırdı.  Yəni,  müəyyən 
bir  qismi  muğamat  üstündə,  digər  bir  qismi  isə  təsnif 
üstündə  oxunurdu.  İstər  dəflərin  çalınması,  istərsə  də 
oxumalar  иля  ümumi  vəcd  yaradırdılar.  Müridlər  şüurlarını 
itirənə qədər rəqs edirdilər. Özündən gedənlər olduğu yerdə 
də  qalırдыlar.  Buna  xalq  arasında  «cəza  olma»  deyirдиlər. 
Bütün sufi təriqətlərində bu cəhət özünü göstərir. Məqsəd isə 
ilahinin  xəlq  etdiyi,  yaratdığı  bəndənin  yenidən  qayıdıb 
Аllaha  qovuşmasını  təmin  etməkdir.  Daha  doğrusu,  bütün 
sufi  təriqətləri  kimi,  нягшбяндилийин  дя    əsas  məqsədi  Аllah 
axtarıcılığıdır.  Bununla  onlarda  belə  inam  yaranıрdı  ki, 
haqqa,  Аllaha  qovuşurlar.  Mərasimdə  kişilərlə  bərabər 
qadınlar  da  iştirak  edirdilər.  Bu  hadisə  Azərbaycan  üçün 
tamamilə  yeni  məsələdir.  Mərasim  eyni  zamanda  açıq 
şəkildə  aparılırdı.  Yəni  mərasimin  tamaşaçıları  da  olurdu 
(101,  68-69).  Bütün  bunlar  nəqşbəndliyin  xarakterik 
cəhətlərini,  onun  özünəməxsus  keçirilmə  xüsusiyyətlərini 
göstərir.  Bu  mərasimlər  XIX  əsrdə,  XX  əsrin  əvvəllərində, 
hətta  60-cı  illərin  axırlarına  qədər  Qazax  rayonunun 
müxtəlif 
kəndlərində 
keçirilmişdir. 
Molla 
Sədət 
nəqşbəndilik  mərasimlərinin  60-cı  illərin  axırlarına  qədər 
Qazax rayonunun İncə dərəsində keçirildiyini qeyd edir. 
Bu təriqətin ən çox nəzəri cəlb edən cəhətlərindən biri 
də müsəlmanlar arasında ayrı-seçkilik salan təriqət ayrılıqla-

 
113 
rına qarşı çıxmasıdır. Bu təriqət müsəlman dünyasını parça-
layan şiə, sünni təriqətlərinə qarşı çıxır, birliyə, nəcib əməl-
lər,  xeyirxah  işlər  uğrunda  mübarizəyə  çağırırды.  Nəqşbən-
diliyin  bu  ideyası  onun  tərəfdarlarının  şeirlərində  də  özünü 
göstərir.  Seyid  Nigarinin  şeirlərindən  birində  онун  bu  ay-
rılıqlara etirazı aydın şəkildə nəzərə çarpır: 
Allahı, Məhəmmədi, ali sevən dostdanız, 
Nə sünniyüz, nə şiə, biz xalis müsəlmanız (98, 62). 
-  deyə  müsəlman  dünyasını  didib-dağıdan  bu  təriqət  ay-
rılıqlarını  qəbul  etmir.  Ustadın  fikrini  onun  müridlərindən 
olan Şahnigar xanım Rəncur da öz şerlərində bu və ya digər 
şəkildə ifadə edir: 
    Nə şiə, sünnüyəm пurlaf, 
Çihar yara könlüm saf
Nə əhli-zülmə-biinsaf, 
                             Nə mərdiyə inanam mən. (15, 112-113) 
Bu  faktı  Qazax  rayonunun  Aslanbəyli  (Asдanbəyli) 
kəndində olan Hacı Mahmud Əfəndi türbəsindəki iki qəbir 
də sübut edir. Həmin qəbirlərdən biri Hacı Mahmud Əfəndi 
Qaranayiyə, digəri ися Seyid Yasin əfəndiyə məxsusdur. Belə 
ki,  bunlardan  birincisi  sünni,  ikincisi  isə  şiə  olmuşdur. 
Gətirdiyimiz  faktlar  bir  daha  açıq-aşkar  göstərir  ki, 
nəqşbəndilik  təriqətinin  tərəfdarları  sünni-şiə  ayrılıqlarını 
təkcə  ideyalarında  deyil,  eyni  zamanda,  əməllərində  də 
qəbul  etməmiş  və  hətta  açıq  şəkildə  narazılıqlarını 
bildirmişlər.  Rayonun  elə  kəndləri  olmuşdur  ki,  sünnilərlə 
şiələr  qarışıq  yaşamış,  çox  vaxt  bir-birinə  qız  verib,  qız 
almışlar. 
Qeyd etdiyimiz kimi, nəqşbəndilik təriqətinin Qazaxda 
çoxlu  ardıcılları  olmuşdur.  Hətta  bütün  kəndlərdə,  demək 
olar,  ardıcıllarına  rast  gələ  bilərik.  Bunlara  «Vahidi» 
təxəllüsü  ilə  şerlər  yazan  Xanlıqlar  kənd  sakini  Rəhim  ağa 
Dilbozovu,  atası  Allahyar  ağanı,  Ağköynəkli  Şahnigar 
xanım  Rəncuru,  Seyid  Yasin  əfəndiни,  Щacı  Mahmud 
əfəndini  və  başqalarını  göstərə  bilərik.  Мараглыдыр  ки,  Щаъы 

 
114 
Мащмуд Яфянди Seyid Nigarinin ən sevimli ardıcıllarından, 
daha  doğrusu,  xəlifəliyə  layiq  gördüyü  yeddi  nəfərdən  biri 
олмушдур. Onun Aslanbəyli kəndində olan türbəsi бу эün də 
yerli  əhali  ilə  birlikdə  yaxın  bölgələrin  camaatı  tərəfindən 
ziyarət olunur, hətta onun Kəmərli kəndində namaz qıldığı 
yer  də  müqəddəs  sayılır,  чятиня  дцшянляр  нəzir  verib  ora 
pənah aparırlar. 
Onu  da  qeyd  edək  ki,  nəqşbəndilik  təriqəti  бящс 
олунан  дюврдя  təkcə  Qazax  mahalında  deyil,  Gürcüstanın 
azərbaycanlı əhalisi arasında da geniş yayılmışdı. 
 
Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin