Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə37/45
tarix26.02.2017
ölçüsü4,19 Mb.
#9788
1   ...   33   34   35   36   37   38   39   40   ...   45

 

1.  Rəsulzadə M.Ə. Tutacağımız Yol. Əsərləri. 111 cild,- Bakı: “Elm”, 2012,-596 s. 

2.  Rəsulzadə M.Ə. Qardaş köməyinin müvəffəqiyəyi. Əsərləri. 111 cild,- Bakı: 

“Elm”, 2012,-596 s. 

3.  Вердиева Х. Первая мировая война и беженцы – мусульмане Кавказа. 

«Ирс», №2(44), 2010 

4.  Курцев А.Н. Беженцы первой мировой войны в России.    

http://historystudies.org 

5.  Перинчек Мехмет. Армянский вопрос в 120 документах из российских 

государственных архивов. М.: Лаборатория Книги, 2011.- 256 с. 

6.  Газета «Бакинец», №50, 29 сентября 1914 г. «Эхо дня». 

7.  Газета «Бакинец», №50, 9 сентября 1915 г. «Баку, 9 сентября». 

8.  Газета «Баку», №1, 1 января 1915 г. «C театра Кавказской войны. (От 

нашего корреспондента). Беженцы». 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



354

9. 


Газета «Баку», №1,1 января 1915 г. «Общество помощи беженцам». 

10.  Газета «Баку», №100, 7 мая 1915 г. «Из армянской печати. Армяне-

беженцы». 

11.  Газета «Баку», №150, 10 июля 1916 г. «Правда» турок об армянах и 

правда фактов». (По поводу брошюры турецкого правительства «Правда 

об армянском революционном движении и мерах правительства». 

Константинополь. 1916 г.). 

12.  Газета «Баку», №16, 21 января 1915 г. «Пресса». 

13.  Газета «Баку», №175, 10 августа 1916 г. «Армянская жизнь. На помощь 

500.000 армян». 

14.  Газета «Баку», №216, 29 сентября 1915 г. «Помощь беженцам». 

15.  Газета «Баку», №245, 1 ноября 1914 г. «Баку, 1 ноября». 

16.  Газета «Баку», №45, 26 февраля 1915 г. «Эчмиадзинскому съезду». 

17.  Газета «Баку», №72, 3 апреля 1915 г. «Кондак католикоса». 

18.  Газета «Каспий», №1, 1 января 1916 г. «Мусульманская жизнь в 1915 

году». 


19.  Газета «Каспий», №102, 9 мая 1915 г. «Заметки мусульманина. Когда же, 

наконец?». 

20.  Газета «Каспий», №17, 22 января 1915 г. «Одностороннее» положение»». 

21.  Газета «Каспий», №20, 25 января 1915 г. «Заметки мусульманина. 

Неуменье или преступление» 

22. 


Газета «Каспий», №20, 25 января 1915 г. «Добрая зависть». 

23.  Газета «Каспий», №202, 11 сентября 1914 г. Заметки мусульманина. Что 

нам нужно делать? 1.  

24.  Газета «Каспий», №223, 8 октября 1915 г. «Заметки мусульманина. О 

детском приюте». 

25. 


Газета «Каспий», №227, 13 октября 1915 г. «Воззвание». 

26.  Газета «Каспий», №4, 6 января 1915 г. «О помощи беженцам-

мусульманам». 

27.  Газета «Каспий», №40, 20 февраля 1915 г. «Заметки мусульманина. Не 

забудьте». 

 

Lalə Hacıyeva 



Birinci Dünya Müharibəsi qaçqınlarının məsələləri 

 Bakının rusdilli mətbuatında 

Xülasə 

 

Birinci Dünya Müharibəsinin gətirdiyi bəlalardan biri qaçqın problem idi. 



Təkcə Osmanlı  İmperatorluğundan, Qars və Batumdan Qafqaza 300 minə yaxın 

qaçqın pənah gətirmişdi. Məqalədə Bakıda rus dilində nəşr olunan qəzetlərin qaçqın 

məsələlərinə münasibəti təhlil olunur. Tədqiqat ilkin mənbələr – araşdırılan dövrün 

qəzet məqalələri əsasında aparılmışdır.  



 

 

 



 

 

Filologiya  məsələləri – №3, 2014

 

 



355

Lala Hajiyeva 

Questions of refugees of the First World War on pages  

of Russian-speaking press of Baku 

Summary 

 

With the beginning of the First World War began a never-ending stream of 

refugees from Ottoman Empire, Kars, and Batumi to Caucasus. Their number 

exceeded 300.000 the person. In article is investigated the attitude of the Baku press 

in Russian to refugee problem. Research has been carried out on primary sources of 

the examined period.   

 

 

Rəyçi:                  Şamil Vəliyev  

   filologiya elmləri doktoru, professor 

 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



356

   

ZİYƏDDİN MƏHƏRRƏMOV  

filologiya üzrə fəlsəfə doktoru,  

Azərbaycan Prezidenti yanında  

Dövlət İdarəçilik Akademiyasının dosenti 

ziyaddin@mail.ru 

 

“FAZİL İRƏVANİ” KİMİ TANINAN AYATOLLAXUL-UZMA MOLLA 

MƏHƏMMƏD İBN MƏHƏMMƏD BAĞIR 

 

 

Açar sözlər:  İrəvanlılar və  İrəvan  şairləri, “Azərbaycan  ədəbiyyatı, “Qızılgül və 

bülbül”, Fazil İrəvani, “İrəvanilər” , Mamaqani, Vayya de Floribal 



Key words: Iravanis and Iravan poets, Azerbaijan literature, Fazil İravani, 

Mamagani, Vayya de Floribal, “Rose and nightingale” 

Ключевые  слова: «Иреванцы  и  иреванские  поэты», «Азербайджанская 

литература», «Роза и соловей». 



 

Qərbi Azərbaycanın, xüsusən də İrəvan  şəhərinin və onun ərazisinə daxil olan 

xanlıqların yaşayış  məskənlərin taqədimdən hansı xalqa mənsub olduğunu, kimin 

vətəni olduğunu sübut sübut etmək üçün dəlillərə istinad etmək zərurətini yaradır. 

Həmin ərazidə gedən  tarixi proseslərin daimi aboregen əhali olan azərbaycanlıların 

həyatında verdiyini, fövqəldövlətlərin himayəsi ilə ermənilərin bu əraziləri 

özününküləşdirməsi fürsətdən istifadə edərək er adlarını, toponimləri tez-tələsik 

dəyişdirməsi faktları  Vətənini sevən hər bir azərbaycanlını düşündürmüşdür. Zəka 

sahibləri yer adlarının dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutan məqsədləri 

pozmağa diqqətlə yanaşmışlar. Odur ki, İrəvan və onun əhatə etdiyi mahalların 

ərazilərində anadan olan alim və şairlərin, adlı-sanlə və ünlü şəxsiyyətlərin əksəriyyə-

ti özlərinə soyad(nisbə,məkani təxəllüs) kimi qəbul edərək özlərini vətənləşdirmişlər. 

İrəvan xanlığının adlı-sanlı adamları  Vətənlərinin  əzəli Azərbaycan torpaqları oldu-

ğunu birr fakt kimi “İrəvani” nisbəsi məkani təxəllüsünü adlarına  əlavə etmişlər. 

[M.Mahmudov, 1983,1983,181-191.]  Bu torpaqlardakı yaşayış  məskənlərinin 

özlərinin əzəli yurdları olmasını, heç bir yadellinin gələcəkdə özünə yurd-yuva çıxa 

bilməməsi üçün nisbələri ilə tarixdə yaşamasını məntiqi baxımdan dəyərli və maraqlı 

etmişlər.  [E.Q. İrəvanilər , Çaşıoğlu, Bakı, 2000, s,3-8 ] Fazil İrəvani də bunisbə ilə 

tanınan tarixi şəxsiyyətlərdəndir. Neçə illərdir ki, torpaqlarımızın bir hissəsi qəsbkar 

qonşularımızın işğalı aıtındadır. Bu torpaqların Azərbaycana məxsus olduğunu sübüt 

edən sənəd və tarixi abidələri ermənilər təhrif edərək mənimsəyib özününküləş-

dirirlər. Onlar qədim Azərbaycan torpaqlarını  mənimsəyir. Ancaq fakt fakt olaraq 

qalır, nəinki təkcə Dağlıq Qarabağ, Ağdam, Şuşa və sair rayonlar, hətta Ermənistanın 

indiki paytaxtı İrəvan şəhəri Azərbaycanın tarixi ayrılmaz tərkib hissəsi sayılır. İrəvan 

şəhəri Azərbaycanın tərkibindən ayrılana qədər müsəlman şəhəri olmuşdur. Bu şəhər 

bir çox müsəlman alimlərinin vətəni olmuşdur. Onlardan biri də Fazil İrəvanidir. 

“Fazil  İrəvani” kimi tanınan Ayatollaxul-uzma Molla Məhəmməd ibn Məhəmməd 

Bağır 1782-ci ildə  qədim  İrəvan  şəhərində anadan olmuşdur. Doğma  şəhərində ilk 

ibtidai dini təhsilini aldıqdan sonra o, dini biliklərini təkmilləşdirmək üçün İraqa yola 

düşüb. Əvvəlcə o, Kərbəla şəhərinə gedir, təhsilinin birinci mərhələsini alır. 4 il ərzin-

də onun əsas müəllimi “Zavabitül-üsul” kitabının müəllifi Seyid İbrahim Müsəvi 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



357

Qəzvini (təxminən 1846-cı ildə vəfat edib) olmuşdur. Bu müddət ərzində Fazil İrə-

vani müsəlman hüququnun incəliklərini və üsullarını mənimsəmişdir. 

Sonradan F.İrəvani cəfəri təriqətinin elmi paytaxtı hesab edilən Nəcəf 

şəhərinə köçür. Vaxtilə burada o, böyük müctəhidlərin dərslərinə davam edir. Şeyx 

Həsən Kaşifül-Gita (1846-ci ildə vəfat edib), ”Cəvahirül-kəlam” kitabının müəllifi 

Şeyx Məhəmmədhəsən  İsfahani Nəcəfi (1850-ci ildə  vəfat edib) və müctəhidlərin 

şeyxi Murtuza Ənsari (1799-1864) kimi elm nəhəngləri F.İrəvaninin biliklərini lazı-

mi istiqamətə yönəltmişlər və onun qabiliyyətli müctəhid olmasına köməklik 

etmişdilər. 

Tarixçilərin yazdığına görə, Fazil İrəvani təhsilinin son mərhələsində yalnız 

Şeyx Ənsarinin dərslərində iştirak edir. Uzunmüddətli təhsil və tədqiqatdan sonra o, 

öz müəllimləri Şeyx Murtuza Ənsari və Şeyx Məhəmmədhəsən İsfahani Nəcəfinin 

razılığı ilə özünü hərtərəfli müctəhid kimi formalaşdırıb göstərə bilmişdir. O, Nəcəf 

şəhərindəki elmi mərkəzdə  dərs verməklə, müxtəlif elmi mövzularda mühazirələr 

oxumuşdur. Müsəlman hüququndan verdiyi dərslər məzmun və əhatəsinə görə çöx 

yüksək qiymətləndirilmişdir.  

Fazil  İrəvani həm də Qafqazın ilk Şeyxülislamlarından biridir. İlk təhsilini 

molla məktəbində almış, 20 yaşında Qahirənin “Əl-Əzhər” universitetində ali dini 

təhsil almaq üçün göndərilmişdir. Təbrizin 1892-ci ildə vəfat etmiş şeyxülislamı Hacı 

Mirzə Mahmud onun yetişməsində xüsusi rol oynamışdır. Təhsilini başa vurduqdan 

sonra təxminən 25 il Qahirənin din xadimləri ilə çiyin-çiyinə çalışan bu görkəmli ila-

hiyyatçı  İrana qayıtmış, Təbriz və  İsfahan  şəhərlərinin məscidlərində axundluq 

etmişdir. XIX əsrdə yaşamış, islam dini sahəsində məşhur xadim olmuşdur. Dərin en-

siklopedik biliyə  və  bəlağətli nitq qabiliyyətinə malik olan Fazil İrəvani gənc nəslə 

islam dininin incəliklərini öyrətməklə yanaşı, yaradıcılıqla da ciddi məşğul olmuşdur. 

Onun qədim  Şərq tarixinə, dini fəlsəfəyə, müsəlman dünyasının milli adət-

ənənələrinə aid yazdığı qiymətli məqalələri təkcə  İranda deyil, digər Yaxın  Şərq 

ölkələrində  də hörmət və ehtiramla qarşılanmış, müəllifinə böyük nüfuz 

qazandırmışdır. Doğma yurdunu özünə  əbədi məbədgah sayan, daim öz əzizlərinin 

xiffətini çəkən Fazil bir neçə ildən sonra öz ana yurduna qayıdır və İrəvandakı Göy 

camenin baş axundu vəzifəsində fəaliyyətə başlayır [62]. Dini elmlərə, Şərq tarixinə 

və fəlsəfəsinə mükəmməl bələd olan Fazil İrəvani 1843-cü ildə müctəhid rütbəsi kimi 

yüksək elmi dərəcəyə layiq görülür və Qafqaz Müsəlmanları  Şiə Ruhani İdarəsi 

sədrinin müavini vəzifəsinə irəli çəkilir. 1846-cı ildə isə Qafqaz Müsəlmanları  Şiə 

Ruhani İdarəsinin sədri və şeyxülislamı seçilir. Qafqaz regionunda yeni dini məktəb 

və  mədrəsələrin yaradılması, gənc nəslin bütün dinlərə hörmət və ehtiram tərbiyə 

edilməsi, milli mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq Qafqazda yaşa-

yan bütün millətləri vahid bir ailənin üzvləri kimi yaşayıb-yaratmağa, dostluq və qar-

daşlığa dəvət etmək sahəsindəki uğurlu fəaliyyəti və xeyirxah əməllər carçısı kimi 

tanınması Rusiya və İran dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Onun həmin 

dövlətlər tərəfindən orden və medallarla təltif olunması da bu qiymətin bariz 

təzahürüdür. 

Axund Fazil İrəvani bir sıra qiymətli  ədəbi, tarixi və dini əsərlərin də müəl-

lifidir. Həmin əsərlərin bəziləri müxtəlif dillərə tərcümə olunaraq İrəvanda, Təbrizdə, 

Sankt-Peterburqda, Berlində, Parisdə  nəşr edilib. Görkəmli alimin “Kitabi-Təharət” 

(“Paklıq kitabı”)  əsəri 1883-cü ildə  Təbrizdə çap olunub. Kitab Molla Əhməd 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



358

Kuzəkünanının tapşırığı ilə tacir Həsən Məhəmməd Mehdi Kuzəkünanı  tərəfindən 

fars dilində çap edilmişdir.  [ Azərbaycan kitabı (bibloqrafiya). I cild 1780-1920-ci 

illər, Bakı,1963, səh.17. ]  

Tədqiqatçıların fikrincə, onun “Tarixi-İrəvan” adlı  əsəri də  əlyazma  şəklində 

olmuşdur. Təəssüf ki, həmin əlyazma tapılmamış, erməni şovinistləri tərəfindən məhv 

edilmiş, ya da başqa ad altında Ermənistanın arxivlərində saxlanılır. Fazil İrəvani 

gənc yaşlarında “Qızılgül və bülbül” adlı bir povest də yazıb,  əlyazması  şəklində 

saxlanılıb. 1812-ci ildə Sankt-Peterburqda eyni adda iki kitab çap olunmuşdur. 

Erməni dilində kitabın adı “Qızılgül və bülbül haqqında  əxlaqi roman”, rus dilində 

nəşr olunan kitab isə “Qızılgül və bülbül haqqında alleqorik povest” adlanır. Müəllifi 

güya saray müşaviri, İrəvanlı Xocens Markar Geqamyandır. 1826-cı ildə “Qızılgül və 

bülbül” Parisdə Azərbaycan dilində çap olunub. Çox keçmədən Vayya de Floribal 

adlı bir şəxs kitabı fransız dilinə çevirib və 1832-1833-cü illərdə iki dəfə çap etdirib. 

Bir qədər sonra isə Jozef Fon Hammer əsəri alman dilinə çevirib. 1892-ci ildə 

“Qızılgül və bülbül” alman dilində çap olunaraq, İrəvani Xocens Markar Geqamyanın 

“orijinal  əsəri” kimi erməni, rus, fransız, alman oxucularına təqdim edilmişdir. 

Fransız tədqiqatçısı Vayya de Floribal 1892-ci ildə  məsələyə aydınlıq gətirərək 

bildirir ki, “Qızılgül və bülbül” türk müəllifi Fazil İrəvaninin əsəridir. Xocens Markar 

sadəcə olaraq onu erməni və rus dillərinə tərcümə edəndən sonra “öz əsəri” kimi çap 

etdirmiş, dünya oxucularını çaşdırmışdır. Kitabın  əsl müəllifi bəlli olduqdan sonra 

belə, ermənilər “Qızılgül və bülbül”ü 1950-ci ildə yenə  də erməni [106-203] 

müəllifinin  əsəri kimi Freznada (ABŞ) çap etdirmişlər”. Bunu görən Geqamyan 

plagiatlıq edərək  əsəri öz adına çıxıb. Sonradan ermənilərin özləri tərəfindən etiraf 

edilib ki, “Qızılgül və bülbül” povesti X.M.Geqamyanın yox, Fazil İrəvaninindir. 

[136]  Əsəri xaricdə yaşayan ermənilərin ləhcəsinə çevirib hissə-hissə “Anahit” 

jurnalında çap etdirən erməni Arşad Çobanyan da “Qızılgül və bülbül” povestinin 

Fazil İrəvaniyə məxsus olduğunu bildirib. Beləliklə, Markar Geqamyan ifşa olunub. 

Fazil  İrəvaninin həmin “Qızılgül və bülbül” əsərinin orijinalı Matenadaranda – 

M.Maştos adına Qədim  Əlyazmalar  İnstitutunda saxlanılır. Irəvanda yerləşən bu 

institutun Şərq ədəbiyyatı şöbəsində 28 vərəqlik Azərbaycan dilində olan 222 nömrəli 

əlyazmanın da üzü Fazil İrəvani tərəfindən köçürülmüş, həmin məcmuədə Azər-

baycan şairlərinin şeirləri və deyişmələri toplanıb. 1871-ci ildə Lənkəranda müəllim 

işləyən  şair Mirzə  İsmayıl Qasir (1805-1900) və  məhkəmə katibi və Sadıq bəy 

Mehmandarov ağır ehtiyac içində yaşayan  əhaliyə  şəhərin Forştat hissəsində 

məskunlaşmış rusların və almanların  əkdikləri kartofdan yemələrini məsləhət gör-

düklərinə görə ruhanilər onların hər ikisinin Lənkərandan qovulması barədə  qərar 

çıxarırlar. Başqa  əcnəbi millətlərin becərdiyi kartofu murdar adlandıran savadsız 

ruhanilər şair Qasiri və hüquqşünas Sadıq bəyi kafir adlandırır və kartofdan istifadəni 

camaata qadağan edirlər. Qasir və Sadıq bəy bu barədə məktubla Qafqaz şeyxülislamı 

Fazil  İrəvaniyə müraciət edirlər. O, Lənkəran ruhanilərinin düzgün olmayan qərarını 

ləğv etməklə, hər iki açıqfikirli ziyalının məktubu ilə əlaqədər onların müdafiəsi möv-

qeyində dayanır. 

Şeyxülislam 1872-ci ilin dekabrında tutduğu vəzifədən istefa verir və İrəvan 

şəhərinə köçür. İrəvanda olan məşhur “Şeyxülislam məhəlləsi” erməni-Azərbaycan 

münaqişəsi başlayanadək o böyük şəxsiyyətin – Fazil İrəvaninin adını daşıyırdı. 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



359

Axund Fazil İrəvaninin  ən böyük xidmətlərindən biri də onun çoxlu tələbə 

yetişdirməsidir. O dövrdə  Təbrizin  şeyxülislamı, tanınmış alim Hacı Mirzə 

Məhəmməd (M.Tərbiyyət, “Danışməndani Azərbaycan”. V -1987, səh.95), 

həmçinin bütün Qafqazda və İranda məşhur olan alim və tarixçi Mühəqqiq İrəvani 

də Fazil İrəvaninin yetirmələrindəndir. 

İrəvani Fazil çətin hadisələrin  ətraflı izah edilməsi sahəsində daha çox 

tanınırdı. 

Fazil İrəvaninin dini nə dərəcədə tədris etməsinə misal onu göstərmək olar ki, 

Təbriz şəhərinin dörd yüz səksən il ərzində ardıcıl şeyxülislamı olan nəslin axırıncı 

şeyxülislamının təhsil alması ona ümid edilmişdir. 

Fazil İrəvaninin həyatı, yaradıcılığı barədə hələ sağlığında yazan biblioqraflar 

onun əqlli, bilikli, elmləri bilən adamların istinad mənbəyi olduğunu qeyd etmişlər. 

Onun intellektual, rəvayətlər, hekayətlər və povestlər yazan, elmi biliklər üzrə 

peşəkar və  məlumatlı, görkəmli alim olduğunu heç kim inkar etməmişdir. Onun 

müasirləri onun yüksək insani keyfiyyətlərini səciyyələndirərək deyirmişlər: “Nə 

qədər ki, Ayətullah Fazil İrəvani sağdır, mənə fitva vermək üçün yaxınlaşmayın, 

onun qarşısında öz fikrimizi demək bizə yaraşmaz” (Şeyx Məhəmmədhəsən 

Mamaqani, 1822-1905). F.İrəvani ömrü boyu islam maarifçiliyinin yayılmasına 

çalışmış, son qəpik-quruşunu təhsil alan tələbələrə  xərcləməyi özünə böyük şərəf 

saymışdır [62].  

Görkəmli  ədib, alim və ictimai xadim Fazil İrəvani 1888-ci ilin noyabrında 

Nəcəf şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur. Təəssüf doğuran odur ki, 

indiyədək Azərbaycan tarixindən və  ədəbiyyatından bəhs edən kitablarda bu 

görkəmli şəxsiyyətin adına yalnız epizodik hal kimi rast gəlinir” [180].  

 

    



 

 

 



 

Ədəbiyyat: 

 

1.  İrəvan xanlığı.AMEA, A.A.Bakıxanov adına Tarix İnstitutu, BakıA, 



2009,Azərbaycan, səh.,203. 

2.  Mahmudov Malik.VII-XI əsr ərəb dili, Azərbaycan alimləri, Bakı, Azərbaycan 

EA-nın nəşri, 1983, səh.,181-191. 

3.  E.A.Mehrəliyev, “İrəvanilər”,, Çaşıoğlu, Bakı, 2000, səh., 3-10. 

4.  M.Tərbiyət. “Danışməndani Azərbaycan”. Bakı, ADU-nun nəşri, V 1987, səh., 

4,35, 77,95,110,189,345,230. 

5.  Ek- Shia.Open. Az. 

6.  İsrafil Məmmədov, İrəvan dəftəri,Bakı, “Adiloğlu” , 2008, səh., 21. 

7.  Gülməmməd Məmmədov,  “Vedibasar” qəzeti, 1-15 avqust, 2008, N 16. 

      Azəraycan kitabı(bibloqrafiya), I cild, 1780-1920-ci illər, Bakı, 1963, səh.,17.  



 

Filologiya  məsələləri – №3, 2014

 

 



360

Зияддин Магеррамов 

Аятоллахуд-узма  Молла Мухаммед Ибн Мухаммед Багир 

Резюме 


 

 В статье представлены определенные сведения о жизни и деятельности 

одной из выдающихся личностей Азербайджана XIX века- Аятоллахуд-узма  

Молла Мухаммед Ибн Мухаммед Багир, известн под псевдонимом «Фазилъ 

Иревани», который имел особые заслуги в формировании и развитии ХIX века 

«Иреваниской литературной среды». 

 

 



Ziyaddin Maharramov 

Ayatollakhul-uzma Molla Muhammed ibn Muhammed Bagir known as “Fazil 

Iravani” 

Summary 


 

Iravan was considered a Moslem city. It was the city of Moslem scientists. 

One of these scientists was Fazil Iravani. The article is devoted to some information 

about Fazil Irıvani’s biography and his works which were published from Armenian 

authors’ behalf. He is famous for his works such as “Tarixi İrəvan” (The History of 

Iravan), “Qızılgül və bülbül” (Rose and nightingale”. The article touches upon the 

works which were published from Armenian authors’ behalf.  

 

Rəyçi: Professor Akif Bayramov 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



361

H.BAĞIROVA 

   

 

 

Azərbaycan Müəllimlər İnstitutu 

elay.salmanlı@gmail.com 

 

ZAHİD XƏLİLİN UŞAQ ƏSƏRLƏRİNIN İDEYA-BƏDİİ 

XÜSUSİYYƏTLƏRİ 

 

Açar sözlər: şair, şeir, mövzu, vətən, təbiət, uşaq, dil, ədəbiyyat, rlassik, müasir 

Ключевые  слова:  поэт,  стихотворение,  родина,  природа,  ребенок,  язык, 

литература,классический, современный 



Keywords: poet, poem, homeland, nature, child, language, literature, classical

modern 


 

Müasir Azərbaycan uşaq ədəbiyyatında özünəməxsus yeri olan tanınmış şair 

Zahid Xəlil gənc nəslə ünvanlanmış bir sıra dəyərli lirik , süjetli şeirlər, hekayələr, 

povestlər müəllifidir.  Şifahi xalq ədəbiyyatına, klassik və müasir Azərbaycan 

ədəbiyyatına, eləcə  də dünya uşaq  ədəbiyyatına dərindən bələd olan Z.Xəlil öz 

yaradıcılığında folklor və klassik ədəbiyyat motivlərinə ardıcıl müraciət etmiş, 

uşaqların həvəslə mütaliə etdiyi dərin məzmunlu, yüksə sənətkarlıq nümunəsi olan 

şeirlər, poemalar, mənzum nağıllar, hekayə və povestlərlər yazmışdır. 

Vaxtilə görkəmli sənətkarımız S.Vurğun uşaq  ədəbiyyatına böyük tələblər 

mövqeyindən yanaşır, bu ədəbiyyatla bağlı  məsələlərin heç də sadə  və asan 

olmadığını dönə-dönə  nəzərə çatdırırdı.  Şairin aşağıdakı fikirləri onun uşaq 

psixologiyasına, uşaq dünyasına dərindən bələd olduğunu, oxucuya humanizm 

mövqeyindən yanaşdığını sübut edir: «Uşaq insandır! Onun sadə görünən oynaq, 

daim xoşbəxt və azad təbiətində böyük insanların bütün xassələri mövcuddur. 

Düşünmək, duymaq, sevmək, küsüb-incimək, ağlamaq, gülmək, qəzəblən-

mək, xatırlamaq, xəyala dalmaq, ümid və arzulara bağlanmaq, yaxşılıq, hörmət, 

bütün insan xassələri uşaqlıq aləmində mövcuddur. 

Demək istəyirəm ki, biz uşaqla danışdığımız zaman – insanla danşdığımızı, 

uşaq üçün yazdığımız zaman – insan üçün yazdığımızı unutmamalıyıq.»(s.36) 

Z.Xəlilin şeir yaradıcılığı müasir mərhələdə bu tələblərə cavab verməsi, poe-

tik ənənələri davam və inkişaf etdirməsi ilə seçilir. Onun yaradıcılığı mövzu, məz-

mun, janr, dil, üslub baxımından çoxşaxəli, rəngarəngdir.  

Sənətkarın poeziyasında vətənə  məhəbbət duyğularının tərənnümü, didaktik 

düşüncələrin bədii  əksi başlıca yer tutur. Şairin  şeirlərində  uşaqlara  əməksevərlik, 

təbiətə  məhəbbət,elmə, biliyə  həvəs oyadılması, onların idraki bacarıqlarının 

inkişafı da ön plana çəkilir. 

Şairin  əsərlərinin başlıca qəhrəmanı müasirimiz olan uşaqdır. Onun mənəvi 

aləmi, hiss və duyğuları, davranışı  şairin  əsərlərində poetik əksini tapır. Uşaqları 

elmə, biliyə, milli mənəvi dəyərlərə sadiqliyə səsləyən şeirlərində ədib gənc nəslin 

əxlaqi keyfiyyətlərə yiyələnməsi niyyətini ön plana çəkir. 

Ədibin satirik şeirlərində əsas tənqid hədəfləri zahiri gözəlliyə aludə olanlar, 

nadanlıq və  cəhalət,  əqidəsizlik, öz nöqsanını görə bilməmək, kobudluq və s. 

mənəviyyata zidd olan hallardır. «Yаlаnçı İmrаn» şеirinə diqqət еdək: 

 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



362

Qаbın аğzını аçdı, 

Mürəbbəni yеdi о, 

Аmmа gəlib yаvаşcа 

Аnаsınа dеdi о, 

Quyruğunu bulаdı, 

Pişik gəlib yаlаdı, 

Аnаsı bахdı оnа 

İnаnmаdı sözünə 

Mürəbbənin şirəsi 

Bulаşmışdı üzünə. 

 

Təbiət  şairin uşaq  əsərlərində müraciət etdiyi başlıca mövzulardandır. 



Z.Xəlilin təbiət şeirləri sadəcə təbiətin gözəlliklərinin təsviri deyil. Bu əsərlər kiçik 

yaşlı oxucularda təbiətə  məhəbbət hissi ilə yanaşı, təbiətdə mövcud olan quşları, 

heyvanları, bitkiləri qorumaq, onların qayğısına qalmaq arzusu oyadır. Bu əsərləri 

oxuyan uşaqlarda təbiəti müşahidə etmək, öz müşahidələrinin nəticələrini ifadə 

etmək arzusu baş qaldırır. Təbiət şeirləri uşaqları mənəvi baxımdan zənginləşdirir, 

gözəllik duyğusunu inkişaf etdirir. 

Məlumdur ki, bir çox gənc oxucular nəsr  əsərlərində  təbiət təsvirlərini 

oxumağı sevmir, mütaliə zamanı qarşılaşdıqları belə  səhnələrin üstündən ötüb 

keçirlər. Oxucuların təbiət təsvrlərinə laqeydliyinin qarşısını almaq üçün peyzaj 

lirikası, təbiət mənzərələrinin təsvir edildiyi şeirlərin mütaliəsini təşkil etmək 

faydalıdır. Bu baxımdan Z.Xəlilin təbiət  şeirləri nümunə ola bilər. Azərbaycanın 

zəngin təbiəti şairin bu mövzuda şeirlərində bütün əlvanlığı, rəngarəngliyi, çalarları 

ilə əks olunmuşdur. 

Şairin yazın gəlişini təsvir edən aşağıdakı misraları bədii təsvirin orijinallığı, 

uşaq ruhuna, psixologiyasına uyğunluğu ilə diqqəti cəlb edir: 

 

Bizim bağçamıza bir çəmən düşüb, 



Sürüşüb, baharın çiynindən düşüb. 

Gündüzlər o qədər quzu var orda, 

Xırpaxırp otlayır quzular orda. 

Səhər otlar üstdə şehdən inci var, 

Şehlər quzuların gözütək parlar. 

Düzü, başdan-başa tərifdir çəmən, 

Quzu tükü kimi zərifdir çəmən. 

 

Ədibin «Qaranquş», «Şanapipik», «Qartallar», «Durnalar», «Ağacdələn», 



«Sərçələrin nəğməsi» və s təbiət  şeirlərində quşların həyat tərzi,  əlamətləri, 

özlərinəməxsus xüsusiyyətləri, səciyyəvi hərəkətləri haqqında məlumat verilir. 

«Qaranquş»  şeirində bu quşun özünəməxsus  əlamətləri uşaq təfəkkürünə uyğun 

bədii dillə təqdim olunur: 

 

Rəngi qara, döşü ağ, 



Ay quyruğu haça quş. 

Sən göylərdə uçanda, 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



363

Balaca təyyarəyə 

Oxşayırsan, qaranquş! 

 

Göründüyü kimi, şair uşaq poeziyası üçün ənənəvi olan bir mövzuya yeni mü-



nasibəti obrazlı bir dillə ifadə edə bilmişdir. Beləliklə, şair oxucunu quşlara qayğı-

keş münasibət barədə düşünməyə sövq edir. Əsərdə quşları sevmək, onları qorumaq 

barədə gurultulu sözlər, ifadələr yoxdur. Lakin təsvir edilən hadisə ibrətamiz olduğu 

üçün balaca oxucunun hiss və duyğularına təsir edir, onu düşündürür, təbiətə mü-

nasibətdə öz mənəvi mövqeyini müəyyənləşdirməyə vadar edir.  

.“Nərə  çəkdi dalğalar», «Tayalar», «Yay», “Şəffaf cığır”, «Durnalar», «Də-

nizə axşam düşür», «Qar», «Sərçələrin nəğməsi» şeirləri də təbiət mövzusuna həsr 

olunmuşdur. Bu əsərlərdə təbiət təsvirləri bilavasitə uşaqla, onun hiss və duyğuları 

ilə əlaqədə verilir. 

Məlumdur ki, Azərbaycan uşaq ədəbiyyatının qaynaqlarından biri də folklor-

dur. «Azərbaycan folkloru elə zəngin mənəvi sərvətdir ki, burada epik dastanlarla, 

dərin fəlsəfi mündəricəli poeziya nümunələri, janrından asılı olmayaraq bu folkloru 

bir küll halında səciyyələndirən böyük bəşəri–ictimai problematika vüsəti, əsrlərin 

süzgəcindən keçib gəlmiş  əsl xalq müdrikliyi ilə  bərabər, yalnız uşaqlar üçün 

nəzərdə tutulmuş həm janr, həm də estetik çalarlar baxımından son dərəcə müxtəlif, 

rəngarəng nümunələr də çoxdur: bir tərəfdən sırf uşaq nağılları, biri tərəfdən 

tapmacalar, bir tərəfdən yanıltmaclar, o biri tərəfədən uşaq nəğmələri, bir tərəfədən 

saysız uşaq oyunlarının yüksək bədii səviyyəli poetik tekstləri, o biri tərəfdən dəcəl, 

şən, fərəhli uşaq şeirləri…»( 1, s.43-44) 

Z.Xəlilin uşaq  əsərləri folklorla sıx bağlıdır. Belə ki, ədibin bir çox uşaq 

əsərlərində bilavasitə şifahi xalq ədəbiyyatına müraciət edilir, folklor mövzuları və 

janrlarından yaradıcılıqla istifadə olunur. Həmin  əsərlərdə folklora xas olan 

xüsusiyyətlər – dilin aydınlığı, axıcılığı,  şirinliyi, xeyirxahlıq, düzlük, mübarizlik, 

əməsevərlik, qəhrəmanlıq kimi mənəvi keyfiyyətlərin xalq deyim tərzində ifadəsi 

diqqəti cəlb edir. Bu da öz növbəsində uşağın təfəkkürünün, təxəyyülünün inkişa-

fına gətirib çıxarır, uşaq ədəbiyyatının üslubi imkanlarını genişləndirir. 

Z.Xəlilin yaradıcılığında da folklorun yanıltmac janrından yaradıcılıqla bəhrə-

lənmək meyilləri diqqəti cəlb edir. Bu yanıltmacların öz orijinallığı ilə diqqəti uşaq-

ların orfoepik qaydalara yiyələnməsi, nitq inkişafı baxımından böyük əhəmiyyəti 

vardır. 


«Tutu», «Aşır», «At» şeir-yanıltmacları uşaqların dil qüsurlarının aradan qal-

dırılması, çətin tələffüz olunan ifadələrin səslənmə formasının öyrənilməsində çox 

əhəmiyyətlidir: 


Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin