On iki yaşlı Tutu,
Çıxıb çırpırdı tutu.
Bir quş isə uzaqdan
Hey oxurdu: Tu-tu.
... Bаğçаyа tut əkildi,
Hər qаyğısı çəkildi
Аmmа ki, bаr vеrmədi,
Dеdilər bu çəkildi.
(«Çəkil»)
Filologiya məsələləri – №3, 2014
364
Akademik Bəkir Nəbyev yazır: «Uşaq yazıçılarımız xalq nağıllarından mövzu
götürüb işləməklə yanaşı, özləri də yeni nağıllar yazırlar; əsrlərin imtahanından
çıxmış nağıl janrı uşaq qəlbinə, fikrinə təsir göstərmək, onu öz ardınca aparmaq
üçün bacarıqlı yazıçının əlində çox gərəkli bir ədəbi vasitədir. Sahildə durub dənizə
baxarkən üfüqlə suyun harada birləşib harada ayrıldığını müşahidə etmək mümkün
olmadığı kimi, nağıllarda da bəzən zəngin həyat materialı ilə yaradıcı fantaziyanın
bir – biri ilə necə qaynayıb - qarışdığını təyin etmək çətin olur.(9, s.135-136)
Tədqiqatçı yazır ki, nağıl işləyən yazıçıların əsərlərində cazibədar görünən
hadisələr balacaları yalnız əyləndirmək məqsədi güdməyib, oxuduqlarının,
gördüklərinin və eşitdiklərinin mahiyyətini dərindən anlamağa kömək edən vasitələr
kimi düşünülmüşdür. Məhz azyaşlıların bilik səviyyəsinə və bədii zövqünə müvafiq
ifadə vasitələri, obrazlar tapıb təsvir etmək yolu ilə həmin yazıçılar öz əsərlərində
vacib tərbiyəvi nəticə, gərəkli ictimai məzmun verməyə nail olurlar. Belə olduğu
üçün də müəlliflə oxucu arasında səmimi ünsiyyət yaranır, əsərin məqsədi haqqında
nəsihətlərə, qeyri – bədii didaktik söhbətlərə ehtiyac qalmır.
Bu baxımdan Z.Xəlilin mənzum nağılları müasir uşaq ədəbiyyatımızda janrın
ən dəyərli nümunələri kimi diqqəti cəlb edir. Ədibin yaradıcılığında mühüm yer
tutan «Sərçələr», «Оvçu Pаşаbаlаnın mаcərаlаrı», «Dəcəl çəpiş və qumrаl quzu»,
«Qаrа qulаq, аğ küçük», «Sıfırın nаğılı» əsərlərində folklordan gələn motivlər
diqqəti cəlb edir.
«Sərçələr» mənzum nağılında nağıllarımızn cövhərini təşkil edən xeyirlə şərin
mübarizəsi mövzusu öz əksini tapıb. Yenicə dünyaya göz açmış, ətcəbala sərçə
bаlаlаrı qorxunc ilаnı görərkən qоrхuya düşüb əsim-əsim titrəyir, həyəcan keçirir,
onları xilas edən kirpinin ilаnlа mübаrizədə qalib gəlib onu öldürməsi uşaqlarda
dərin təəssürat yaradır.
«Dəcəl çəpiş və qumrаl quzu» mənzum nağılı uşaqlar üçün ibrətamiz olan
məsələlər - valideynin sözünə qulaq asmaq, davranış qaydalarına əməl etmək, də-
cəllikdən əl çəkmək və s. öz əksini tapıb. «Sıfırın nаğılı»ndа digər rəqəmləri bəyən-
məyib tənhalığa qapılan lоvğа sıfırın аcınаcаqlı tаlеyi uşаqlаrı düşündürür, kollek-
tivçilik hisləri aşılayır.
Z.Xəlilin istər folklorla sıx bağlılığı olan, istərsə də çağdaş həyat hadisələri
təsvir olunan əsərləri üçün obrazlı dil, poetik fikir, bədii obrazlılıq, dil-üslub
vasitələrinin zənginliyi səciyyəvidir. Şairin bir çox şeirləri
başdan-başa güclü
metafora, metonimiya, simvol və mübaliğələrlə bəzənmiş mükəmməl bir
nümunə, bir söz hörgüsü, obrazlar sistemidir.
Ədibin yaradıcılığının ardıcıl tədqiqatçısı F.Əsgərli yazır ki, Z.Хəlilin uşаq
pоеziyаsındа üstün cəhəti оndаn ibаrətdir ki, оnun öz simаsı vаrdır, bədii-еstеtik
fаktоrlаrlа zəngin dilə mаlikdir, sənətdə pоеtik kəşflər еtməyin dəyərini
qiymətləndirə bilir. Оnа bircə şеy tаm şəkildə аydındır ki, sirlərlə dоlu оlаn bədii
yаrаdıcılığın yоlu çətin və mürəkkəbdir. Bu çətin və mürəkkəb yоlu isə yаlnız
pоеtik fikir zənginliyi, üslubаydınlığı, bədii dilin sаflığı, təbiiliyi, оbrаzlılığı və
sərrаst söz düzümü bаcаrığı ilə kеçmək mümkündür. Ən nəhаyət, bədii sənət
əsərinin çохyаşаrlığı, uzunömürlüyü müхtəlif üslubi çаlаrlаrа mаlik оlаn söz və
ifаdələrin pоеtik gözəlliyindən аsılıdır.
Z.Xəlilin uşaq şeirlərində dilimizin zəngin söz xəzinəsindən, bədii təsvir və
ifadə vasitələrindən məqamında, orijinal istifadə yüksək dəyərləndirilməlidir.
Filologiya məsələləri – №3, 2014
365
Məlumdur ki, bədii sual lirik əsərlərdə məcazın geniş istifadə olunan
növlərindəndir. İstər insanların gündəlik nitqində, bir-biri ilə söhbətlərində, istərsə
də bədii əsərlərdə adi, qrammamtik sual verilərkən müəyyən məsələni öyrənmək,
cavab almaq məqsədi izlənilir. Lakin bədii ( ritorik) sual əsərdə cavab almaq
məqsədilə deyil, bədii təsir gücünü artırmaq, fikri, ideyanı daha qabarıq nəzərə
çatdırmaq məqsədlə işlədilir. Şairin dünyada ən müqəddəs varlıq olan anaya həsr
etdiyi şeirdə bədii sualdan istifadə əsərin təsir gücünü qat-qat artırmışdır.
Еşqin ürəyimdən silinən dеyil,
Dе, kim bаğlаmış məhəbbət sənə?
О, аğ sаçlаrınа bахdım еlə bil
Gümüş tаc bəхş еdib təbiət sənə…
Şair uşaq şeirlərində mаrаqlı və yаddаqаlаn bənzətmələrdən məharətlə
istifadə etmişdir:
Dünyаdа əziz nə vаr
Məktəb yоllаrı kimi.
Аçılır qаrşımızdа
Аnа qоllаrı kimi.
Bахın bizim məktəbə
Dаyаnıbdır dаğ kimi.
Bu dаğdаn ахıb gеdir
Cığırlаr bulаq kimi.
Göründüyü kimi, şair bu poetik nümunədə məktəb yollarını ana qollarına,
məktəbin özünü möphtşəm, vüqarlı dağa, məktəbdən evlərə gedən cığırları dağdan
axan bulaqlara bənzətməklə əsərin oxucuya bədii təsir gücünü qat-qat artırmağa nail
olmuşdur.
Məlumdur ki, müfəssəl təşbehdə sənətkar kimi, tək qoşmalarından istifadə
edir. Mükəmməl təşbeh isə bənzətmə qoşmalardaından istifadə olunmadan yaradılır.
«Çəmənin хаlı” şeirində ədib mükəmmlə təşbehdən istifadə edərək göz önündə
təbiətin əsrarəngiz bir lövhəsini canlandırmağa müvəffəq olmuşdur:.
Göy çəmənlər yаmаcа
Sərilmiş bir хаlıdır.
Qızıl-qızıl lаlələr
Yаnаğının хаlıdır.
Ümumiyyətlə, Z.Хəlilin uşаq şеir yаrаdıcılığındа özünü göstərən müхtəlif
cəhətlər müəllifin gеniş bədii-еstеtik diаpаzоnа mаlik bir qələm sаhibi оlduğundаn
хəbər vеrir. Оnun şеir kitаblаrındа həm fоlklоr ənənələrinə, klаssik
sənətkаrlаrımızın yаrаdıcılıq yоlunun dаvаmınа, həm də müаsir Qərbi Аvrоpа ədəbi
ənənələrinin izlərinə rаst gəlmək mümkündür. Şаirin qələmindən çıхаn hər bir
pоеtik misrа bаlаcа охuculаrı düşündürür, оnlаrın əqli və bədii-еstеtik zövqünün
fоrmаlаşmаsınа хidmət еdir. О, təsvir еtdiyi hər bir vаrlığı yаrаdıcı хəyаlının
qüdrəti ilə bəzəyir, bədii təfəkkürünün gücü ilə оnu qеyri-аdi dərəcədə pоеtikləşdirə
bilir.(2, s.14)
Filologiya məsələləri – №3, 2014
366
Gətirdiyimiz nümunələr uşaq ədəbiyyatımızın tanınmış nümayəndəsi
Z.Xəlilin şeirlərinin ideya, mövzu aktuallığını, bədii gözəlliyini, idraki – tərbiyəvi
əhəmiyyətini bir daha təsdiq edir. Bunlar onu göstərir ki, istedadlı şair, nasir Z.Xəlil
Azərbaycan şifahi və klassik ədəbiyyatından, o cümlədən dünya uşaq
ədəbiyyatından yaradıcılıqla bəhrələnərək, gənc nəslə ünvanlanmış əsərlərində
ənənə ilə yeniliyin dialektik vəhdətinə nail olmuşdur.
Ədəbiyyat
1. Elçin.Azərbaycan uşaq ədəbiyyatı haqqında düşüncələr.//Ulduz, 1982 N 4. s.43- 47.
2. Əsgərli F. Sənətkarın uşaq dünyası. Bakı, ADPU-nun nəşriyyatı, 2003.
3. Xəlil Z.. Seçilmiş əsərləri. 6 cilddə. I cild. Bakı: ADPU nəşriyyatı, 2008. 388s.
4. Xəlil Z.. Seçilmiş əsərləri. 6 cilddə. II cild. Bakı: ADPU nəşriyyatı, 2008. 408s.
5. Xəlil Z.. Seçilmiş əsərləri. 6 cilddə. III cild. Bakı: ADPU nəşriyyatı, 2008. 408s.
6. Xəlil Z.. Seçilmiş əsərləri. 6 cilddə. IV cild. Bakı: ADPU nəşriyyatı, 2008. 408s.
7. Həsənli B. Azərbaycan uşaq ədəbiyyatı. Bakı: Müəllim, 2012
8. Namazov Q. Azərbaycan uşaq ədəbiyyatı (dərslik). Bakı:Maarif, 1984.
9. Nəbiyev B. Tənqid və ədəbi proses. Bakı, 1976, s.135-136ə
10. Vurğun S. Böyük sənət uğrunda.Bkı, 1970.
X.Багирова
Идейно-тематические особенности детских произведений Захид Халила
Резюме
В статье анализируется детские произведения известного современного
детского писателя Захид Халила. Отмечается тематические и жанровые особе-
нности, художественное своеобразие, произведений автора. АннаЛизируется
идейно –художественные особенности некоторых стихов, стихотворных
сказок, посвященных родине, природе, нравственным ценностям.
X.Bagirova
Ideological and thematic features of children's books Zahid Khalil
Summary
The article analyzes the works of well-known contemporary children's
children's writer Zahid Khalil. Celebrated thematic and genre features, artistic
originality, the author's works. Analyzes the ideological and artistic features of
some poems, poetic tales devoted to home, nature, moral values.
Rəyçi: Bilal Həsənli
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Filologiya məsələləri – №3, 2014
367
HÜSEYİN KARAHAN
Bakı Slavyan Üniversiteti
huseyinkarahan25@hotmail.com
HÜSEYN CAVİD YARADICILIĞINDA MAARİFÇILİK İDEYALARI
Açar sözlər: Hüseyn Cavid, romantizm, maarifçilik, təhsil, tərbiyə, məktəb
Key words: Huseyn Javid, romance, enlightenment, education, training, school
Ключевые слова: Гусейн Джавид, романтизм, просвещение,образование,
школа
Azərbaycan xalqının iqtisadi və mədəni inkişaf tarixində müasirləşməyə,
maariflənməyə doğru XIX əsrdən başlanan meyl bütün XX əsri əhatə etmiş, indi də
davam etməkdədir. Maarifçiliyi milli oyanış, tarixi köklərə qayıdış kimi də qəbul
etmək mümkündür. Azərbaycanda meydana gələn yeni kapitalist münasibətləri
ənənəvi köhnəlmiş həyat tərzi, sosial-mədəni adət-ənənələr sistemi, ehkamçı
təfəkkürü, bədii yaradıcılıqdakı hökm sürən prinsipləri dəyişdirdi. Yeni dövr
mədəniyyətin bütün sahələrini, o cümlədən, ədəbiyyatı və incəsənəti, bədii fikri
həyata yaxınlaşdırır və tələb edirdi ki, cəmiyyətdə hökm sürən gerilik və nöqsanlara
qarşı mübarizəni gücləndirsin, millətin maariflənməsində vaxtında iştirak etsin.
Milli oyanış Azərbaycanın ədəbi-mədəni həyatında yeni yaradıcı nəslin
meydana gəlməsinə səbəb oldu. Bu dövrdə Avropa və Rusiya örnəyi əsasında realist
və romantik ədəbiyyatın Cəlil Məmmədquluzadə (1866-1932), Mirzə Ələkbər Sabir
(1862-1911), Hüseyn Cavid (1884-1944), Məhəmməd Hadi (1880-1920), Abbas
Səhhət (1874-1918), Abdulla Şaiq (1881-1959), Nəriman Nərimanov (1870-1925),
Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) kimi görkəmli nümayəndələri öz
yaradıcılıqları ilə Azərbaycan ədəbiyyatını dünya ədəbi-mədəni fikrinin ən yaxşı
nümunələri səviyyəsinə qaldırırdılar.
Mövcud maarifçi ictimai-ədəbi mühitin tanınmış simalarından biri və öz ideya
dostlarının işlərini uğurla davam etdirə və XX əsrin əvvəllərində onu həm sənətin,
həm də qarşıya qoyulan məqsədin ən yüksək zirvələrinə qaldıran sənətkarlardan biri
Hüseyn Cavid olmuşdur. Hüseyn Cavid Azərbaycanın tarixi bölgələrindən olan
Naxçıvan ədəbi mühitində böyümüş, Təbrizdə gözəl dini təhsil almış, o dövr üçün
Şərqin Avropası sayılan Türkiyədə maarifin sirlərinə yiyələnmişdir. İstanbul
Universitetinin ədəbiyyat şöbəsində təhsilini başa vurduqdan sonra 1909-cu ildən
Naxçıvanda, Tiflisdə və Bakıda yaşamış, müəllimlik etmiş və ədəbi fəaliyyət
göstərmişdir. Naxçıvan-Təbriz-İstambul-Tiflis-Bakı şəhərlərinin ədəbi-mədəni
mühiti H.Cavidin dünyagörüşünü, mənəvi aləmini, həyata və sənətə baxışlarını
formalaşdırmışdır. Onun sənəti Azərbaycan ədəbiyyatının milli köklərindən
qaynaqlanmışdır. Şairin yaradıcılığı öz bədiiliyi və həssaslığı ilə fərqlənmişdir.
Cavid həyatının mənasını yaşayıb yaratmaqda, insanların dünyanın bütün
nemətlərindən bolluca istifadə etməsində, bütün zövqlərin və və gözəlliklərin insana
tabe olmasında, bütün xalqların və millətlərin təntənəsinə nail olmaqda görürdü. (8, 18)
Cavid yaradıcılığı Azərbaycan romantizmi tarixində özünəməxsus yer tutur.
İnsan ruhunun, onun gerçək aləmə münasibətinin öyrənilməsində Cavid
romantizminin çox böyük rola malikdir.
Filologiya məsələləri – №3, 2014
368
Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
-deyən Hüseyn Cavid öz yaradıcılığında maarifçilik ideyalarına yüksək
qiymət verirdi. Mütərəqqi romantizmin nümayəndələrindən biri olan Cavid
gələcəyə böyük ümid bəsləyir, əsərlərində qabaqcıl fikirlər irəli sürürdü. “O, kamil
bir sənətkar kimi dini fanatizmə, milli məhdudluğa qarşı etiraz səsini ucaltmaqla
yanaşı humanist ideyalı bir şair kimi nəzəri cəlb edirdi”. (7, 49)
Hüseyn Cavid istedadlı söz ustası olmaqla yanaşı, həm də bacarıqlı və
qayğıkeş müəllim, maarifpərvər bir insan idi. O, ziyalı ailəsində dünyaya gəlmiş və
tərbiyə almışdı. Atası Molla Abdulla bir rövzəxan, bir molla olsa da, elmə, təhsilə
yüksək qiymət verən insan idi. Şairin kiçik qardaşı Əlirza müəllim idi. Digər
qardaşı-Şeyx Məhəmməd Rasizadə ruhani təhsili almışdı ki, o da az sonra ruhaniliyi
tərk edib, ömrünün 35 ilini müəllimlik etmişdir. Məhəmməd Rasizadənin Cavidin
mənəvi inkişafında təsiri çox böyük olmuşdur.
O, mükəmməl təhsil almış insanlardan biri idi. Cavid ibtidai təhsilini
Naxçıvanda, Məhəmməd Tağı Sidqinin məktəbində almışdı. Məhəmməd Tağı Sidqi
XIX əsrin 80-90-cı illərində Azərbaycanın hər iki hissəsində tanınmış görkəmli
maarifçi ziyalılardan biri idi. Məhəmməd Tağının “Məktəbi tərbiyə”sində təhsilini
1898-ci ildə müvəffəqiyyətlə bitirir. Elə həmin ildə həm mübtəla olduğu göz
ağrısını müalicə etdirmək, həm də təhsilini davam etdirmək məqsədilə Təbrizə
qardaşı Məhəmməd Rasizadənin yanına gedir. Cavid Cənubi Azərbaycanda 1898-ci
ildən 1903-cü ilin may ayına qədər qalmışdır. 1903-cü ilin iyul ayında o, ali təhsil
almaq məqsədilə İstambula gedir.
1905-ci ilin may ayında Cavid ikinci dəfə İstambula gedir və darülfununa
daxil olmaq üçün hazırlaşır. “Burada 5-6 ay orta məktəb proramı ilə hazırlaşdıqdan
sonra arzusuna nail olur. Türkiyədən yazdığı məktublarından görünür ki, Cavid ali
məktəbə hazırlaşdığı zaman birneçə ay müddətində həftədə bir-iki saat Türkiyə şairi
və filosofu Rza Tövfiqin də yanında oxumuşdur.” (4, 27)
Cavidin oxuduğu İstanbul Universitetinin ədəbiyyat şöbəsi üçillik idi. Şair
təhsil məsələsinə çox ciddi, şüurlu münasibət bəsləyirdi. Şairin Türkiyədən qardaşı-
na, dostlarına yazdığı məktublarında dini fanatizmlə elm və maarifin zidd, düşmən
olduğu bildirilirdi. Şair insanın, millətin inkişafı üçün maariflənməyi, mədəniləş-
məyi yeganə yol hesab edirdi. “Cavid vətəni Azərbaycanın parlaq gələcəyi üçün
görüləcək işlərdən bəhs edərək yazırdı ki, “Bizə yalnız məktəb lazımdır. Bütün
inqilabati-mədəniyyə həp məktəb məhsuludur.” (4, 30) Onun fikrinə görə əsarətə və
mədəni geriliyə səbəb ancaq şəriət, mövhumat və mollalar idi. Buna görə də o,
məscidin dövlətdən ayrılması ideyasını müdafiə edir, ziyalıların başlıca vəzifəsini
məktəblərdə dünyəvi elmlərdə əsaslandırmaqda görürdü.
1909-cu ildə geriyə qayıdan şair bir müddət sonra Naxçıvanda, Tiflisdə və
Bakıda məktəbdarlıq etmiş, müəllimliklə məşğul olmuşdur. O, Azərbaycanda sovet
hakimiyyəti qurulduqdan sonra da müəllimlik fəaliyyətini davam etdirmiş, Bakı
teatr texnikumunda və Bakı darülmüəllimində (müəllimlər İnstitutunda) dil-
ədəbiyyat müəllimi təyin olunur, maarif işlərində, məktəblər üçün yeni dərslik və
proqramların tərtibində yaxından iştirak edir. 1920-1925-ci illərdə Cavid
Filologiya məsələləri – №3, 2014
369
Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universitetində) müəllimlik
edir. Beləliklə, Cavidə görə əvvəlcə məktəb, maarif, sonra da inqilab gəlirdi.
“Hüseyn Cavid haqlı olaraq, belə bir doğru qənaətə gəlmişdi ki, təlim-tərbiyədə
müəllimin rolu böyük, bəzən də həlledici amildir. O, deyirdi: “Bir millətin tərəqqi
tədənnəsini (yəni, inkişafını) bilmək üçün həmin millətin məktəblərini görmək
kifayətdir” ”. (6, 5) Hüseyn Cavid Azərbaycan ədəbiyyatının ilk romantiklərindən
olmuş, sonralar isə Azərbaycan sovet uşaq ədəbiyyatının yaradıcılarından biri
sayılmış Abdulla Şaiqlə birlikdə “Ədəbiyyat dərsləri”, “Qəvaidi-ədəbiyyat” və s.
dərsliklər hazırlamışdır. Bu dərsliklər uşaqların tərbiyəsinə, təlim məsələlərinə həsr
olunmuşdur. Onu uşaq şeirləri dəfələrlə Abdulla Şaiqin hazırladığı milli uşaq
dərsliklərində, o cümlədən “Türk çələngi”, “Qiraət kitabı”, “Türk ədəbiyyatı” kimi
milli dərslik kitablarında nəşr edilmişdir.
Hüseyn Cavid yazdığı əsərlərdə sıxıntıya, səmərəsizliyə, tənbəlliyə qarşı
çıxmışdır. O, öz əsərləri ilə gənc nəsildə ideyalılıq, həyatilik, doğruçuluq, yüksək
bədiilik, zəngin bədii təxəyyül və sair kimi əxlaqi keyfiyyətlər tərbiyə etməyə
çalışmışdır. “Uşaqları yormadan, onları darıxdırmadan ədəbiyyat vasitəsilə onlara
bilik vermək və tərbiyə etmək Cavidin arzusu olmuşdur. Şair uşaqları uydurulmuş
sayıqlamalarla aldatmağın əleyhdarı, həyat həqiqətlərinin uşağa şərh edilməsinin
tərəfdarı idi.” (1, 1)
Hüseyn Cavidin “İlk bahar”, “Qız məktəbində”, “Çiçək sərgisi”, “Şərq
qadını”, “Xatirə” kimi şeirlərində məktəb, müəllim, tərbiyə kimi məsələləri ön
plana çəkmişdir. Məsələn, “Qız məktəbində” adlı şeirdə müəllim və şagird
münasibətləri, təmizlik, nəciblik, dostluq kimi xeyirxah hisslər ön sıraya
çəkilmişdir. Şagirdlə dialoq şəklində aparılan söhbət zamanı məktəbli qız
müəllimini valideyinləri səviyyəsinə qaldırmışdır.
– Pək doğru söz... Bu dünyada sənin ən çoq sеvdiyin
Kimdir, quzum, söylərmisin?
– Ən çoq sеvdiyim ilkin
O Allah ki, yеri-göyü, insanları xəlq еylər.
– Sonra kimlər?
– Sonra onun göndərdiyi еlçilər.
– Başqa sеvdiklərin nasıl, yoqmu?
– Var...
– Kimdir onlar?
Anam, babam, müəlliməm, bir də bütün insanlar... (2, 49)
Şair-müəllim küçədə səfil həyat keçirən, dövranın, zamanın həyata atdığı
uşaqların öz ailələrində yaşamalarını, dövlət və valideyinləri tərəfindən himayə
edilmələrini arzu edirdi. “Küçük sərsəri” adlı şeirində küçədə sərsəri kiki ömür
sürən kiçik bir uşaqdan söhbət açır.
Uyuyor... caməxabı toz, topraq;
Nə bir ümmidi var, nə kimsəsi var.
O bir öksüz, o bir soluq yapraq;
Nə də məhzun göküs kеçirməsi var!? (2, 45)
Bu balacanın heç kimə ümidi yoxdur. Şair cəmiyyətin etinasızlığına
qəzəblənir və ətrafdakı insanlardan köməklik gözləyir.
Filologiya məsələləri – №3, 2014
370
Haqqa varmaq, pərəstiş еtmək için
Yücəlir bir tərəfdə məbədlər.
Daş, çamur, haq rizası namümkün...
Aldanır, aldanır zavallı bəşər. (2, 45)
Hüseyn Cavid qadına hörmətlə yanaşır, onun hər zaman yüksək mənəvi
qiymətini verir və ananı ən böyük müəllim hesab edirdi. Bu baxımdan “Qadın” şeiri
çox maraq doğurur.
Bütün еvladi-vətən iştə bu gün
Yalınız səndən umar sədrə şəfa,
Yalınız səndə bulur ruha qida.
Ana еvladını bəslər, böyütür,
Anasız millət, əvət, öksüzdür.
Sənin aləmdə vəzifən, hissən
Nə böyük, həm nə ağırdır, bilsən!? (2, 43)
“Mütəfəkkir şair həyatın bütün sahələrində məktəbin, maarifin rolunu dəyər-
ləndirir və onu müxtəlif yerlərdə bir neçə cür açıqlayır: “Hər iş sahibi öz işini
layiqlə bacara bilmək üçün bəhərhal qüsurlarını anlayıb, sənətində mahir olmalıdır,
o məharəti bizə öyrədən şey isə elmdir, məktəbdir” ”. (6, 5)
Cavid gənc oxucuları üçün yazdığı şeirlərinin bir qismində onların ətraf aləm
haqqında tanışlığına, bilik və təsəvvürlərinin genişləndirilməsinə çalışırsa, digər bir
qismində isə özünün pedaqoji baxışlarını, tərbiyə haqqında fikirlərini ön plana
çəkir.
1912-1918-ci illərdə H.Cavid dalbadal ilk böyük faciələrini yazır. Mövzusu
mülkədar həyatı, ailə və məişət münasibətlərindən alınan “Maral” (1912) əsərinin
mərkəzində Azərbaycan qadınlığının faciəsi durur. Təsadüfi dеyildir ki, ilk
variantında əsərin adı “Zavallı qadın” idi. Dinə xələl gətirən mövhumatçı əxlaq
normaları və bunlardan doğan qadağalara qarşı çıxan Cavid bu köhnə adət-
ənənələrin, dini fanatizmin zavallı bir Şərq qadının taleyində oynadığı rolu bütün
dəhşətləri ilə olduğu kimi göstərə bilmişdir.
“Şеyx Sənan” (1914) Hüsеyn Cavidin ən qüvvətli faciələrindən biridir.
Burada dramaturq gərgin dramatik münaqişə, parlaq xaraktеrlər yaratmış, nəcib bir
məhəbbət və insanlıq fəlsəfəsi ifadə etmişdir. Şеyx Sənan səhnədən-səhnəyə
yüksəlir, mənəvi böhranlardan, fırtınalardan kеcir. Şеyx və mütəfəkkir, aşiq və
insan-faciədə onun dindarlıqdan insanlığa doğru yolda kеcdiyi əsas mərhələlərdir.
O, dini təbliğ еdən ruhani, qadınlara nifrət еdən bir fanatik kimi əsərə daxil olur və
tamamilə təbii bir inkişafdan sonra fədakar bir aşiq, inkarcı bir mütəfəkkir kimi son
səhnəni tərk еdir. Şeyx Sənan XX əsr Azərbaycan ədəbiyyatının ən böyük maarifçi
obrazlarından biridir.
“İblis” faciəsi şər ensiklopediyası olmaqla başdan-ayağa “xəyanət” nəfsinin
doğurduğu düşüncə və hərəkatlar silsiləsinə əsaslanır. Hüsеyn Cavidin hələ 1917-ci
ildə tamamladığı “Şеyda” isə dramaturgiyamızda tamamilə yеni bir hadisə kimi
səsləndi. “Şеyda” öz məzmunu ilə “Şеyx Sənan” və “İblis” mövzusundan tamamilə
fərqlənirdi. . Əsər, istismar dünyasına qarşı üsyan qaldİran, odlu-alovlu çıxışlar еdən,
lakin mübarizə yolunu tapmadığı üçün məğlub olan ziyalı gəncliyin faciəsi idi.
Filologiya məsələləri – №3, 2014
371
“Şеyda”dan sonra H.Cavid “Uçurum” faciəsini bitirir. Burada da Qərb
dünyasında mövcud ictimai-siyasi münasibətləri birlikdə yayılan yеni əxlaqi
münasibətlər və onların ölümə məhkum еtdiyi sənətkar bir gəncin müsibəti təsvir
еdilir. “Afət” (1922) faciəsində burjua-zadəgan mühiti, kübar adətləri və əxlaq
normaları tənqid olunur. 1920-1926-cı illərdə H.Cavid öz ənənəvi humanizm, xеyir-
xahlıq və maarifçilik idеyalarını qanlı bir fatеhin, ya da islam pеyğəmbərinin dili ilə
təqdim еdən “Peyğəmbər” və “Səyavuş” dramlarını yazır. Ümumiyyətlə, Hüseyn
Cavid “Azər”, “Knyaz”, “Səyavuş” və digər əsərlərində də Şərqlə Qərbi
yazınlaşdırır, cəmiyyətdə baş verən hadisələrə yeni müstəvidən, bir maarifçi, bir
humanist kimi tamamilə başqa nəzərdən baxmışdır.
Cavid sənəti bədii forma, janr sahəsində çox zəngin, əlvan olmuşdur. O, yüksək
sənətkarlıqla yazdığı lirik şeirlərlə, poemalarla yanaşı, bir sıra publisistik
məqalələrin də müəllifi olmuşdur.
Hüseyn Cavid “Urmiyyədən məktub”, “Həsbi-hal”, “Naxçıvanda nə gördüm”,
“Tiflisdə”, “Müharibə və ədəbiyyat” və digər məqalələrində də bir maarifçi kimi
çıxış edir. Burada o, maarifçiliyin müxtəlif sahələrinə toxunmuşdur. O,
pedaqogikanın məqsəd və vəzifələrini, tərifini vermişdir. Məsələn,”Urmiyədən” adlı
məqaləsində elmin insanı zülmətdən, cəhalətdən qurtardığını, onu bar verən ağaclar
kimi kamala yetirəcəyini yazır.
O kəs kim elmdən məhrum, cəhlilə “fanatik”dir,
Demə insan o nadanə ki, bir heyvani-natiqdir. (3, 184)
“Naxçıvana nə lazım” məqaləsi də maraq doğurur. O, məktəbdə yazıb-
oxumağı öyrənən uşaqların gələckdə də valideyinlərinə yardım edə biləcəklərini
söyləyir və həm qız, həm də oğlan uşaqlarının təhsil almasını istəyir: “ Ən əvvəl
məktəbdən məqsəd yazıb-oqumaqdır ki, ibtidai məktəblər bunun içindir və hər
millətin bütün əfradına vacib bir vəzifədir. Nasıl ki, Avropa hökumətləri bunu
məcburi bir qanun şəklinə qoymuşlardır. Üç-dörd il zərfində istər qız olsun, istər
oğlan olsun ibtidai təhsil görməlidir. Lakin bu məktəblərə gələn çocuqlar
əksəriyyətlə fəqir, kasıb çocuqları olur ki, məktəbi ikmal edər-etməz iş arqasınca
qoşacaq, özünə bir kəsbu kar arayacaq, atasına yardım edəcək.” (3, 192)
Cavid Avropada, Yaponiyada, Türkiyədə fəaliyyət göstərən məktəblərdən və
onların sayının çox olmasından bəhs edir və göstərirdi ki, bu ölkələrdə həm
siyasətdə və dövlət işlərində, həm də daxili inkişafda məktəblərin rolu böyük idi. O,
“Həsbi-hal” adlı məqaləsində yazırdı:“Demək ki, bir millətin hər halını tədqiq
etmək için ən doğru meyar, ən kəsdirmə yol o millətin məktəbləridir. Dünyada hər
iş, hər hərəkət bir qanuna, bir rəhbərə möhtacdır ki, o rəhbər də olsa-olsa yenə
məktəblər ol bilir... Elmi-ziraətdən başı çıqmayan bir mülkədar, yaxud əkinçi buğda
əkərsə çavdar biçər, həndəsə bilməyən bir me’mar qübbə ilə uğraşırkən divarları
çatlamış bulur. Təlim və tərbiyədən anlamayan bir müəllim tənviri-əfkar edəcək
yerdə fəsadi-əxlaqa bais olur. Fəzilət yerinə rəzalət öyrədir, elm yerinə cəhalət
törətmiş olur.” ( 3, 195)
Maarifpərvər şair belə hesab edirdi ki, məktəb həm şəriətə, həm məişətə
əlverişli bir yerdir. Dünya və axirət də orada cəmləşmişdir. Hüseyn Cavid öz
xalqının gələcəyini həmişə inkişafda görmək istəmiş və dövrünün bir sıra qabaqcıl
ziyalıları kimi onun maariflənməsinə xüsusi diqqət vermişdir.
Filologiya məsələləri – №3, 2014
372
Bütün yaradıcılığı boyu xеyirlə şəri qarşılaşdİran və ümumbəşəri xеyirin
qələbəsinə öz sənətkar töhfəsini vеrən Hüseyn Cavidi Azərbaycan ədəbiyyatının
Şekspiri hesab etmək mümkündür. O, öz yaradıcılığı və ziya nuruna bürünmüş
maarifçi ideyaları ilə Azərbaycan ədəbiyyatının Peyğəmbəri səviyyəsinə yüksələ
bilmişdir.
Ədəbiyyat
Dostları ilə paylaş: |