36
qalmaqdadır. Bu ölkələrdə baş verən hadisələr islamın siyasi proseslərə cəlb olunmasının,
dindan qarşıdurma yaratmaq məqsədilə istifadənin hansı fəsadlarla nəticələnəcəyinə açıq
nümunədir.
Belə bir şəraitdə dinlərarası qarşılıqlı anlaşma, hörmət prinsiplərinin qorunub
saxlanılması və dindən siyasi məqsədlər üçün istifadənin qarşısının alınması üçün
düzgün
dini maarifləndirmənin aparılması xüsusi əhəmiyyət kəsb edir. Müasir dövrdə bir çox
müsəlman ölkələrində baş verən münaqişələrin əsas yaranma
səbəblərindən biri dini
maarifləndirmənin zəif aparılması, dini şüur səviyyəsinin aşağı olmasıdır. Bu məsələ bizi də
ciddi surətdə düşündürməlidir.
Bu baxımdan dini durumun sabitliyinin qorunması məqsədilə dini vəziyyət daim
nəzarətdə saxlanılmalı, qarşıdurma meyllərinin qarşısı alınmalı
və sağlam dini
maarifləndirmənin aparılması istiqamətində səylər daha da gücləndirilməlidir. Dövlət dini
maarifləndirmə prosesindən kənarda qalmamalı, bu prosesin aktiv iştirakçısı olmalı və dini
maarifləndirmənin Azərbaycan dövlətçiliyi konsepsiyası çərçivəsində aparılmasına nail
olmalıdır. Dini maarifləndirmənin
xarici dairələrin vasitəsilə, təəssübkeşlik, dini
dözümsüzlük ideyalarının təsiri altında aparılması ölkədə din sahəsində yaranmış sabitliyin,
dini dözümlülüyün pozulmasına gətirib çıxara bilər. Eyni
zamanda bu məsələdə bütün
sağlam qüvvələr vahid mövqedən çıxış etməlidirlər.