31
məharətlə istifadə edərək Bakını digər müsəlman ölkələrində təriqətçilik təbliğatı aparacaq
mərkəzə çevirməyi qarşılarına məqsəd qoymuşdular.
Həmin dövrdə Missioner təşkilatlarının Azərbaycanda fəaliyyətlərini və təsir
dairələrini genişləndirməsində insanların sosial-iqtisadi durumunun ağır olması, Azərbaycan
torpaqlarının erməni təcavüzünə məruz qalması, ərazisinin 20%-nin işğal olunması və dini
maarifləndirmənin zəif aparılması böyük rol oynadı. Həmin təşkilatlar ölkənin düşdüyü ağır
sosial iqtisadi durumdan və müharibə şəraitindən məharətlə bəhrələnərək, insanlara maddi
yardım paylamaqla yanaşı, dini təbliğat da aparırdılar.
Bu təşkilatların bir qismi gənclər arasında dini təbliğatı gücləndirmək məqsədilə
xarici dil kursları təşkil edərək çoxlu sayda - əsasən rus dilində təhsil almış gəncləri bu
kurslara cəlb etməyə nail olmuşdular.
Onlar əsasən yetim, kimsəsiz və əlil insanların
məskunlaşdığı yerlərdə geniş təbliğat aparmağa üstünlük verirdilər. Həmin təşkilatlara
kimsəsiz və əlil insanların yeməyə olan ehtiyaclarının ödənilməsi müqabilində dini təbliğat
aparmaq üçün imkan və şərait yaradılmışdı. Bu imkandan istifadə edən bir neçə humanitar
təşkilat dini təbliğat aparmaq məqsədilə xeyli sayda uşaq və kimsəsizlər evini himayəyə
götürmüşdü.
Bakıda əsas mərkəzlərini yaradan, missioner təşkilatlar Azərbaycanın böyük
şəhərlərindən başlayaraq regionlarda da dini təbliğat aparmağı və təlimlərini yaymağı
qarşılarına məqsəd qoymuşdular. Həmin dövrdə əhatə dairələrini genişləndirmək məqsədilə
həmin qurumlar böyük şəhərlərdən Gəncə və Sumqayıtda, respublikanın şimal
rayonlarından İsmayıllı,
Zaqatala, Qax, Balakən, Quba, Qusar və Xaçmazda geniş dini
təbliğat aparırdılar. Azərbaycanda fəaliyyət göstərən bəzi ölkələrin səfirlikləri də müxtəlif
yollarla missioner təşkilatlara dəstək göstərir, dövlət qurumlarının dövlət-din
münasibətlərinin tənzimlənməsi, radikallıq meyllərinin qarşısının alınması
istiqamətində
həyata keçirdiyi tədbirləri Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması kimi
qələmə verməyə çalışırdılar.
Cənub rayonlarında əhalinin əksəriyyətinin islama meylli olmasını nəzərə alan
humanitar təşkilatlar bu bölgədə fəal dini təbliğat aparmaqdan və təlimlərini yaymaqdan
çəkinsələr də, yerli dayaqlar yaratmaq məqsədilə müəyyən tədbirlər həyata keçirir və bəzi
cənub rayonlarında xristian təmayüllü dini icmalar yaradırdılar.
Sözügedən missioner təşkilatlar müəyyən vaxtdan sonra qanunsuz fəaliyyətlərinin
qarşısının alınacağını öncədən düşünərək onlardan sonra ölkədə dini təbliğat apara biləcək
davamçılar yetişdirirdilər. 1997-ci ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə
dini təbliğat aparmalarına qanunla qadağa qoyulduqdan sonra onların uzun müddət
hazırladıqları insanlar təbliğat aparmaq missiyasını öz üzərlərinə götürdülər. Bununla da
həmin təşkilatlar yerli əhalinin köməkliyi ilə yenidən dini təbliğat aparmaq imkanı əldə
etdilər.
“Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının
Qanununa edilən
dəyişikliklərdən sonra müvafiq dövlət qurumları dini təbliğat aparan və missionerlik
fəaliyyəti göstərən humanitar təşkilatların qanuna zidd əməllərinin qarşısını qismən aldı.
Humanitar təşkilatların fəaliyyəti xeyriyyəçiliklə məhdudlaşdırıldı, qanunu pozan bir neçə
humanitar təşkilatın fəaliyyətinə xitam verildi.
32
2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra ölkədə
dövlət-din münasibətlərində yeni bir mərhələyə qədəm qoyuldu. Dini etiqad azadlığı ilə
bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasının təmin edilməsi, dini icmaların
qeydiyyata alınması, qeydiyyatının ləğvi, dini qurumların və təhsil müəssisələrinin
fəaliyyətinin tənzimlənməsi səlahiyyəti həmin quruma həvalə olundu.
Həmin dövrdən başlayaraq din etiqad azadlığının təmin olunmasına, icmaların dini
ayin və mərasimləri sərbəst yerinə yetirməsinə, milli-mənəvi
dəyərlərin təbliğinə və
tolerantlıq ənənələrinin gücləndirilməsinə diqqət daha da artırıldı. Azərbaycan hökuməti
bütün dinlərin nümayəndələrinə dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün
bərabər imkanlar yaratdı, onların fəaliyyətinə əsassız müdaxilələrin qarşısını aldı. Eyni
zamanda missioner təşkilatların və radikal qruplaşmaların fəaliyyətinə nəzarət daha da
gücləndirildi.
Dostları ilə paylaş: