AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ
P O L İ S AK A D E M İ Y A S I
KAFEDRA: «İctimai elmlər»
FƏNN: « Multikulturalizm »
FAKÜLTƏ: Qiyabi
M Ü H A Z İ R Ə
MÖVZU №3. «Dini müxtəliflik və multikulturalizm»
Tərtib etdi: «İctimai elmlər»
kafedrasının baş müəllimi,
polis baş leytenantı Rəşad Qasımov
Mühazirə kafedranın iclasında müzakirə edilib və bəyənilib.
Protokol № «_____» ___________2016-cı il
B A K I 2 0 1 6
2
MÖVZU №1. Dini müxtəliflik və multikulturalizm.
P L A N:
Giriş:
1. Azərbaycanda dinlərin tarixi
2. Dini-etik təlimlərdə tolerantlıq və multikulturalizm ideyaları
3. Müasir dövrdə Azərbaycanda dövlət-din münasibətləri
Nəticə:
Ə D Ə B İ Y Y A T:
1. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bülleteni. №
10, 2004.
2. Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə. Bakı, "Şərq-Qərb", 2007. s.81-120
3. Dövlət və din jurnalı. Noyabr, 2006.
4. Əliyev E. Azərbaycanda Zərdüştilik. Bakı, Çaşoğlu, 2002, s. 8-28
5. Əliyev H. Dinimiz xalqımızın milli-mənəvi sərvətidir, Bakı, Əbilov, Zeynalov və
oğulları, 1999.
6. Əhməd Ə. XII-XV əsrlərdə Аzərbaycanın mənəvi mədəniyyət. Bakı-2012.s.65-88
7. Əliyev R. Din. Əxlaqa aparan yol. Bakı 2005, s. 13-18
8. Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər, Bakı,
Əbilov, Zeynalov və oğulları, 2007.
9. Hüseynov, Sakit. Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik,
Bakı, Təknur, 2012.
10. İslam: Tarix. Fəlsəfə. İbadətlər. Bakı, Elm, 1994, s. 6 -114; 147 -165
11. İmanov H, A. Əhədov. Orta əsr islam şərqində fəlsəfi fikir. B.: Bakı Universiteti
nəşriyyatı,1998
12. Orucov, H. Azərbaycanda din: ən qədim dövrdən bu günədək, Bakı, CBS
Polygraphic production, 2012.
13. Quluzadə, Musa. Azərbaycanda dövlət-din münasibətləri (İslam dininin timsalında
1920-2000-ci illər), Bakı, Açıq dünya, 2002
14. Qurbanov, Əsədulla. Beynəlxalq münasibətlərdə din-islam amili, Bakı, Bakı Dövlət
Universitetinin nəşriyyatı, 2000
15. Tusi Xacə Nəsirəddin. Əxlaqi-Nasiri. Bakı, “Lider nəşriyyat”, 2005, s.13-18; 215;
225-235
16. Xəlilov S. Şərq və Qərb. Ümumbəşəri ideala doğru. B.: Azərbaycan Universiteti
Nəşriyyatı, 2004,
17. http://www.azerbaijan.az/portal/General/Religion/traditionReligion_a.html.
18. http://scwra.gov.az/pages/181/.
3
GİRİŞ
Azərbaycanın mədəniyyətlər qovşağında yerləşməsi, həm dini azadfikirliyin
və tolerantlığın olmasına, həm də yeni dini cərəyanların zaman-zaman yaranmasına
və inkişafına zəmin yaratmışdı. Azərbaycan olduqca unikal bir mədəniyyətə malikdir.
Bu torpaqda uzun əsrlər boyu dünyanın ən aparıcı mədəniyyət sistemlərinin təbii,
tarixi inteqrasiyası baş vermişdir. Bu torpaqda atəşpərəstlik, türk, iran, qafqaz,
yəhudi, xristian, islam, Şərq, Qərb, slavyan, sosializm və s kimi müasir dünya
sivilizasiyasını formalaşdıran mədəniyyətlər çulğalaşmış, dünyanın inkişafı üçün
nümunə olan mədəniyyət, inkişaf modelləri yaratmışdır.
Polietnik və çoxkonfessiyalı Azərbaycanda formalaşmış multikulturalizm
dəyərlərinin dini müstəvidə əks-sədasının köklərini də araşdırmaq xeyli maraqlıdır və
bunları milli-mədəni irsimizin məşhur nümunələrində aydın görürük.
Müasir dünya bütün dinləri qloballaşma zəminində düşünməyə vadar edir.
Əsasən də monoteist dinlərin kəsişmə nöqtələrində bir-birinə zidd olmayan, uyğun
düşüncə aşılayan müxtəlif ehkamların semantik təhlilini aparmaqla və bunlann bəşəri
dəyərlərini nəzərə çarpdırmaqla problemin həllinə nail olmaq mümkündür. Bu zaman
müzakirə nəinki tarixi və ya statistik tədqiqat kimi formal xarakter daşıyar, həmçinin
geniş fəlsəfi təhlil şəklini də ala bilər.
Dinin çox güclü təsir vasitəsi olduğu inkaredilməzdir. Çünki o, bir çox insanın
mənəvi istinadgahıdır. Din inanclı insanların şüur labirintlərindən keçərək, onlara həyata
münasibətdə ümid verə biləcək sosial fenomendir, onların iç dünyasına tutulan çıraqdır.
Burada sakrallıq əsas götürülərək riyakarlıq, haramlıq kimi mənəvi qüsurlara sədd
çəkilir. Deməli, niyyəti düz olan insan dindən yararlana bilər. Yaradana xidmət etmək bu
qəbil insanlar üçün böyük hikmət kəsb edir. Tanrıya xidmət etməklə, yəni dini normalara
və ehkamlara sadiq qalmaqla insan öz səadətinə, əminliyinə qovuşa bilər. Dinin
cəmiyyətdə oynadığı psixoloji rolundan irəli gələrək, tanrıya inanan insan dində
mətinlik, səbirlilik, iradəlilik, başqasına itaət etməmək kimi keyfiyyətlərə yiyələnə bilər.
Dostları ilə paylaş: |