Азярбайъан республикасы


 Korroziyaya qarşı elektrokimyəvi mübarizə



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə18/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   14   15   16   17   18   19   20   21   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

1.10.2. Korroziyaya qarşı elektrokimyəvi mübarizə
49


1.10.2.1. Korroziyaya qarşı elektrokimyəvi mühafizə
quruluşları [58, 31] -in tələblərinə uyğun quraşdırılmalıdır.
1.10.2.2. Elektrokimyəvi mühafizə quruluşları [15] tələb-
lərinə uyğun yerləbirləşdirilməlidir.
1.10.2.3. Gərginlik altında olan cərəyan daşıyıcı
hissələrdə hər hansı işlərin aparılması qadağandır.
Bu tələb protektor mühafizə quruluşlarına aid edilmir.
50


1.10.2.4. Katod stansiyasının yaxınlığında kommutasiya
aparatı (kəsici açar, paket tipli elektrik açarı, avtomat) quraş-
dırılmalıdır.
1.10.2.5. Katod stansiyalarının sıra nömrəsi,
xəbərdareidici yazıları, plakatları olmalı və onlar qıfılla
bağlanmalıdır.
1.10.2.6. Gərginliyi 1000V-a qədər olan şəbəkədən qida-
lanan elektrokimyəvi mühafizə quruluşlarına təkbaşına (fərdi)
xidmət edən şəxsin elektrik təhlükəsizliyi üzrə qrupu azı III,
1000V-dan yuxarı şəbəkədən qidalanan quruluşlara xidmət
edən şəxsin isə qrupu IV olmalıdır.
1.10.2.7. Izoləedici flansların partlayış təhlükəli
otaqlarda, eyni zamanda bağlayıcı armaturu olan quyularda
(kolodes) və kiosklarda quraşdırılması qadağandır.
1.10.2.8. Dəmir yolu relslərində gərginlik iki nəfər tərə-
findən ölçülməlidir və bu işlər yerinə yetirilərkən onlardan biri
nəqliyyatın hərəkətinə nəzarət etməlidir.
1.10.2.9. Ildırım çaxması gözlənildikdə elektrokimyəvi
mühafizə quruluşlarında iş görmək qadağandır.
1.11. Qaz təhlükəli və odlu işlər
1.11.1. Qaz təhlükəli və odlu işlərə, qazpartlayış
təhlükəli mühitdə işlərin təhlükəsiz görülməsinin üsul və
qaydaları xüsusi olaraq öyrədilmiş və təlimatlandırlımış,
qazdan mühafizə vasitələrindən istifadə etməyi bacaran,
qazın təsirindən zərərçəkmiş adama ilk tibbi yardım
göstərilməsi qaydalarını bilən və onları tətbiq etməyi bacaran
işçilər buraxılırlar.
1.11.2. Qaz təhlükəli işlər əleyhqaz (şlanqlı əleyhqaz) və
respirator (şəraitdən asılı olaraq) tətbiq etməklə yerinə
yetirilməlidir.
51


1.11.3. Hər bir müəssisədə, obyektdə qaz təhlükəli iş
yerlərinin və işlərin siyahısı işlənib hazırlanmalı və bütün
işçilərə çatdırlımalıdır. Bu işlər xüsusi təlim keçmiş heyət
tərəfindən yalnız Tapşırıq – icazə əsasında və ya qazdanxilas-
etmə xidmətinin işçiləri tərəfindən yerinə yetirilməlidir.
1.11.4. Qaz təhlükəli işlər, bu işlərin təhlükəsiz yerinə ye-
tirilməsi nəzərə alınmaqla tərtib və təsdiq olunmuş plan və
həmin işlərin yerinə yetirilməsinə icazə olduqda aparılmalıdır.
Işlərin aparılması planında iş yerləri, işçilərin yerləşdiril-
məsi, istifadə olunacaq avadanlıq, mexanizm və vasitələr,
giriş və çıxışlar, ventilyasiya üsulları və həmçinin təhlükəsizliyi
təmin edən digər lazımi tədbirlər dəqiq müəyyən olunmalıdır.
1.11.5. Qaz təhlükəli işlərə başlamazdan əvvəl bilavasitə
yaxınlıqdakı (bitişik) sahədə, qonşu sexlərdə və aqreqatlarlda
(qurğularda) işləyən işçilər üçün təhlükəsiz şərait
yaradılmalıdır.
1.11.6. Planlı və həmçinin qəza hallarında qaz təhlükəli
işlər müəssisənin rəisi və ya baş mühəndisi tərəfindən təyin
olunmuş mühəndis – texniki işçinin rəhbərliyi və qazdan
xilasetmə xidmətinin nəzarəti altında yerinə yetirilməlidir. 
1.11.7. Müəssisədə qazdan xilasetmə xidməti olmadıqda
qaz təhlükəli işlərə nəzarəti bu işlərə məsul şəxs həyata
keçirir.
1.11.8. Qaz təhlükəli işlər aparılarkən müəssisənin (ob-
yektin) dispetçeri ilə etibarlı telefon və ya radio rabitəsi
(rasiya) təmin olunmalıdır. 
1.11.9. Qaz təhlükəli işlərə başlamazdan əvvəl bu işlərə
məsul şəxs, hazırlıq tədbirləri planının yerinə yetirilməsini,
təmir üçün lazımi avadanlıqların, mexanizmlərin, alətlərin,
materialların, qazdan mühafizə aparaturasının və digər
mühafizə vasitələrinin mövcudluğunu və sazlığını, o cümlədən
bütün açılmaların (otklöçenie) etibarlılığını və nərdivanların,
52


meydançaların, çəpərlənmələrin mövcudluğunu və sazlığını
şəxsən yoxlamalıdır.
1.11.10. Işə başlamazdan əvvəl bu işlərə məsul şəxs
işçiləri işlərin yerinə yetirilməsi üsul və qaydalarına, mühafizə
vasitələrindən istifadə qaydalarına və zərərçəkmişlərə ilk tibbi
yardım göstərilməsinin üsul və qaydalarına dair
təlimatlandırmalıdır.
1.11.11. Qaz təhlükəli işlərdə zərbədən qığılcım əmələ
gətirməyən metaldan hazırlanmış alətlərdən istifadə
olunmalıdır. 
Iş yerini işıqlandırmaq üçün 12V gərginlikli partlayışdan
mühafizəli daşınma çıraqlardan (fənərlərdən) istifadə olun-
malıdır.
1.11.12. Qazlı sahəyə (və ya qaynaq işləri aparılan yerə)
girməyə yalnız bu işlərə məsul rəhbərin icazəsindən sonra yol
verilir.
1.11.13. Otaqlarda, xəndəklərdə, bağlı yerldərdə, quyu-
larda (çalalarda) qaz təhlükəli işlər aparılan zaman təbii və ya
süni ventilyasiya yolu ilə etibarlı hava mübadiləsi təmin
olunmalıdır.
1.11.14. Partlayış təhlükəli otaqlarda və otaqlardan
xaricdə (açıq yerlərdə) yerləşən partlayış təhlükəli qurğularda
odlu işlərin (lehimləmə, qaynaq işləri və s.) və həmçinin
qığılcım əmələ gəlməsi ilə müşayiət olunan (elektrik sınaqları,
Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin