1.14.1.2. Yükləmə-boşaltma işləri müəssisənin rəhbərliyi
tərəfindən
əmrlə təyin edilmiş, bu işlərin təhlükəsizliyinə
cavabdeh şəxsin rəhbərliyi altında yerinə yetirilməlidir.
1.14.1.3. Yükün ağırlığı 50 kq-dan çox olan hallarda yük-
ləmə-boşaltma işləri bir qayda olaraq kranların, yükləyici və
kiçik mexanizasiya vasitələrinin köməyi ilə yerinə yetirilməlidir.
1.14.1.4. Yüklərin yüklənib-boşaldılması zamanı
avtomobil sürücülərini yükləyici kimi işlətmək qadağandır.
1.14.1.5. Qaldırıcı kranın tətbiqi ilə yükləmə-boşaltma iş-
lərinə rəhbərlik edən şəxs elə yerdə olmalıdır ki, krançının onu
yaxşı görməsi təmin olunsun.
1.14.1.6. Iki və daha çox ilməkçi tərəfindən aparılan yük-
ləmə-boşaltma işlərində krançı yalnız təyin olunmuş (baş) il-
məkçinin işarəsindən sonra yükü qaldırıb-endirə və ya yerini
dəyişdirə bilər.
1.14.1.7. Mexanizm və ya qurğu ilə qaldırılmış yük
altında və onun hərəkəti istiqamətində adamların olması
qadağandır.
1.14.1.8. Mexanikləşdirilmiş
qurğular işlədilən yerlərdə
kənar şəxslərin olması qadağandır.
1.14.1.9. Nasaz mexanizm və qurğulardan istifadə etmək
qadağandır.
1.14.1.10. Yükün yuxarıdan yalnız sıra ilə və yaxud topa
ilə yığılmasına icazə verilir.
1.14.1.11. Yükləmə-boşaltma, ağır yüklərin daşınması və
onların nəql edilməsi işlərini yerinə yetirən fəhlə bədbəxt hadi-
sələr zamanı ilk tibbi yardım göstərilməsi qaydalarını və üsul-
larını mükəmməl bilməli və onları tətbiq etməyi bacarmalıdır.
1.14.1.12. Yük daşıyan bütün nəqliyyat vasitələrinin
tüstü boruları qığılcım söndürənlə təchiz olunmalıdır.
1.14.1.13. Yükləmə-boşaltma işləri adətən gündüz vaxtı
aparılmalıdır. Sutkanın qaranlıq vaxtı (gecə)
yükləmə-
boşaltma işləri yerinə yetirilərsə, iş yeri lazımınca
65
işıqlandırılmalı və bu işlər cavabdeh şəxsin rəhbərliyi altında
aparılmalıdır.
1.14.1.14. Yükləmə-boşaltma meydançaları hamar olmalı
və onların mailliyi 5
0
–dən çox olmamalıdır.
1.14.1.15. Yükləmə-boşaltma
işləri ilə məşğul olan
işçilərin təhlükəsiz hərəkət etmələri və həmçinin, nəqliyyat və
xüsusi texnikinin sərbəst manevr etməsi və yerləşməsi üçün
meydança müvafiq ölçülərə malik olmalı, döşəməsi isə yerinə
yetirilən işlərin tələblərinə uyğun olmalıdır.
1.14.1.16. Meydança qış vaxtı buzdan, qardan təmizlən-
məli, lazım gələrsə, qum,kül, şlak tökülməlidir.
1.14.1.17. Yükləmə-boşaltma meydançalarının göstərici
işarələrlə təchiz olunmuş giriş, çıxış və dönmək üçün yolları ol-
malıdır.
1.14.1.18. Eyni vaxtda
bir neçə nəqliyyat vasitəsi
yüklənib-boşaldılarsa, onların arasındakı məsafə 1 m-dən az
olmamalıdır.
1.14.1.19. Yüklərin nizamsız vəziyyətdə və divara (tikiliyə
və ya hər hansı bir qurğuya və s.) söykənmiş halda
saxlanması (yığılması) qadağandır.
1.14.1.20. Banın (kuzovun) bortlarının hündürlüyündən
artıq çıxan ədədlə daşınan yüklər saz kəndirlə etibarlı bərkidil-
məlidir. Bu məqsəd üçün metal kanat və məftildən istifadə
etmək qadağandır.
1.14.1.21. Anbarlarda saxlanılan yükləri nəqliyyat vasitə-
sinə rahat və təhlükəsiz
yükləmək və ya boşaltmaq üçün,
anbarların qarşısındakı platformalar (estakadalar) nəqliyyat
vasitəsinin banının (kuzov) döşəməsi səviyyəsində olmalıdır.
1.14.1.22. Yüklər avtomobilin kuzovuna aşağıdakı tələb-
lərə riayət edilməklə yığılmalıdır:
-qarışıq yüklər avtomobilin bortları hündürlüyünü aşma-
maqla kuzovun bütün sahəsi
üzrə bərabər paylanmaqla
yerləşdirilməlidir;
66
-bortun hündürlüyünü aşan tək-tək yüklər etibarlı bərki-
dilməlidir;
-yığılmış (yüklənmiş) yüklərin hündürlüyü yol boyu
qarşıya çıxan körpülərin, tunellərin və darvazaların keçid
hissələrinin qabarit ölçülərini aşmamalıdır.
1.14.1.23. Qabarit ölçülü olmayan yüklərlə, borularla, tir-
lərlə (şablon), torşəkilli, zəhərli
və yanar materiallarla
yüklənmiş avtomobilin kuzovunda və qoşqu meydançalarında,
həmçinin yük daşıyan ikitəkərli arabada adamların olması
qadağandır.
1.14.1.24. Zirzəmi və yarımzirzəmi olan yerlərdə hündür-
lüyü 1,5 m-dən çox olan pilləkəndən yükləri boşaltmaq
(yükləmək) üçün trap, lyuk, yükü qaldırıb-endirmək üçün isə
qaldırıcı mexanizm olmalıdır.
1.14.1.25. EVX altında yükləmə-boşaltma işlərini görmək
və ya hər hansı bir yükü orada anbarlaşdırmaq (hətta
müvəqqəti olsa belə) qadağandır.
Dostları ilə paylaş: