Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə29/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   25   26   27   28   29   30   31   32   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

Işçilərin təxliyəsi 
1.15.14. Bütün istehsalat obyektlərində qəzaların ləğvi və
işçilərin təxliyə planı olmalı və onunla bütün işçilər tanış
olmalıdır.
1.15.15. Qəzaların ləğvinə və işçilərin təxliyəsinə dair ildə bir
dəfədən az olmayaraq obyektdə (müəssisədə) təlimlər keçirilmə-
lidir.
1.15.16. Qazma vışkaları qəzalar zamanı yuxarı fəhləni
dərhal təxliyə etmək üçün təxliyə qurğusu ilə, vışkaaltı portal
isə qazma briqadası üzvlərini təxliyə etmək məqsədi ilə xüsusi
novla təchiz olunmalıdır.
1.16. Xüsusi geyim, xüsusi ayaqqabı və 
digər fərdi mühafizə vasitələri
1.16.1. Işçilər «Neftqazçıxarma sənayesində işçilərə
xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə
vasitələrinin pulsuz verilməsi normalar»ında [209] nəzərdə
tutulduğu kimi xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi
mühafizə vasitələri ilə təmin olunmalıdırlar. Verilən xüsusi
geyim və xüsusi ayaqqabı qüvvədə olan standartlara və
texniki şərtlərə uyğun olmalıdır.
1.16.2. Bütün müəssisələrdə xüsusi geyim və xüsusi
ayaqqabıların yuyulması, kimyəvi təmizlənməsi, dezinfeksiyası
təşkil olunmalıdır. Zərərli maddələrlə işləyən fəhlələrin xüsusi
geyimlərinin saxlanılması, deqazasiyası, dezaktivasiyası,
85


yuyulması və təmiri Dövlət sanitar nəzarətinin göstərişlərinə
müvafiq yerinə yetirilməlidir.
1.16.3. Istifadə olunmuş xüsusi geyim və xüsusi
ayaqqabı və digər fərdi mühafizə vasitələri, işçilərə, ancaq yu-
yulduqdan, təmirdən və dezinfeksiya olunduqdan sonra verilə
bilər.
1.16.4. Verilən xüsusi geyim və xüsusi ayaqqabı işçinin
ölçüsünə və boyuna uyğun olmalıdır. Xüsusi geyim iş vaxtı
işçinin hərəkətlərini məhdudlaşdırmamalıdır.
1.16.5. Iş vaxtı işçilər, onlara verilmiş FMV-dən istifadə
etməlidirlər. Mexanizmlərə xidmət edən işçilərin xüsusi geyimi
düymələnmiş vəziyyətdə olmalıdır. Qadınlar saçlarını beretin
və ya ləçəyin altına yığmalıdırlar.
Iş vaxtı şərf və yaylıqların uclarının sallanmış vəziyyətdə
olması qadağandır.
1.16.6. Yad cisimlərin gözə düşmə təhlükəsi olduğu
halda işçilər qoruyucu eynəkdən istifadə etməlidirlər.
1.16.7. Qazma, quyuların əsaslı və cari təmiri briqadaları,
vışkaquraşdırıcılar, yuxarıda sadalanan obyektlərə baş çəkən
şəxslər (mədən ərazisində bütün işçilər) qoruyucu dəbilqədən
istifadə etməlidirlər. Havalar soyuq keçdikdə isti altlıqlı
dəbilqədən istifadə olunmalıdır.
1.16.8. Aşındırıcı qələvilərlə işləyən işçilər kətan və ya
başqa qələviyə davamlı parçadan olan əlcək və xüsusi
geyimlə, qoruyucu eynəklə, rezin ayaqqabı və rezin önlüklə
təmin olunmalıdır və onlarda işləməlidir. 
1.16.9. Turşularla işləyən işçilər qoruyucu eynəklə,
mahud və digər turşuyadavamlı parçadan olan xüsusi geyim
və əlcəklə, rezin ayaqqabı və rezin önlüklə təmin olunmalı və
onlarda işləməlidir. 
1.16.10. Radioaktiv maddələrlə işləyənlər ionlaşdırıcı
şüalardan qorunmaq üçün [209] uyğun olaraq fərdi mühafizə
vasitələri (qoruyucu kostyumlarla, xüsusi geyimlərlə, xüsusi
86


ayaqqabılarla, əlcəklərlə, respiratorlarla və s.) ilə təmin
olunmalıdır.
1.16.11. Çirklənmiş (dezaktivasiya olunmamış), nasaz
(zədələnmiş) və ya köhnəlmiş fərdi mühafizə vasitələrindən
istifadə etmək qadağandır.
1.16.12. Radiasiya təsirinə məruz qalmış xüsusi geyim,
xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri
dezaktivasiya edilməli və əgər bu mümkün deyilsə, onlar
məhv edilmək üçün [236]–ya uyğun Bakı Şəhəri Icra
Hakimiyyəti nəzdində olan «IZOTOP» ixtisaslaşdırılmış
(xüsusi) kombinatına təhvil verilməlidir.
1.16.13. Işçi zonada qazın miqdarı buraxıla bilən qatılıq-
dan çoxdursa, fəhlələr əleyhqazdan istifadə etməlidir.
1.16.14. Tənəffüs orqanlarının filtrli fərdi mühafizə vasi-
tələri iş görülən yerin havasında oskigenin həcmi miqdarı
18%-dən az olmadıqda və zərərli maddələrin məhdud
qatılığında (həcmi 0,5% çox olmadıqda) istifadə olunmalıdır.
1.16.15. Zərərli (təhlükəli) qaz yığılması ehtimal olunan
quyularda (kolodeü), qaz kəmərlərində, neft çənlərində və
digər yerlərdə işləyən fəhlələr şlanqlı əleyhqazlardan istifadə
etməlidirlər.
1.16.16. Işçinin şlanqlı əleyhqazla fasiləsiz işləmə
müddəti 30 dəqiqədən artıq olmamalıdır. Sonradan işçi təmiz
havada 15 dəqiqədən az olmayaraq istirahət etməlidir. Hər bir
konkret iş yerində, iş vaxtı, işlərin aparılmasına cavabdeh olan
şəxs tərəfindən müəyyən edilməlidir.
1.16.17. Fəhlələrə təhkim olunmuş əleyhqazlar sexdə,
imkan daxilində iş yerinə yaxın yerdə xüsusi dolablarda (şkaf)
saxlanılmalıdır.
1.16.18. Izoləedici tənəffüs aparatlarından, işlərin aparıl-
masının texnologiyasında nəzərdə tutulmuş hidrogen-sulfidin
ehtimal olunan ayrılmaları ilə əlaqədar əməliyyatların yerinə
87


yetirilməsi və qəza vəziyyətinin yarandığı halda təxirəsalınmaz
tədbirlərin görülməsi zamanı istifadə edilməlidir.
1.16.19. Tənəffüs aparatları ölçülərə uyğun seçilməlidir.
Hər bir aparatın pasportu olmalı və üzərinə işçinin adı, soyadı
yazılmış etiket bərkidilməlidir. Pasportda tənəffüs aparatının
sazlığı və növbəti sınanılma müddəti barədə yazılar olmalıdır.
1.16.20. Qazdan mühafizə vasitələri, istismar üzrə
təlimata müvafiq olaraq, qaz xilasetmə xidmətinin
laboratoriyasında yoxlanılmalıdır.
1.16.21. Iş yerlərində mühafizə vasitələrinin istismarı,
yoxlanılması və saxlanılması üzrə təlimat olmalıdır.
1.16.22. Qaz təhlükəli obyektdə qazdan mühafizə vasitə-
lərinin qəza ehtiyatı olmalıdır. Onların miqdarı və növü
işləyənlərin sayı, obyektin uzaqlığı, görülən işlərin xüsusiyyəti
nəzərə alınmaqla təyin olunmalı və qaz təhlükəsizliyi xidməti
ilə razılaşdırılmalıdır.
1.16.23. Əleyhqazlar və tənəffüs orqanlarının digər fərdi
mühafizə vasitələri üç aydan bir yoxlanılmalıdır. Filtrli əleyh-
qazlar onların texniki pasportlarında göstərilmiş qayda və
müddətlərdə dəyişdirilməlidir.
1.16.24. Fəhlələr tozlu iş şəraitində toz əleyhinə respira-
tordan, qoruyucu eynəkdən kombinezondan istifadə etməklə
işləməlidirlər.
1.16.25. Yer səthindən (döşəmədən) 2 m-dən daha artıq
yüksəklikdə aparılan tikinti-quraşdırma və texnoloji işlər qoru-
yucu kəmərlərdən istifadə etməklə yerinə yetirilməlidir.
1.16.26. Hər bir qoruyucu kəmər dəstində, kəmərin işə
yararlığını və hazırlanma tarixini təsdiq edən, həmin kəməri is-
tehsal edən zavodun texniki nəzarət şöbəsinin möhürü
olmalıdır. 
Qoruyucu kəmərin sazlığı hər dəfə istifadə edilməmişdən
əvvəl işçi tərəfindən yoxlanılmalıdır (işin rəhbəri tərəfindən isə
on gündən bir).
88


1.16.27. Hər altı aydan bir qoruyucu, xilasedici
kəmərlərin möhkəmliyi xüsusi stenddə statik yükə
sınanılmalıdır. Qoruyucu kəmərin elementlərində qalıq
deformasiyaları və dağılma aşkar olunmadıqda, kəmər
sınaqdan (300 kq yükü 5 dəqiqə müddətində asmaqla) çıxmış
hesab olunur.
1.16.28. Metal hissələrində dərin korroziya izləri olan və
kəmərin möhkəmliyini zəiflədən digər nasazlıqlarda qoruyucu
kəmərdən istifadə etmək qadağandır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin