1.14.5. Yanar (tezalışan) yüklərin yüklənməsi,
boşaldılması və nəqli
1.14.5.1. Yanar (tezalışan) yüklər – benzin, kerosin,
liqroin, metanol, texniki spirt, dixloretan və s. avtosisternlərdə
və ya metal çəlləklərdə nəql edilir. Başqa qablarda (şüşə
qablarda, vedrələrdə və s.) yanar yükləri nəql etmək
qadağandır.
1.14.5.2. Yanar yüklərin daşınması və saxlanılmasında is-
tifadə olunan tutumlar saz və germetik olmalıdır.
1.14.5.3. Bu məqsəd üçün istifadə olunan sisternlərin və
tutumların üzərində silinməyən açıq rənglə «Zəhər», «Oddan
təhlükəlidir!» və yanar məhlullar üçün qəbul olunmuş başqa
xəbərdaredici işarələr yazılmalıdır.
1.14.5.4. Yanar yüklərin doldurulması və boşaldılması za-
manı papiros çəkmək və oddan istifadə etmək qadağandır.
75
1.14.5.5. Partlayış təhlükəli, tezalışan və zəhərli yüklərin
doldurulması və boşaldılması işinə, həmin yüklərin
xüsusiyyətləri və təhlükəliliyi haqqında xüsusi təlim keçmiş
fəhlələr buraxılır.
1.14.5.6. Çəlləkləri diyirlətmək üçün polad lingdən
istifadə etmək qadağandır.
1.14.5.7. Yanar məhlulla dolu olan çəlləklər avtomobilin
banına (kuzova) araqatı olan ramalara və ya ağac çüy bərkit-
məklə tıxacı yuxarı vəziyyətdə yığılmalıdır. Benzin və ya başqa
neft məhsulları ilə dolu olan çəlləkləri avtomobildən yerə
atmaq qadağandır.
1.14.5.8. Çəlləklərin nəqlində, saxlanılmasında və yük-
lənməsində onların düşməməsi üçün xüsusi tədbirlər
görülməlidir. Dolu çəlləklər saxlanılan və nəql edilən zaman
onlar günəş şüalarından və yerli qızmadan qorunmalıdır.
1.14.5.9. Yanar yükləri daşımaq üçün təyin olunmuş av-
tomobildə yanğını söndürmək üçün vasitələr və xəbərdarlıq
siqnalı (qırmızı bayraq) olmalıdır.
1.14.5.10. Təhlükəli maddələrin daşınması nəzərdə
tutulan taralar, ümumi istifadə üçün olan avtomobil
nəqliyyatlarında təhlükəli yüklərin saxlanması və daşınması
[217] tələblərinə cavab verməlidir.
1.14.5.11. Təhlükəli maddələr olan bütün yük yerlərində
yükün təhlükəlilik növünü (dərəcəsini), qablaşdırmanın yuxarı
hissəsini, qablaşdırmada olan zərif qabların sayını göstərən
yarlıqlar olmalıdır.
1.14.5.12. Yükləmə –boşaltma işlərini yerinə yetirərkən
yükün növündən və iş şəraitindən asılı olaraq müvafiq fərdi
mühafizə vasitələrindən istifadə edilməlidir.
1.14.5.13. Yanar yük çəlləklərinin nəqli zamanı avtomo-
bilin banında (kuzovda) işçinin olması qadağandır.
1.14.5.14. Yanar (tezalışan) yüklərin boşaldılması və dol-
durulması zamanı avtosistern, yaxınlıqda olan yerləbirləşdirici
76
qurğuya bənd edilməlidir, əgər o yoxdursa, kənarda 0,5 m
dərinliyə torpağa sancılmış daşınma yerləbirləşdiriciyə
bərkidilməlidir.
1.14.5.15. Avtosisterni yerləbirləşdirici qurğudan ayırma-
ğa, yalnız doldurulma və ya boşaldılma prosesi qurtardıqdan
sonra icazə verilir.
1.14.5.16. Statik elektrikləşmədən qorunmaq üçün tətbiq
olunan xüsusi təyinatlı yerləbirləşdirici qurğunun müqaviməti
100 Om-dan çox olmamalıdır.
1.14.5.17. Boşaldıcı rezin şlanqlar, diametri 2 mm-dən az
olmayan mis məftillə sarınmalı, sarğının addımı 100 mm-dən
çox olmamalı, məftilin bir ucu şlanqa digər ucu isə şlanqın
ucluğuna bərkidilməlidir. Şlanqın ucluğu zərbədən qığılcım
yaratmayan metaldan olmalıdır.
1.14.5.18. Avtosisternlərə doldurma və boşaltma işləri
müəyyən maddələr üçün xüsusi təyin olunmuş nasoslardan,
qüsursuz şlanqlardan və borulardan istifadə etməklə yerinə
yetirilməlidir.
1.14.5.19. Avtosisternlərin doldurulması və boşaldılması
yükgöndərən və yükalan təşkilatın qüvvə və vəsaiti ilə yerinə
yetirilir. Yükün avtomatikləşdirilmiş sistem vasitəsi ilə
boşaldılması istisna olmaqla, yükləmə-boşaltma işlərini
aparmaq üçün sürücülərdən istifadə etmək qadağandır.
1.14.5.20. Avtomobildə qurulmuş nasosun köməyi ilə ye-
rinə yetirilən doldurma və boşaltmanı istisna etməklə,
təhlükəli yüklərin avtomobilə yüklənib və boşaldılması yalnız
avtomobilin mühərriki sönmüş olduqda yerinə yetirilməlidir.
Belə halda sürücü nasos idarə olunan yerdə olmalıdır.
1.14.5.21. Qığılcımsöndürücü quruluşla təchiz olunmuş
işlənmiş qazlar borusu (boğucu boru) avtosisternin mühərri-
kindən qabağa çıxarılmalıdır.
77
1.14.5.22. Yanar maddələr saxlanılan (benzin, kerosin və
s.) tutumların doldurulma həddi tutumların həcminin 95%-dən
çox olamamalıdır.
1.14.5.23. Doldurma və ya boşaltma üçün saxlanılmış
avtosisternin işəsalma açarı söndürülməli və sürətlər qutusu
neytral vəziyyətdə saxlanılmalı, çarxların altına qabaqdan və
arxadan dayaq qoyulmalıdır.
1.14.5.24. Avtosisterndə lyukun açılması və dirsəyin bər-
kidilməsi zamanı işçilər küləkdöyən (əsən) tərəfdə
dayanmalıdırlar.
1.14.5.25. Avtosisterni doldurarkən, rezin şlanqın ucu
sisternin dibinə qədər salınmamalıdır (dibdən 200 mm
məsafədən artıq olmamaq şərti ilə).
1.14.5.26. Doldurma və boşaltma estakadası ərazisində
avtosisternin təmiri qadağandır.
1.14.5.27. Avtosistern doldurulduqdan sonra rezin
şlanqın içərisindəki maye tam boşaldılmalı və bu zaman yanar
maddənin yerə tökülməsinə yol verilməməlidir.
1.14.5.28. Avtosisternin yaxınlığında yanğın baş verərsə,
onu təcili təhlükəsiz yerə sürməli, bu mümkün olmadıqda
sisterni su şırnağı ilə sulamaq lazımdır.
1.14.5.29. Ərzaq məhsullarının təhlükəli maddələrlə
birgə daşınması qadağandır.
1.14.5.30. Yükü nəql edən zaman avtomobildə texniki
nasazlıq baş verərsə və bu nasazlığı yerində aradan qaldırmaq
mümkün olmazsa, sürücü daşıdığı yükün xüsusiyyəti barədə
xəbərdarlıq etməklə texniki kömək çağırmalı, təhlükəli maddə-
lərin axması halları olduqda isə bunu təcili aradan qaldırmaq
üçün müvafiq tədbirlər görməlidir.
1.14.5.31. Təhlükəli yüklərin yüklənməsi və boşaldılması
ərazisində və onların daşınması zamanı papiros çəkmək,
yaxud oddan istifadə etmək qadağandır.
78
Papiros çəkməyə yalnız xüsusi ayrılmış yerlərdə icazə
verilir.
Dostları ilə paylaş: |