nərdivanla, oturacaq yerləri ilə, banının
içərisi isə
işıqlandırılma ilə təchiz olunmalıdır.
1.15.2. Işçilərin daşınması «Yol hərəkəti qaydaları»na
uyğun yerinə yetirilməlidir.
1.15.3. Nəqliyyat vasitələrinin sürücüsü azı üç il fasiləsiz
iş stajına malik olmalıdır.
1.15.4. Avtomobilin hərəkəti zamanı banda ayaqüstə
dayanmaq və ya bortun üstündə oturmaq qadağandır.
1.15.5. Avtomobilin hərəkəti zamanı avtomobilə atılıb
minmək və ya ondan düşmək qadağandır.
1.15.6. Işçilərin daşınması
üçün nəzərdə tutulmuş
nəqliyyat vasitələri daim saz vəziyyətdə olmalı və hər gün işə
başlamazdan əvvəl texniki baxışdan keçməlidir.
1.15.7. Işçilər avtomobilin banında daşındıqda onlardan
bir nəfər rəhbər seçilməli və onun göstərişlərinə qeyd-şərtsiz
əməl olunmalıdır.
1.15.8. Işçilərin daşınması üçün nəzərdə tutulmuş və ya
bu məqsəd üçün təchiz olunmuş yük avtomobillərinin banında
rahat çıxarılan, həcmi iki litrdən az olmayan iki ədəd
yanğınsöndürmə balonu olmalıdır.
1.15.9. Daşınan işçilərin sayı avtobusda (yük avtomobi-
lində) olan oturacaqların sayından çox olmamalıdır.
1.15.10. Işçiləri daşıyan yük avtomobilləri işçilərə ilk tibbi
yardım göstərmək üçün dərman və sarğı materialları olan dər-
man qutusu ilə təchiz olunmalıdır.
1.15.11. Dayanmış avtobusun qapısının açılması digər
nəqliyyat vasitələrinə təhlükə yaradırsa və ya onların
hərəkətinə maneçilik törədirsə, onda adamların
düşüb-
minməsinə icazə verilmir.
1.15.12. Işçiləri daşıyan yük avtomobilinin arxa bortu bo-
yunca oturacaqların quraşdırılması qadağandır.
84
1.15.13. Işçiləri daşıyan avtomobilin banı daşınan
işçilərlə sürücü arasında əlaqə yaradan səs siqnalı ilə təchiz
olunmalıdır.
Dostları ilə paylaş: