Азярбайъан республикасы


 Sıxılmış və mayeləşdirilmiş qaz balonlarının



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə26/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   22   23   24   25   26   27   28   29   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

1.14.6. Sıxılmış və mayeləşdirilmiş qaz balonlarının 
yüklənməsi, boşaldılması və nəqli
1.14.6.1. Sıxılmış və mayeləşdirilmiş qazla doldurulmuş
balonlar xüsusi olaraq quraşdırılmış avtomobillərdə
daşınmalıdır.
1.14.6.2. Sıxılmış və mayeləşdirilmiş qazla dolu
balonların yüklənməsi, boşaldılması və nəqli zamanı son
dərəcə ehtiyatlı olamaq lazımdır, çünki onlar bir yerə dəyərsə,
düşərsə partlaya bilər.
1.14.6.3. Baş verə biləcək partlayışın qarşısını almaq
üçün yanar qazla dolu balonlarla birgə oksigen, asetilen olan
balonlar və başqa balonlar saxlanılmamalıdır.
Oksigen balonları yağ və piy olan qablarla bir yerdə ol-
mamalıdır. 
1.14.6.4. Müvafiq rəngə boyanmış balonların üstündə
qazın adı yazılmalı, balonların ventillərinin yan ştuserlərinə
qoruyucu başlıqlar və tıxaclar qoyulmalıdır.
1.14.6.5. Sıxılmış (mayeləşdirilmiş) qaz balonları daşınan
avtomobillər balonların diametrinə uyğun olan və çökəkləri
keçə ilə örtülmüş xüsusi rəflərlə təchiz olunmalıdır.
Balonlar, onların qoruyucu başlıqları bir tərəfə olmaqla,
avtomobilin banının (kuzovunun) eninə və onun bortları hün-
dürlüyü hədlərinə qədər yığıla bilər.
Qoruyucu başlıqlar axıra qədər burulub bağlanmalıdır.
1.14.6.6. Qaz balonlarını, onlar saxlanılan yerdən
yüklənən yerə qədər və ya boşaldılan yerdən saxlanılan yerə
qədər xüsusi əl arabalarında üfqi vəziyyətdə aparmaq
79


lazımdır. Əl arabasında balon ölçüsündə keçə çəkilmiş yuvalar
olmalıdır.
Yanar qazla dolu balonları çiyində aparmaq qəti qadağan-
dır.
1.14.6.7. Oksigen balonlarının saxlanması, yüklənib-bo-
şaldılması və nəqli zamanı onların üstünə yağın düşməsi və
yağlı maddəyə bulaşmış avadanlığa, əskiyə və s. toxunması
istisna edilməlidir.
1.14.6.8. Oksigen balonlarını yanar qazlar və xlor balon-
ları, kalsium karbid barabanları, piy, yağ, asan alışan və yanar
maye tutumları ilə birgə daşımaq qadağandır.
1.14.6.9. Oksigen balonuna kant çəkilən zaman
ventildən əl ilə tutmaq qadağandır.
1.14.6.10. Avtomobili müşayiət edən yükləyicinin sıxılmış
qaz balonlarını daşımaq hüququ verən sənədi olmalıdır. Balon-
ları yükləyərkən və boşaldarkən onları tullamaq və yaxud bir-
birinə zərbə ilə dəyməsinə yol vermək olmaz.
1.14.6.11. Avtomobilin banına (kuzovuna) bir cərgədən
artıq balonlar yığılarsa, onların bir-birinə toxunmasının
qarşısını almaq üçün xüsusi qoruyucu altlıqlardan (çökəkli)
istifadə etmək lazımdır.
1.14.6.12. Ilin isti fəslində (aylarında) balonları günəş
şüalarından qorumaq üçün, onların üstünə brezent və ya
başqa günəşdən qoruyan material örtmək lazımdır.
1.14.6.13. Balonları qızmış əşyaların və ya sobanın
yanında saxlamaq qadağandır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin