-yükün üstündə adam olduqda onu qaldırmaq və yerini
dəyişmək.
1.14.3.13. Paket halında yığılmış yüklər elə
ilməklənməlidir ki, onları yüksəkliyə qaldırarkən, ayrı-ayrı
hissələrinin və ya yüklərin bütünlükdə düşməsi halları istisna
olunsun. Uzunölçülü yükləri mütləq travers tətbiq etməklə iki
ilməklə bağlamaq lazımdır.
1.14.3.14. Yük qaldırılarkən və yerə endirilərkən qadağan-
dır:
-yük bərkidilmiş burazdan tutmaq;
-qaldırılan yükün altında və ya onun hərəkəti
istiqamətində olmaq;
-divarla yük arasında olmaq.
1.14.3.15. Açıq havada yükqaldırıcı kranla işləyərkən
11m/san və daha çox küləkli havada yükləmə-boşaltma işləri
tam dayandırılmalıdır.
1.14.3.16. Yüklərin yerdəyişməsi ilə bağlı yükqaldırıcı
mexanizmlər vasitəsi ilə yerinə yetirilən yükləmə-boşaltma
işləri və digər işlər zamanı krançılar bu əməliyyatları yalnız
siqnal üzrə yerinə yetirməlidirlər.
Dostları ilə paylaş: