Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 268,16 Kb.
Pdf görüntüsü
səhifə6/17
tarix01.12.2023
ölçüsü268,16 Kb.
#170524
1   2   3   4   5   6   7   8   9   ...   17
186 movzu 10 huquq sosial normalar sisteminde

Tarixən hüquq 
ona 
görə yaranıb ki, yeni şəraitlərdə digər tənzimləyicilər, o 
c
ümlədən əxlaq təşkilatlanma və qayda-qanun üçün, istehsalçının 
xoşagəlməz hadisələr və özbaşınalıqdan müdafiəsi üçün yetərincə 
təminatçı ola bilmir. Hüququn xüsusiyyətləri isə buna cavab 
vermişdir. 
Əxlaq və din hüquqla rəqabət apara bilmir. Partikulyarizm prinsipcə 
hüquq sistemi üçün qəbuledilməzdir. Buna görə də hüquq sistemi 
c
əmiyyətdə yeganə olmalıdır. Əxlaqi və dini sistemlər isə bir neçə ola 
bilər: hakim və korporativ əxlaq, hakim elitanın və idarəolunanların 
əxlaqı, yaxud Alman filosofu Fridrix Nitsşe demişkən, «hökmdarın əxlaqı 
və qulların əxlaqı». 
Normativ 
tənzimləmənin prioritet tipii kimi hüquq və əxlaq bir-birinə 
qarşılıqlı təsir göstərirlər. Bu təsirin formulu belə ifadə oşuna bilər: əxlaq 
qanunun 
pozulmasını tələb edə bilməz; hüquq öz normalarında əxlaqsız 
əməlləri möhkəmlətməməlidir (və təbii ki onların icrasının yerinə 
yetirilməsini də).
Əxlaqın hüquqa təsiri ikinciyə əxlaqi istiqamət verir. Hüququn 
əxlaqi dəyəri ondadır ki, onun normaları və institutları hüquqi vasitələrlə 
və mexanizmlərlə insanın və vətəndaşın azadlıqlarına, onlardan istifadə 
imkanına təminat verir, şəxsi həyata və şəxsi azadlıq sferasına özbaşına 
müdaxiləni istisna edir. Hüququn mənəvi borcu ondadır ki, o, sosial 
ədalətin tələblərini təsdiqləməli və həyata keçirməlidir. Bu mənada hüquq 
c
əhətdən ədalətin normativ təsdiqlənmiş ifadəsi olmalıdır.



Hüquq və əxlaqın yaxınlaşması eyni zamanda hüququn əxlaqa 
çevrilməsi deməkdir. Belə yaxınlaşma öz sərhədlərinə malikdir və ondan 
kənarda hüquq öz unikallığını itirmək təhlükəsi ilə üzləşir. 
Əxlaq və hüququn nisbətini aşağıdakı kimi daha yaxşı təsvir etmək 
mümkündür: 
1) 
Hüquq rassional, əxlaq irrasional qaydalardır; 
2) 
Hüququ yazılı şəkildə qeyd etmək olur, əxlaqi isə yox; 
3) 
Hüquq yalnız insanların hərəkətlərini müəyyən edir, əxlaq isə 
düşüncə, hiss və ehtirasları da nizamlayır; 
4) 
Hüquqda heç bir qiymət-«yaxşı» və «pis» anlayışları yoxdur. 
Əxlaqda isə xeyir və şər tarixən formalaşıb.
5) 
Hüquq yalnız tərəflər arasında mövcud olur, yəni miqyas 
məhduddur. Əxlaq isə hər yerdə var; 
6) 
Hüquq yalnız tərəflər arasında mövcud olur. 
Hüquq qarşılıqlılıq tələb edir. Hüquq insanların başqaları 
haqqında düşüncələrini nizamlaya bilmir.
I. 
Hüquqda A

B II. 
Əxlaqda isə A 






Hüquq ikinci münasibətləri nizamlamır, çünki qarşılıqlı münasibət 
yoxdur. 
7) 
Hüquqda mübahisə III tərəf vasitəsilə həll olunur. Yəni: 
A B 
mübahisə B 


və B arasında mübahisə var, C onların hər biri ilə ortaq 
mənafeyə malik olmayıb, neytraldır, yəni mübahisənin iştirakçısı deyil. 
Amma 
əxlaqda mübahisə mübahisə iştirakçılarından biri tərəfindən həll 
olunur.
8) 
Hüquqda hər kəs bərabərdir. Əxlaqda isə yox, (məs; yaşlı və 
cavan). 
Hüquq faktiki bərabərsizliyi nəzərə almır. Əxlaq isə əksinə onları 
nəzərə alır, qəbul edir. 
9) 
Hüquqda hökmən yaradan və realizəni təmin edən xüsusi 
təsisat olmalıdır. Əxlaqda isə belə təşkilatlara ehtiyac yoxdur. 
10)
Hüquq daim dəyişkəndir, çünki hüquq mənbələrdə təsbit edilib. 
Mənbələr dəyişirsə, hüquq da dəyişir. Əxlaqda dəyişikliyin baş verməsi 
üçün nəsil dəyişilməlidir.


10 
Hegel
hüquq və əxlaq arasında fərqi belə ifadə edir:
1) H
Ə
Burada 
hüquq və əxlaq heç vaxt qovuşmur.
Ayrı-ayrı sahələri var.
2) Kant 
isə bu fərqi belə ifadə edir:
Ə

Burada 
əxlaq hüququ ehtiva edir, hüquq əxlaqın tərkib hissəsi olur. 
Hüquq cəmiyyət üçün vacib olan qaydaları təmin edir, əxlaqdan törənir. 
Bu c
ür yanaşma «etik minimum» adlanır.
3) «Skandinv realizimi» hüquq və əxlaq nisbətini aşağıdakı kimi 
hesab edir:

Ə 
Hüquq əxlaqı ehtiva edir, əxlaq hüququn tərkib hissəsidir.
4) Sonuncu 
yanaşmada isə hüquq və əxlaq sərbəst normativ 
sistemlərdir.
H
Ə 


11 

Yüklə 268,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin