AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR
NAZİRLİYİ
P O L İS A K A D E M İ Y A S I
Kafedra: "Dövlət və hüquq nəzəriyyəsi"
Fənn: "Hüquq nəzəriyyəsi -1"
MÜHAZİRƏ
MÖVZU №10: «Hüquq sosial normalar sistemində»
2
MÖVZU: «Hüquq sosial normalar sistemində»
P L A N:
Giriş:
1. Sosial
normaların anlayışı , əlamətləri və cosial normaların
təsnifatı.
2.
Hüquq və digər sosial normaların nisbəti.
Nəticə:
3
G
İ R İ Ş
İnsan davranışları hüquqi, dini, əxlaqi, etik ənənə və adət kimi
qaydalarla
tənzimlənmişdir. Bunlara qısaca sosial normalar deyilir. Sosial
normalar
tək-tək araşdırmazdan əvvəl bu qaydaların ortaq əlamətlərinə
qısaca diqqət yetirək:
1) normativlilik:
əmr, (qadağa), yasaq və ya icazə. Bütün sosial
normalar ya
hər hansı bir davranışı əmr edir, ya qadağan edir, ya da hər
hansı bir hərəkətə icazə, səlahiyyət verir. başqa sözlə sosial normalar
daim
özündə əmr, qadağan və ya icazəni əks etdirən qaydalardır. Bu
əmr «qadağa», icarəyə «edilməli olan» (sollen) deyilir. Sosial
normaların xüsusiyyətinə «normativlik» deyilir. Belə bir əmr və qadağa
qoyulmayan qaydalar, normativ
deyillər və «norma» sayılmır.
Hüquq, din, əxlaq, etik, adət və ənənə adət qaydaları (normaları)
arasında normativlik baxımından bir fərq yoxdur. Hamısı normativ
xarakterlidir. Bunlar bir
şeyə əmr edir, qadağan edir və ya icazə verirlər.
Əxlaq normalarının yalnız əmr etdiyi, səlahiyyət vermədiyi deyilə bilər.
Buna
əxlaq normalarını açıqlayanda daha aydın görəcəyik.
2) Sosial
normaların mövzusu: «İnsanın davranın sosial normaların
əmr etdiyi, qadağa qoyduğu, icazə verdiyi hərəkət daim bir insan
davranışıdır. İnsandan başqa varlıqların davranışlarını tənzimləyən
qaydalar
isə sosial norma sayılmır. Aşağıda incəlikləriylə görəcəyimiz
kimi
hüquq, din, əxlaq, adət və ənənə normaları insan davranışlarını
tənzimləyir.
3) Sosial
normaların yaradıcısı – insan iradəsi-sosial normaların
tərkibi olan əmri, qadağanı və icazəni insanlar qoyur. Digər sözlə, sosial
normaların yaradıcısı bəşəri iradədir.
4) Sosial
normaların sanksiyası – sosial normalar sanksiyayla bağlı
qaydadır. Sanksiya qaydanı pozana qarşı tətbiq olunan, heç də xoş
olmayan rea
ksiyadır. Hansı qaydanın nə cür sanksiyası olduğunu
aşağıda görəcəyik. Hələlik onu deyə bilərik ki, sanksiyası olmayan bir
əmr və ya qadağa sosial norma deyil.
4
Dostları ilə paylaş: |