8
ic
azəli» və «hüquqi qadağalı» isə hüququn dəyərləndirici kateqoriyaları
kimi
çıxış edir.
Hüquqdan fərqli olaraq əxlaqda normalar və prinsiplərin
ixtisaslaşmışdaşıyıcıları yoxdur. O,
inam güclü, vərdişlər, mənəvi
borcdan
və s. təkrarən yaranır. Hüquq dövlətin ixtisaslaşmış
müəssisələrində xüsusi vasitələr və mexanizmlər yardımı ilə tətbiq edilir.
Lakin
hüququn əxlaqdakı kimi vicdan adlı güclü daşıyıcısı yoxdur. Hüquq
qanunçuluq hissinə etibar edir, lakin sonuncu
vicdandan fərqli olaraq
insanın status keyfiyyətinə daxil deyil.
Əxlaq - universal tənzimləyicidir və onun təsiri bütün insanların,
yaxud
demək olar ki, hamının əməl və hərəkətləri sferasına şamil edilir.
Doğrudur ki, elə sahələr var ki, onun təsirindən uzaqdır, ya da onun təsiri
yetərincə spesifikdir. Məsələn, xristian əxlaqının hamıya və hər kəsə
ünvanlanmış «anna və ataya ehtiram göstər» tələbi hüquqda
özünəməxsus tərzdə əksini tapmışdır. Hüquqdan bundan özgə heç nə
tələb
etmək olmaz, yoxsa o özünün hüquqi özünəməxsusluğunu itirə,
tövsiyəedici norma və məsləhətlərin toplusuna çevrilə bilər.
Hüququ əxlaqdan fərqləndirən cəhətlərdən biri də dövlət
təminatıdır.
Fikrimizc
ə,
onun
əxlaqdan,
həm
digər
sosial
tənzimləyicilərdən prinsipial fərqi də bundadır. Fiziki və hüquqi şəxslər
üzərində məsuliyyət qoyaraq hüquq elə təsir alətlərinə malik olur ki, onlar
vasitəsilə tələb olunan davranışa nail olmaq mümkündür.
Dostları ilə paylaş: