268
genişlənməkdə idi. Bunun nəticəsi olaraq 1905-ci il
avqustun 15-d
ə Nijni-Novqorod şəhərində Ümumrusiya
müsəlmanlarının birinci qurultayı keçirildi.
Qurultay
“İttifaqi-müslümin” adlı Ümumrusiya müsəlman ittifaqını
yaratmağı qərara aldı. Rusiya müsəlmanlarının ikinci
qurultayı 1906-cı il yanvarın 13-dən 23-dək Peterburq
şəhərində qeyri-leqal şəraitdə keçirildi. Qurultayda
“Müsəlman İttifaqı”nın Nizamnaməsi və Proqramı
müzakirə edilərək qəbul edildi.
Proqramda Ümumrusiya
türklərini birləşdirmək və çarizmə qarşı vahid cəbhədə
mübarizə aparmaq vəzifəsi irəli sürüldü.
1906-
cı il avqustun 16-23-də Nijni-Novqorodda
Ümumrusiya müsəlmanlarının üçüncü qurultayı keçirildi.
Qurultay “Müsəlman ittifaqı”na rəhbərlik etmək üçün
daimi yeri Bakı şəhəri olmaqla 15 nəfərdən ibarət
Mərkəzi
Komit
ə yaratmağı qərara aldı. MK-nin nəzdində üç
n
əfərlik büro yaradıldı. Onun tərkibinə Ə.M.Topçubaşov
(s
ədr), A.Aponayev (xəzinədar) və Ə.İbrahimov daxil
edildil
ər.
1905-
ci il 17 oktyabr Manifesti çar II Nikolay
t
ərəfindən elan edildikdən sonra bir qrup Bakı liberalı
kadetl
ərin Bakı şöbəsi ilə sıx əlaqədə olan Konstitusiyalı
Müsəlman Partiyası yaratdı. Partiyanın Proqramında
C
ənubi Qafqazın öz məclisi (Seym)
və milli idarəçilik
qurumları olan müstəqil bir bölgəyə çevrilməsi öz əksini
tapmışdı.
Az
ərbaycan xalqının milli-azadlıq mübarizəsində
mühüm rol oynamış “Müsavat” (“Bərabərlik”) partiyası
1911-ci ilin
oktyabr ayında əvvəllər M.Ə.Rəsulzadə ilə
“Hummət” qrupunda çalışmış Məhəmməd Əli Rəsulzadə,
Abbasqulu Kazımzadə və Tağı Nağı oğlu tərəfindən
yaradılmışdır. Partiyanın adı müsəlmanların ruslarla
b
ərabər hüquqlara malik olmaq, bütün islam dünyasında
müstəqilliyə qovuşmaq arzusunu özündə əks etdiridi.
269
1913-
cü ildə Romanovlar sülaləsinin 300
illiyi
münasibətilə çar hökumətinin verdiyi əhv-ümumidən
istifad
ə edən M.Ə.Rəsulzadə Azərbaycana qayıtdı
“Müsavat” partiyasına daxil olaraq onun lideri oldu.
Yarandığı ilk dövrlərdə “Müsavat” partiyası qeyri-leqal
f
əaliyyət göstərməyə məcbur olmuşdu. Üzvlərinin
t
əhlükəsizliyini təmin etmək məqsədilə
partiya üzvləri üç
n
əfərlik dərnəklərdə birləşmişdilər.
“Müsavat”ın 1912-ci ildə qəbul etdiyi birinci
Proqramı islami mahiyyətdə idi. Burada müsəlman
xalqlarının birliyi, dövlət müstəqilliyi və dövlətçiliyinin
b
ərpasına maddi və mənəvi yardım
göstərmək,
müsəlmanların birliyi və tərəqqisinə çalışan partiyalarla
əlaqə
yaratmaq
v
əzifələri
ir
əli
sürülmüşdü.
M.Ə.Rəsulzadə öz əsərlərində partiyanın ideologiyasına
ciddi
t
əsir
göstərir,
onun
ideya
istiqam
ətini
“hümmətçilikdən millətçiliyə”, “islamçılıqdan türkçülüyə”
doğru
yeniləşdirməyə
nail
oldu.
O,
Əli
bəy
Hüseynzadənin “türkləşmək islamlaşmaq müasirləşmək”
ideyasını başlıca istiqamət kimi irəli sürdü.
M.Ə.Rəsulzadə 1915-ci il oktyabrın 2-də “Müsavat”
Dostları ilə paylaş: