Азярбайжан республикасы дахили ишляр назирлийи


partiya Türk Ədəmi-Mərkəziyyət Müsavat (Türk



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə110/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   106   107   108   109   110   111   112   113   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi


partiya Türk Ədəmi-Mərkəziyyət Müsavat (Türk 
Federalistlər Partiyası (Müsavat) partiyası adlandı. 
Birləşmə nəticəsində «Müsavat» partiyası 1917-ci 
ilin yayında Azərbaycanın ictimai-siyasi həyatında xalqın 
milli-
azadlıq hərəkatı ideyalarını daşıyan, yüksək nüfuzu 
olan siyasi qüvvəyə çevrildi. 
1917-
ci il oktyabrın 22-də keçirilən seçkilərin 
nəticələri qeyri-sosialist partiyaların ictimai rəydəki 
rolunun gücləndiyini göstərdi. 
Seçkilərin nəticələri isə tamamilə gözlənilməz oldu: 
«Müsavat» 9617, eserlər 6305, bolşeviklər 3823, 
menşeviklər 687, daşnaklar 528 səs topladılar. Beləliklə, 
Zabrat rayonu istisna olmaqla, bütün neft-mədən 
rayonlarında keçirilmiş seçkilərdə «Müsavat» partiyası 
qalib gəldi. 
Bundan sonra «Müsavat» partiyası diyarda 
hakimiyyət strukturlarının formalaşdırılması prosesinə 
ciddi təsir göstərməyə başladı. 
«Müsavat» partiyasının 1917-ci il oktyabrın 25-dən 
31-
dək davam etmiş I qurultayı 
Azərbaycanın ictimai həyatında və partiyanın özünün 
siyasi tarixində əhəmiyyətli hadisə idi. Partiya 
proqramının müzakirəsi və qəbul edilməsi qurultayın ən 
başlıca məsələsi oldu. 
«Müsavat» partiyasının proqramı dövlət quruluşu
fəhlə məsələsi, milli və dini məsələlər, vətəndaş 
hüquqları, aqrar məsələ və s. sahələri əhatə edən 9 
bölmə və 76 maddədən ibarət idi. 


291 
«Müsavat»ın I qurultayı partiyanın sonrakı siyasi 
mübarizəsinin və Azərbaycan milli ərazi muxtariyyəti 
verilməsinin taktika və strategiyasını müəyyən etdi. 
Sual 2. 
Azərbaycan Zaqafqaziya dövlətçiliyi 
sistemində.
Oktyabr çevrilişi və Azərbaycan. 1917-ci il 
oktyabrın 25-də Petroqradda bolşeviklərin silahlı üsyanı 
nəticəsində Müvəqqəti hökumət devrildi. Oktyabrın 25-
26-
da Smolnıda keçirilən II Sovetlər qurultayında Sülh və 
Torpaq haqqında dekretlər qəbul edildi və Leninin 
başçılığı ilə Sovet hakimiyyətinin əsas qoyuldu. 
Bolşeviklərin Petroqradda hakimiyyəti ilə keçirməsi 
xəbəri alındıqdan sonra – 1917-ci il oktyabrın 27-də Bakı 
Fəhlə və Əsgər Deputatları Sovetinin fövqəladə yığıncağı 
keçirildi. Iclasın gündəliyində duran əsas məsələ 
hakimiyyət məsələsi idi. Bolşeviklərin kəskin etirazına 
baxmayaraq, menşevik-eser-daşnak bloku 168 səsə 
qarşı 246 səslə Bakıda ali hakimiyyət orqanı kimi Ictimai 
Təhlükəsizlik Komitəsinin (ITK) yaradılması haqqında 
qərarın qəbul olunmasına müvəffəq oldu. 
1917-
ci il noyabrın 2-də bolşeviklər öz mövqelərini 
daha da möhkəmləndirmək məqsədilə yenidən bütün 
hakimiyyətin Sovetə verilməsi məsələsini qoydular. 
Bu dövrdə müsavatçıların bolşeviklərə tərəfdar 
çıxması da mühüm əhəmiyyət kəsb edən amillərdən biri 
idi. Rusiyada baş vermiş Oktyabr çevrilişinə loyal 
münasibət nümayiş etdirən «Müsavat» partiyası bundan 
sonra xalqların öz müqəddəratını təyin etmək hüququnun 
həyata keçiriləcəyinə ümid edirdi. Sovet hakimiyyətinin ilk 
sənədləri – «Rusiya xalqlarının hüquq bəyannaməsi» və 
«Rusiyanın və bütün Şərqin müsəlmanlarına müraciət» 
bu ümidi daha da möhkəmləndirmişdi. 


292 
«Müsavat»ın dəstəyini alan bolşeviklər Xəzər 
ticarət donanması, bir sıra həmkarlar ittifaqı və şəhər 
qarnizonu nümayəndələrini öz tərəflərinə çəkə bildilər və 
Sovetin 1917-
ci il 2 noyabr tarixli iclasında onu Bakı 
şəhərinin ali hakimiyyət orqanı elan edən qərar qəbul 
edilm
əsinə nail oldular. 
Bakı Soveti Icraiyyə Komitəsinin M.V. Basin, 
N.P.Vatsek, P.A.Caparidze, I.T.Fioletov, S.G. Şaumyan 
və b. ibarət yeni tərkibi seçildi. Icraiyyə Komistəsinin sədri 
S.Şaumyan oldu. 
Beləliklə, bolşeviklər Sovetdə iştirak edən digər 
Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin