293
Zaqafqaziya Komissarlığı yaradıldı.
Onun tərkibinə
Gürcüstandan Y.Gegeçkori (sədr) və A.Çxengeli,
Azərbaycandan F.X.Xoyski, M.Y.Cəfərov, X.Məlik-
Aslan
ov, ermənilərdən T.Ter-Qazaryan, X.Karçikyan,
A.Ağacanyan, sağ eserlərdən D.Donskoy daxil oldular.
Milli Şuralar vətənpərvər qüvvələri öz ətrafında
birləşdirir və yerlərdə hakimiyyəti ələ alırdılar.
Milli hərbi hissələrin yaradılması yerli milli şuraların
əsas fəaliyət istiqamətlərindən biri idi. Lakin yeni silahlı
dəstələr yaradılması üçün silah çatmırdı. Bunu nəzərə
alan Gəncə Müsəlman Şurası
şəhərdə olan keçmiş çar
ordusunun 219-
cu alayını, həmçinin Qafqaz cəbhəsindən
Rusiyaya qayıdan bir neçə hərbi eşelonu tərksilah
etməyə razı oldu. Bu
tədbirin həyata keçirilməsi
nəticəsində 15 min tüfəng, 70-ə yaxın pulemyot və 20 top
əldə edildi. Bu əməliyyat zamanı Gəncə Milli Şurasına
Zaqafqaziya Komissarlığının göndərdiyi zirehli qatar
kömək etdi.
Dövrün ən kəskin sosial-iqtisadi
məsələlərdən biri
aqrar məsələnin həlli üçün Zaqafqaziya Komissarlığı bir
sıra addımlar atdı. Məsələn, 1917-ci il dekabrın 16-da
«Dövlət, keçmiş xanədan, kilsə, monastır, hüquqi şəxslər
və sahibkar torpaqlarının torpaq komitələrinə verilməsi
haqqında» qanun qəbul etdi. Bu qanuna görə, kəndlilərin
alacağı torpaqlar torpaq komitələrinin sərəncamına
verilməli, kəndlilər isə torpağı həmin komitələrdən icarəyə
götürməli idilər.
Xarici
siyasət
sahəsində
Zaqafqaziya
Komissarlığının fəaliyyəti əslində diyarı bolşevik
Rusiyasından ayırmaq məqsədi daşıyırdı.
1917-
ci il dekabrın 5-də
Ərzincanda Zaqafqaziya
Komissarlığı ilə Türkiyə hərbi komandanlığı arasında
barışıq sazişi bağlandı. 1918-ci il yanvarın 14-də isə
Türkiyə komandanlığı Zaqafqaziya Komissarlığına
294
tərəflər arasında sülh müqaviləsi bağlamaq haqqında
danışıqlara başlamaq təklifi ilə müraciət etdi.
1917-
ci
ilin
sonlarında
Azərbaycanın
və
ümumiyyətlə, Zaqafqaziyanın siyasi həyatında baş
vermiş ən əlamətdar hadisələrdən biri Ümumrusiya
Müəssisələr Məclisinə seçkilər keçirilməsi oldu.
Seçkilərin
nəticələri göstərdi ki, Zaqafqaziyada
bolşeviklərin hakimiyyətə gələ bildikləri Bakı şəhəri istisna
olmaqla, «Müsavat» və «Daşnaksütyun» partiyaları daha
güclü nüfuza malikdir.
Dostları ilə paylaş: