Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə119/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   115   116   117   118   119   120   121   122   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

2. 
AXC-
nin daxili siyasəti. Azərbaycan 
hökuməti ölkənin ictimai, siyasi, iqtisadi və mədəni 
həyatının müxtəlif sahələrindəki quruculuq işlərini 
genişləndirməyə 
başladı. 
F.X.Xoyski 
hökuməti 
Müəssisələr Məclisinin çağırılması üçün hazırlıq işləri 


318 
aparırdı. Onun təklifi ilə Azərbaycan Milli Şurası öz işini 
bərpa etdi və Məclisin çağırmasını öz üzərinə götürdü. 
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 
19-
də keçirilən ikinci iclasında (1-ci iclas-16 noyabr) 
Azərbaycanın ali qanunverici orqanının yaradılması 
haqqında qanun qəbul edildi. Bu qanuna əsasən tək 
palatalı parlament 120 nəfərdən ibarət olmalı idi. Milli 
Şuranın 44 üzvündən əlavə ölkə əhalisinin əksəriyyətini 
təşkil edən yerli müsəlman əhalisindən (2,75 mln. ümumi 
əhalinin 1,9 mln-u) daha 36 nümayəndə seçilməsi 
nəzərdə tutulurdu. 
Ölkə əhalisinin çoxmillətli tərkibi nəzərə alınaraq 
ermənilərə (sayları 500 min) gələcək parlamentdə 21 yer 
ayrılırdı. Bakıdan olan rus milli şurasına 10 yer ayrılmışdı 
(ruslar 230 min idilər). Milli azlıqlardan almanlara, 
yəhudilərə, gürcü və polyaklara – hərəsinə 1 yer verilirdi. 
Bakı həmkarlar təşkilatına 3, Bakı neft sənayeçiləri şurası 
və Ticarət-sənaye ittifaqına – 2 nəfər yer verilmişdi. 
Nümayəndələr birbaşa və qapalı seçilə bilərdilər. 
Qadınlara da islam aləmində ilk dəfə olaraq seçib-
seçilmək hüququ verilirdi. 
Bolşeviklər parlamenti boykot elan etdilər. Rus 
Milli Şurasının bir qrup üzvü onun tərkibindən çıxıb, Rus-
Slavyan cəmiyyəti deyilən bir təşkilat yaratdılar. İstiqlalı 
qəbul etməsələr də, öz nümayəndələrini parlamentə 
göndərmək qərarına gəldilər. Bir sıra şəhər və 
mahallarda seçkilər başa çatdırılmamışdı. Naxçıvan və 
Borçalının gələcəyi məsələsi qaranlıq qaldığından oradan 
nümayəndə gəlməmişdi. Odur ki, qanunda nəzərdə 
tutulduğu 120 deputatın əksəriyyətinin toplanması ilə 
parlamentin açılışı oldu. 
Parlamentin ilk iclası 1918-ci il dekabrın 7-də 
oldu. İclası Milli Şuranın sədri M.Ə.Rəsulzadə açdı. 
İclasda Tomsonun nümayəndəsi, İranın baş konsulu, 


319 
onun maliyyə müşaviri, Dağlılar hökumətinin sədri 
Q.Çermoyev, Gürcüstanın nümayəndəsi Karsevadze, 
Araz respublikasının nümayəndəsi P. Əliyev iştirak edirdi. 
Ş. Rüstəmbəyovun təklifi ilə Ə. Topçubaşov parlamentin 
sədri, müavini H. Ağayev, katibi isə R. Vəkilov seçildi. 
Nazirlər Şurasının sədri F. X. Xoyski Müvəqqəti 
hökumətin istefası ilə bütün hakimiyyətin parlamentə 
təhvil verildiyini elan etdi. Parlament tərəfindən istefa 
qəbul edildi. İttihad partiyasının üzvü Q.Qarabəylinin 
parlamentin açılışı münasibəti ilə siyasi məhbuslara əfv-
ümumi verilməsi təklifi qəbul edildi. Daha sonra mandat, 
təsərrüfat, reqlament komissiyaları üzvlərinin seçilməsi ilə 
təsis iclası bağlandı. 
Sonrakı 
iclaslarda 
maliyyə 
– 
büdcə, 
qanunvericilik təklifləri, aqrar, fəhlə, hərbi işlər və s. 
komissiyalar yaradıldı. Parlamentdə hökumətin təşkili 
məsələsi yenə F. X. Xoyskiyə tapşırıldı. Lakin o, 
səhhətinin pis olması ilə əlaqədar bundan imtina edirdi. 
Lakin dekabrın 18-də parlament Xoyskidən belə bir ağır 
günlərdə kabinənin təşkilini öhdəsinə almağı israr etdi. F. 
X. Xoyski 10 nəfərdən ibarət kabinənin tərkibini və iş 
proqramını hazırlayıb parlamentin müzakirəsinə verdi. 
Kabinədə yalnız İttihad partiyası iştirak etməkdən boyun 
qaçırtdı. Dekabrın 26-da F. X. Xoyski kabinəsi təsdiq 
edildi. 
General Tomson həmin kabinəni dekabrın 28-də 
tanıdığını və Azərbaycanda yeganə qanuni hökumət 
hesab etdiyini bildirdi. Parlamentin ilk tədbirlərindən biri 
Paris sülh konfransına nümayəndə heyətinin seçilməsi 
idi. Nümayəndə heyətinə Ə. Topçubaşov, M. H. Hacinski, 
Ə. 
Ağaoğlu, 
Ə. 
Şeyxülislamzadə, 
müşavirlər 
M.Məhərrəmov, M. Y. Mehdiyev, C. Hacıbəyli, 
əməkdaşlar Ə. Hüseynzadə, V. Marçevski daxil idi. 


320 
Çoxpartiyalı 
quruluşa 
malik 
parlamentdə 
fraksiyalar (11 fraksiya var idi) öz bəyannamələri ilə çıxış 
etdilər. Bu bəyanatlarda müəyyən məsələlərdə fikir 
ayrılıqları olsa da, ümumi bir məqsəd var idi: gənc 
Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi 
toxunulmazlığını, 
milli-siyasi 
hüquqlarını 
qoruyub 
saxlamaq, Azərbaycan xalqının, hökumətinin digər 
xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə əlaqələri 
möhkəmləndirmək, 
respublikada 
hüquqi-demokratik 
dövlət quruluşunu bərqərar etmək, islahatlar həyata 
keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu 
yaratmaq. Parlamentin 1919-cu il 3 yanvar tarix
li iclasının 
qərarı ilə qanunverici və icraedici hakimiyyətin bölünməsi 
prinsipinə uyğun olaraq parlament üzvünün dövlət 
orqanlarında işləməsi məqbul sayılmadı. Yalnız nazirlərin 
eyni zamanda parlament üzvü olmasına icazə verilirdi. 
Dövlət qulluğunda işləyən parlament üzvü bir neçə gün 
ərzində iki vəzifədən birini seçib, parlamentin rəyasət 
heyətinə bildirməli idi. 
Azərbaycan türkcəsi parlamentin istifadə etdiyi 
dövlət dili statusuna malik idi. 
Parlamentin 140-
a qədər ümumi iclası olmuşdur. 
315 qanun layihəsi təqdim edilmiş, onlardan bir neçəsi 
rədd edilmiş, qalanları müzakirəyə verilmişdi. Parlamentin 
təsdiq etdiyi nizamnamələr sırasında Bakı Universiteti, 
Azərbaycan Dövlət Bankı, Azərbaycan Dövlət əmanət 
kassalarının 
nizamnaməsi, 
mətbuat 
haqqında 
nizamnamə var idi. Başqa dövlətlərlə bağlanmış hər 
hansı bir sənəd və müqavilə parlamentin təsdiqindən 
sonra qüvvəyə minirdi. 
1919-cu 
il 
iyulun 
21-
də 
Azərbaycan 
Respublikasının Müəssisələr Məclisinə seçkilər haqqında 
Əsasnamə qəbul edildi. Əsasnamə 4 fəsildən, 116 
bənddən ibarət idi. Əsasnaməyə görə Müəssisələr 


321 
Məclisinə seçkilərdə cinsindən, dilindən, milliyyətindən 
asılı olmayaraq 20 yaşına çatmış bütün Respublika 
vətəndaşları iştirak edə bilərdilər. Seçkilər aprelin 20-nə 
(1920-
ci il) təyin edildi. Lakin o zaman Bakıda baş verən 
hadisələr buna mane oldu. 
Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra 
ordunun yaranması məsələsini ən mühüm məsələ kimi 
irəli sürmüşdü. 1918-ci ilin iyun ayında Azərbaycanda 
hərbi vəziyyət elan edildi. Müsəlman korpusu «Əlahiddə 
Azərbaycan korpusu» adlandırıldı. Burada xidmət etmək 
üçün zabit kadrları hazırlamaq üçün qısa müddətli kurslar 
açıldı, məcburi hərbi mükəlləfiyyət haqqında fərman 
verildi. Bütün bunların kifayət etməyəcəyini nəzərə alaraq 
Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə 
hökumətinə bir diviziya həcmində yardım göstərilməsini 
xahiş etdi. Bu da 1918-ci il 4 iyun müqaviləsində öz əksini 
tapmışdı. 
Gəncəyə beşinci Qafqaz diviziyası göndərildi. 
Daha sonra Karpat cəbhəsindən götürülmüş 15-ci 
Çanaqqala diviziyası da Gəncəyə gəldi. Azərbaycan 
korpusu ilə birlikdə bu hərbi hissələr Qafqaz İslam 
Ordusu adı altında birləşdi. Bunun da komandanı Nuru 
paşa idi. 
Lakin 30 oktyabr 1918-
ci ildə Yunanıstanın 
Mudros şəhərində Böyük Britaniya ilə Türkiyə arasında 
bağlanan sazişə görə türk qoşunları Cənubi Qafqazdan 
geri çağrılırdılar. İngilis qoşunları komandanı general 
Tomson Nuru paşa və bütün türk zabitlərindən 
Azərbaycanı tərk etməsini tələb etdi. Yalnız 
Azərbaycan vətəndaşlığını qəbul edən Nuru paşa 
və onun silahdaşları Azərbaycanda qaldılar, hökumətə 
xidmət edəcəklərini bildirdilər. Mudros sazişi Cənubi 
Qafqazın qapılarını ingilislərin üzünə açırdı. Həmən 
sazişin 11-ci bəndinə əsasən Azərbaycan ingilislərin 


322 
nüfuz dairəsi elan edilir, 15-ci bəndinə əsasən isə 
Azərbaycanın dəmir yolları və neft mənbələri ingilis 
komandanlığının ixtiyarına keçirdi.
Noyabrın 17-də ingilis qoşunları Bakıya daxil 
oldular. Tomson özünü Bakının general qubernatoru elan 
etdi. Şəhər polisi, liman, neft sənayesi, maliyyə idarələri, 
mətbuat üzərində nəzarət qoyuldu. Noyabrın 22-də 
Tomsonun tələbi ilə Azərbaycan korpusunun qərargahı 
Gəncəyə köçürüldü. 
Dekabrın 25-də general S. Mehmandarov hərbi 
nazir, bir neçə gün sonra isə Ə.Şıxlinski müavin təyin 
olundu. 1918-
ci il noyabrın 15-də təşkil edilən baş 
qərargahın rəisi isə Suleyman Sulkeviç təyin edilir. 
Qərargah şöbələrinin zabit kadrları ilə təmin edilməsi 
problemini həll etmək üçün Azərbaycanda olan rus 
zabitlərindən istifadə etmək qərara alındı. Türk əsgər və 
zabitləri ruslarla əvəz edilirdi. Azərbaycan hökuməti çox 
çətin bir vəziyyətə düşmüşdü. Öz kadrları yox idi. Nuru 
paşanın vaxtı ilə yaratdığı hərbi məktəbin müdavimləri də 
ordunun təşkilinə cəlb edilirdi. 
1919-
cu ildə 25 mindən ibarət ordu yaratmaq 
vəzifəsi qarşıya qoyulmuşdu. Ordunun yaradılması ilə 
bağlı 1919-cu il üçün nəzərdə tutulmuş dövlət 
büdcəsindən 399,4 mln. Manat ayrılırdı ki, bu da 
büdcənin 24%-nə bərabər idi. 
Milli Ordu yaratmaq işinin sürətləndirilməsini 
ölkənin hərbi-siyasi vəziyyətinin kəskinləşməsi də tələb 
edirdi. Belə ki, mayın 25-də general Denikinin könüllü 
ordusu tərəfindən Petrovsk və Dərbənd tutuldu. Bu da 
Azərbaycanda böyük həyəcana səbəb oldu. Bakıda 
Xüsusi Dövlət Müdafiə Komitəsi yaradıldı. Onun tərkibinə 
N.Yusifbəyli, 
X.Məlikaslanov, 
A.Səfikürdski, 
S.Mehmandarov, M.Y.Cəfərov daxil oldular. İyunun 11-də 
bütün Azərbaycanda hərbi vəziyyət elan edildi. DMK-nə 


323 
ümumi səfərbərlik həyata keçirmək, ölkədə hərbi, 
müharibə vəziyyəti elan etmək, digər fövqəladə tədbirlər 
görmək səlahiyyəti verildi. 
Azərbaycan hökuməti başa düşürdü ki, Denikin 
yürüşünün son məqsədi Azərbaycanı və keçmiş Rusiya 
imperiyasının digər hissələrini geri qaytarmaq idi. 
Zaqafqaziyanın təhlükəsizliyini təmin etmək üçün 
Azərbaycan hökuməti 1919-cu il iyunun 16-da Gürcüstan 
ilə hərbi müqavilə bağladı. Həmin müqaviləni Tiflisdə 
F.X.Xoyski və S.Mehmandarov imzaladılar. Müqavilədə 
hər iki dövlət öz üzərinə belə bir öhdəlik götürürdü ki, 
bunlardan hər hansı birinə hücum edilərsə, özlərinin 
bütün hərbi silahlı qüvvələri ilə buna qarşı çıxacaq, öz 
dövlətlərinin suveren hüquqlarının və müstəqilliyinin 
qorunmasına yönəlmiş diplomatik danışıqlar aparacaqlar. 
Ölkədə yaranmış gərgin vəziyyət Azərbaycan 
hökumətini ordu quruculuğu işində qəti addımlar atmağa 
sövq edirdi. 1919-cu ilin ortalarında Azərbaycan hökuməti 
Fransa, Polşa, İngiltərədən silah almağa cəhd etdi. Lakin 
bu cəhdlər boşa çıxdı. 1919-cu ilin sentyabrında general 
İ.Usubovun başçılığı ilə nümayəndə heyəti İtaliyaya 
göndərildi. Oradan 25 min dəst yeni geyim, 25 min dəst 
köhnə geyim alınması tapşırılmışdı. İtaliya hökuməti 
Azərbaycana hələlik avtomobil, aeroplan, projektor, 
odeyal yataq vasitəsi sata biləcəyini bildirdi və onların 
arasında kontrakt bağlandı. Lakin həmin mallar 
Azərbaycanın sovetləşməsi ərəfəsində gətirildiyi üçün 
Azərbaycan ordusu ondan istifadə edə bilmədi, Qırmızı 
Orduya qismət oldu. 
1919-
cu ilin sonlarında Azərbaycan ordusu iki 
piyada və bir süvari diviziyalardan ibarət idi. Birinci piyada 
diviziyanın 
qərargahı 
Gəncədə 
yerləşmişdi. 
Bu 
diviziyanın rəisi general mayor Cavad Şıxlinski idi. İkinci 
piyada diviziya
sının qərərgahı Bakıda idi. Rəisi general 


324 
mayor İ.Usubov idi. Gəncədə yerləşən suvari diviziyaya 
general-
mayor Teymur Novruz oğlu başçılıq edirdi. Səlim 
Sultanovun rəhbərlik etdiyi xüsusi süvari diviziyonu,Yunis 
Şəkərovun atıcı batalyonu üçüncü süvari diviziyasının 
tabeliyində idi. Gəncədə birinci və ikinci artilleriya 
briqadaları yerləşmişdi. Azərbaycan ordusunda bu 
dövrdə 3 zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil, 
2 hərb gəmisi var idi. 
Yaranmaqda olan yeni hissələri zabit kadrları ilə 
təmin etmək üçün Gəncədəki hərbi məktəb Bakıya 
köçürülmüş, yenidən qurulub genişləndirilmişdi. Bundan 
başqa İstehkamçılar məktəbi, Şuşada hərbi feldşer 
məktəbi, hərbi dəmiryol məktəbi də təsis edilmişdi. 1920-
ci il üçün ordunun şəxsi heyətini 40 minə çatdırmaq 
pl
anlaşdırılmışdı. Orduya könüllü və məcburi 19-24 yaşlı 
gənclər 
götürülürdü. 
İngilis 
hərbi 
hissələrinin 
Zaqafqaziyanı tərk edən vaxt (1919, avqust) öz 
silahlarının xeyli hissəsini Azərbaycan ordusuna verməsi, 
Gürcüstanın Azərbaycana müəyyən qədər silah satması 
ordunun texnikaya artan tələbatını ödəməyə qadir deyildi. 
Hərbi sursatlara olan ehtiyacı ödəmək üçün Hərbi 
Nazirlik hərbi zavod yaratmaq fikrində idi. Çünki mövcud 
olan emalatxanalarda dəzgahlar, fəhlə alətləri, təmir üçün 
lazımi materiallar çatışmırdı. Ona görə də bu 
emalatxanalar bəzən kiçik tələbləri də ödəyə bilmirdi. 
Hərbi nazirlik bu emalatxanaları birləşdirib hərbi zavoda 
çevirmək qərarına gəlir. 
Zavodun layihəsi, ştatları, xərcləri 1920-ci il 
fevralın 23-də parlamentdə təsdiq edildi. Lakin bu 
za
vodun yaradılması üçün böyük qüvvə və külli miqdarda 
vəsait lazım idi.
Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə 
baxmayaraq, Azərbaycan hökuməti və parlamenti xalqın 
milli dövlətinin yaranmasını əbədiləşdirmək üçün elm, 


325 
təhsil, xalq maarifi və səhiyyə məsələlərinin inkişafını da 
diqqət mərkəzində saxlayırdı. AXC-i yarandığı ilk gündən 
maarif işlərinə xüsusi fikir vermişdir.1918-ci il 30 iyun 
qərarına əsasən Gəncədə Xalq Maarif Nazirliyinin 
dəftərxanası təşkil edildi. N.Yusifbəyli maarif naziri təyin 
edi
lmişdi. Nazirliyin ilk tədbirlərindən biri 1918-ci il 22 
sentyabr sərəncamına görə məktəblərin milliləşdirilməsi 
oldu. 1918-
ci il 28 avqust qərarına görə bütün 
məktəblərdə tədris Azərbaycan dilində keçirilməli idi. 
Başqa millətlərdən olan uşaqlar üçün rus dilində 
məktəblər açılması nəzərdə tutulmuşdu. Bu məktəblərdə 
Azərbaycan dilinin tədrisinə xüsusi əhəmiyyət verilirdi. 
Ana dili həftədə 4 dəfə tədris edilməli idi. 
Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci 
ildə Gəncədə, Şəki, Zaqatalada qısa müddətli pedaqoji 
kurslar təşkil edildi və 150 nəfər kurslara qəbul edildi. 
Bundan əlavə Nazirlik Qori müəllimlər seminariyasının 
Azərbaycan şöbəsinin müstəqil bir seminariya kimi 
Qazaxa köçürülməsi haqqında qərar qəbul etdi. 
Kadrlar hazırlamaq üçün 1918-ci ildə Göyçayda, 
Ağdamda, Nuxanın Qutqaşen kəndində ali ibtidai 
məktəblər açılması haqqında qərarlar qəbul edildi.1918-ci 
ildə Zaqatalada 25 ibtidai məktəb açmaq üçün Nazirlik 
100 min manat pul ayırmışdı.1919-cu ilin yayında Bakı, 
Gəncə, Şəki, Şuşa, Qazax, Qusar, Salyan, Zaqatalada 
qadın və kişilər üçün pedaqoji kurslar açıldı. 
1918-
ci ildə Türkiyə ilə bağlanan 4 iyun 
müqaviləsinə görə Nazirlik Türkiyədən 50 müəllim dəvət 
etmişdi. 1919-cu il oktyabrın əvvəllərində həmin 
müəllimlər Azərbaycana gəlib müəllimlik fəaliyyətinə 
başlamışdılar. 
Azərbaycan dilində dərsliklərin yazılması və nəşri 
üçün də xüsusi komissiya ayrılmışdı. Türkiyədən də 
dərsliklər alınırdı. Azərbaycan hökuməti ali təhsilin təşkili 


326 
və yüksək ixtisaslı kadrların hazırlanmasını ən əsas 
vəzifə 
hesab 
edirdi. 
Bakı 
Universitetinin, 
Konservatoriyanın, Pedaqoji İnstitutun, Gəncədə Kənd 
Təsərrüfatı İnstitutunun açılması planlaşdırılırdı. 
Siyasi şəraitin əlverişsizliyi və maliyyə çətinlikləri 
üzündən yalnız bir ali məktəbin – Bakı Universitetinin 
yaradılması üçün imkan əldə edildi. 
Azərbaycan Xalq Maarifi nazirinin müavini 
Həmidbəy Şahtaxtinski görkəmli rus alimi, Cənubi Qafqaz 
Universitetinin rektoru Razumovskiyə müraciət edərək 
Bakı Universitetinin təşkili üçün kömək göstərməsini 
xahiş etmişdi. Razumovski dəvəti qəbul etmiş və 
yaradılan komissiyanın sədri seçilmişdi. 1919-cu il mayın 
19-
da komissiya təsdiq edilir. 
Mayın 31-də isə komissiya Bakı Universitetinin 
yaradılması haqqında qanun layihəsini, Universitet 
nizamnaməsini, Universitet xərclərini Xalq Maarif 
naz
irliyinə təqdim etmişdi. Universitetin yaradılması 
haqqında layihə 1919-cu ilin iyul-avqust aylarında 
qanunvericilik, 
maliyyə-büdcə 
komissiyalarında, 
parlamentin ümumi iclaslarında müzakirə edildi. 
Universitet komissiyası avadanlıq, təşkilati və quruculuq 
işlərinə 3,5 mln. rubl verilməsini xahiş etdi. Maarif naziri 
Kaplanov həmin məbləği 5 mln.rubl artırmağı lazım bildi. 
Universitetin açılması məsələsi mübahisələr doğurdu. 
Mübahisələr 
Universitetin 
rus 
dilində 
açılması 
məsələsində fikir müxtəlifliyinin mövcud olduğunu 
göstərdi. Əhrar, İttihad, bitərəf müsəlman qrupu 
Universitetin rus dilində açılması əleyhinə çıxdılar. 
Universitetin yaradılması işində M.Ə.Rəsulzadə, 
H.Ağayev, Ə.Pepinov, S.Ağamalı oğlu, C.Hacinski fəal 
iştirak edirdilər. Tanınmış maarifçi Məmmədağa 
Şahtaxtinski «Azərbaycanda Universitet» məqaləsində 
qeyd edirdi ki, Bakıda Universitetin açılması zəruridir. 


327 
Rus dilində açılacaq Universitet tədricən milliləşdiriləcək 
və türkləşdiriləcək. Universitet Azərbaycan dövlətinə və 
türk mədəniyyətinə xidmət edəcəkdir. 
1919-
cu il sentyabrın 1-də parlament Bakı 
Universitetinin yaradılması haqqında qanunu qəbul etdi. 
Həmin iclasda 1919/20-ci tədris ili üçün xarici ölkələrin ali 
bməktəblərinə 100 abituriyent və tələbə göndərilməsi 
haqqında qətnamə qəbul edildi. Bu tələbələr üçün Maarif 
Nazirliyinin sərəncamına dövlət xəzinəsi vəsaitindən 7 
mln. rubl. ayrılırdı: Avropaya göndərilən hər bir adam 
üçün hər ay 400 frank təqaüd, 1000 frank da yol xərci, 
Rusiyaya göndərilən hər bir adam üçün hər ay 3 min rubl 
təqaüd, 3 min də yol xərci. Hökumət təqaüdündən 
istifadə edən tələbələr təhsil müddəti qurtardıqdan sonra 
hökumətin müəyyən etdiyi yerdə 4 il xidmət etməli idi.100 
nəfərdən 10-u İngiltərəyə, 23-ü İtaliyaya, 45-i Fransaya, 
9-
u Türkiyəyə, 13-ü Rusiyaya göndərilməli idi.
Qanuna görə Universitetdə 4 fakültə açılmalı idi: 
Tarix-filologiya, tibb, fizika-
riyaziyyat, hüquq. Lakin bir il 
müddətinə iki fakültə üçün (tarix-filologiya, tibb) ştat, 
smeta müəyyən edildi. Bütün fakültələrdə azərbaycan 
dilinin keçilməsi məcburi idi. Qəbul zamanı Azərbaycan 
vətəndaşlarına üstünlük verilirdi. 
Rektor 3 il müddətinə seçilir və nazirlik tərəfindən 
təsdiq edilirdi. 1919-cu ilin 15 noyabr günü Universitetdə 
birinci dərs günü elan edildi. 
Bakı Dövlət Universitetinin açılması Azərbaycan 
hökumətinin mədəniyyət sahəsindəki böyük qələbəsi idi. 
1919-
cu il oktyabrın 1-dən Qarabağın erməni məktəbləri 
üzrə xüsusi müfəttişlik yaradıldı və R.N.Şahnazarov 
müfəttiş təyin edildi. Nazirlər Şurası Qarabağda yaşayan 
ermənilərin mədəniyyət, xalq maarifi sahəsində öz 
müqəddəratını təyin etməsi üçün şərait yaratmış, bunu 
hüquqi cəhətdən əsaslandıraraq 23 maddədən ibarət 


328 
əsasnamə təsdiq etmişdi. Əsasnamədə deyilirdi ki, 
Qarabağda olan erməni məktəbləri Şuranın rəhbərliyi 
altında muxtariyyətə malikdirlər. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin