334
7.
Yeni
hökumət
kimin
tərəfindən
təşkil
edilməsindən asılı olmayaraq, Azərbaycanın
müstəqilliyinə son qoymaq məqsədi güdən
bütün xarici qüvvələrə qarşı qəti tədbirlərlə və
bütün vasitələrlə mübarizə aparacaqdır".
Lakin XI ordunun ön dəstələri artıq aprelin 27-nə
keçən
gecə,
Bakıda
kommunistlərin
çıxışlarının
başlanmasına qədər Bakı əməliyyatının
həyata keçi-
rilməsinə başladı.
Aprelin 27-
də saat 1-ə 5 dəqiqə işləmiş,
Azərbaycan parlamentinə ultimatum verilməsindən 12
saat əvvəl, A.Mikoyan, Q.Cəbiyev və Q. Musabəyovu
gətirən "III Beynəlmiləl" zirehli qatarı Samur körpüsündən
keçdi və yol boyu qəflətən yaxalanmış azsaylı və
pərakəndə ordu hissələrinin müqavimətini qırmaqla
Bakıya doğru hərəkət etdi. İki saatlıq qanlı vuruşmadan
sonra zirehli qatar Yalama stansiyasını ələ keçirdi.
Aprelin 27-
də axşam saat 21-də
Biləcəri
stansiyası sovet zirehli qatarları tərəfindən tutuldu, səhər
saat 4-
də isə "III Beynəlmiləl" zirehli qatarı Bakı
stansiyasına gəldi.
Bununla da, Azərbaycanın 23 aylıq istiqlalına son
qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət
yaşadı. Ancaq o, XX əsrdə Azərbaycan xalqının
həyatında tarixi bir iz qoydu.
Dostları ilə paylaş: