ƏDƏBİYYAT:
1.
Azərbaycan tarixi. Bakı, 1998. 7 cilddə, 5-ci cild.
2.
Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı.
Bakı, 1992.
3.
Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi.
Bakı, 1992.
4.
Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər
s
istemində (1918-1920). Bakı, 1993.
5.
Cənubi Azərbaycan tarixinin oçerkləri. 1928-
1917. Bakı, 1985.
312
MÖVZU № 7. “Azərbaycan Xalq Cümhuriyyəti
(1918-1920)
”.
P L A N:
1.
Azərbaycan
Xalq
Cümhuriyyətinin
yaranması və onun ilkin addımları. AXC-
nin dax
ili siyasəti.
2. AXC-
nin xarici siyasəti.
3.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu
Sual 1.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
və onun ilkin addımları. AXC-nin daxili siyasəti.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması.
1918-
ci il mayın 26-da Cənubi Qafqaz Seyminin sonuncu
iclası keçirildi. İclasda çıxış edən Sereteli Gürcüstanın
federasiyadan çıxdığını bəyan etdi və Seym özünün
buraxılması haqqında qərar qəbul etdi.
Mayın 26-da Gürcü milli şurası tərəfindən
Gürcüstanın müstəqilliyi elan edildi və Ramişvili başda
olmaqla hökumət kabinəsi yaradıldı. Yeni hökumətin ilk
xarici siyasi addımı mayın 28-də Almaniya ilə saziş
bağlamaq oldu.
Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də
fövqəladə iclas keçirdi. Yaranmış vəziyyətin çətinliyini
nəzərə alaraq yekdilliklə Azərbaycanın idarə olunmasını
öz öhdəsinə götürməyi qərara aldı və özünü müvəqqəti
Milli Şura elan etdi. M.Ə. Rəsulzadə qiyabi olaraq Milli
Şuranın sədri təyin olundu. H. Ağayev, M. Seyidov onun
müavinləri seçildilər. Sonra Milli Şuranın 9 nəfərdən
ibar
ət İcraiyyə orqanı yaradıldı ki, onun da sədrliyinə
F.X.Xoyski seçildi. Mayın 28-də Milli Şuranın 26 nəfərin
iştirakı ilə keçirilən birinci iclasında Seymin buraxılması
və Gürcüstanın istiqlaliyyətinin elan edilməsi ilə əlaqədar
313
Azərbaycandakı vəziyyət müzakirə edildi. Şuranın üzvü
X. Xasməmmədov məruzə edərək təxirə salınmadan
Azərbaycanın müstəqil respublika elan edilməsinin
zəruriliyini əsaslandırdı. Şuranın üzvlərindən Yusifbəyli,
Şeyxülislamov, Seyidov və b. bu fikrə tərəfdar çıxdılar.
Milli Şura 24 səslə Azərbaycanın istiqlaliyyətinin elan
edilməsi haqqında qərar qəbul edərək (S. M. Qəniyev və
C. Axundov bitərəf qalmışdı), 6 bənddən ibarət İstiqlal
Bəyannaməsini bəyan etdi.
1) Azərbaycan tam hüquqlu və müstəqil dövlətdir.
Cənubi Qafqazın cənub və şərq hissələrindən ibarətdir.
Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur.
2) Azərbaycanın siyasi quruluş forması Xalq
Cümhuriyyətidir.
3) Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq
birliyin bütün üzvləri ilə, xüsusən həmsərhəd xalqlar və
dövlətlərlə qonşuluq əlaqələri yaradacaq.
4) Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri
daxilində milliyətindən, dinindən, cinsindən, ictimai
vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlarına tam
vətəndaşlıq və siyasi hüquqlar verir.
5)
Azərbaycan
Xalq
Cümhuriyyəti
onun
ərazisində yaşayan bütün xalqların sərbəst inkişafına
şərait yaradacaq.
6) Məclisi – Müəssisan çağrılana qədər
Azərbaycanda ali hakimiyyət xalqın səsvermə yolu ilə
seçdiyi Milli Şura və Milli Şuranın qarşısında cavabdeh
olan Müvəqqəti Hökumət sayılır.
Bundan sonra Milli Şura F.X.Xoyskiyə hökumətin
yaradılmasını tapşırdı. Azərbaycanın ilk müvəqqəti
hökuməti belə tərkibdə təqdim edildi: 1)F.X.Xoyski –
Nazirlər Şurasının sədri, Daxili işlər naziri; 2) Xosrovpaşa
bəy Sultanov – Hərbi nazir; 3) N.Yusifbəyli – Xalq maarifi
və Maliyyə naziri; 4) M.H.Hacinski – Xarici işlər naziri; 5)
314
X.B.Məlikaslanov – poçt, teleqraf və yollar naziri; 6)
Ə.Şeyxülislamov – Əkinçilik və əmək naziri; 7)
X.Xasməmmədov – Ədliyyə naziri; 8) M.Y.Cəfərov –
Ticarət və sənaye naziri; 9) Camo Hacinski – Dövlət
nəzarəti naziri.
AXC-
nin yaradılması bütün türk – müsəlman
dünyasında çox mühüm tarixi hadisə idi. Azərbaycan
Respublikası dünyəvi təməl üzərində qurulan ilk türk
dövləti idi. AXC–nin yaradılması ilə X1X əsrin
əvvəllərində itirilmiş dövlətçilik ənənələri bərpa edildi.
İstiqlaliyyət elan edildikdən sonra yaranmış
dövlətin sərhədlərini müəyyən etmək lazım idi. Ən çətin
vəziyyətə
Ermənistan
düşmüşdü.
Ermənistan
nümayəndələri
Azərbaycan
hökumətinə
müraciət
etmişdilər. Mayın 29-da erməni Milli Şurası ilə danışıqlar
barədə F.X.Xoyski Milli Şuraya məlumat verir. Qeyd edir
ki, Aleksandropol türklər tərəfindən tutulduqdan sonra
ermənilərə dövlət yaratmaq üçün siyasi mərkəz lazımdır.
Ona görə də Dağlıq Qarabağa olan iddialarından imtina
etmək şərti ilə İrəvan şəhəri onlara güzəştə edilə bilər.
Milli şuranın iclası İrəvanın ermənilərə güzəştə
edilməsi barədə öz razılığını bildirdi. İrəvan Milli
Şurasının üzvləri M. Seyidov, B. Rzayev, N.
Nərimanbəyov buna özlərinin qəti etirazlarını bildirdilər.
Lakin Milli Şura etirazı qəbul etmədi.
Gürcüstan ilə sərhəd məsələsi müzakirə edildi.
Zaqatala dairəsi məsələsinin həlli əhalinin ixtiyarına
verildi. Yerli əhalinin rəyi ilə bu məsələ Azərbaycanın
xeyrinə həll olundu.
Azərbaycan
hökumətinin
ilk
diplomatik
addımlarından biri «Osmanlı imperatorluğu hökuməti ilə
Azərbaycan
Respublikası
arasında
dostluq»
müqaviləsinin imzalanması idı. Müqaviləni Türkiyə
tərəfindən Ədliyyə naziri Xəlil Menteşə, Qafqaz
315
cəbhəsinin baş komandanı Vahib paşa, Azərbaycan
tərəfdən Xarici işlər naziri M.H.Hacinski və Milli Şuranın
sədri M.Ə.Rəsulzadə imzaladılar. Bu, Azərbaycan
Cümhuriyyətinin xarici dövlətlə bağladığı ilk müqavilə idi.
Müqavilədə Osmanlı imperiyası ilə Azərbaycan
Respublikası arasında daima sülh və möhkəm dostluğun
bərqərar
olması,
göstərilən
hüdudlara
əsasən
Azərbaycanla Türkiyənin geniş sərhədləri olan dövlət
olması, dinclik və asayişi möhkəmləndirmək, ölkənin
təhlükəsizliyini təmin etmək üçün əgər ehtiyac olarsa
Osmanlı hökumətinin Azərbaycan respublikasına hərbi
ya
rdım göstərməyi öz üzərinə götürməsi, dəmiryol
yüklərinin daşınmasında tərəflərin öhdəlikləri, azad gediş-
gəliş və başqa maddələr irəli sürülürdü. Müqavilə Brest
Litovsk müqaviləsinin tərəflər arasında qüvvədə
olmasından da bəhs edirdi.
İyunun 4-də imzalanmış müqaviləyə əlavə olaraq
iki saziş də bağlandı.
1) Bakı-Batum neft kəmərinə aid olub
Azərbaycan, Gürcüstan, Türkiyə arasında imzalandı.
Tərəflər razılığa gəldilər ki, öz ərazilərində neft kəmərinin
fəaliyyətini təmin etsinlər. Bu sazişin imzalanması
Azərbaycan Neft sənayesinin işinə müsbət təsir göstərib
onun xarici bazara çıxışını təmin edirdi; 2) dəmir yollarına
aid idi və 4 dövlət: Osmanlı imperiyası, Ermənistan,
Azərbaycan,
Gürcüstan
Respublikaları
arasında
imzalanmışdı.
Sazişdə deyilirdi: Keçmiş Rus dövlətinin
mülkiyyəti olan dəmir yol nəqliyyat vasitələri müqavilə
imzalayan tərəflərin ərazi hüdudlarına uyğun olaraq onlar
arasında bölüşdürüləcək. Gürcüstana məxsus dəmir
yolları Türkiyə ilə bərabər 28 may müqaviləsinə görə
almanların da istifadəsinə verilirdi. Bununla Almaniya
Bakı neftinə doğru əhəmiyyətli addım atmış oldu. Milli
316
hökumət və Milli Şura iyunun 16-da Tiflisdən Gəncəyə
köçür. Milli Şura ölkədə yaranmış real vəziyyəti nəzərə
alaraq iyunun 17-
də keçirdiyi iclasda 2 mühüm qətnamə
qəbul etmişdi.
1) Müvəqqəti Hökumətin səlahiyyətləri haqqında.
Qeyd olunur ki, Müvəqqəti Hökumət dövlət müstəqilliyini,
mövcud siyasi azadlıqları ləğv etmək, aqrar və
b. mühüm məsələlərə dair inqilabi qanunları
dəyişdirmək hüququna malik deyil. O, 6 aydan gec
olmayar
aq milli məclisi çağırmalıdır. Digər məsələlərdə
tam bütün hüquqlara malikdir.
2) Milli Şuranın buraxılması, hakimiyyəti
F.X.Xoyski kabinəsinə təhvil vermək haqqında. Gəncədə
təşkil edilən ikinci hökumətin tərkibinə – F.X.Xoyski, M.
Hacinski, B. Cavanşir, X. Məlikaslanov, Ə. Əmircanov, X.
Sultanov, N. Yusifbəyli, A. Aşurov, X. Rəfibəyli, Ə.
Topçubaşov, X. Xasməmmədov, M. Rəfiyev daxil idi. Bu
hökumətdə Müsəlman Sosialist bloku və Hümmət iştirak
etmirdi.
Azərbaycan Milli Şurası müvəqqəti olaraq öz işini
daya
ndırdı və bütün səlahiyyətləri Müvəqqəti Hökumətə
verdi, bir şərtlə ki, o, 6 aydan gec olmayaraq Müəssisələr
Məclisini çağıracaq.
İyunun 27-də Azərbaycan dili dövlət dili elan
edildi. Dövlət idarələrində rus dilinin işlənməsinə də
hələlik icazə verilirdi.
Türk hərbi dəstələrinin Gəncə istiqamətində
hərəkəti BXKS-nin böyük narahatçılığına səbəb olmuşdu.
1918-
ci il iyunun əvvəllərində Bakı Kommunası Gəncə
üzərinə yürüşə hazırlaşırdı. Məqsəd türk hərbi dəstələri
toplanana qədər istiqlaliyyətin beşiyi olan Gəncəni
dağıtmaq idi. Hərbi əməliyyatların aparıldığı ərazilərdə
müsəlman əhalisi yeni talanlara məruz qalmağa başladı.
İyunun 23-də Azərbaycan hökuməti hərbi vəziyyət elan
317
etdi. İyunun 27-si ilə 1-i arasındakı dörd günlük gərgin
vuruşma döyüşün taleyini həll etdi. Göyçay ətrafındakı
döyüşlərdə Sovetin qoşunlarının Gəncəyə yürüşünün
qarşısı alındı və İslam ordusu Bakı istiqamətində
hərəkətə başladı. Bakı Sovetinin qoşunları darmadağın
edilərək geri çəkilmək məcburiyyətində qaldılar.
BXKS-
nin
həyata
keçirdiyi
antiazərbaycan
siyasəti bolşeviklərin tamamiilə nüfuzdan düşməsinə və
1918-ci il iyulun 31-
də onların istefasına gətirib çıxartdı.
Bundan istifadə edən eser-menşeviklər «Sentrokaspi
diktaturası» orqanını yaratdılar. Bununla hakimiyyət
həmin orqanın və Sovetin müvəqqəti icraiyyə komitəsinin
rəyasət heyətinin əlinə keçdi.
Bu orqan da ilk gündən bolşeviklərə divan tutmaq
və ingilisləri Bakıya dəvət etmək mövqeyi tutdu. Yeni
hökumət eyni zamanda Bakı Sovetinin antiazərbaycan
siyasətini davam etdirməyə başladı. Lakin nə bu yeni
hökumət, nə də onların müttəfiqi olan ingilislər Bakının
milli qüvvələr tərəfindən azad edilməsinə mane ola
bilmədilər.
Azərbaycan hökumətinin əsas vəzifəsi AXC-nin
hakimiyyətini ölkənin bütün ərazisinə yaymaq və Bakını
Azərbaycan xalqının düşmənlərindən azad etmək idi.
Sentyabrın 15-də ağır döyüşlərdən sonra, Qafqaz İslam
ordusu könüllü dəstələrinin köməyi ilə Bakı azad edildi.
«Sentrokaspi diktaturası» süqut etdi. Sentyabrın 17-də
Milli hökumət Bakıya koçürüldü. Bakı Respublikanın
paytaxtı elan edildi. Noyabrın 9-da AXC-nin dövlət
bayrağı üç rəngli bayraqla əvəz edildi.
Dostları ilə paylaş: |