304
1918-
ci il mayın 26-da Zaqafqaziya Seyminin son
iclası oldu. Gürcü fraksiyası Zaqafqaziya Respublikasının
dağılmasının bütün günahını müsəlman fraksiyasının
üstünə yıxdı. Onların fikrincə, müsəlman fraksiyası
türkpərəst mövqe tutduğu üçün elə vəziyyət yaranmışdır
ki, gürcülər onlarla artıq əməkdaşlıq edə bilməz.
Zaqa
fqaziya Seyminin üzvü Şəfi bəy Rüstəmbəyov
gürcü fraksiyası ünvanına kəskin tənqidlə çıxış edərək
dedi: «…hesab edirik ki, Zaqafqaziyanın birgə siyasi
mövcudluğunun indiki mürəkkəb və məsuliyyətli anında
ayrılmaq üçün tutarlı və obyektiv əsaslar yoxdur və
burada gürcü xalqının nümayəndələri tərəfindən irəli
sürülən amillər, fikrimizcə, az inandırıcıdır. Eyni zamanda
gürcülər Zaqafqaziya xalqlarının birgə işləməsini qeyri-
mümkün hesab edir və siyasi cəhətdən ayrı yaşamağa
can atırlarsa, belə halda Seymin mövcudluğu üçün heç
bir əsas qalmır». Buna görə müsəlman fraksiyası belə
vəziyyətdə Seymin özünü buraxmasına etiraz etmədi.
Uzun davam edən qarşılıqlı ittihamlardan sonra
Zaqafqaziya
Seymi
Zaqafqaziya
Respublikasının
parçalanmasını təsdiq edən qətnamə qəbul etdi.
Beləliklə, hakim qüvvələrin təzyiqi altında
yaradılmış Zaqafqaziya Respublikası daxili ziddiyyətlərin
kəskinləşməsi nəticəsində dağıldı.
Dostları ilə paylaş: