Азярбайжан республикасы дахили ишляр назирлийи


partiyasının üzvləri olan köhnə mücahidlər də onlara



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə117/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   113   114   115   116   117   118   119   120   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi


partiyasının üzvləri olan köhnə mücahidlər də onlara 
qoşuldu. Lakin silahlı mübarizə məsələsində müxalifət 
təşkil edən doktor Zeynalabdin xan və Əhməd Kəsrəvinin 
ətrafındakı demokratların bir hissəsi üsyanda iştirak 
etməməyi qərara aldı. Üsyanın elə ilk günü Təbriz bazarı 
bağlandı. Əhalinin böyük hissəsi üsyançılarla həmrəy 
old
uqlarını bildirdilər. Üsyana rəhbərlik üçün ictimai idarə 
heyəti təşkil olundu. Mirzə Taği Pəfət, Zeynalabdin 
Qiyami və s. ibarət olan bu heyətə Xiyabani başçılıq 
edirdi.
İİH-nin rəhbərliyi ilə üsyançılar iki gün müddətində 
demək olar ki, bütün dövlət idarələrini ələ keçirdilər. 
Beləliklə, silahlı üsyan qan tökülmədən qələbə çaldı.
Təbrizdə üsyan qalib gəldikdən və bütün şəhər 
üsyançıların əlinə keçdikdən sonra İİH əhaliyə fars və 
fransız dillərində bəyanatla müraciət etdi. Bəyanatda 
bütün Azərbaycan əyalətində ümumi asayiş yaratmaq, 
hökumət nümayəndələrinin konstitusiyaya zidd olan 
siyasətinə son qoymaq və konstitusiyanı sözdən işə 
keçirmək üsyanın əsas məqsədləri hesab olunurdu.
Xiyabani 24 maydakı nitqində bütün idarələrdən 
rəsmi 
sənədlərdə 
əyalətin 
adının 
«Azadistan» 
yazılmasını, həmçinin Tehranla danışıqlarda dövlətin 
Azadistanı rəsmən tanımasını tələb etmişdi.


309 
İİH öz fəaliyyətinə Tehrandan göndərilmiş dövlət 
məmurlarını və hərbi qulluqçuları Təbrizdən qovmaqla 
başladı. 
İran hökuməti üsyan xəbərini alan kimi Təbrizdə 
mərkəzi hökuməti təmsil edən dövlət məmurlarına 
göstəriş verdi ki, hərəkat üsyançılar tərəfindən tərksilah 
edilməyən kazak dəstələri vasitəsilə yatırılsın. İlk zərbəni 
şahzadə Eynüddövlə vasitəsilə həyata keçirmək 
planlaşdırıldı.
Azərbaycan əyalətinə vali göndərilən və Təbrizə 
gəlməyə cəsarət etməyən Eynüddövlə Tehrandan verilən 
göstərişə əsasən Miyanadan çıxaraq Təbrizə tərəf 
hərəkət etdi. Eynüddövlə İİH-nin 8 maddədən ibarət 
tələblərini qəbul edəndən sonra aprelin 20-də Təbrizə 
daxil oldu.
Eynüddövlə üsyanı yatırtmaq haqqında dərhal bir 
sıra tədbirlər görməyə başladı. Təbriz üsyanından təşvişə 
düşmüş ingilis imperialistləri də üsyanın yatırılması planın 
hazırlanmasında iştirak edirdilər.
Mayın 10-da həmin planı həyata keçirməyə 
çalışan şəxslər Eynüddövlənin evindən çıxdıqları vaxt 
həbs edildilər. İngilis diplomatı M.Edmondun müxalif 
qrupları təhrik etməsi planı baş tutmadıqda, əlacsız 
olaraq Xiyabani ilə danışığa girdi. Bu danışıqdan sonra 
hind sipahiləri Təbrizdən çıxarılaraq Zəncan yolu ilə 
Azərbaycandan kənar edildilər. Xiyabani ilə söhbətdən 
istədiyi nəticəni əldə edə bilməyən M. Edmond Tehrana 
qayıtmağa məcbur oldu. Bununla da, İran dövlətinin və 
ingilislərin Təbriz üsyançılarına qarşı qurduğu plan baş 
tutmadı.
Dövlət 
idarələri 
mərkəzi 
hökumət 
nümayəndələrindən 
tamamilə 
təmizləndi 
və 
Azərbaycanda hakimiyyət Xiyabaninin əlinə keçdi. 


310 
1920-ci il iyunun 23-
də ADP müvəqqəti hakimiyyət 
orqanı kimi fəaliyyət göstərən İİH əsasında Milli Hökumət 
(MH) yaratmağı qərara aldı.
Yerli Icraiyyə orqanı olan MH demokratik 
respublika qaydalarına əsaslanırdı. Xiyabaninin sədrlik 
etdiyi MH-
nın tərkibinə ADP-nin üzvlərindən 20 nəfər 
daxil oldu.
MH-
in 
sosial 
tərkibinin 
rəngarəng 
olması 
gələcəkdə onun fəaliyyətinin pozulmasına səbəb oldu. 
MH sədri Xiyabani seçilmişdi, maliyyə nazirliyi də 
bilavasitə onun nəzarəti altında idi.
MH partiya proqramından çıxış edərək Cənubi 
Azərbaycanda kənd təsərrüfatı, maarif, maliyyə, ədliyyə 
və s. sahələrdə islahatlar və başqa tədbirlər həyata 
keçirməyə başladı. Milli hökumət ilk növbədə Təbriz 
əhalisinin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə hökm 
sürən qanunsuzluq və özbaşınalığa son qoydu, 
çoxişlənən malların qiymətini aşağı saldı, sabit qiymət 
müəyyən etdi, xırda tacir, sənətkar və kəndlilərin 
vəziyyətini nəzərə alaraq Təbrizlə ətraf kəndlər arasında 
mal mübadiləsinin yaxşılaşması üçün tədbirlər gördü. 
Vergi sistemi və torpaq mülkiyyəti sahəsində islahat 
keçirmək üçün layihə hazırlandı. Layihəyə görə kəndli 
mülkədarlardan torpağı yalnız satın ala bilərdi. Bunun 
üçün kəndliyə müəyyən edilmiş vaxtda ödəmək şərti ilə 
bankdan borc pul verilməsi nəzərdə tutulurdu. Komissiya 
vəqf torpaqlarının həmin yolla kəndlilər tərəfindən satın 
alınmasını nəzərdə tuturdu.
Göründüyü kimi, Milli hökumət kəndliləri üsyan 
ətrafında birləşdirmək, hərəkatı daha mütəşəkkil etmək 
üçün mühüm məsələ olan torpaq məsələsini məhdud 
şəkildə də olsa həll edə bilmişdi. 
Tehranda Böyük Britaniya nümayəndəliyi isə 
mərkəzi hökumətin Azadistana (Azərbaycana) hazırladığı 


311 
silahlı hücum planının təşkilatçısı idi. Sentyabrın 11-də 
Təbriz üzərinə qəfil hücum təşkil edildi. Əksinqilabi 
qüvvələr sentyabrın 12-də Ala Qapını ələ keçirdilər
sentyabrın 14-də isə «Təcəddüd» qəzeti binasını 
dağıtdılar. Əksinqilabi qüvvələrin sayca üsyançılardan 
çox olmasına baxmayaraq, üsyançılar sentyabrın 14-dək 
son damla qanlarına qədər qəhrəmancasına vuruşdular. 
Sentyabrın 14-də Xiyabani vətənin azadlığı və istiqlalı 
uğrunda mübarizədə şəhid oldu. 
Üsyançılara amansızcasına divan tutuldu. İran 
irticasının 
başçısı 
Müşirüddövlə 
isə 
Cənubi 
Azərbaycanda və İranın müxtəlif yerlərində xalq 
hərəkatının yatırılmasındakı «xidmətlərinə» görə şah 
tərəfindən birinci dərəcəli «Taci Kəyan» nişanı ilə təltif 
edildi. 
Beləliklə, Xiyabaninin başçılığı ilə həyata 
keçirilmiş bu üsyan İrandakı imperialist ağalığına, şahlıq 
quruluşuna qarşı və azərbaycanlıların öz milli istiqlaliyyəti 
uğrunda mübarizə tarixində böyük əhəmiyyətə malik 
oldu. Ş.M.Xiyabaninin siyasi fəaliyyəti, nəzəri-fəlsəfi 
baxışları Azərbaycan xalqının milli-azadlıq və demokratik 
hərəkatı tarixində dərin iz buraxmışdır. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin