332
Bu zaman «Müstəqil Sovet Azərbaycanı» şüarı və
müstəqil Kommunist partiyasının yaradılması
məsələsi
irəli sürüldü. Bütün kommunist təşkilatlarını: RK(b)P Bakı
təşkilatını, «Hümmət», «Ədalət» təşkilatlarını KP halında
birləşdirmək lazım idi. 1919-cu ilin mayında keçirilən
Ümumbakı partiya konfransında beynəlmiləl prinsip üzrə
Azərbaycan KP nın yaradılmasına rəy verildi.
1920
–ci il fevralın 11-də Bakıda fəhlə klubu
binasında
gizli
şəraitdə
Azərbaycan
kommunist
təşkilatlarının 1 qurultayı oldu.
Qurultayda bütün
kommunist parti
yalarının Az. KP-ı adı altında birləşdirildiyi
bəyan edildi və 43 nəfərdən ibarət MK seçildi.
RK(b)P-
nın bölməsi kimi yaranan Azərb. KP-nın I
qurultayı partiya təşkilatlarını mövcud hökuməti, yəni
AXC-
ni yıxmağa və Sovet hökumətini qurmağa
istiqamətləndirdi. 1920-ci ilin yanvar – fevral aylarından
Rusiya Azərbaycanı işğal etmək planını hazırlayırdı.
Azərbaycanı işğal etmək işini asanlaşdırmaq üçün
ermənilərin Qarabağa hücumu təşkil edildi. Qızıl Ordu ilə
razılığa gələn ermənilər Novruz bayramı günlərində
qəflətən Xankəndi qarnizonuna hücum etdilər.
Hərbi
Nazirliyin gördüyü təcili tədbirlər nəticəsində erməni hərbi
hissələri Xankəndindən kənarlaşdırıldılar. Lakin ermənilər
rusların köməyi ilə Əsgəran qalasını ələ keçirdilər.
Əsgəran qalasını geri almaq və Qarabağda erməni
qiyamını yatırtmaq üçün Azərbaycan hökuməti general
Həbib Səlimovun başçılıq etdiyi ordunun böyük bir
hissəsini Qarabağa göndərməyə məcbur oldu.
Əsgəran
qalası tezliklə azad edildi və Qarabağ qiyamı yatırıldı.
Rusiya Qarabağ hadisələrini təşkil etməklə
Azərbaycan hökumətinin diqqətini ora yönəltmək istəyirdi.
Belə də oldu. Qarabağda baş verən hadisələr
Azərbaycan parlamentində müzakirə edildi. Parlamentin
bəzi üzvləri Qızıl Ordunun
köməyinin zəruri olduğunu
333
qeyd etdilər. Rusiya Azərbaycan hökuməti daxilində
özünə arxa yaratmaq istəyirdi. Buna da müəyyən
dərəcədə nail olmuşdu. Azərbaycan hökuməti şimal
sərhədlərdə olan qoşunları
Qarabağa yönəltməklə
Azərbaycana giriş yolunu açmış oldu.
1920
–ci il aprelin 25–dən 26–na keçən gecə rus
qoşunları Azərbaycana şimaldan hücum etdilər.
Xaçmazı, Yalamanı tutdular və Bakının girəcəyində
dayanaraq Azərbaycan hökumətinə hakimiyyəti təhvil
vermək haqqında ultimatum
göndərdilər. Ultimatumu müzakirə etmək üçün aprelin
27
–də parlamentin iclası keçirildi. İclasda xeyli davam
edən müzakirələrdən
sonra qan tökülməməsi üçün
müəyyən şərtlər daxilində təslim olmağa qərar verildi.
Parlament
hakimiyyəti
aşağıdakı
şərtlərlə
hakimiyyəti təhvil verdi:
Dostları ilə paylaş: