Азярбайжан республикасы дахили ишляр назирлийи


partiya, sovet orqanları, komsomol təşkilatları, inzibati



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə129/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   125   126   127   128   129   130   131   132   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi


partiya, sovet orqanları, komsomol təşkilatları, inzibati, 
zorakılıq yolu ilə kəndliləri kolxoza cəlb edirdilər, kolxoza 
könüllü daxil olmayanların əmlakını müsadirə etməklə 
h
əbs və sürgün etdirir, “kulak”a saldırır, siyasi 
hüquqlardan və s. məhrum etdirirdilər. Yerlərdə məsələni 
q
əti şəkildə kəskin qoyaraq belə bir şüar irəli 
sürmüşdülər: “Kim kolxoza daxil olmursa, o, sovet 
hökümətinin düşmənidir”. 
30-cu ill
ərin əvvəllərinə qədər repressiyalar, cəza 
t
ədbirləri əsasən qolçomaqlara, varlı kəndlilərə, köhnə 
mütəxəssislərə qarşı yönədilmişdi. Sonrakı illərdə partiya-
sovet işçiləri, elm və mədəniyyət xadimləri, hətta fəhlələr 
v
ə yoxsul kəndlilər də həbs edilir, ağır cəzaya məhkum 
edilirdil
ər. 1934-cü il dekabrın 1-də Leninqradda 
S.M.Kirovun öldürülməsindən sonra SSRİ MİK Rəyasət 
Hey
əti terror aktı ilə əlaqədar bu cür təhqiqat işlərinə 10 
gün ərzində prokuror və vəkil olmadan baxılması, şikayət 
verm
əyə icazə verilməməsi haqqında qərar qəbul etdi. 
“Üçlük” deyilən ölümsaçan təşkilat işə salındı. 
Şəxsiyyətə pərəstişin daha da güclənməsinin siyasi 
n
əticəsi sərt mərkəzləşdirililmiş, avtoritar idarə üsulunun 
b
ərqərar olması, sosializmin bütün qələbələrinin 
ilhamvericisi v
ə istiqamətvericisi hesab edilən Kommunist 
partiyasının sərt diktaturasının yaradılması oldu. 
İ.V.Stalin sosializm quruculuğunun bütün çətinliklərini 
ziyankarlıq konsepsiyası ilə əsaslandırmağa çalışır, 
c
əmiyyətdə qorxu, inamsızlıq mühiti yaradırdı. ÜİK (b) P 
MK-
nın fevral-mart (1937-ci il) Plenumdakı çıxışında 
ölkədə geniş ziyankarlığın mövcud olduğunu, sinfi 
düşmənlərlə kəskin mübarizə aparılmasının zəruri 
olduğunu bildirən İ.V.Stalin vurğulamışdı: “Sosializm 
quruculuğu sahəsində repressiyalar hücumun zəruri 
ünsürüdür”. 


351 
1937-ci 
il 
fevral
–mart 
plenumunun 
q
ərarları 
Az
ərbaycan partiya təşkilatı tərəfindən bəyənildi və 
r
əhbərlik üçün qəbul edildi. Azərbaycan XDİK-da rəhbər 
v
əzifələr 
tutan 
Sumbatov-Topuridze, 
Yemelyanov, 
Markaryan, Qriqoryan, Borşev, Malyan, Koqan və digər 
qeyri mill
ətlərin, xüsusilə ermənilərin nümayəndələri 
minl
ərlə 
dinc, 
günahsız 
azərbaycanlıların 
məhv 
edilm
əsində və Sibirə sürgün edilməsində xüsusi 
q
əddarlıq göstərirdilər. Beriyanın və Mikoyanın şəxsində 
möhkəm arxaya malik olan bu antiazərbaycanlı qüvvələr 
xalqımızın düşünən beyinlərini, görkəmli xadimlərini “xalq 
düşmənləri”, “millətçilər”, “pantürkistlər”, “panislamistlər”, 
“terrorçular”, “cəsuslar”, “diversiyaçılar” və s. saxta 
ittihamlar 
əsasında qətlə yetirdilər. Bir çox qocaman 
kommunistl
ərə, milli azadlıq və milli demokratik hərəkatın 
f
əal iştirakçılarına, elm, maarif və mədəniyyət xadimlərinə 
divan tutdular. 
1937-ci ild
ə xalqa “xəyanətdə”, “əksinqilabi” və 
“cəsusluq” fəaliyyətində günahlandırılan bir qrup partiya 
v
ə dövlət rəhbərləri, o cümlədən Azərbaycan K(b)P MK-
nın katibləri Ə.Qarayev, R.Axundov, M.Nərimanov, 
Zaqafqaziya Federasiyası XKS-nin sədri Q.Musabəyov, 
Az
ərbaycan MİK-nin sədri S.M.Əfəndiyev, Azərbaycan 
XKS-nin s
ədri H.Rəhmanov, XKS-nin sədr müaviini 
D.Bunyadzad
ə, 
xalq 
komissarları 
H.Sultanov, 
A.Sultanova, 
Q.Cuvarlinski 
v
ə başqaları amansız 
repressiyanın qurbanları oldular. 
T
əkcə bir məhkəmə prosesi – R.Axundov və 
H.Sultanovla bağlı uydurma “əksinqilabçı-üsyançı-
terrorçu mərkəzin”, burjua-millətçi təşkilatın (Şamaxı işi) 
işi ilə əlaqədar 1700 adam, o cümlədən 20 xalq komissarı 
v
ə müavini, 34 rayon icraiyyə komitəsinin sədri, 52 
raykom katibi, 8 professor v
ə başqaları məhv edildilər. 


352 
1938-ci 
ild
ə Azərbaycan SSR Xalq Torpaq 
Komissarlığı 
sistemində, 
“əksinqilabi-burjua-millətçi, 
üsyankar-terrorçu, ziyankar təşkilatın işi (Kirovabadda), 
Q.V
əzirov və digər hərbçilərin işi, “Azneft” işi ilə bağlı 
“Xəzər” gəmiçiliyində 3300 nəfər cəza tədbirlərinin 
qurbanı oldu.
Bel
əliklə, 30-cu illərdə inzibati-amirlik sisteminin 
b
ərqərar edilməsi, sərt mərkəzləşdirilmiş avtoritar rejimin 
yaradılması, 
İ.V.Stalinin 
şəxsiyyətinə 
p
ərəstişin 
güclənməsi nəticəsində insan hüquq və azadlıqlarının 
cinay
ətkarcasına pozulması ölkədə amansız diktatura 
rejiminin yaradılmasına səbəb oldu, 100 minlərlə 
günahsız insanlar amansız repressiyanın qurbanlarına 
çevrildilər. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin