355
döyüş yolu keçmiş, 7900 kv.km–lik
Sovet ərazisini
düşməndən azad etmiş, 40 çayın uzərindən adlamış,
düşmənin 22 mindən artıq canlı qüvvəsini məhv etmiş,
5474 nəfəri əsir götürmüş, onlarla tankını, 195 topunu,
210 pulemyotunu, 31 minomyotunu, 800
atəş nöqtəsini,
68 anbarını məhv etmiş, 17 tank, 8 özüyeriyən qurğu,
297 top, 1067 əl pulemyotu, 818 avtomaşın, 240 parovoz
ələ keçirmişdi. 416-cı diviziyanın 8 döyüşçüsü Sovet
ittifaqı Qəhrəmanı adını almış, 11
nəfəri Lenin ordeni,
358 nəfəri Qırmızı Bayraq ordeninə layiq görülmüşdü.
Ukrayna ərazilərinin alman – faşist işğalçılarında azad
olunmasında fəal iştirak edən 223-cu Azərbaycan
diviziyası Bolqarıstanın, Macarıstanın, Rumıniyanın,
Yuqoslaviyanın azad edilməsində böyük xidmətlər
göstərmişdir. Bu diviziya Yuqoslaviyanın paytaxtı Belqrad
uğrunda göstərdiyi rəşadətə gorə “Belqrad diviziyası”
fəxri adına layiq görülmüşdü. 223-cu diviziya 3660 km
qəhrəman döyüş yolu keçmiş, 8200
kv km ərazini
işğalçılardan azad etmiş, düşmənin 55 min əsgər və
zabitini məhv etmiş, faşistləri ağır itkilər verməyə məcbur
etmişdir.
271-
ci
Azərbaycan
diviziyası
Polşanın
və
Çexoslovakiyanın faşistlərdən təmizlənməsi uğrunda
aparılan
döyüşlərdə
fərqlənmişlər.
1943-cu
ilin
sentyabrında
”Donetsk”
əməliyyatında
göstərdiyi
rəşadətə gorə 271-ci diviziyaya fəxri “Qorlovka“ adı
ve
rilmişdi.
Şəxsi heyətinin 70 faizə qədəri azərbaycanlı olan 227-
ci atıcı diviziya Taman yarımadasının
faşistlərdən azad
edilməsində fərqləndiyinə gorə ona «Temyurq» fəxri adı
verilmişdi.
Dostları ilə paylaş: