Азярбайжан республикасы дахили ишляр назирлийи


Sual 3. Azərbaycan XX əsrin 50-80-cı illərində



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə133/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   129   130   131   132   133   134   135   136   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Sual 3. Azərbaycan XX əsrin 50-80-cı illərində. 
Azərbaycan bilavasitə alman-faşist təcavüzünə məruz 
qalmasa da müharibənin bütün ağırlığı burada da hiss 
olunmuşdur. Sənayenin ümumi məhsulu 1940-cı illə 
müqayisədə 22 % aşağı düşmüş neft hasilatı təqribən 
yarıbayarı azalmışdı.
Müharibə dövründə texniki bitkilər məhsulunun xeyli 
azalması nəticəsində istehlak malları istehsalı kəskin 
surətdə aşağı düşmüş, pambıq və barama istehsalı xeyli 
azalmışdı. Müharibə ərəfəsində 3304,1 min nəfər 
Azərbaycan əhalisi 17, 65% azalmışdı.
1945-
ci il mayın 26-da SSRI DMK «Silah istehsalının 
azaldılması ilə əlaqədar olaraq sənayeni yenidənqurmaq 
sahəsində tədbirlər haqqında» qərar qəbul etdi. Qərara 
əsasən 8 saatlıq iş günü illik məzuniyyətlər bərpa olundu. 
1956-
cı il fevralın 14-də Azərbaycan televiziyası ilk 
yoxlama verilişi ilə işə başladı. 1966-cı ildə Bakı, Şuşa, 
1969-
cu ildə Şuşa-Naxçıvan radiorele xətti ilə Bakı 
televiziya stansiyası ilk dəfə Moskvadan rəngli televiziya 
proqramını göstərmək imkanı əldə etdi.
1967-
ci ildən Bakı metropoliteninin ilk 
stansiyalarında qatarlar şütüməyə başladı.
İctimai-siyasi həyat. Müharibədən sonra ölkənin 
ictimai-
siyasi həyatında da köklü dəyişikliklər baş verdi. 
1946-
cı il fevralın 10-da SSRI Ali Sovetinə yeni seçkilər 
keçirildi. Martayında SSRI Ali Soveti XKS-ni Nazirlər 
sovetinə çevirmək haqqında qanun qəbul etdi. Onun 


358 
sədri isə I.V.Stalin təsdiq olundu. Tezliklə partiya 
nizamnaməsi pozulur, ali orqanlar vaxtında çağrılmırdı. 
Stalinin şəxsiyyətə pərəstiş, ətrafındakıların partiya və 
dövlətə zidd hərəkətləri totalitar rejimin formalaşmasına 
səbəb oldu. 1949-cu il aprelin 12-də şəhər və rayon milis 
orqanlarında siyasi idarələr yarnadıldı, avqustun 9-da 
paytaxtlarda, o cümlədən Bakıda milisə xüsusi hüquqlar 
verildi, oktyabrın 130də milis SSRI Dövlət Təhlükəsizlik 
Nazirliyinin tabeliyinə keçdi. Əsassız repressiyalar 
başlandı. Bu ilk növbədə əsirlikdə olmuş müharibə 
iştirakçılarına qarşı çevrilmişdir.
Elm, ədəbiyyat və incəsənət sahəsində də ideoloji 
çərçivə gücləndirildi. Azərbaycanda« Lısenko məktəbinə» 
uyğunlaşmayan bioloqlar- M.Ə.Axundov və başqaları 
təqib olunurdular. XX əsrin tarixinə aid tədqiqatlar 
«ÜIK(b)P tarixinin qısa kursu»nun təsiri altında qalmışdı, 
faktlar saxtalaşdırıl, təhrif edilirdi. Həqiqəti yazmaq 
cəhdlərinin qarşısı dərhal alınır və cəzalandırılırdı.
Görkəmli 
alim 
və 
ictimai 
xadim, 
filosof, 
akademikHeydər Hüseynovun 1949-cu ildə çap olunmuş 
«XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən» 
əsəri Stalin mükafatına layiq görülsə də tezliklə 
hökumətin qərarı ilə mükafat ləğv edilmiş, müəllif 
təqiblərə məruz qalaraq intihar etmək məcburiyyəti 
qarşısında qalmışdı. Səbəb isə əsərdə bir neçə səhifədə 
Şeyx Şamilin müridizm pərdəsi altında apardığı azadlıq 
mübarizəsinin guya rus xalqına qarşı çevrildiyinin 
göstərilməsi idi.
Türk dünyasının ən böyük eposu olan «Kitabi Dədə 
Qorqud» dastanı feodal-xan Eposu» kimi damğalanaraq 
qadağan edilmişdi. Böyük tarixçi alim A.A.Bakıxanov xan 
və bəyləri müdafiə etməklə, M.Kazımbəy « çarizmin sadiq 
qulu» olmaqla günahlandırılan akademik M.A.Dadaşzadə 


359 
«Türkiyə sazişi», M.Rəfili «kosmopolit» damğası ilə işdən 
uzaqlaşdırılmış, S.Vəliyev sürgün olunmuşdu. 
1953-
cü il martın 5-də I.V.Stalinin vəfatından sonra 
Sov. IKP MK-
nın birinci katibi seçilən I.S.Xruşovun 
idarəçilik sistemində etdiyi dəyişikliklər Azərbaycandan 
da yan keçmədi. 
M.C. Bağırov rəhbərlik metodlarında yol verdiyi kobud 
səhvlərə görə Azərbaycan KP MK-in birinci katibi 
vəzifəsindən azad edilərək Kubeşov neft birliyinə rəis 
müavini göndərildi. Lakin Lakin tezliklə həbs edilərək 
SSRI Ali Məhkəməsi hərbi kollegiyası tərəfindən ölüm 
cəzasına məhkum edildi. 30-40-cı illərin siyasi 
repressiyalarının 
həyata 
keçirilməsində 
xüsusi 
canfəşanlıq edən Y.Sumbatov-Topuridze, X.Qriqoryan, 
R.Markaryan və b. da öz qanlı əməllərinə görə layiq 
olduqları cəzanı aldılar.
1954-
cü il fevralın 14-16-da AKP-nın XX qurultayı 
akademik imam Daşdəmir oğlu Mustafayevi MK-nin 
birinci katibi seçdi. Sadıx Rəhimov Azərbaycan SSR 
Nazirlər Sovetinin Rəyasət Heyətinin sədri təyin 
olundular.
I.Mustafayev 1954-59-
cu illərdə xalqın vəziyyətini 
yaxşılaşdırmaq istiqamətində bir sıra tədbirlər gördü. O, 
Azərbaycan dilinin rəsmi dövlət dili statusu almasına 
çalışdı. Kargüzarlıq işləri ana dilində aparılmağa 
başlandı. Iqtisadi müstəqilliyin təmin olunması üçün bir 
sıra ciddi addımlar atıldı. Bakıda azərbaycanlıların sayı 
xeyli artdı. Yerlərdə partiya komitələrinin katibləri 
azərbaycanlılardan təyin edildi.
Bu dövrdə respublikada pambıq istehsalı azaldı, taxıl, 
kartov, 
tərəvəz, meyvə, çay yarpağı istehsalı isə nisbətən 
çoxaldı. Bütün bunlar onun vəzifədən kənarlaşdırılması 
üçün mərkəzə əsas verdi. 


360 
1956-
cı ildə Sov. IKP MK-nın XX qurultayı Stalinin 
şəxsiyyətə pərəstişini pisləyərək, «demokratiyanın 
dərinləşməsi» üçün tədbirlər planı müəyyən etdi. Birinci 
növbədə, islah əmək Düşərgələri Baş idarəsi ləğv edildi 
və ailə üzvlərini üzərindən «xalq düşməni» damğası 
götürüldü. Lakin bəraət siyasi mühacirlərə aid edilmədi.
Azərbaycanda milli oyanış əlamətlərini hiss edən 
Mərkəz növbəti dəfə Dağlıq Qarabağ məsələsini ortaya 
atdı. Ermənistanda antitürk əhval-ruhiyyə yenidən qızışdı. 
Irəvan Pedaqoji Institutunun Azərbaycan bölməsi 
bağlandı. Azərbaycan Pedaqoji Texnikumu Irəvandan 
Xanlar rayonuna köçürüldü. C.Cabbarlı adına Dram 
Tea
trı, Azərbaycan dilində qəzetlər bağlandı, «Qarabağ 
hərəkatı» leqallaşdı. 1958-ci ildə erməni katalikosu 
Bakıya səfəri zamanı Dağlıq Qarabağın Ermənistana 
verilməsi, Bakıda erməni ruhani seminariyasının 
açılması, erməni kilsələrində zəng vurulmasına icazə 
verilməsi kimi təkliflər irəli sürmüş, lakin rədd cavabı 
almışdı. Mərkəz də öz növbəsində mübahisəli ərazilər 
olan digər respublikalarda arzu olunmaz reaksiya 
doğuracağından 
çəkinərək 
Azərbaycanda 
məkrli 
siyasətindən əl çəkdi. AKP MK-nın 1959-cu il iyul 
pl
enumunda A.D.Mustafayevin yerinə Vəli Yusif oğlu 
Axundov MK-
nın birinci katibi seçildi. Bu dövrdə bütün 
ölkədə aparılan islahatların uğursuzluğu kommunizm 
qurulacağını bəyan edən, 1961-ci ilin oktyabrında 
keçirilmiş Sov. IKP-nin XXII qurultayının qərarları belə 
ölkənidüşdüyü ağır vəziyyətdən xilas edə bilmədi. 
Qurultayda qəbul edilmiş nizamnaməyə görə bir nəfər 
dalbadal iki dəfədən artıq partiyanın seçkili orqanlarına 
seçilə bilməzdi. Hakimiyyəti əlində saxlamaq istəyən 
N.S.Xruşşov partiyanı parçalamaq, onun təşkilatlarının 
diqqətini təsərrüfat məsələlərinə, islahatlara yönəltməyə 
cəhd göstərdi. Azərbaycanda da birbaşa AKP MK-ya 


361 
tabe olan sənaye-istehsal, kolxoz-sovxoz istehsalat 
idarələri, şəhər, dağlıq rayon partiya komitələri təşkil 
olundu.
Sov.IKP MK-n
ın 1964-cü il 14 oktyabr plenumunda 
N.S.Xruşşov 
vəzifəsindən 
azad 
edilərək 
yerinə 
L.I.Brejnev Sov. IKP MK-
nın birinci katibi seçildi. 1966-cı 
ildən isə o, Baş katib oldu. Partiya, sovet, həmkarlar 
ittifaqları və komsomol orqanları təşkilatca yenidən ərazi 
prinsipi üzrə quruldu, kənd, rayon partiya komitələri bərpa 
olundu.
Siyasi həyat. Azərbaycan SSR H. Əliyevin rəhbərliyi 
dövründə. XX yüzilliyin 60-cı illərinin sonuna yaxın 
Azərbaycanın sosial-iqtisadi həyatını dərin böhran 
bürüdüyü, olduqca mürəkkəb, ağır bir şəraitdə, 
respublikamızın iqtisadi inkişaf göstəricilərinə görə 
keçmiş Sovetlər Birliyində sonuncu yerdə olduğu bir 
zamanda, 1969-
cu ilin iyulunda hakimiyyətə gələn 
Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana 
rəhbərlik etmişdir. Uzun illər Dövlət Təhlükəsizlik 
Komitəsində işləyən, 1967-1969-cu illərdə bu orqana 
rəhbərlik edən Heydər Əliyev respublikada idarəçiliyi 
gücləndirtməyə, 
rüşvətxorluğa, 
korrupsiyaya 
qarşı 
barışmaz mübarizə aparmağa başladı. Heydər Əliyev 
mərkəzdəki nufuzundan respublikanın sosial-iqtisadi, 
mədəni inkişafı ucun səmərəli istifadə etməyə çalışırdı.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci 
mərhələ – 1969-1982-ci illər XX əsr Azərbaycanının 
ictimai-
iqtisadi, siyasi və mədəni inkişaf tarixində ən 
parlaq dövr hesab edilir. Bu illərdə əldə edilmiş uğurlar, 
Heydər Əliyevin uzaqgörən siyasətinin düzgünlüyünü və 
həyatiliyini göstərir.
Tezliklə mərkəzdə böyük nüfuz qazanan, oz rəhbərlik 
prinsipləri ilə fərqlənən Heydər Əliyev 1976-cı ildə 
Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd və 1982-ci 


362 
ildə Sov.İKP MK Siyasi Bürosuna üzv seçilmişdi. Heydər 
Əliyevin hakimiyyəti dövründə (1969-1982-ci illərdə) 250-
dən çox zavod, fabrik, istehsal sexləri və digər istehsal 
müəssisələri istifadəyə verilmiş, 630 min yeni iş yeri 
açılmışdı. 
Müasir 
istehsal 
sahələri 
yaradılmış, 
metallurgiya, radiotexnika elektrotexnika sahələri inkişaf 
etdirilmişdi. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı 
nəticəsində yapon texnologiyası əsasında məişət 
kondisionerləri zavodu tikilib istifadəyə verilmişdir. Bakı, 
Gəncə, Sumqayıt və digər şəhərlərdə yeni istehsal 
sahələri acılmış, abadlaşdırma aparılmışdı. 
1982-
ci ildə Heydər Əliyev görkəmli, böyük iş 
təcrübəsinə malik, mərkəzdə böyük nüfuzu olan bir siyasi 
xadim kimi Sovetlər Birliyində yüksək vəzifəyə seçildi. 
SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 noyabr 1982-ci il 
tarixli qərarı ilə Heydər Əlirza oğlu Əliyev SSRİ Nazirlər 
Soveti sədrinin birinci müavini təyin edildi və 1987-ci il 
oktyabrın 21-ə kimi bu vəzifədə yüksək bacarıqla işlədi. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin